Məhkəmə qərarları › İş №2(007)-1862/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1862/2023

31.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1862/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesabın və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesabın və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AZNETDEVELOPMENT" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona ödənilməmiş (əvvəlki aylar üçün əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab olaraq) 9263 (doqquz min iki yüz altmış üç) manat əmək haqqı məbləğinin və 100 (yüz) manat maddi ziyanın “AZNETDEVELOPMENT" Məhdud Məsuliyyətli Cəmiyyətdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla işəgötürən Cavabdeh (əvvəlki adı “X5 MMC) arasında bağlanan xx.xx.2022-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsi əsasında rabitə üzrə texniki şöbəyə rəhbər vəzifəsinə işə qəbul olunmuşdur. Əlavə olaraq amortizasiya xərcinin verilməsi haqqında avqust ayından etibarən ƏMR №-171-AND-lR saylı əmr verilmişdir. Aylıq əmək haqqı 2270 (iki min iki yüz yetmiş) manat, 100 ( bir yüz) manat amortizasiya haqqı təşkil etmişdir. Müqavilə bağlandıqdan sonra işə götürən tərəfindən əmək haqqı ödənilməmiş, buna görə də onun ərizəsi əsasında əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2 “a” yarımbəndinə əsasən (ƏMR №-210-AND-İR) xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Belə ki, o, həmçinin digər işçilər işə qəbul olunduqları vaxtdan işə çıxmalarına baxmayaraq əməklərinin dəyəri tam formada ödənilməmişdir. İşə başladığı ilk aylardan əmək haqqının ödənilməsində gecikmələr olmuşdur. Cavabdeh tərəfindən ona son haqq-hesab vaxtında və düzgün hesablanmayaraq ödənilməmişdir. Beləliklə cavabdeh tərəfindən ona 4 (dörd) ay 11 (on bir) gün aylıq əmək haqqı, yəni 9263 (doqquz min iki yüz altmış üç) manat pul ödənilməmişdir. Cavabdehin qanunsuz hərəkətlərindən onunla eyni vəziyyətdə olan iş yoldaşları X3 Xidmətinin Bakı şəhər idarəsinə cavabdeh tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Araşdırma nəticəsində əmək hüquq pozuntuları ilə bağlı şirkət rəhbərliyi barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Cavabdeh "AZNETDEVELOPMENT” MMC rəhbərliyi tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və onun əmək hüquqları ciddi surətdə pozulmuşdur. Hər dəfə Şirkət başqa müəssisələrin onlara borclarının olduğunu bəhanə gətirmişdir. Beləliklə, cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilərkən onunla işlədiyi son haqq-hesab və məzuniyyət pulu daxil olmaqla son 4 ay 11 günün əmək haqqı məbləği, 9263 (doqquz min iki yüz altmış üç) manat ödənilməmişdir. Əlavə olaraq 100 (yüz manat) maddi ziyan (mediasiya xərci, nəqliyyat xərci və.s) vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, maddi ziyan kimi tələb etdiyi 100 manat mediasiya mərhələsində çəkdiyi xərclər və yol xərcləri ilə bağlıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, 9263 manat əmək haqqı və 100 manat maddi ziyanın tutulmasına dair iddia tələbini qəbul edir, iddiaya etirazı yoxdur. Etirazın nəticələri ona izah olunmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək müqaviləsinə xitam verilməsi barədə 210-AND-İR saylı xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdehndə “Rabitə üzrə texniki şöbənin rəhbəri” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 nömrəli maddəsinin “a” – tərəflərin birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 11 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə/departamentinə həvalə edilmişdir. - Cavabdeh xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür k, maliyyə şöbəsinə 2022-ci ilin avqust ayından etibarən Rabitə üzrə tüxniki şöbəsini müdiri İddiaçı hər ay 100 (bir yüz) manat məbləğində amortizasiya xərcinin verilməsi tapşırılmışdır. - İddiaçı sosial arayışınından görünür ki, o, Cavabdehndə Rabitə üzrə texniki şöbənin rəhbəri vəzifəsində xx.xx.2022-ci il tarixdə işə qəbul olmuş, əmək haqqı məbləği 2270 manat təşkil edir. Əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən qüvvədən düşmüşdür. - Cavabdeh tərəfindən tərtib edilmiş arayışdan görünür ki, İddiaçı 2022-ci ilin iyuldekabr ayları üzrə 6124,38 manat əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə AZNETDEVELOPMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Rabitə üzrə texniki şöbənin rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı ona ödənilməmiş əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab kimi 9263 manatın və 100 manat maddi ziyanın ödənilməsi tələb etmişdir. Cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) X2 iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) X1 iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə 9263 manat pul və 100 manat maddi ziyan tutulmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında rüsum məbləği ödənilməlidir (hazırkı iddia tələbinə münasibətdə 112,63 manat). Həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırda iddia tələbi təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, dövlət rüsumu cavabdehə aid edilməli və "xxxx" MMC-dən 62,63 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 9263 manat pul və 100 manat maddi ziyan tutulsun. Cavabdehndən 62,63 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar