Məhkəmə qərarları › İş №2(007)-187/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-187/2025

02.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-187/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi, etibarsız əqd”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci bina, 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 209.1 kv.m. olan 71 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli 00654583 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.m olan, 71 nömrəli mənzili cavabdeh "xxxx" MMC-dən almışdır. Cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş arayışdan da görünür ki, qeyd olunan mənzilin dəyəri 230010 (iki yüz otuz min on manat) manat İddiaçı tərəfindən tam ödənilmişdir. xx.xx.2022-ci il tarixli 00654583 nömrəli müqavilənin 8.1-ci maddəsinə əsasən, tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi mənzili icraçı təhvil verir, payçı isə qəbul edir. Yuxarıda qeyd olunanlardan da görünür ki, İddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Lakin iddiaçıya məxsus olan mənzil bugünədək cavabdeh "xxxx" MMC tərəfindən ona təhvil verilməmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh "xxxx" MMC-nin iddiaçıya məxsus mənzili təhvil verməməsi və mənzilin açarlarını təqdim etməməsi hazırda iddiaçının mənzilə sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir.

İş materialları :

3. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il il tarixli, 00654583 nömrəli müqavilənin əslindən görünür ki, icraçı Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.m olan, 71 nömrəli, izolə olunmuş 4 otaqdan ibarət mənzili bir pay kimi verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında və təmami ilə ödəməyi öz üzərinə götürmüşdür.

4. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-nin Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbədə ümumi sahəsi 209.1 kv.m olan 4 otaqlı, 71 saylı mənzilin dəyərini tam ödəmişdir.

5. X11 (X14 əvəzinə) səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2022-ci il tarixli **********707 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, "xxxx" MMCnin Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi və payçısı olduğu yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.m təşkil edən, 4 otaqlı, 71 saylı mənzildən və pay hüququndan imtina etdiyini və başqa ada keçirilməsinə etiraz etmədiyini bildirmişdir.

6. İş materiallarına 1 ədəd disk əlavə edilmişdir.

7. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Baş Prokuroruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, son zamanlar onlara daxil olan məlumatlara görə “MMC”-nin saxta möhür və blanklarından istifadə halları məlum olmuşdur. Bu halların aradan qaldırılmaı üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir.

8. X5 orqanlara ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi və payçısı olduğu yüksək mərtəbəli yaşayış binasının, 3-cü bina, 18-ci mərtəbə ümumi sahəsi 158.8 kv.m təşkil edən, 3 otaqlı, 90 saylı mənzildən və pay hüququndan imtina etdiyini bildirmişdir.

9. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 18ci mərtəbəsində yerləşən 71 saylı mənzilin sahəsi 209.1 kv.m yox, 158.8 kv.metrdir. Həmin 71 saylı mənzil X10 məxsusdur.

10. X12 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 071003 nömrəli müqavilənin əslindən görünür ki, müqavilənin əsas predmeti: Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 18-ci mərtəbə ümumi sahəsi 158.8 kv.m olan, 71 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verir. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və təmami ilə ödəməyə öz üzərinə götürmüşdür.

11. "xxxx" MMC ilə X17 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 058003 nömrəli müqavilənin əslindən görünür ki, müqavilənin əsas predmeti: Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 15-ci mərtəbə ümumi sahəsi 181 kv.m olan, 58 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verir. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və təmami ilə ödəməyə öz üzərinə götürmüşdür.

12. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X12 "xxxx" MMC-nin Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının, 18-ci mərtəbədə ümumi sahəsi 158.8 kv.m olan 3 otaqlı, 71 saylı mənzilin dəyərini tam ödəmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/66-5/26-5/36 nömrəli ekspert rəyindən görünür ki: a. Ekspertizaya təqdim edilmiş, "xxxx" MMC ila X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 071003 nómrəll Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində ""xxxx" "xxxx" MMC Əhmədov R.S. İmza" qrafasındakı imza ilə mülki işin 99-cu vərəqində "xxxx" MMC ilə X15 adlarından olan xx.xx.2020-ci il tarixli, 058003 nömrəli Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində ""xxxx" İnşaat Konstruksiyaları MMC Əhmədov R.S. İmza" qrafasındakı imza - Eyni şəxs tərəfindən icra olunmuşdur. b. Ekspertizaya təqdim edilmiş, mülki işin 77-78-ci vərəqlərində "xxxx" MMC ilə X1 adlarından olan xx.xx.2022-ci il tarixli, 00654583 nömrəli Müqavilənin 2-ci vərəqinin aşağı sol hissəsində "xxxx" İnşaat Konstruksiyaları MMC Əhmədov R.S. İmza" qrafasındaki imza ilə mülki işin 99-cu vərəqində "İnşaat Konstruksiyaları” MMC ilə X15 adlarından olan xx.xx.2020-ci il tarixli, 058003 nömrəli Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində "xxxx" İnşaat Konstruksiyaları MMC Əhmədov R.S. İmza" qrafasındakı imza və "xxxx" MMC ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 071003 nömrəli Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində ""İcraçı” İnşaat Konstruksiyaları MMC Əhmədov R.S. İmza" qrafasındakı imza - Müxtəlif şəxslər tərəfindən icra edilmişdir. c. Ekspertizaya təqdim edilmiş, mülki işin 79-cu vərəqində olan xx.xx.2022-ci il tarixli Arayışda "İnşaat Konstruksiyaları” MMC-nin baş direktoru Əhmədov.R.S." qrafasındakı imza ilə mülki işin 100-cü vərəqində olan xx.xx.2020-ci il tarixli Arayışda "İnşaat Konstruksiyaları MMC-nin baş direktoru Əhmədov.R.S." qrafasındakı imza - Müxtəlif şəxslər tərəfindən icra edilmişdir. d. Ekspertizaya təqdim edilmiş, mülki işin 79-cu vərəqində olan xx.xx.2022-ci il tarixli Arayışda "İnşaat Konstruksiyaları MMC-nin bas direktoru Əhmədov.R.S." qrafasındakı imza ilə X9 adina olan xx.xx.2021-ci il tarixli Arayışda "İnşaat Konstruksiyaları MMC-nin baş direktoru Əhmədov.R.S" qrafasındakı imza - Müxtəlif şəxslər tərəfindən icra edilmişdir. e. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə X17 arasında bağlanmış 24 avqust 2020ci il tarixli 058003 nömrəli müqavilədə və eyni tarixli arayışda, X12 arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli 071003 nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş "xxxx" MMC ilə X2 arasında bağlanmış 13 aprel 2022-ci il tarixli 00654583 nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əkslərinin orta dairədəki "xxxx" yazıları şırnaqlı printerdə çap edilmişdir, möhür əkslərinin dairələri və dairələr boyunca olan yazılar relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur; f. Tədqiqata təqdim edilmiş "İnşaat Konstruksiyalar” MMC ilə X17 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli 058003 nömrəli müqavilədə və eyni tarixli arayışda, X12 arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli 071003 nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı Mirfakhreddın qızı arasında bağlanmış 13 aprel 2022-ci il tarixli 00654583 nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. g. Rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəbə görə qərarda göstərilən "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00654583 nömrəli müqavilə və X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 071003nömrəli müqavilələrdən hansı daha öncə icra edilmişdir sualı üzrə tədqiqat aparılmamışdır.

14. QV seriyalı, 0000*** nömrəli Azərbaycan Respublikası Qaçqın Vəsiqəsinin surətindən görünür ki, X4çqın statusuna malikdir.

Tərəflərin izahatları :

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, ekspert rəyində başqa imza və möhür qeyd olunsa da, hamı bilir ki, bu tikinti şirkəti insanları aldadır. Yasamalda yerləşən binanın altında-ofisdə müqavilə bağlanılmış və evi iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh şirkət bütün mənzilləri bir neçə şəxsə satmışdır. Orada bir neçə şəxsə satılmayan mənzil yoxdur. Cavabdehin adına alınan möhürün nizamnaməsi olmadan mümkün deyildir ki, onun adına rəsmiləşdirilsin. Düşünürlər ki, cavabdeh şirkətin birdən artıq möhürü vardır. Bundan əlavə hazırki iş üzrə cinayət əlamətləri də mövcüddur. Cinayət işi açılsa, bir nəticə əldə edə bilərlər. Faktiki olaraq iddiaçı evi satış ofisindən alıb. Xüsusi qərar çıxarılsa, onlar sonuna qədər hüquqlarını müdafiə edəcəklər. Evin ilkin alıcısı olan Ramin adlı şəxs ola bilər ki, cavabdehlə arasında barter münasibəti olub, onun adına bir neçə mənzil yazılıb, daha sonra isə belə rəsmiləşdirilmə aparılaraq satılıb. Məhkəmədən xüsusi qərarın çıxarılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

17. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

18. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə 00654583 nömrəli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən icraçı-"xxxx" MMC Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.m olan, 71 nömrəli izolə olunmuş 4 otaqdan ibarət mənzili bir pay kimi payçı-X6 verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz öhdəsinə götürmüşdür.

19. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə aralarında bağlanılmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirməklə müqavilənin predmeti olan mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsini xahiş etmişdir.

20. Cavabdeh mübahisə predmeti olan mənzilin başqa şəxsə satıldığını və iddiaçıda olan müqavilənin saxta olduğunu bildirdiyindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-2599/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır.

21. Rəyə əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış 00654583 nömrəli müqavilədə olan möhür və imza nümunələri cavabdeh tərəfindən deyil də, başqa şəxs tərəfindən icra edilmişdir.

Məhkəmə baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 Aprel 2021-ci il tarixli Qərarı.

26. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadı. Məhkəmənin mövqeyi :

27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

28. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı olan “mənzilin təhvil verilməsi” tələbini cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 00654583 nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibəti üzrə cavabdeh tərəfindən üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırmışdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

30. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixində 00654583 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.metr olan 71 nömrəli izolə olunmuş və 4 otaqdan ibarət olan mənzili bir pay kimi İddiaçıə verməyi, payçı-İddiaçı müqavilədə göstərilmiş məbləği tam və vaxtında ödəməyi öz üzərinə götürmüşdür. Onun tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik icra edilməmiş, mənzil ona təhvil verilməmişdir.

31. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

32. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

33. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə ilk növbədə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında etibarlı əqdən irəli gələn öhdəlik hüquq münasibətinin yaranıb-yaranmadığı müəyyən edilməli, yalnız tərəflər arasında etibarlı əqdin bağlanılması, öhdəlik hüquq münasibətinin yaranması halı öz təsdiqini tapdığı halda müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulub-pozulmamasının müəyyən edilməsi istiqamətində araşdırma aparılmalıdır.

34. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Əqdin tərəfinin iradəsi müqavilənin qurucu ünsürüdür. Başqa sözlə, tərəf arzu olunan hüquqi nəticəni əmələ gətirmək barədə razılığını-iradəsini bəyan edilmədiyi halda müqavilənin bağlanmasından söhbət gedə bilməz. Bir qayda olaraq, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

35. Hazırkı mülki iş üzrə cavabdeh "xxxx" MMC-nin vəkil-nümayəndəsi iddiaçı tərəfindən istinad edilən xx.xx.2022-ci il tarixli 00654583 nömrəli müqavilənin cavabdeh "xxxx" MMC-nin direktoru tərəfindən icra edilmədiyini, yəni həmin müqavilənin cavabdehin iradə ifadəsinin nəticəsi olmadığını bildirməklə həmin müqavilənin etibarlılığını mübahisələndirmişdir.

36. Mülki qanunvericiliyə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqdlərdir. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

37. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı bir əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

38. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.

39. Məhkəmə cavabdehin vəsatətini işin düzgün həlli üçün əhəmiyyətli sayaraq cavabdehin vəkil-nümayəndəsinin vəsatəti əsasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməklə iş üzrə ekspert rəyi almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 4/66-5/26-5/36 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Ekspertizaya təqdim edilmiş, "xxxx" MMC ila X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 071003 nómrəll Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində ""xxxx" "xxxx" MMC Əhmədov R.S. İmza" qrafasındakı imza ilə mülki işin 99-cu vərəqində "xxxx" MMC ilə X15 adlarından olan xx.xx.2020-ci il tarixli, 058003 nömrəli Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində ""xxxx" İnşaat Konstruksiyaları MMC Əhmədov R.S. İmza" qrafasındakı imza - Eyni şəxs tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim edilmiş, mülki işin 77-78-ci vərəqlərində "xxxx" MMC ilə X1 adlarından olan xx.xx.2022-ci il tarixli, 00654583 nömrəli Müqavilənin 2-ci vərəqinin aşağı sol hissəsində "xxxx" İnşaat Konstruksiyaları MMC Əhmədov R.S. İmza" qrafasındaki imza ilə mülki işin 99-cu vərəqində "İnşaat Konstruksiyaları” MMC ilə X15 adlarından olan xx.xx.2020-ci il tarixli, 058003 nömrəli Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində "xxxx" İnşaat Konstruksiyaları MMC Əhmədov R.S. İmza" qrafasındakı imza və "xxxx" MMC ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 071003 nömrəli Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində ""İcraçı” İnşaat Konstruksiyaları MMC Əhmədov R.S. İmza" qrafasındakı imza - Müxtəlif şəxslər tərəfindən icra edilmişdir; Ekspertizaya təqdim edilmiş, mülki işin 79-cu vərəqində olan xx.xx.2022-ci il tarixli Arayışda "İnşaat Konstruksiyaları” MMC-nin baş direktoru Əhmədov.R.S." qrafasındakı imza ilə mülki işin 100-cü vərəqində olan xx.xx.2020-ci il tarixli Arayışda "İnşaat Konstruksiyaları MMC-nin baş direktoru Əhmədov.R.S." qrafasındakı imza - Müxtəlif şəxslər tərəfindən icra edilmişdir; Ekspertizaya təqdim edilmiş, mülki işin 79-cu vərəqində olan xx.xx.2022-ci il tarixli Arayışda "İnşaat Konstruksiyaları MMC-nin bas direktoru Əhmədov.R.S." qrafasındakı imza ilə X9 adina olan xx.xx.2021-ci il tarixli Arayışda "İnşaat Konstruksiyaları MMC-nin baş direktoru Əhmədov.R.S" qrafasındakı imza - Müxtəlif şəxslər tərəfindən icra edilmişdir; Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə X17 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli 058003 nömrəli müqavilədə və eyni tarixli arayışda, X12 arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli 071003 nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş "xxxx" MMC ilə X2 arasında bağlanmış 13 aprel 2022-ci il tarixli 00654583 nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əkslərinin orta dairədəki "xxxx" yazıları şırnaqlı printerdə çap edilmişdir, möhür əkslərinin dairələri və dairələr boyunca olan yazılar relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur; Tədqiqata təqdim edilmiş "İnşaat Konstruksiyalar” MMC ilə X17 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli 058003 nömrəli müqavilədə və eyni tarixli arayışda, X12 arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli 071003 nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı Mirfakhreddın qızı arasında bağlanmış 13 aprel 2022-ci il tarixli 00654583 nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir.

40. Məhkəmə ekspert rəyini işin digər halları ilə birlikdə qiymətləndirərək qeyd edir ki, müqavilənin cavabdeh tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən, o cümlədən iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar təqdim edilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.

41. Məhkəmə qeyd edir ki, iddiaçının vəkil-nümayəndəsi tərəfindən ekspert rəyinə münasibətdə cavabdeh MMC-yə məxsus digər möhürlərin olması, müqavilə və arayışda əks olunan möhürün cavabdehə məxsus olan digər möhür olması bildirilsə də, qeyd edilən hal ilə bağlı məhkəməyə sübut təqdim edilməmiş (cavabdehə məxsus digər möhürün olması ilə bağlı istintaq və ya məhkəmə araşdırılması zamanı müəyyən edilmiş hər hansı sübut), həmçinin qeyd edilən hal ilə bağlı mülahizəsini əsaslandıra bilməmişdir.

42. Məhkəmə qeyd edir ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. İddiaçının vəkil-nümayəndəsi rəylə razı olmamasını əsaslandırmamış və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları məhkəməyə təqdim etməmişdir.

43. Məhkəmə qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

44. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

45. Mülki Prosessual Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.

46. Ona görə də məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

47. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

48. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi üzrə ilk növbədə cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixli 00654583 nömrəli müqavilənin bağlanıldığını, yəni cavabdehlə arasında öhdəlik hüquq münaibətinin yaranmasını sübutetmə vəzifəsi daşımasına baxmayaraq qeyd edilən halı sübuta yetirə bilməmişdir.

49. Belə ki, qeyd etdiyimiz kimi müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsinin bəyanı olduğundan və hazırki mülki iş üzrə isə xx.xx.2022-ci il tarixli 00654583 nömrəli müqavilənin cavabdeh tərəfindən icra edilməsi, yəni həmin müqavilənin hər iki tərəfin qarşılıqlı iradəsinin ifadəsi nəticəsində bağlanılması iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir.

50. Məhkəmə tərəfindən tədqiq edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı X7 ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 00654583 nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri "xxxx" MMC-nin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir.

51. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında vurğulanır ki, yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.

52. Məhkəmə qeyd edir ki, fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərlə bağlanılan müqavilələr hüquqi şəxsin müvafiq səlahiyyət verilmiş nümayəndəsi tərəfindən imzalanmaqla yanaşı hüquqi şəxsin möhürü ilə təsdiq edilir. Müqavilənin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması ilə yanaşı möhürü ilə təsdiq edilməsi həmin müqavilənin bağlanılmasında hüquqi şəxsin iradəsinin olması nəticəsinə gəlmək üçün əsas verir.

53. Hazırki mülki iş üzrə isə iddiaçı tərəfindən istinad edilən müqavilədə, o cümlədən hüquqi şəxsin adından iddiaçıya verilmiş maliyyə arayışında əks edilmiş möhür əkslərinin "xxxx" MMC-yə məxsus olmaması müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən istinad edilən müqavilə ilə ekspertizaya təqdim edilmiş digər müqavilələrdəki imzanın müxtəlif şəxslər tərəfindən icra edilməsi müəyyən edilmişdir.

54. Belə olan halda məhkəmə qeyd edir ki, qeyd olunan müqavilədə cavabdehin iştirakı və iradə ifadəsi olmadığından müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır.

55. Mülki qanunvericiliyə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

56. Hazırki işin müəyyən edilmiş halı isə ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli 00654583 nömrəli müqavilənin cavabdeh "xxxx" MMC tərəfindən icra edilmədiyi müəyyən edildiyindən və həmin müqavilənin kim tərəfindən icra edilməsi, yəni müqavilə üzrə ödənilmiş vəsaitin kimə çatması müəyyən edilmədiyindən hazırki mülki iş üzrə MM-nin 337.5-ci maddəsi tətbiq edilə bilməz.

57. Məhkəmə əlavə olaraq onu bildirməyi zəruri hesab edir ki, ekspert rəyi ilə iddiaçı tərəfindən istinad edilən müqavilənin cavabdeh tərəfindən icra edilmədiyi müəyyən edildiyindən X12 mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməmişdir.

Məhkəmə xərcləri :

58. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

59. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının ödəməkdən azad edildiyi məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə :

60. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməməli, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı X7in Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci bina, 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 209.1 kv.m. olan 71 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar