Məhkəmə qərarları › İş №2(007)-1910/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1910/2021

27.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1910/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin təsisçisi İsmayılov Elşənin, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində cavabdeh X6 tərəfindən 46 saylı binanın qarşısında qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 104 saylı “xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamın addan-ada keçirilməsi haqqında” Sərəncamına əsasən Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirmə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamına və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamına əsasən tərtib edilmiş 14/102 saylı Ayrıc aktı ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçəsi 2400-cü məhəllədə 1,9276 hektar torpaq sahəsi yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün MTK-ya verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamına əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilir. Hal-hazırda MTK tərəfindən Şirin Mirzəyev 46 ünvanında bina sakinləri razılaşdırılmış rəsmi müqavilələr bağlanmışdır. 46 saylı binanın sakinləri ilə də razılıq əldə edilmişdir. Lakin Nizami rayon Şirin Mirzəyev küçəsi ev 42, mənzil 12-də yaşayan Cavabdeh daş təsərrüfat anbarına dair 17 noyabr 2020-ci il tarixli 48 nömrəli ümumi sahəsi 52,89 kv.m və 15 mart 2005-ci il tarixli 03 nömrəli ümumilikdə sahəsi 71,94 kv.m mövcud təsərrüfat anbarına (halhazırda qanunsuz olaraq iaşə obyekti kimi fəaliyyət göstərir) Nizami rayon Bələdiyyəsi qərar vermişdir. Bələdiyyənin verdiyi müvəqqəti qərardan başqa şəxsin həmin anbarlara dair hər hansı bir hüquqi sənədi yoxdur. Həmin qərarların 2-ci və 3-cü bəndində daş təsərrüfat anbarının və mövcud təsərrüfat anbarının yerləşdiyi torpaq sahəsi tikinti və ya abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Karaev City” MTK-nın ilkin iddia tələbinin rədd olunmasına və onun istifadə və sahibliyində olan Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyektinin sökülməsi ilə bağlı Karayev City MTK-dan 480000 (dörd yüz səksən min) manat və MTK-nin qanunsuz hərəkəti nəticəsində əmlakına dəymiş 20000 (iyirmi min) manatın Karaev City MTK-dan tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı iddiasını onunla əsaslandırır ki, Cavabdeh qanunsuz olaraq bu torpaq sahəsini zəbt etmiş bu səbəbdən də o, bu sahədən çıxarılmalıdır. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh bu tikilidən istifadə etməsi üçün Nizami rayon Bələdiyyəsinin 17 noyabr 2020-ci il tarixli, 48 nömrəli və 15 mart 2005-ci il tarixli isitifadəyə dair qərarlarından başqa sənədi yoxdur. Bu hal özlüyündə onu sübut edir ki, o, iddia tələbində göstərilən torpağı və məlum tikilini özbaşına zəbt etməmişdir. Nizami rayon bələdiyyəsinin yuxarıda qeyd olunan müvafiq qərarına əsasən torpaq sahəsi 49 (qırx doqquz) illiyinə icarə müqaviləsi bağlanaraq onun istifadəsinə verilmiş, eyni zamanda bu torpaq sahəsində yerləşən tikili də Nizami rayon bələdiyyəsinin müvafiq qərarı ilə onun istifadəsinə verilmişdir. Bir daha qeyd edir ki, o, bu torpaq sahəsi və tikilidən tam qanuni şəkildə istifadə edir və isitfadəsi ilə bağlı Nizami rayon Bələdiyyəsinə icarə haqqı və vergini vaxtlı-vaxtında ödəyir, bundan əlavə iaşə obyektindən istifadə etdiyi qaz, su, elektrik sərfiyyatına dair kommunal xərcləri vaxtlıvaxtında ödəyir. O, burada 2005-ci ildə qaraj tipli anbarı əsaslı təmir edərək icitmai-iaşə obyekti kimi formalaşdırmış, tikilinin ətrafını abadlaşdırmış və 16 ildir ki, bu tikilidən iaşə obyekti kimi istifadə edir. Bu illər ərzində onun fəaliyyətinə Nizami rayon bələdiyyəsi və digər orqanlar tərəfindən heç bir etiraz və pretenziya edilməmişdir. İddiaçı ilkin iddia ərizəsində qeyd edir ki, "Nizami rayon bələdiyyəsi ilə arasında olan müvafiq müqavilələrin 2 və 3-cü bəndində tikinti və abadlıq işləri üçün lazım olarsa Nizami rayon Bələdiyyəsinin ilk tələbi ilə azad edilməlidir və bu səbəbdən guya artıq mən iddiaçının tikinti işləri apardığı üçün bu torpaq sahəsi və tikilidən çıxmalıyam ?!" Əvvəla nəzərə çatdırır ki, Nizami rayon bələdiyyəsinin müvafiq qərarının 2 və 3-cü bəndinə əsasən onun bu torpaq sahəsindən çıxması Nizami bələdiyyəsi tələb etdikdə hüquqi qüvvəsi var. Daha iddaçı Karaev City MMC-nin torpaq sahəsindən çıxmağına dair tələb irəli sürməsinə subyetkiv hüququ yoxdur. İkincisi iddiaçının ilkin iddia ərizəsində qeyd etdiyi kimi Bakı şəhər İHB-nin tikintiyə dair vermiş olduğu xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən ərazidə yerləşən qeyri-yaşayış və yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və onlara vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasən müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilir. İddiaçı bu günə qədər ona müvafiq tikili və torpaq sahəsinə görə hər hansı bir kompensassiya ödənilməsini təklif etməmişdir. Bu hərəkəti ilə iddiaçı Bakı şəhər İHB-nin müvafiq sərəncamının tələbini kobud şəkildə pozmuşdur. Onun istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi Nizami rayon bələdiyyəsinin 2005-ci il tarixli müvafiq qərarı ilə 49 illiyinə onun istifadəsinə verilmişdir. Lakin iddiaçının istinad etdiyi Bakı şəhər İHB-nin tikinti ilə bağlı müvafiq qərarı xx.xx.2014-cü il tarixdə verilmişdir. Belə bir sərəncamın verilməsindən yəqin ki, Nizami rayon Bələdiyyəsinin heç xəbəri də olmamışdır. Belə olan halda iddia edilən torpaq sahəsinə və tikiliyə dair kimin haqlı və kimin haqsız olmasını mübahisələndirməzdən əvvəl iddiaçı inşaat sahəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə sərəncamda olduğu kimi razılığa gəlməsi daha məqsədə müvafiqdir. Hesab edir ki, iddiaçının onun qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsinin boşaldılmasına dair ilkin iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Onun qeyd olunan iaşə obyektinin ümumi sahəsi torpaqla birlikdə 160 kv.metrdir. O, buranı yüksək səviyyədə təmir etmişdir, müvafiq tikinti və abadlıq işləri aparmışdır. Hesab edir ki, onun istifadə və sahibliyində olan bu ictimai iaşə obyektinin hər kvadrat metri 3000 manata bərabərdir. O, bu tikilini ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya kvadrat metri 3000 manat olmaqla, ümumilikdə 500000 manata güzəşt edə bilər. Yuxarıda deyilənlərdən əlavə nəzərə çatdırır ki, məhkəmə prosesinin başlanğıc ərəfəsində müxtəlif şəxslər vasitəsi ilə "Karaev City” MTK-nin rəhbərliyi tərəfindən ona razılaşma ilə bağlı müxtəlif təkliflər gəlmiş, lakin real olaraq MMC rəhbərliyi onunla görüşməmiş və onu hər hansı bir danışıq üçün dəvət etməmişdir. “Karaev City" MTK-nin məhkəmədə iştirak edən nümayəndəsi 27 may 2021-ci il tarixdə keçirilən məhkəmə prosesində qeyd etmişdir ki, Karaev City MTK rəhbərliyi əvvəllər onun istifadəsində olan tikili və torpaq sahəsinə kompensasiya ödəmək niyyətində olmuş, guya o, onların təklifləri ilə razılaşmamış və bu səbəbdən artıq ona hər hansı bir kompensassiya ödəmək niyyətlərində deyillər. O isə öz növbəsində ümüd edirmiş ki, ən pis halda məhkəmə prosesinin gedişatı zamanı iddiaçı tərəflə hər hansı razılaşmaya gələ bilərmişlər. Onların bu danışıqdan əsaslı şəkildə imtina etməsi onu da öz növbəsində onların iddia tələbinə qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə mürciət etmək məcburiyyətində qalmışdır, yəni onun indi Karaev City MTK-ya qarşılıqlı iddia verməyinin səbəbi işin gedişatı zəminində ortaya çıxmışdır. Bundan əlavə nəzərə çatdırır ki, 23 iyun gecə saat 10-11 radələrində Karaev City MTK-nin əməkdaşları onun istifadəsində olan və mübahisə predmeti olan iaşə obyektinin həyətini tamamilə qazıb uçurmuş və bu tikilinin bir tərəfini sökməklə obyektlə yanaşı içərisində olan ona məxsus əmlaklara da ziyan yetirilmişdir. "Karaev City” MTK məhkəmədən onun bu obyektdən çıxarılması və ona məxsus obyektin sökülməsinə dair qətnamə çıxarılmasını məhkəməyə müraciət etsə də, məhkəməni yekun qərarını gözləmədən özbaşına onun istifadə və sahibliyində olan obyekti sökməyə başlamışdır. O, MTK-nin bu hərəkətindən müvafiq polis orqanına şikayət etmişdir. Hələki çox çətinliklə qohum və tanışlarının gözətçiliyi və vermiş olduğu şikayətlər sayəsində müvəqqəti olaraq "xxxx" MTK-nin qanunsuz hərəkətlərinin qarşısını almışlar. Ancaq MTK-nin qanunsuz hərəkətlərini dayandırmaq üçün iddianın təmini tədbiri barədə məhkəməyə ayrıca ərizə ilə müraciət edəcəkdir və nəzərə çatdırır ki, bu ərizə də qarşılıqlı iddia ərizəsinə əlavə olunmuşdur. Hesab edir ki, “Karaev City" MTK Bakı şəhər İHB-nin xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamına (tikinti ərazisində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi ilə bağlı bu tikililərin sahibləri ilə qarşılıqlı razılaşma) əsasən MTK rəhbərliyi onun sahiblik və istifadəsində olan tikiliyə dair ona kompensasiya ödəməlidir və belə olan halda o da öz növbəsində heç bir qeyri-şərt irəli sürmədən tikinti ərazisini tərk etməyi öhdəsinə götürür. Nəzərə çatdırır ki, yuxarıda qeyd etdiyi kimi ona məxsus iaşə obyektinin əraziyə görə bazar qiyməti kvadrat metri 3000 manat həddində qiymətləndirilir. Bu tikilinin ümumi sahəsi 160 kv.m-dir ki, bu da ümumilikdə 480000 manat pul edir. Bundan əlavə Karaev City MTKnin qanunsuz hərəkətləri nəticəsində onun əmlakına 20000 manat ziyan dəymişdir. İlkin iddia tələbinə verdiyi qiymət ondan ibarətdir ki, o, heç də qanunsuz olaraq bu ərazini zəbt edib fəaliyyət göstərməmiş, o, Nizami rayon Bələdiyyəsinin müvafiq qərarları əsasında bu ərazidə fəaliyyət göstərmiş və bu 16 il ərzində bütün vergi və istifadə etdiyi kommunal su elektrik, vergi, qaz və s. kommunal xərcləri vaxtında ödəmiş, heç bir dövlət qurumunun o cümlədən idarə, müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması ilə bağlı heç bir tələbləri olmamışdır. Belə olan halda “Karaev City" MTK-nin məhkəmə verdiyi iddianın heç bir əsası olmadığı üçün rədd olunmalı, qarşlıqlı iddia tələbi isə tam qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X8 ilkin iddia tələbini müdafiə edib ilkin iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətindən 2014-cü il tarixdə sərəncam almışlar, həmin sərəncama əsasən çıxarışı olan vətəndaşlarla əvvəlcə daxil müqavilə sonra isə notarial qaydada müqavilələr bağlamışlar. Cavabdehlə dəfələrlə sahə müvəkkili, bələdiyyə nümayəndələri ilə birlikdə danışıqlar aparsalar da, bir nəticəyə gələ bilməmişlər. 2014-cü ildə sərəncam, 2020-ci ildə isə bələdiyyə qərarını almışlar, Bələdiyyə qərarının 2-ci və 3-cü bəndlərinə əsasən həmin torpaq sahəsi üzərində tikinti və abadlıq işləri aparılarsa, həmin torpaq sahəsi bələdiyyənin ilk tələbi ilə azad edilməlidir. Cavabdehlə danışıqlar apararaq akt formasında 58 kv.m ərazi üçün 140 kv.m ərazi təklif etmişlər, lakin cavabdeh iddiaçıdan əlavə olaraq 140000 manat pul istəmişdir. Mübahisəli obyekt daş anbarı olmasına baxmayaraq cavabdeh həmin ərazini kafe kimi istifadə edir və cavabdeh qeyd edir ki, ordan gəlir əldə etdiyi üçün 2500 manat aylıq binanın tikilib qurtarmasına qədər pul tələb edir. Bələdiyyə qərarının icra olunmaq üçün onlar bələdiyyəyə müraciət etdikləri zaman cavabdehə bələdiyyə özü məktubda göndərmiş, lakin cavabdeh əməliyyat olunduğunu və gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin təsisçisi İsmayılov Elşən ilkin iddianın dəlillərinə uyğun izahat verərək ilkin iddianın təmin edilməsini xahiş etdi. Həmçinin qarşılıqlı iddia ilə razılaşmırlar və rədd edilməsini xahiş edirlər. Qarşılıqlı iddia üzrə iddiaçıya heç bir kompensasiya ödənilməsi nəzərdə tutulmur və onun əmlakına da 20000 manat məbləğində zərər vurulmamış, məhkəmə qərarından məlumatları olan kimi qazıntı işlərini dayandırmışlar. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianın dəlillərinə uyğun izahat verərək bildirdi ki, bələdiyyənin qərarına əsasən mübahisəli ərazi Cavabdeh 49 illik müddətinə icarəyə verilmişdir. Daha sonra həmin müqavilə bələdiyyənin növbəti sədrinin bildirişi ilə ləğv edilə bilməz. Bundan başqa qarşı tərəf bildirir ki, Cavabdeh onun istifadəsində olan əmlaka görə müəyyən təkliflər edilmiş, lakin o, qəbul etməmişdir. İndi necə olur ki, qarşı tərəf əvvəl Cavabdeh təkliflər edir və əmlakın onun istifadəsində olduğunu qəbul edir. Lakin məhkəməyə müraciət edəndə ərizədə ərazinin Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini bildirir. Qarşı tərəf qeyd edir ki, məhkəmənin qərarını bilmədən ərazidə qazıntı işləri aparmışdır. Əgər daha sonra məlumatlı olmuşlarsa, niyə qazılmış torpağı geri qaytarmamışlar. Həmçinin onlar istəyərlər ki, razılıq əldə edilərək barışıq sazişi bağlansın. Lakin qarşı tərəfin hüquqşünası onlara demişdir ki, əvvəl barışığa razı imişlər, amma indi bir qara qəpik də verməyə razı deyillər. Qarşı tərəf heç bir əsas gətirmədən bələdiyyənin məktubuna əsaslanaraq heç bir ödəniş edilmədən Cavabdeh məxsus əmlakın sölükməsini tələb edir. Cavabdeh məxsus kafenin uzunluğu 9 metr, eni isə 7-7,60 metrdir. Cavabdeh uzun illərdir ki, mübahisə predmeti olan əmlakdan istifadə edir və vergi və digər ödənişləri vaxtlı-vaxtında ödəyir. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə qarşılıqlı iddianı müdafiə edib qarşılıqlı iddia ərizəsinin dəlilərinə uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 izahat verərək bildirdi ki, iş üzrə tərəflər İcra Hakimiyyətinin sərəncamı ilə müvafiq sahədə yenidənqurma işləri həvalə edilmiş tikinti şirkəti, digər tərəfdən də bələdiyyə qərarı ilə həmin ərazini 49 il müddətinə icarəyə götürmüş Cavabdehdur. Onlar hesab edirlər ki, tərəflər aralarında yaranmış mübahisəni razılığa gələrək həll etməlidir. Qeyd edilənlərə əsasən mübahisənin ədalətli həllini məhkəmənin mülahizəsinə buraxırlar. 30 iyun 2021-ci il tarixli məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin torpaq sahəsinin Cavabdeh icarəyə verilməsi haqqında müqaviləsinə əsasən Cavabdeh mübahisəli əmlakı qanunsuz şəkildə zəbt etməmiş, qanuni şəkildə həm icarə haqqını, həm də vergiləri ödəmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli qərarın 2-ci bəndinə və 17 noyabr 2020-ci il tarixli qərarının 3-cü bəndinə əsasən həmin torpaq sahəsi üzərində tikinti və abadlıq işləri aparılarsa, həmin torpaq sahəsi bələdiyyənin ilk tələbi ilə azad edilməli olduğu qeyd edilmişdir. Bu barədə Cavabdeh rəsmi qaydada məlumat verilmişdir. Bu səbəbdən iddiaçı tərəf onlara müraciət etdikdəndən sonra bələdiyyə tərəflərə məktub göndərərək torpağın Cavabdeh adına rəsmiləşdirilməsi barədə qərarın qüvvədən düşdüyünü bildirmişdir. Ümumiyyətlə, həmin torpaq sahəsi bələdiyyənin balansında deyil və kimin mülkiyyətində olması haqqında məlumatları yoxdur. Hesab edirlər ki, mövcud mübahisənin həll edilməsi üçün tərəflər razılığa gəlməlidirlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli qərarından görünür ki, X7 İnkişaf Daimi Komissiyasının təklifini və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanununun 16.3-cü maddəsinin tələbləri nəzərə alaraq Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığından yerləşən, xx.xx.2005-ci il tarixli C- 020 saylı cizgidə göstərilən təsərrüfat anbarı Ş.Mirzəyev küçəsi, ev 42, 12-də yaşayan Cavabdeh adına icarə müqaviləsi bağlamaqla sənədləşdirilməsi, təsərrüfat anbarın yerləşdiyi torpaq sahəsinin tikinti və ya abadlıq işləri üçün lazım olursa bələdiyyənin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi qərara alınmışdır. - Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, icarəverən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 114 kv.m olan, gələcəkdə sahə adlanan ərazini icarəçi Cavabdeh uzun müddətli 49 il istifadəyə verir, icarəçi isə onu qəbul edir. - Bələdiyyə Əmlakının (Qeyri-yaşayış və torpaq sahəsinin) İcarəyə verilməsi haqqında xx.xx.2013-cü il tarixli İcarə müqaviləsindən görünür ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 03 yanvar 2001-ci il tarixli ümumi iclasın qərarına əsasən Nizami rayonu, K.Balakişiyev 30 ünvanda yerləşən, ümumi sahəsi 53 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin təsərrüfat anbarı adəna yerlşən torpaq sahəsini Cavabdeh müddətli icarəyə vermişdir. - Bakı şəhəri Nizami Bələdiyyəsinin 17 noyabr 2020-ci il tarixli qərarından görünür ki, X10 X1 və X13 daimi Komissiyasının təklifini anbarın sanitar mühafizə zolağında yerləşdiyini nəzərə alaraq, anbardan istifadəyə görə bələdiyyə ödənişlərinə cəlb edilməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu. Nizami Bələdiyyəsi ərazisi olan K.Balakişiyev küçəsi 30 saylı binanın yaxınlığında yerləşən daş təsərrüfat anbarının Cavabdeh adına qeydiyyata alınaraq bələdiyyə ödənişnə cəlb edilməsi qərara alınmışdır. Qərarın 3-cü bəndinə göstərilmişdir ki, anbarın yerləşdiyi torpaq sahəsi tikinti və ya abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyənin ilk tələbi ilə etiraz edilmədən azad edilməlidir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsisməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vasaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi ilə bağlı sərəncam imzalanmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 2014-cü il tarixli Ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsisməsindəki 2400-cü məhəllədə yerləşən sahəsi 1,9276 hektar olan ərazi yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında xx.xx.2018ci il tarilxi 104 saylı sərəncamından görünür ki, İddiaçın xx.xx.2018-ci il tarixli 01 saylı müraciətini və "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli 173 saylı razılıq məktubunu nəzərə alaraq, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsisməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. - 120 saylı MKİS-in xx.xx.2021-ci il tarixli 123 saylı məlumatından görünür ki, vətəndaş Cavabdeh Qabil oğluna aid Nizami Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 3 saylı qərarına əsasən 71,014 kv.m və xx.xx.2020-ci il tarixli 48 saylı qərarına əsasən 52,89 kv.m anbar istifadəsindədir. 120 saylı MKİS-də əlavə heç bir hüquqi sənəd yoxdur. - 26 fevral 2021-ci il tarixli Aktdan görünür ki, İddiaçı MTK-nın sədri İsmailov Elshan, İddiaçı MTK-nın hüquqşünası Binyatova Sima, 120 saylı MKİS-nin rəisi X14 aktı ondan ötrü tərtib edirlər ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 46 ünvanında yerləşən 15 mart 2005-ci il 03 nömrəli qərarda göstərilən 71,94 kv.m olan anbarın və 17 noyabr 2020ci il tarixli 48 nömrəli 58,89 kv.m sahəsi olan anbarın Cavabdeh sökülməsi üçün yeni yaşayış binasından 140 kv.m qeyri-yaşayış sahəsi təklif olunmuşdur. Lakin vətəndaş verilən sahəyə etiraz etmişdir. Həmin ərazidə yeni binanın bünövrəsi üçün qazıntı işləri aparılan zaman təsərrüfat anbarında hər hansı sürüşmə baş verərsə, yuxarıda göstərdikləri təklifi əsaslandıraraq İddiaçı MTK-nın heç bir hüquqi məsuliyyət daşımadığını təsdiq edirlər. Nizami rayon Bələdiyyəsi akta imza atmaqdan imtina etmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, 15 mart 2005-ci il tarixli 03 saylı qərarla Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığında yerləşən təsərrüfat anbarı Cavabdeh adına sənədləşdirilmişdir. Bundan başqa 22 mart 2005-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən 114 kv.m torpaq sahəsi iaşə və ticarət məqsədi ilə Nizami bələdiyyəsilə Cavabdeh arasında torpaq icarə müqaviləsi bağlanaraq torpaq sahəsi onun icarəsinə verilmişdir. Nizami bələdiyyəsinə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin 154 saylı 10 aprel 2014-cü il və 104 saylı 05 mart 2018-ci il tarixli sərəncamları ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə köhnə iki mərtəbəli binaların sökülərək yerində yüksəkmərtəbəli binaların tikintisi üçün torpaq sahəsini İddiaçı MTK-nın istifadəsinə verilməsi müəyyən olunmuşdur. Nizami bələdiyyəsinin sözügedən 03 saylı 15 mart 2005-ci il tarixli qərarının 3.3-cü bəndinə əsasən təsərrüfat anbarının yerləşdiyi torpaq sahəsi tikinti və abadlıq işləri üçün lazım olduqda bələdiyyənin ilk tələbi ilə etiraz edilmədən azad edilməlidir. Həmçinin Nizami bələdiyyəsi tərəfindən yuxarıda qeyd olunan 49 illiyə icarəyə verilmiş torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 154 saylı 10 aprel 2014-cü il tarixli və 104 saylı 05 mart 2018-ci il tarixli sərəncamlarla hündür mərtəbəli binaların tikintisi üçün İddiaçı MTK-nın icarəsinə verilməsini nəzərə alaraq Nizami bələdiyyəsinin yuxarıda qeyd olunan 03 saylı 15 mart 2005-ci il tarixli qərarı və 22 mart 2005-ci il tarixli torpaq icarəsi müqaviləsi öz qüvvəsini itirmiş hesab olunur. Məhkəmə qeyd edir ki, hazırda ilkin iddia üzrə İddiaçı MTK Bakı şəhəri, Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində cavabdeh X6 tərəfindən 46 saylı binanın qarşısında qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin sökülməsi xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ilkin iddia tələbinin rədd olunmasına və onun istifadə və sahibliyində olan Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyektinin sökülməsi ilə bağlı Karayev City MTK-dan 480000 (dörd yüz səksən min) manat və MTK-nin qanunsuz hərəkəti nəticəsində əmlakına dəymiş 20000 (iyirmi min) manatın Karaev City MTK-dan tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli qərarı ilə Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığından yerləşən təsərrüfat anbarı Cavabdeh adına icarə müqaviləsi bağlamaqla sənədləşdirilməsi, təsərrüfat anbarın yerləşdiyi torpaq sahəsinin tikinti və ya abadlıq işləri üçün lazım olursa bələdiyyənin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi qərara alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli müqavilə ilə icarəverən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 114 kv.m olan, gələcəkdə sahə adlanan ərazini icarəçi Cavabdeh uzun müddətli 49 il istifadəyə vermişdir. Bundan başqa Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamı ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsisməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vasaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi ilə bağlı sərəncam imzalanmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında xx.xx.2018-ci il tarilxi 104 saylı sərəncamı ilə Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsisməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin 154 və 104 saylı sərancamlarına əsaslanaraq mübahisəli ərazidə qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi həyata keçirir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə onun istifadəsində olan iaşə obyektinin sökülməsi müqavilində 480000 manat məbləğində pulun ödənilməsi tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin ədalətli həlli üçün ilk öncə Cavabdeh mühahisəli ərazidə istifadə hüququnun olub-olmaması halı araşdırılmalıdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi Bakı şəhəri Nizami Bələdiyyəsinin qərarı ilə və Cavabdeh ilə bağlanmış icarə müqaviləsi əsasında Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığından yerləşən təsərrüfat anbarı və Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 114 kv.m olan torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. Hazırda Bakı şəhəri Nizami Bələdiyyəsi qeyd edir ki, 49 illiyə icarəyə verilmiş torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 154 saylı 10 aprel 2014-cü il tarixli və 104 saylı 05 mart 2018-ci il tarixli sərəncamlarla hündür mərtəbəli binaların tikintisi üçün İddiaçı MTK-nın icarəsinə verilməsini nəzərə alaraq Nizami bələdiyyəsinin yuxarıda qeyd olunan 03 saylı 15 mart 2005-ci il tarixli qərarı və 22 mart 2005-ci il tarixli torpaq icarəsi müqaviləsi öz qüvvəsini itirmiş hesab olunur. Nəticədə, Cavabdeh hazırda Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığından yerləşən təsərrüfat anbarı və Nizami rayon Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 114 kv.m olan torpaq sahəsi üzərində subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinə münasibətdə belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun istifadə və sahibliyində olan Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyektinin sökülməsi ilə bağlı Karayev City MTK-dan 480000 (dörd yüz səksən min) manat və MTKnin qanunsuz hərəkəti nəticəsində əmlakına dəymiş 20000 (iyirmi min) manatın Karaev City MTK-dan tutularaq onun xeyrinə ödənilməsi tələbini irəli sürsə də, qeyd edilən ərazidə yerləşən iaşə obyektinin Cavabdeh istifadəsinə verilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən (təsərrüfat anbarının yerləşdiyi torpaq sahəsi tikinti və ya abdlıq işləri üçün lazım olarasa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməlidir) İddiaçı MTK tərəfindən həmin ərazidə tikinti işləri aparıldığından Cavabdeh həmin anbardan və onun yerləşdiyi torpaq sahəsindən istifadə hüququ artıq mövcud deyil. Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyekti ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində deyil, nəticə etibarı ilə onun mübahisə predmeti ilə bağlı obyektin sökülməsi üçün tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbinin “MTK-nın qanunsuz hərəkəti nəticəsində əmlakına dəymiş 20000 (iyirmi min) manatın Karaev City MTK-dan tutularaq onun xeyrinə ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əmlakına 20000 manat dəyərində ziyanın vurulduğunu qeyd etsə də, qeyd edilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, iaşə obyektinə heç bir ziyan vurulmamış, onun ətrafında qazıntı işləri aparılmışdır, lakin həmin qazıntı işləri nəticəsində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 20000 manat dəyərində ziyan vurulması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “onun istifadə və sahibliyində olan Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyektinin sökülməsi ilə bağlı Karayev City MTK-dan 480000 (dörd yüz səksən min) manat və MTK-nin qanunsuz hərəkəti nəticəsində əmlakına dəymiş 20000 (iyirmi min) manatın Karaev City MTK-dan tutularaq onun xeyrinə ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin 154 saylı 10 aprel 2014-cü il və 104 saylı 05 mart 2018-ci il tarixli sərəncamları ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev , M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə köhnə iki mərtəbəli binaların sökülərək yerində yüksəkmərtəbəli binaların tikintisi üçün torpaq sahəsinin ilkin iddia üzrə İddiaçı Mənzil-Tikinti Kooperatinə istifadəsinə verilməsi müəyyən olunmuşdur. Hazırda ilkin iddia üzrə İddiaçı tərəfindən Bakı şəhəri, Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində cavabdeh X6 tərəfindən 46 saylı binanın qarşısında qanunsuz olaraq zəbt edilmiş ərazi olduğundan həmin ərazidə tikinti işlərini həyata keçirə bilmirlər. Belə ki, mübahisəli əmlak Nizami rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən X4 adına icarə müqaviləsi bağlanılmaqla sənədləşdirildiyindən o, həmin əmlakdan qanuna uyğun şəkildə istifadə etmişdir. Hazırda isə onun həmin əmlak üzərində mülkiyyət hüququ yoxdur. Göründüyü kimi X6 ilə icarə müqaviləsinin bağlanılmasına əsas olmuş Nizami rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən hazırda İddiaçı tərəfindən həmin ərazidə tikinti işləri aparıldığından X6 həmin ərazini azad etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin ərazi boşaldılmadır. Məhkəmə ilkin iddianın “Bakı şəhəri, Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində cavabdeh X6 tərəfindən 46 saylı binanın qarşısında qanunsuz olaraq zəbt edilmiş ərazinin sökülməsi” hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı həmin ərazidə olan obyektin sökülməsini X3 tələb etsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, X6 həmin əmlakın mülkiyyətçisi deyil, yəni onun həmin ərazi üzərində subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən X4 mübahisəli əmlak üzərində subyektiv hüququ olmadığından iddia hüququ olmayan şəxsə qarşı yönəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi mübahisələndirilən hissədə rədd edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, 2400cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintiki üçün ayrılmış torpaq sahəsində 46 saylı binanın qarşısında Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş ərazilər boşaldılmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintiki üçün ayrılmış torpaq sahəsində 46 saylı binanın qarşısında Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş ərazilər boşaldılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar