Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1923/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı X2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ailə üzvləri X6 və X9 ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 24, 146 saylı mənzildən istifadə hüququnun tirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 24, mənzil 146 onun xüsusi mülkiyyətindədir. Bu hal 23.03.2002-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin ÖM seriyalı, 109795 nömrəli qeydiyyat vəsiqəsilə təsdiq olunur. Hazırda cavabdehlər onun mülkiyyətində olan mənzildə passport qeydiyyatdadır. Bunu yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın təsdiq edilmiş surəti də təsdiq edir. Hazırda cavabdehlər onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamırlar. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ailə üzvləri X6 və X9 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 24, mənzil 146-da qeydiyyatdadırlar. Hazırda cavabdehlərin pasport qeydiyyatından çıxmaması mənzilin mülkiyyətçisi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmaqla yanaşı, mülkiyyətçi kimi onun hüquqlarını pozur. Beləliklə, iş üzrə materiallardan aydın göründüyü kimi, cavabdehlərin onun tam mülkiyyət hüququ ilə malik olduğu mənzildə formal olaraq pasport qeydiyyatında olması və istifadə hüququnun qalması onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yol açır. Digər tərəfdən xeyli müddətdir ki, o, neçə müddətdən bəridir ki, cavabdehə görə kommunal xərcləri ödəmək məcburiyyətindədir. Bu isə ona maddi cəhətdən kifayət qədər çətinlik yaradır. Həmçinin, cavabdehin evə qeydiyyatda qalması ona həmin evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də onun məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesabedirki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 147115 nömrəli, 14 fevral 2002-ci il tarixli alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 24, 146 saylı mənzili X2 mülkiyyətinə vermişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya ÖM 109795 nömrəli Qeydiyyat Vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 24, 146 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına 23 mart 2002-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 31 may 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6, X6 və X9Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 24, 146 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan MKTB-nin 142 saylı MKİS tərəfindən verilmiş 09 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, X8 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 24, 146 saylı mənzilin sahibidir. Həmin mənzildə qeydiyyatda olmaqla tək yaşayır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının vəqanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 24, 146 saylı mənzilinəqanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər mənzildə yaşamadığı üçün həmin evdən istifadə hüquqlarını itirmiş və onlar,həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və Cavabdeh6 ilə birlikdə yetkinlik yaşına çatmayan X6 və X3 istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6 və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayan X6 və X7Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 24, 146 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6 və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayan X6 və X1 mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6 və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayan X6 və X7Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 24, 146 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6 və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayan X6 və X7Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 24, 146 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə xərcləri X5 aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1923/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1923/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver