Məhkəmə qərarları › İş №2(007)-1861/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1861/2021

07.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1861/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Abasova Aygün Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müracət edərək, onun doğum haqqında şıəhadətnamə verilməsini, ata qrafasında X3, ana qrafasında isə X1 qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini onunla əsaslandırdı ki, o, xx.xx.1975-ci ildə Xocavənd rayonunda anadan olmuş, uşaqlıq dövründə valideyinləri ilə birlikdə Ağdam rayonunda yaşamışdır. Adına olan ilkin sənədlər, o cümlədən doğum haqqında şəhadətnamə Xocavənd rayon VVADQ şöbəsi tərəfindən verilmişdir. 1993-cü ildə erməni silahlı dəstələri kəndə hücum etmiş, yerli əhalini, eləcədə ailəni daimi yaşayış yeri olan Ağdam rayonundan qovmuşdur. Ailəsi köçkün düşmüşdür. Məcburi köçkün düşdükdən sonra müxtəlif yerlərdə yaşamış və məskunlaşmışılar. Hazırkı rəsmi qeydiyyat ünvanı Ağdam rayonunun Novruzlu kəndidir. Bu köçhaköç nəticəsində bir çox sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi itmişdir. Vərəsəliklə bağlı məsələləri həll etmək, valideyinləri ilə qohumluq münasibətlərini təsdiq etmək üçün adına doğum haqqında şəhadətnamənin olması vacibdir. Bu məqsədlə doğum haqqında şəhadətnaməni bərpa etmək üçün yaşayış yeri üzrə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat Şöbəsi 05Q-482 saylı 09.03.2021-ci il tarixli məktubla müraciətinə cavab verib, tələb etdiyi məsələləri aradan qaldıra bilməyəcəyini bildirmiş və kömək üçün məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-728/2021 saylı 16.02.2021-ci il tarixli qətnaməsi ilə adının X4 olması, xx.xx.1975-ci il tarixdə Xocavənd rayonunun Xocavənd qəsəbəsində anadan olması faktı hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilmişdir. Amma, bunlar vərəsəlik hüquqlarını həyata keçirmək üçün kifayət etmir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, o, Ağdam rayonunun Novruzlu kəndində yaşayır. Ərizəçi Humay qızıdır. O, Xocavənd rayonunda anadan olub. Onlar Ağdam rayonundan qaçqın düşəndə canını güclə qurtarmış sənədlər it bat olub. Humayın doğum haqqında şəhadətnaməsi də itmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, ərizəçi Humay onun bacısıdır. O, Xocavənd rayonunda anadan olub. Onlar 4 bacı, 2 qardaş olublar. Ailəsi 1993-cü ildə Ağdam rayonundan qaçqın düşmüş. Sənədlər məcburi köçkün düşdüklərində itmişdir. Bir qardaşı Ağdam rayonu, Buzanlı kəndində, o biri qardaşı Rusiya Federasiyasında yaşayır. Bacıları isə Bakı şəhərində yaşayırlar. Ondan başqa heç birinin doğum haqqında şəhadətnaməsi yoxdur. Onun doğum haqqında şəhadətnaməsi də itmişdi. Qeydiyyat şöbəsinə müraciət əsasında əldə etmişdir.. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə Xocavənd rayonunda anadan olmuş Ərizəçi subaydır, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ seriyalı 084096 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X6 arasında 27.11.1968-ci il tarixdə Ağdam rayonunda nikah bağlanmış və bu barədə 32 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra Qurbanova Xalisə “Məmmədova” soyadını almışdır. İş materialalrında olan AA seriyalı 096397 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 09.03.2021-ci il tarixli 05Q-482/ saylı məktubda qeyd olunur ki, “doğum haqqında akt qeydinin bərpası ilə bağlı ərizənizə baxılarkən müəyyən edildi ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2021-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu cür qeydlər həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Eyni zamanda qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müvafiq sənədlər şöbəyə təqdim edilmədiyindən doğum haqqında akt bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktları arxiv idarəsi tərəfindən verilmiş 23.06.2005-ci il tarixli 13/2-1502-01 nömrəli arayışdan görünür ki, X2 10 noyabr 1976-cı il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Bu barədə 11 dekabr 1976-cı il tarixində Ağdam rayon Novruzli icra nümayəndəliyində 86 nömrəli doğum haqqında aktın qeydi tərtib olunmuşdur. Atası qrafasında X7, ana qrafasında isə X5 qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-728/2021 saylı 16.02.2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi xx xxxx 1975-ci il tarixdə Xocavənd rayounda anadan olması barədə hüquqi faktın müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)- 728/2021 saylı 16.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Xocavənd rayonunun Xocəvənd qəsəbəsində anadan olması haqda akt qeydinin bərpa olunmasını, adının Ərizəçi yazılması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2(007)-728/2021 saylı 16.02.2021-ci il tarixli qətnamə ilə ərizə təmin olunmuşdur. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə icra olunmuşdur. Lakin ərizəçi doğum haqqında şəhadətnaməni əldə edə bilməmişdir, şəhadətnamə bərpa edilmədiyi üçün yenidən “doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında şəhadətnamə verilməsini, ata qrafasında X3, ana qrafasında isə X1 qeyd edilməsini xahiş etmişdir. Belə ki, Ərizəçi “doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalı, Ərizəçi doğum haqqında şəhadətnaməsində “ata haqqında məlumat” qrafasında atası “X3”, “ana haqqında məlumat” qrafasında anası “X5” yazılmalı, bu qətnamə Ərizəçi doğum haqqında akt qeydində “ata haqqında məlumat” qrafasında atası “X3”, “ana haqqında məlumat” qrafasında anası “X5” kimi yazılması üçün əsas olmalıdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin olunsun. Ərizəçi doğum faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Ərizəçi doğum haqqında şəhadətnaməsində “ata haqqında məlumat” qrafasında atası “X3”, “ana haqqında məlumat” qrafasında anası “X5” yazılsın. Bu qətnamə Ərizəçi doğum haqqında akt qeydində “ata haqqında məlumat” qrafasında atası “X3”, “ana haqqında məlumat” qrafasında anası “X5” kimi yazılması üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Yusifova Ülkər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar