Məhkəmə qərarları › İş №2(007)-1922/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1922/2025

23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1922/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X7 20 avqust 1948-ci il tarixdə Bakı şəhərində doğulması, ata qrafasında X10, ana qrafasında X8 qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 20 avqust 1948-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atasının atası X10, anası isə X8 olmuşdur. X2 14 iyun 2024-cü il tarixdə vəfat etmişdir. Atasının mülkiyyətində olan mənzilə dair vərəsəliyi qəbul elmək üçün notariat kontoruna müraciət etmişdir. Notariat kontorunda ondan atasının doğum haqqında şəhadətnaməsini tələb edirlər. Doğum haqqında şəhadətnamə əldə elmək üçün Maraqlı şəxsnə müraciət etdi, lakin onlar imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Hal-hazırda vərəsəliyi qəbul edilməsi üçün akt qeydinin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət elmək məcburiyyətindədir. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Nəcəfov Ziyətxan onun əmisi oğludur. Atasının adı X10, anasının adı X4r.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, Nəcəfov Ziyətxan onun qardaşıdır. Ögey qardaşdırlar. Ziyətxanı onun anası böyüdüb. Amma o, anasını görməyib, qardaşı 9 yaş ondan böyükdür. Ataları azərbaycanlı olub. X1 görmüşdür.

İş materialları:

8. Maraqlı şəxs Ərizəçi ünvanlandığı 02 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs tərəfindən sizin atanızın adınıza qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş ‘'Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” aşağıdakı bəndlərinə əsasən: Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, atanız X3 vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası ilə bağlı ərizənizin təmin edilməsi qeydiyyat şöbəsində mümkün deyil. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.

9. Dövlət Notariat Arxivinin 19 mart 2025-ci il tarixli məktubunun surətindən görünür ki, Sizin 10 mart 2025-ci il tarixli x/o 111/25 №-li Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanladığınız sorğunuza cavab olaraq bildiririk ki, "Azərbaycan Respubiikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi’’nin 1948-ci ilə dair Xətai rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır.

10. AZ-İİ seriyalı 437182 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 653 nömrə ilə qeyd edilmişdir.

11. AZE seriyalı 03305650 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1948-ci ildə, Bakı şəhərində anadan olmuşdur.

12. Xİİ-ЖГ seriyali, 485331 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olub. Ata qrafasında X7, ana qrafasında X6 qeyd olunmuşdur.

13. 08.04.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, X7 xx.xx.1948-ci ildə, Bakı şəhərində doğulmuşdur, milliyyəti azərbaycanlıdır. Maraqlı şəxs 02 aprel 2025-ci il tarixli məktubundan da görünür ki, ərizəçi atasının adına qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın:

4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

18. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur.

19. Göründüyü kimi ərizəçinin atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi atasının mülkiyyətində olan mənzilə dair vərəsəliyi qəbul etmək üçün notariat kontoruna müraciət etmişdir. Notariat kontorunda ondan atasının doğum haqqında şəhadətnaməsini tələb edirlər. Lakin atasının doğum haqqında şəhadətnaməsi yoxdur. Bu səbəbdən ərizəçi vərəsəliyi qəbul etmək üçün müraciət edə bilmir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunduğu kimi hüquqi fakt o zaman məhkəmə tərəfindən müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkün olsun. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 02 aprel 2025-ci il tarixli məktubundan da görünür ki, ərizəçi atasının adına qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etmişdir, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göründüyü kimi ərizəçi X2nun doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 doğulması faktı müəyyən edilməlidir.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

21. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu onlara aid edilməlidir.

Nəticə:

22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, ərizə təmin edilməli, X3 20 avqust 1948-ci il tarixdə Bakı şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilməli, X3 təvəllüdü 20 avqust 1948-ci il, doğulduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri, milliyyəti azərbaycanlı, atası X10, milliyyəti azərbaycanlı, anası X8, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydi bərpa olunaraq X3 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

Ərizə təmin edilsin. X3 20 avqust 1948-ci il tarixdə Bakı şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. X3 təvəllüdü 20 avqust 1948-ci il, doğulduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri, milliyyəti azərbaycanlı, atası X10, milliyyəti azərbaycanlı, anası X8, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydi bərpa olunaraq X3 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar