Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-193/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı,əmək qabiliyyətinin itirilməsinə görə verilməli ödəncin,dərmanlara görə ödədiyi pulun ona qaytarılması, sanatoriya-kurort müəssisələrinə göndərilməməsi ilə əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı,əmək qabiliyyətinin itirilməsinə görə verilməli ödəncin,dərmanlara görə ödədiyi pulun ona qaytarılması, sanatoriya-kurort müəssisələrinə göndərilməməsi ilə əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi onunla əsaslandırdı ki, 09 iyul 1971-ci ildən Bakı Kimya Əczaçılıq Zavodunda (indiki "xxxx" X3 Cəmiyyəti) insan həyatı üçün təhlükəli olan dərman hazırlanan zəhərli sexdə avtomobil sürücüsü və avtomobil yükləyicisi vəzifəsində işləyərkən 1990-cı ildə peşə xəstəliyinə tutulmuşdur.Nəticədə 2-ci qrup əlil olaraq 80% əmək qabiliyyətimi itirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı X4 Komissiyasının 14.01.1999-cu il tarixli 86 saylı müayinə aktına əsasən ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Müayinə aktından çıxarışda “Əmək qabiliyyətinin itirilməsi faizinin, əlavə xidmətə ehtiyacın təyini barədə” 198714 nömrəli arayışa əsasən, ona müddətsiz “medikomentoz” və sanatoriya kurort (Naftalan-Mərdəkan) müalicəsindən istifadə etməsi göstərilib. Bu “medikomentoz” sözünün mənasına görə o, dərmanla yaşayır,dərmanlardan asılıdır. Cavabdeh "xxxx" X3 Cəmiyyətindən peşə xəstəliyinə tutulduğu müəssisədən 80% əmək qabiliyyətini itirdiyinə görə ona verilməli olan, lakin verilməyən 2020-ci ilin dekabr ayının, yəni ikinci yarım il üçün dərmanların alınması üçün ödədiyi 164 manat 20 qəpik pulun ona verilməsi barədə sənədlərini təqdim etsə də, verilməyib və 2021-ci ilin ikinci yarım il üçün reseptlərin əslini cavabdehə versə də, bugünədək dərmanlar alınaraq ona verilməyib. Əmək xəsarəti aldığı peşə xəstəliyinə tutulduğu və nəticədə ikinci qrup əmək əlili kimi 80% əmək qabiliyyətini itirdiyi "xxxx" X3 Cəmiyyəti tərəfindən ona peşə xəstəliyinə görə bu gün 160 manat ödənilir. Təxminən 3 ilə yaxındır ki, tarif vəzifə maaşları artsa da, ona ödənilən əmək şikəstliyinə görə ödənc artırılmır. Bu ona ödənilən 160 manat əmək şikəstliyinə görə ödənc vaxtilə işlədiyi müəssisədə onun vəzifəsini hazırda yerinə yetirən işçiyə ödənilən əmək haqqından təxminən 5 dəfə aşağıdır. Bundan əvvəl dəfələrlə peşə xəstəliyinə tutulduğu və nəticədə ikinci qrup əmək əlili olduğu "xxxx" X3 Cəmiyyətinə müraciət edərək peşə xəstəliyinə tutulduğu müəssisədən 80% əmək qabiliyyətini itirdiyinə görə ona verilməli olan 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar, fevral ayları üçün ödəncin, dərmanlarının pulunun və son üç ilin (2019-2021-ci illər üçün) sanatoriya kurort müəssəsinə göndərişlərin verilməsini xahiş etmişdir. Peşə xəstəliyinə tutulduğu və nəticədə ikinci qrup əmək əlili olduğu "xxxx" X3 Cəmiyyətinə etdiyi müraciətlərinə əməli nəticə verən cavab verilmədiyinə görə ədalət ümidi ilə məhkəməyə müraciət etmək məcburiyətində qalır. Belə ki bundan əvvəl də cavabdeh tərəfindən pozulmuş hüquqları yalnız məhkəmə vasitəsi ilə bərpa edilib. Bu özbaşınalıq yolunu tutan cavabdeh bu gün də ona əzab və əziyyət verməkdə davam edir. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə 01 sentyabr 2019-cu il tarixdən Minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilib. Göründüyü kimi ona əmək qabiliyyətini 80% itirdiyinə görə ödənilən 160 manat əmək şikəstliyinə görə ödənc bu gün qüvvədə olan 01 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən edilən minimum aylıq əməkhaqqının məbləğindən 40 manat aşağıdır, hesab edir ki, əgər ən azı minumum əmək haqqı ilə götürülsə, onda ona 200 manat ödənilməlidir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulan işçiyə və ya bu səbəbdən həlak olan işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarının 3.5-ci bəndinə əsasən 3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir.Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Bununla əlaqədar olaraq onun pozulmuş hüquqlarımın bərpa olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazdığı ərizə üzrə cavabdehə müəyyən tapşırıqlar verilsə də, heç bir nəticəsi olmamışdır. Hazırda Respublika üzrə müəssisələrdə avtokar sürücüsü və avtokar yükləyicisi vəzifəsində işləyən işçilərin gəliri və qazancı haqqında, hazırda aldığı əməkhaqqı barədə məlumatın (arayışın) verilməsi barədə yazdığı sorğuya Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi 30 iyul 202l-ci il tarixli 02/1- 346 nömrəli cavab məktubunda yazılıb ki, “Bununla yanaşı bildiririk ki, 2021-ci ilin yanvar may aylarında "xxxx" ASC- nin də aid olduğu “Əczaçılıq məhsullarının istehsalı” sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 845,2 manat olmuşdur”. Respublikada fəaliyyət göstərən “Naftalan” , “Mərdakan”, “Qala-altı", “Abşeron” və “Bilgəh” sanatoriya-kurort müəsisələrdə 2019, 2020 və 2021-ci illər üzrə göndərişlərin (putyovkalasrın) dəyəri-qiyməti barədə Azərbaycan Respublikası Kurort Qapalı Səhmdar Cəmiyyətinin verdiyi 03 avqust 2021- ci il tarixli 06/1-57 nömrəli cavab məktubunda yazılmışdır ki, “Sizin 15 iyul 2021-ci il tarixli sorğu il əlaqədar olaraq bildiririk ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən sağlamlıq ocaqlarında (sanatoriyalarda) yollayışların (putyovkaların) qiymətləri 2019-2021-ci illər üzrə “Bilgəh” sanatoriyası 2019-813,02 manat, 2020-813,02 manat, 2021-1086,78 manat, “Abşeron” sanatoriyası 2019-744,58 manat, 2020-744,58 manat, 2021-949,90 manat, “Günəşli” sanatoriyası 2019-742,22 manat, 2020-742,22 manat, 2021-945,18 manat, “Qaranquş” sanatoriyası 2019-720,98 manat, 2020-720,98 manat, 2021-902,70 manat, “Şıx” sanatoriyası 2019-938,10 manat, 2020-938,10 manat, 2021-1069,08 manat, “Naftalan” Kurort Birliyi 2019-696,20 manat, 2020-796,50 manat, 2021-1053,74 manat təşkil edir. “Naftalan” Kurort Birliyi pandemiya ilə əlaqədar 2020-ci ildə fəaliyyət göstərməyib, təmirbərpa işlərinin aparılması nəzərdə tutulduğu üçün isə 2021-ci ildə fəaliyyəti dayandırılıb” Qeyd olunanlara əsasən,cavabdeh müəssisədə işləyən işçilərin orta aylıq əmək haqqının- 845.20 manat pulun 80%-i,yəni 676 manat 16 qəpik pulun bugünədək ödənilməmiş məbləği hesablanaraq əmək şikəstliyinə görə ödəncin hazırkı tarif-vəzifə maaşına uyğun artırılması,2020-ci ilin dekabr ayından ona verilməli olan dərmanlara xərclədiyi 164.20 manat alınaraq ona verilməsi,2021-ci ilin ikinci yarım ili üçün resept əsasında ona verilməyən dərmanların alınaraq ona verilməsi,2019-cu il üçün verilməli olan,lakin verilməyən “Naftalan”Sanatoriyasına yollayışın dəyəri olan 696.20 manat pulun,2020-ci il üçün “Abşeron” sanatoriyasına olan yollayışın dəyəri 744.58 manat pulun,2021-ci il üçün “Abşeron” sanatoriyasına olan yollayışın dəyəri 949.90 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, zavodun artıq uzun müddətdir ki, fəaliyyəti dayandırılıb. Hər hansı bir qəlir mənbəyi yoxdur. Dəfələrlə bununla bağlı qarşı tərəflə söhbətlər aparılıb və ona izah olunmasına cəhd göstərilib, lakin o, bunu anlamaq istəmir. Bir də ki, qarşı tərəf iddia ərizəsində qeyd edir ki, 1971-ci ildən Bakı Kimya Əczaçılıq Zavodunda avtomobil sürücüsü və avtomobil yükləyicisi vəzifəsində işləyib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı X4 Komissiyasının 14 yanvar 1999-cu il tarixli 86 saylı müayinə aktına əsasən iddiaçıya müddətsiz 2-ci dərəcəli peşə xəstəliyi nəticəsində əlillik təyin edilib. Bildirmək istəyir ki, iddiaçıya Cəmiyyət tərəfindən 2021-ci ilin fevral ayına qədər hər ay üçün 99,4 manat pul ödənilib. Bundan başqa 2014-2018 ci illər ərzində cəmiyyət tərəfindən iddiaçıya pulsuz olaraq müxtəlif snatoriyalarda müalicə almaq üçün göndəriş verilib. Lakin pandemiya dövründə snatoriyalar fəaliyyətini dayandırıblar. Hal-hazırda cəmiyyətin fəaliyyəti heç bir gəlir gətirmir, işçilərin əmək haqlarının ödənilməsi də dayandırılıb.Hesab edir ki, cəmiyyət tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib və İddiaçı iddia tələbi tam olaraq əsassızdır.Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahat verərək göstərdi ki,iddia ərizəsi ilə tanış olmuşdur,hesab edir ki, iddiaçının hüquqları pozulur.Buna görə də, iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iddia tələblərini, iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 nömrəli TSEK-dən verilmiş 14.01.1999-cu il tarixli arayışdan görünür ki, İddiaçı əmək qabiliyyətinin 80%-ni müddətsiz olaraq itirmişdir. Medikomentoz və sanatoriya-kurort müalicəsinə ehtiyacıvar(Naftalan,Mərdəkan) "xxxx" QSC-dən İddiaçı ünvanlanmış 03 aprel 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, “Günəşli”(Mərdəkan”sanatoriyasına 2019-cu ildə və 2020-ci ildə göndərişin qiyməti 742.22 manat,2021-ci ildə isə 945.18 manat təşkil etmişdir. “Naftalan” Kurort Birliyinə göndərişin qiyməti 2019-cu ildə 696.20 manat, 2020-ci ildə 796.50 manat,2021-ci ildə isə 1053.74 manat təşkil etmişdir. Qeyd:“Naftalan”Kurort Birliyi pandemiya ilə əlaqədar 2020-ci ildə fəaliyyət göstərməmiş,təmir-bərpa işlərinin aparılması nəzərdə tutulduğu üçün isə 2021-ci il tarixdə fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Dövlət X1 Sabir Paşa oğluna ünvanlanmış 30.07. 2021-ci il tarixli məktubda qeyd olunur ki,sorğunuzda qeyd olunan “avtokar” peşəsi üzrə orta aylıq nominal əmək haqqı barədə məlumatların təqdim edilməsi mümkün deyil.Bununla yanaşı bildiririk ki,2021-ci ilin yanvar-may aylarında "xxxx" ASC-nin aid olduğu “Əczaçılıq məhsullarının istehsalı sahəsində çalışan işçilərin aylıq nominal əmək haqqı 845.2 manat olmuşdur” 29.01.1993-cü il tarixli arayışdan görünür ki, İddiaçı həmin il müəssisədə avtokaryükləyici peşəsində çalışmışdır. Əmək kitabçasının surətindən və arayışlardan aydın olur ki, İddiaçı 09 iyul 1971-ci il tarixdən 15 yanvar 1990-cı il tarixədək Bakı Kimya Əczaçılıq Zavodunun (indiki "xxxx" ASC) məlhəm və pasta sexində İİİ dərəcəli avtokar sürücüsü və İİ dərəcəli yardımçı nəqliyyat fəhləsi işləmiş, 09 yanvar 1990-cı il tarixdən İİ qrup əlillik dərəcəsi aldığına görə işdən azad olunmuşdur. "xxxx"ASC tərəfindən məhkəməyə ünvanlanmış 02.fevral 2022-ci il tarixli,02 saylı məktubda qeyd olunur ki,”Hal-hazırda "xxxx"ASC-nin fəaliyyəti məhduddur, mənfəət və digər gəliri yoxdur. Bu səbəbdən yalnız işçilərin minimum əmək haqları ödənilir. Müəssisə üzrə ən yüksək əmək haqqı "xxxx" ASC-nin rəhbərinə,yəni direktor vəzifəsinə ştat üzrə 320 manat əmək haqqı təyin olunmuşdur. Digər işçilərə isə 200-250 manat civarında ödənilir.Bildirmək istəyirik ki, İddiaçı çalışdığı iş yeri müəssisədə ixtisar olunmuşdur və həmin ştat olmadığı üçün əmək haqqı məbləğini müəyyən etmək mümkün olmur” Bakı Şəhəri Nizami Rayon Rayon Məhkəməsinin 17 sentyabr 2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" X3 Cəmiyyətinə qarşı ödəniş pulunun ödənilməsinə dair iddiası qismən təmin olunmuş, "xxxx" ATSC-dən 2.642.800 manat pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1200/2008 saylı iş üzrə qəbul etdiyi 18 aprel 2008-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, Bakı Şəhəri Nizami Rayon Rayon Məhkəməsinin 17 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" X3 Cəmiyyətinə,üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X2 2 №-li bölgə üzrə dövlət əmək müfəttişliyinə qarşı peşə xəstəliyinə görə ödəncin düzgün hesablanması və ödənilməsi, sanatoriya və kurort müalicəsindən miiddətsiz istifadə tələbi barədə iddiası qismən təmin olunmuş, iddiaçının cavabdeh tərəfindən 2007-ci ilin ikinci yarısı üçün dərmanlarla təmin olunması, 2007-ci ildən başlayaraq dörd ayın ödənc fərqi 47 manat 28 qəpik və 2007-ci ilin ınay-avqust ayları üzrə 166.08 manat"xxxx" ATSC-dən tutularaq İddiaçı ödənilməsi, aylıq ödənişlərin müəssisə üzrə orta əmək haqqı hesablanmaqla davam etdirilməsi, müvafiq sanatoriya-kurort müalicəsinin dəyəri 1077.24 manat "xxxx" ATSC-dən tuıularaq İddiaçı ödənilməsi qət edilmiş, iddianın 300 manata aid hissəsi təmin edilməmişdir. Qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamələrlə müəyyən olunmuşdur ki, Azərbaycan 'Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Həkim. Əmək Ekspert Komissiyasının 14 yanvar 1999-cu il tarixli 86 saylı müayinə aktına əsasən İddiaçı 80% əmək qabiliyyətini itirməklə İİ qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı Şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 27.04.2021-ci il tarixli məktubda qeyd olunur ki, "xxxx"ATSC-də zərərə görə ödəncinizi ala bilmədiyiniz barədə müraciətinizə baxılmışdır.Müraciətinizlə əlaqədar "xxxx" ATSC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubda Sizin zərərə görə ödəncinizin “Yaşayış minimumu haqqında”qanuna uyğun olaraq hesablanıb ödənildiyi,2021-ci il üçün sanatoriya-kurort göndərişi ilə bağlı isə müəssisənin rəhbərliyi tərəfindən müvafiq orqana müraciət olunduğu, göndəriş alındıqdan sonra Sizə məlumat veriləcəyi bildirilmişdir.Nəzərinizə çatdırırıq ki, "xxxx" ATSC-nin rəhbərliyinə zərərə görə ödəncinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli qərarına əsasən yenidən hesablanaraq ödənilməsi və müvafiq qaydada sanatoriya-kurort müalicəsinə göndərilməyinizin təmin edilməsi ilə bağlı məktub göndərilmişdir. Qeyd olunanlarla razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnuz vardır” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118. i-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava- dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat'vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə fci, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirıisin. Həmin Məcəllənin 1125.2-ci maddəsinə əsasən əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin - qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər. Azərbaycan Respublikası Nazilər Kabinetinin 09 yanvar 2003-cü il tarixli «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bıı səbəbdən həlak oİmuş işçinin ailə üzvlərinə ödəncin verilməsi qaydaları,şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 3 №-li qərarın 2.1-ci bəndinə əsasən həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətin itirdiyi gündən əvvəl malik olduğu orta əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarın 2.2-ci bəndinə əsasən əmək xəsarəti təqsirkar müəssisə zərərçəkənə sağlamlığın pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə,başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzini ödəyir.Bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növünə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. İddianın məzmunundan göründüyü kimi, iddiaçı son üç ildə cavabdeh müəssisədə işləyən işçilərin orta aylıq əmək haqqının-845.20 manat pulun 80%-i,yəni 676 manat 16 qəpik pulun bugünədək ödənilməmiş məbləğinin hesablanaraq əmək şikəstliyinə görə ödəncin hazırkı tarif-vəzifə maaşına uyğun artırılması,2020-ci ilin dekabr ayından ona verilməli olan dərmanlara xərclədiyi 164.20 manat alınaraq ona verilməsi,2021-ci ilin ikinci yarım ili üçün resept əsasında ona verilməyən dərmanların alınaraq ona verilməsi,2019-cu il üçün verilməli olan,lakin verilməyən “Naftalan”Sanatoriyasına yollayışın dəyəri olan 696.20 manat pulun,2020-ci il üçün “Abşeron” sanatoriyasına yollayışın dəyəri olan 744.58 manat pulun,2021-ci il üçün “Abşeron” sanatoriyasına yollayışın dəyəri olan 949.90 manat pulun alınaraq ona verilməsini tələb edir. Cəmiyyət tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçıya 2021-ci ilin fevral ayına qədər hər ay üçün 99,4 manat pul ödənildiyi göstərilsə də,iddiaçı ona hər ay 160 manat ödənildiyini qeyd etmişdir. 2021-ci ilin yanvar ayınadək "xxxx"ASC-nin aid olduğu “Əczaçılıq məhsullarının istehsalı sahəsində çalışan işçilərin aylıq nominal əmək haqqı barədə məlumat olmadığından ödənclər respublika üzrə mövcud olan orta aylıq əmək haqqına nisbətdə hesablanmalıdır. 2019-cu ildə respublika üzrə mövcud olan orta aylıq əmək haqqı 250 manat olmuşdur.Onun 80%-200 manata bərabərdir. 2020-ci ildə respublika üzrə mövcud olan orta aylıq əmək haqqı 250 manat olmuşdur.Onun 80%-250 manata bərabərdir. Azərbaycan Respublikası Dövlət Statistika Komutəsinin verdiyi arayışa görə 2021-ci ilin yanvar-may aylarında "xxxx"ASC-nin aid olduğu “Əczaçılıq məhsullarının istehsalı sahəsində çalışan işçilərin aylıq nominal əmək haqqı 845.2 manat olmuşdur.Həmin məbləğin 80%-i 676 manata bərabərdir. Hesabat: 200 manat(2019-cu ildə respublika üzrə mövcud olan orta aylıq əmək haqqının 80 %i)-160 manat (indiyə qədər aldığı məbləğ)=40 manat. 250 manat(2020-ci ildə respublika üzrə mövcud olan orta aylıq əmək haqqının 80%-)- 160 manat(indiyə qədər aldığı məbləğ)=90 manat. 676 manat(alt yüz yetmiş altı)(2021-ci ildə "xxxx" ASC-nin aid olduğu “Əczaçılıq məhsullarının istehsalı sahəsində çalışan işçilərin aylıq nominal əmək haqqı)-160(indiyə qədər aldığı məbləğ)= 516 manat manat. Beləliklə,iddiaçıya 2019-cu ildə 200 manat,2020-ci ildə 250 manat,2021-ci ildə 516 manat ödənc verilməli halda hər ay cəmi 160 manat verilmişdir.Başqa sözlə,2019-cu ildə ödənc 40 manat,2020-ci ildə 90 manat,2021-ci ildə isə 516 manat kəsirlə verilmişdir. Cəm olaraq 2019-cu ildə 12 x 40=480 manat;2020-ci ildə 12 x 90=1080 manat,2021-ci ildə 12 x 516 manat=6192 manat ödənc iddiaçıya verilməli olduğu halda verilməmişdir. Bundan başqa,2022-ci ilin 4 ay 19 gün(qətnamə çıxarılan gün) üçün ödənilməyən, 4 ay x 516=2064,19 gün üçün 326 manat=2390 manat da iddiaçıya ödənilməlidir. Ona görə də ödənilməyən ödənclərin verilməsi hissəsində iddia təmin olunmalı, "xxxx" ASC iddiaçının xeyrinə 2019-cu ilə görə 480 manat,2020-ci ilə görə 1080 manat,2021-ci ilə görə 6192 manat, 2022-ci ildə 2390 manat, cəmi 10142 manat İddiaçı xeyrinə tutulmalı və bundan sonra ödənclər 676 manat verilməklə davam etdirilməlidir.(Orta aylıq əmək haqqının bundan sonrakı artım nisbəti təshih edilməklə) Bundan başqa,2020-ci ilin dekabr ayından iddiaçının dərmanlara xərclədiyi 164.20 manat cavabdehdən alınaraq ona verilməli,2021-ci ilin ikinci yarım ili üçün resept əsasında aldığı dərmanların pulu ona ödənilməlidir. Məhkəmə hesab edir ki, “Naftalan”Sanatoriyasına yollayışın dəyəri olan 696.20 manat pulun,2020-ci il üçün “Abşeron” sanatoriyasına olan yollayışın dəyəri olan 744.58 manat pulun,2021-ci il üçün “Abşeron” sanatoriyasına olan yollayışın dəyəri olan 949.90 manat pulun cavabdehdən alınaraq ona verilməsi hissəsində iddia təmin olunmamalıdır. Belə ki,iddiaçı həmin müalicə müəssisələrinə yollayışın verilməsi ilə əlaqədar cavabdeh müəssisəyə müraciət etməsi barədə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, "xxxx" ASC-dən iddiaçının xeyrinə 2019-cu ildə kəsirlə verilmiş ödənclərə görə 480 manat, 2020-ci ildə kəsirlə verilmiş ödənclərə görə 1080 manat, 2021-ci ilə kəsirlə verilmiş ödənclərə görə 6192 manat, 2022-ci ildə ödənilməyən 2390 manat, cəmi 10142(on min qırx iki) manat İddiaçı xeyrinə tutulmalı və bundan sonra ödənclər 676 manat verilməklə davam etdirilməlidir.(Orta aylıq əmək haqqının bundan sonrakı artım nisbəti təshih edilməklə) Bundan başqa, 2020-ci ilin dekabr ayından iddiaçının dərmanlara xərclədiyi 164.20 manat cavabdehdən alınaraq ona verilməli,2021-ci ilin ikinci yarım ili üçün resept əsasında aldığı dərmanların pulu ona ödənilməlidir. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. "xxxx" ASC-dən iddiaçının xeyrinə 2019-cu ildə kəsirlə verilmiş ödənclərə görə 480 manat, 2020-ci ildə kəsirlə verilmiş ödənclərə görə 1080 manat,2021-ci ilə kəsirlə verilmiş ödənclərə görə 6192 manat, 2022-ci ildə ödənilməyən 2390 manat cəmi 10142(on min qırx iki) manat İddiaçı xeyrinə tutulsun və bundan sonra ödənclər 676 manat verilməklə davam etdirilsin.(Orta aylıq əmək haqqının bundan sonrakı artım nisbəti təshih edilməklə) 2020-ci ilin dekabr ayından iddiaçının dərmanlara xərclədiyi 164.20 manat "xxxx" ASCdən İddiaçı xeyrinə tutulsun, 2021-ci ilin ikinci yarım ili üçün resept əsasında aldığı dərmanların pulu ona ödənilsin. Qalan hissədə iddia təmin olunmamalıdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-193/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-193/2022
19.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver