Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1904/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı2 və cavabdeh Zeynalova Könül İslam qızının iştirakları ilə, İddiaçı2 cavabdeh Zeynalova Könül İslam qızına qarşı “əmlakın məcburi qaydada mənzildən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdeh Zeynalova Könül İslam qızına qarşı “əmlakın məcburi qaydada mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd olunan əmlakların məcburi qaydada Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 11/4dən çıxarılıb Zeynalova Könül İslam qızına təhvil verilməsi, Zeynalova Könül İslam qızı həmin əmlakları qəbul etməkdən imtina edərsə əmlakların dövlət xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğulları X4 ilə cavabdeh Zeynalova Könül İslam qızı 30.10.2007-ci il tarixdə rəsmi qeyd edilmiş nikaha daxil olmuşlar. Bu nikahdan onların 09.09.2009-cu il tarixdə Səma adlı bir qızları doğulmuşdur. Könülün valideynlərinin daim Elnurun ailəsinə müdaxiləsi nəticəsində Nizami rayon məhkəməsinin 13 noyabr 2013-cü il tarixli qətnaməsi ilə Elnurla Könülün nikahına xitam verilmişdir. Tərəflər arasında dəfələrlə məhkəmə çəkişmələri olmuş və nəticədə Könül Elnur barəsində cinayət işinin başlanması və onun mühakimə olunmasına nail olmuşdur. Nəhayət Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli Qətnaməsi ilə İddiaçı1 tərəfindən Zeynalova Könül İslam qızına 5000 (beş min) manat məbləğində kompensasiya verilməklə Zeynalova Könül qızı azyaşlı uşağı 2009-cu il təvəllüdlü X5 ilə birlikdə X1 olan Bakı şəhəri, Nizami rayonunun Zakir küçəsindəki Bak şəhər Nizami rayon Məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilmiş və Zeynalova Könül İslam qızına məxsus əmlaklar-yataq dəsti, stolstul, şkaf qorka və soyuducu həmin evdən çıxarılması qət edilmişdir. Yuxanda qeyd edilən qətnamə dəfələrlə yuxarı instansiya məhkəmələri tərəfindən baxılmış və son nəticədə qətnamənin korrpensasiya ödənilməsi hissəsində dəyişiklik edilərək kompensasiya 13000 (on üç min) manat müəyyən edilmişdir. Zeynalova X8 rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsini icra etməkdən imtina etdiyindən tərəflərindən kompensasiya məbləği 13000 (on üç min) manat Nizami rayon Probasiya və İcra şöbəsinin depozitinə köçürülmüşdür. Qətnamədə qeyd edilən əmlaklardan təkcə soyuducunu gizlincə aparmış, digər əmlakları hətta icraçılar vasitəsi ilə aparmaqdan imtina etmişdir. Oğlanları Elnur və Elmar evlənib ailə qurmuş və onlarla 2 otaqdan ibarət evdə yaşayırlar. Onların övladları da dünyaya gəlmişlər. Bu azmış Cavabdehlar Elnur, Bahar və Sabirə qarşı Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər tərəfindən əşyalardan istifadəyə maneəçiliyin aradan qaldırılması və əşyaların yerinin dəyişdirilməsinin qadağan edilməsi və sıradan çıxarılmış əşyaların cavabdehlər tərəfindən əvvəlki vəziyyətinə bərpa edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlədən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nizami rayon Məhkəməsi 23 may 2019-cu il tarixli 2(007)-180/2019 nömrəli qətnaməsi ilə iddianı qismən təmin etmiş, cavabdehlərə Zakir küçəsindəki İddiaçı1 sahibliyində olan 11/4 saylı mənzildəki Cavabdehya məxsus əşyalardan sonuncunun istifadə etməsinin aradan qaldırılması, onlar tərəfdən həmin əşyalardan istifadə edilməsinin və həmin əşyaların yerinin dəyişdirilməsinin qadağan edilməsi barədə qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.2019-cu il tarixli 2(103)-10750/2019 saylı Qətnaməsi ilə Nizami rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli Qətnaməsi dəyişdirilmədən, qüvvəsində saxlanılmışdır. Ali Məhkəmənin 17.02.2020-ci il tarixli Qərarı ilə Apellyasiya Məhkəməsinin 16.09.2019-cu il tarixli Qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Uzun müddətdir ki, təxminən 8 ilə yaxındır ki, Könül mübahisəli evdə yaşamır. Yaşamamasına baxmayaraq hər dəfə gələndə əmlaklarını hissə-hissə apparmışdır. Onlar üçün başa düşülməzdir ki, Məhkəmənin qanuni qüvvəsini almış Qətnaməsi ilə X7ma azyaşlı uşağı ilə birlikdə İddiaçı1 sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə əldə etdiyi köçürmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verildiyi, yəni onun mübahisəli mənzilə heç bir hüququ olmadığı halda nənzildə ona məxsus əmlaklardan istifadə maneçiliyin aradan qaldırılması mümkün olar. Cavabdehin bu mənzildə yaşamaq, istifadə etmək hüququna xitam verilmişdir. Onlar mənzildə 8 nəfər yaşayırlar və Könülün həm cehiz əmlaklarının, həm də şəxsi əşyalarının mənzildə olması darısqallıq yaradır və onların mənzilə olan hüquqlarını pozur. Yaşadıqları mənzil 50-60 ilin mənzilidir, Tikildiyi vaxtdan əsaslı təmir olunmayıb. Mənzilin döşəməsi tam çürüyüb. Əsaslı təmirə ehtiyacı var. Könülün əmlakları mənzildən çıxarılmadan mənzilin təmiri mümkün deyil. Mənzildə Cavabdehya məxsus aşağıdakı əmlaklar qalmışdır. 1) yataq dəsti; 2) stol-stul; 3) şkaf-qorka; 4) uşaq yataq dəsti 1 ədəd; 5) divan kreslo dəsti; 6) kəfkirli saat; 7) qırmızı rəngli bagima qravin 5 ədəd rumka (biri sınıb); 8) xrustal güldan 1 ədəd; 9) Madonna güldan 1 ədəd, 10) Madonna üzüm-meyvə qabı 2 ədəd; 11) 1 ədəd xrustal hündür meyvə qabı; 12) 2 ədəd çörək qabı; 13) dəmir çaynik qəfədan 1 dəst; 14) sok çəkən maşın 1 ədəd; 15) 1 ədəd yekə vanna; 16) 1 ədəd kiçik vanna; 17) zibil vedrəsi 1 ədəd; 18) qaşıq dəsti, bıçaq, çay, xörək, limon qaşığı, tort qaşığı 12 ədəd; 19) 2 ədəd şüşə qapaqlı qazan dəsti; 20) Emalirovanni göy qazan dəsti 4 ədəd; 21) fındıq qıran, sarımsaq əzən, qayçılı bıçaq dəsti taxta 1 dəst; 22) taxta karniz 1 ədəd; 23) çil-çıraq 1 ədəd; 24) yastıq 3 ədəd; 25) iki yataqlı döşək 1 ədəd; 26) iki yataqlı yorğan 1 ədəd; 27) uşaq üçün yastıq 1 ədəd; 28) uşaq üçün döşək 1 ədəd; 29) uşaq üçün yorğan 1 ədəd; 30) uşaq üçün pokrıval çəhrayı 1 dəst; Digər əmlaklarını isə Könül hər dəfə gəlibgetdikcə hissə-hissə aparmışdır. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat Verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Zeynalova Könül İslam qızı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, 8 ilə yaxındır ki həmin mənzildə yaşamır və əşyalarının tam şəkildə orada olmasını bilmir. Onu icra və probasiya şöbəsinə dəvət edərək əşyalarının götürülməsi üçün akt imzalamasını bildirmişlər. Lakin, o əşyalarının yerində olmasını bilmədiyindən aktı imzalamamışdır. Aktı imza etmədiyi üçün onunla bağlı inzibati xəta haqqında protocol tərtib edilmişdir. Nizami rayon Məhkəməsinin qərarı ilə inzibati xəta haqqında işə xitam verilimişdir. Onun əşyalarının tam sayda qaytarılması cavabdehlər İddiaçı1 İslam oğluna, İddiaçı2, X4 tərəfindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, əşyaların yerinin dəyişdirilməsinin cavabdehlərə qadağan edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-189/2019-020 nömrəli 23.05.2019cu il tarixli icra sənədinə əsasən, Nizami rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli 2(102)-5689/2019 nömrəli Qərarının surətində görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(007)-3578/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 tərəfindən Zeynalova Könül İslam qızına 5000 manat məbləğində kompensasiya verilməklə, Zeynalova Könül İslam qızının azyaşlı uşağı, 2009-cu il təvəllüdlü X5 ilə birlikdə İddiaçı1 sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 iyul 2012-ci iİ tarixli qətnaməsi ilə əldə etdiyi köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və Zeynalova Könül İslam qızına məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Zeynalova Könül islam qızının apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi kompensasiyə məbləği hissəsində dəyişdirilmiş, İddiaçı1 tərəfindən Zeynalova Könül İslam qızına 13000 manat məbləğində kompensasiya verilməklə Zeynalova Könül İslam qızının azyaşlı uşağı 2009-cu il təvəllüdlü X6 ilə birlikdə İddiaçı1 sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizamı rayon məhkəməsinin 16 iyul 2012-ci il tarixi qətnaməsi ilə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və Zeynalova Könül İslam qızına məxsus yataq dəsti, stol-stul, şkaf-qora və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə deyişdirilmədən saxlanılmışdır. Cavabdeh Zeynalova Könül İslam qızının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3695/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli 2(102)-939/2020 nömrəli Qərarının surətində görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(007)-189/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 1 ünvanda yerləşən iddiaçı Zeynalova Könül İslam qızına məxsus 2 ədəd çarpayı, yanında olan iki ədəd tumba ilə birlikdə, bir ədəd şifoner, iki kreslo, 1 divan, 1 ədəd kəfkirli saat, 1 ədəd yemək masası, iki ədəd stul, 5 ədəc xrustal iri rumka, bir ədəd xrustal hündür meyvə qabı, 2 dəst qrafin rumkası (5 ədəd), 1 dəst 6 nəfərlik çay dəsgahı (nəlbəkiləri yoxdur), 1 boz qara rəngdə kreslo-divan üstü (iki ədəd kreslo üçün örtük yoxdur). 1 dəst 6 nəfərlik göy rəngli kofeyni dəst (bir ədəd fincan çatışmır), 4 ədəd şüşə qapaqlı qazan dəsti, 1 ədəd taxta karniz əşyalarından iddiaçı tərəlindən istifadəyə cavabdehlər X4, İddiaçı2 və İddiaçı1 tərəfindən yaradılan, maneələrin aradan qaldırılması, qeyd olunan əşyaların yerinin dəyişdirilməsinin X3, İddiaçı2 və İddiaçı1 qadağan edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli 2(103)-10750/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(007)-189/2019 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Zeynalova Könül İslam qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli 2(103)-10750/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı2 oğlu X4 ilə cavabdeh Zeynalova Könül İslam qızı rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından bir uşaqları doğulmuş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tərələr arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 tərəfindən Zeynalova Könül İslam qızına 5000 manat məbləğində kompensasiya verilməklə, Zeynalova Könül İslam qızının azyaşlı uşağı, 2009-cu il təvəllüdlü X5 ilə birlikdə İddiaçı1 sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 iyul 2012-ci iİ tarixli qətnaməsi ilə əldə etdiyi köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və Zeynalova Könül İslam qızına məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Zeynalova Könül islam qızının apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi kompensasiyə məbləği hissəsində dəyişdirilmiş, İddiaçı1 tərəfindən Zeynalova Könül İslam qızına 13000 manat məbləğində kompensasiya verilməklə Zeynalova Könül İslam qızının azyaşlı uşağı 2009-cu il təvəllüdlü X6 ilə birlikdə İddiaçı1 sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizamı rayon məhkəməsinin 16 iyul 2012-ci il tarixi qətnaməsi ilə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və Zeynalova Könül İslam qızına məxsus yataq dəsti, stol-stul, şkaf-qora və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə deyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli Qərarı ilə, cavabdeh Zeynalova Könül İslam qızının kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 1 ünvanda yerləşən iddiaçı Zeynalova Könül İslam qızına məxsus 2 ədəd çarpayı, yanında olan iki ədəd tumba ilə birlikdə, bir ədəd şifoner, iki kreslo, 1 divan, 1 ədəd kəfkirli saat, 1 ədəd yemək masası, iki ədəd stul, 5 ədəc xrustal iri rumka, bir ədəd xrustal hündür meyvə qabı, 2 dəst qrafin rumkası (5 ədəd), 1 dəst 6 nəfərlik çay dəsgahı (nəlbəkiləri yoxdur), 1 boz qara rəngdə kreslo-divan üstü (iki ədəd kreslo üçün örtük yoxdur). 1 dəst 6 nəfərlik göy rəngli kofeyni dəst (bir ədəd fincan çatışmır), 4 ədəd şüşə qapaqlı qazan dəsti, 1 ədəd taxta karniz əşyalarından iddiaçı tərəlindən istifadəyə cavabdehlər X4, İddiaçı2 və İddiaçı1 tərəfindən yaradılan, maneələrin aradan qaldırılması, qeyd olunan əşyaların yerinin dəyişdirilməsinin X3, İddiaçı2 və İddiaçı1 qadağan edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli Qərarı ilə, iddiaçı Zeynalova Könül İslam qızının kassasiya şikayəti təmin edilməmişdir. Hazırda İddiaçı2 Zeynalova Könül İslam qızına qarşı əmlakın məcburi qaydada mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən, Zeynalova Könül İslam qızına məxsus əşyalardan istifadəyə cavabdehlər X4, İddiaçı2 və İddiaçı1 tərəfindən yaradılan, maneələrin aradan qaldırılması, qeyd olunan əşyaların yerinin dəyişdirilməsi X3, İddiaçı2 və İddiaçı1 qadağan edilmişdir. Bundan başqa qanuni qüvvəyə minmiş məhkəə qətnaməsi ilə, İddiaçı1 tərəfindən Zeynalova Könül İslam qızına kompensasiya verilməklə, Zeynalova Könül İslam qızının azyaşlı uşağı, 2009-cu il təvəllüdlü X5 ilə birlikdə mübahisəli mənzilə köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilmiş və Zeynalova Könül İslam qızına məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmişdir. Göründüyü kimi cavabdeh Zeynalova Könül İslam qızının sözügedən mənzildən köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməklə yanaşı, Zeynalova Könül İslam qızına məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qərara alınmışdır. Bundan başqa Zeynalova Könül İslam qızına məxsus əşyaların yerinin dəyişdirilməsi X3, İddiaçı2 və İddiaçı1 qadağan edilmişdir. Qeyd olunanlara baxmayaraq cavabdeh Zeynalova Könül İslam qızı özünə məxsus olan əşyaların yalnız bir qismini həmin mənzildən çıxarmış, iddia ərizəzində qeyd olunan əşyaları isə mənzildən çıxarmamışdır. Bu hal isə iddiaçı və onun ailə üzvlərinin mənzildən istifadəsinə müəyyən çətinliklər yaratmaqdadır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Zeynalova Könül İslam qızına məxsus olan, ünvan 2ünvanında olan əşyalar çıxarılaraq, məcburi qaydada Zeynalova Könül İslam qızına təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2ünvanından 1) yataq dəsti; 2) stolstul; 3) şkaf-qorka; 4) uşaq yataq dəsti 1 ədəd; 5) divan kreslo dəsti; 6) kəfkirli saat; 7) qırmızı rəngli bagema qrafin 5 ədəd rumka (biri sınıb); 8) xrustal güldan 1 ədəd; 9) Madonna güldan 1 ədəd, 10) Madonna üzüm-meyvə qabı 2 ədəd; İİ) 1 ədəd xrustal hündür meyvə qabı; 12) 2 ədəd çörək qabı; 13) dəmir çaynik qəfədan 1 dəst; 14) sok çəkən maşın 1 ədəd; 15) 1 ədəd yekə vanna; 16) 1 ədəd kiçik vanra; 17) zibil vedrəsi 1 ədəd; 18) qaşıq dəsti, bıçaq, çay, xörək, limon qaşığ; tort qaşığı 12 ədəd; 19) 2 ədəd şüşə qapaqlı qazan dəsti; 20) emalirovannı göy qazan dəsti 4 ədəd; 21) fındıq qıran, sarımsaq əzən, qayçılı bıçaq dəsti taxta 1 dəst; 22) taxta karniz 1 ədəd; 23) çil-çıraq 1 ədəd; 24) yastıq 3 ədəd; 25) iki yataqlı döşək 1 ədəd; 26) iki yataqlı yorğan 1 ədəd; 27) uşaq üçün yastıq 1 ədəd; 28) uşaq üçün döşək 1 ədəd; 29) uşaq üçün yorğan 1 ədəd; 30) uşaq üçün pokrıval çəhrayı 1 dəsti çıxarılılaraq məcburi qaydada Zeynalova Könül İslam qızına təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərclərinə aid olan 30 manat dövlət rüsumu İddiaçı2 aid edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2ünvanından 1) yataq dəsti; 2) stolstul; 3) şkaf-qorka; 4) uşaq yataq dəsti 1 ədəd; 5) divan kreslo dəsti; 6) kəfkirli saat; 7) qırmızı rəngli bagema qrafin 5 ədəd rumka (biri sınıb); 8) xrustal güldan 1 ədəd; 9) Madonna güldan 1 ədəd, 10) Madonna üzüm-meyvə qabı 2 ədəd; İİ) 1 ədəd xrustal hündür meyvə qabı; 12) 2 ədəd çörək qabı; 13) dəmir çaynik qəfədan 1 dəst; 14) sok çəkən maşın 1 ədəd; 15) 1 ədəd yekə vanna; 16) 1 ədəd kiçik vanra; 17) zibil vedrəsi 1 ədəd; 18) qaşıq dəsti, bıçaq, çay, xörək, limon qaşığ:, tort qaşığı 12 ədəd; 19) 2 ədəd şüşə qapaqlı qazan dəsti; 20) emalirovannı göy qazan dəsti 4 ədəd; 21) fındıq qıran, sarımsaq əzən, qayçılı bıçaq dəsti taxta 1 dəst; 22) taxta karniz 1 ədəd; 23) çilçıraq 1 ədəd; 24) yastıq 3 ədəd; 25) iki yataqlı döşək 1 ədəd; 26) iki yataqlı yorğan 1 ədəd; 27) uşaq üçün yastıq 1 ədəd; 28) uşaq üçün döşək 1 ədəd; 29) uşaq üçün yorğan 1 ədəd; 30) uşaq üçün pokrıval çəhrayı 1 dəsti çıxarılılaraq məcburi qaydada Zeynalova Könül İslam qızına təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1904/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1904/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver