Məhkəmə qərarları › İş №2(007)-1925/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1925/2022

15.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1925/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 15 saylı Xüsusi Notariat ofisinə qarşı “qohumluq münasibətlərinin müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 15 saylı Xüsusi Notariat ofisinə qarşı “qohumluq münasibətlərinin müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 1929-cu il təvəllüdlü X12 və xx.xx.1948-ci il təvəllüdlü X4 qohumluq (atası olması) münasibətlərində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, X2, anası isə X16muşdur. X2 xx.xx.1996-cı ildə vəfat etmişdir. O, ailə üzvləri ilə birlikdə X3nun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, K.Əfkari küçəsi, ev 23-də yaşayırlar. X3 xx.xx.2013-cü ildə vəfat etmişdir. Ondan miras ev qalmışdır. Vərəsəlik məsələsinin həlli ilə əlaqədar notariat kontorunda X1 doğum şəhadətnaməsini istədilər. Lakin atasının doğum haqqında şəhadətnaməsini tapa bilməmişlər. Atasının doğum haqqında şəhadətnaməsi olmadığından (bu məlumatlar olmadan) vərəsəlik işi ilə bağlı notariat əməliyyatlarının keçirilməsi qeyri-mümkündür. X29 Respublikasında anadan olduğu üçün vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində doğumu barədə heç bir məlumat aşkar olunmamışdır. X1 atası X12 olmasını notariat kontorunda təsdiq edə bilməmiş, bu səbəbdən mərhum babası ilə atasının arasında qohumluq olması faktının yəni onun atasının atası olması faktının müəyyən edilməsinə zərurət yaranmışdır ki, miras əmlakın qəbulu məsələsi həll edilsin. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, babası X6 mülkiyyətində yaşayır, X29 Respublikasında anadan olmuş və atasının doğum haqqında şəhadətnaməsi itmişdir. Vərəsəlik məsələsinin həlli ilə əlaqədar notariat kontorunda atası Əfkarı Məhərrəm oğlunun doğum haqında şəhadətaməsini istəmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X9 şahid qismində ifadə verərək göstərmişdir ki, Ərizəçi bibisidir. Onlar 7 bacı, 4 qardaş olmaqla 11 uşaq olmuşlar. 3 bacısı, 2 qardaşı rəhmətə getmişdir. Atasının adı X14, anasının isə adı X10, anasının anasının adı Məleykə olmuşdur. Əslləri İranlıdır, anası tərəf hamısı İrandandır. Böyük qardaşı Məhərrəm İranda anadan olmuşdur. Ata babasından bu ev qalmış, həmin evlə bağlı heç bir mübahisə yoxdur. Orada Ramin yaşayır, hər kəsin öz evi var. Məhərrəm qardaşı atası ilə bir evdə yaşayırdı. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Vİ ЖГ 478788 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X15. - AZ-İ 595804 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. - Vİ ЖГ 413648 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı xüsusi Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 546 saylı məktubundan görünür ki, X1 qohumluğu təsdiq edən sənəd olmadığına görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olduğu və bununla bağlı məhkəməyə müraciət edə biləcəkləri bildirilmişdir. - Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X4 "vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemi"ndə "doğumu" barəsində heç bir məlumat aşkar olunmamışdır. - X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 739 saylı arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, nizami rayonu, X22 ərazi dairəsi üzrə nümayəndəliyinin Əfkari küçəsində 23 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: 2-ci bəndinə əsasən, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3-cü bəndinə əsasən, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi mərhum X2 xx.xx.1996-cı il tarixdə, babası X14 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Ərizəçi ailə üzvləri ilə birlikdə babası X7 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, K.Əfkari küçəsi, ev 23-də yaşayırlar. Atası vəfat etdikdən sonra vərəsəsi olaraq Ərizəçi miras əmlakın qəbulu üçün Bakı şəhəri 15 saylı Xüsusi Notariat ofisinə müraciət etmiş, bu zaman onun atası və babası arasında qohumluq faktını müəyyən etmək üçün sənəd olmadığına görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olduğu və bununla bağlı məhkəməyə müraciət edə biləcəkləri bildirilmişdir. Daha sonra X4 doğum haqqında şəhadətnaməsinin sürətini əldə etmək məqsədi ilə Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş, Xətai rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə X11 barəsində Xətai rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmadığı müəyyən olunmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1929-cu il təvəllüdlü X8 xx.xx.1948-ci il təvəllüdlü X4 atası olması faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1929-cu il təvəllüdlü X8 xx.xx.1948-ci il təvəllüdlü X4 atası olması faktı müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar