Məhkəmə qərarları › İş №2(007)-1930/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1930/2023

28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1930/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi X5 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X7 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1951-ci ildə Ağdərə rayonu, Umudlu kəndində anadan olmuşdur. Bunu təsdiq edən sənədləri vardır. Atası X1 rayonu, Umudlu kəndində anadan olmuşdur. Anası X2 rayonu, Umudlu kəndində anadan olmuşdur. Məlum hadisələrlə əlaqədar Ağdərə rayonu ermənilər tərəfindən işğal edilərkən Azərbaycan Respublikasına gəlmişlər, Azərbaycan Respublikasına gələrkən doğum haqqında şəhadətnaməmin əslini itirmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat Şöbəsi doğum Ağdərə rayonunda qeydə alındığından və arxiv sənədlərində tapılması mümkün olmadığından doğum akt qeydini bərpa etməkdən imtina elmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən onun xx xxxxx 1951-ci ildə Ağdərə rayonu, Umudlu kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X11, ana qrafasında isə X12 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı 1951-ci ilin aprel ayında Ağdərə rayonu, Umudlu kəndində doğulmuşdur. X3, anası isə X9r. Onun da doğum haqqında şəhadətnaməsi itmişdir. Valideynləri vəfat etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı 1951-ci ilin aprel ayında Ağdərə rayonu, Umudlu kəndində doğulmuşdur. X3, anası isə X9r. Onun da doğum haqqında şəhadətnaməsi itmişdir. Valideynləri vəfat etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Tərtər rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli 184-26312-1222 saylı arayışından görünür ki, Tərtər rayon Umudlu kəndində anadan olan xx.xx.1951-ci il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə Tərtər RPŞ-nə ərizə ilə müraciət edərək özünə məxsus olan Doğum haqqında şəhadətnaməni Tərtər rayonu ərazisində naməlum şəraitdə itirməsini bildirmiş və tapılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Tərəflərindən bir sıra tədbirlər həyala keçirilmiş, lakin yuxarıda göstərilən sənədin tapılması istiqamətində müsbət nəticə əldə olunmamışdır. - Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/15-685/76 saylı məktubundan görünür ki, 10 04 1951-ci il tarixdə doğuimuş X10 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçrərkən və Tərtər rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmadı. Bildirirlər ki, doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.12 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş doğum haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımıdır. Qeyd edilən sənədlər təqdim edilməyi uçün Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən doğumu dövlət qeydiyyatına almaq mümkün deyil. Ədliyyə Nazirliyinin Tərtər rayon qeydiyyat şöbəsi məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli 3-48-4/2-A- 932-6/2023 saylı məktubundan görünür ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Əlavə olaraq bildiririk ki, VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə yalnız 1946-ci ilə qədər təhvil verilmişdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət etməyiniz məsləhət görülür. - Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-1850 saylı arayışından görünür ki, xx xxxxx 1951-ci ildə Azərbaycan Respublikası, Ağdərə rayonu Umudlu kəndində anadan olmuş X6 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-190xx-xx/2023/9083 saylı məlumatından görünür ki, xx xxxxx 1951-ci il təvəllüdlü, Özbəkistan Respublikası vətəndaşı Ərizəçi-na (pasport nömrəsi FA6508019) sonuncu dəfə "Qohumluq münasibəti” (Azərbaycan Respublikası vətəndaşı olan övladı) əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmiş və o, ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 3-16-5/7-15-1240/23 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtimiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir; Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi X7 xx xxxxx 1951-ci il tarixdə Ağdərə rayonu, Umudlu kəndində doğulmuşdur, hazırda Bakı şəhəri, Nizami rayonunun ərazisində qeydiyyatdadır. Əriəçi Özbəkistan Respublikasının vətəndaşıdır, ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmiş və o, ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır; 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyənedilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin doğulduğu və onun doğumun qeydə alındığı Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti nəticəsində ölkələr arasında faktiki müharibə vəziyyəti mövcud olmuşdur, azərbaycanlılar kütləvi olaraq 1988-ci ildə yaşadıqları ərazilərdən məcburi qovulmuşlar, ona görə ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyrimümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 xx xxxxx 1951-ci il tarixdə Ağdərə rayonu, Umudlu kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli, X5 təvəllüdü xx xxxxx 1951-ci il, doğulduğu yer Ağdərə rayonu, Umudlu kəndi, X3, milliyyəti azərbaycanlı, X4, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq X5 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx xxxxx 1951-ci il tarixdə Ağdərə rayonu, Umudlu kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. X5 təvəllüdü xx xxxxx 1951-ci il, doğulduğu yer Ağdərə rayonu, Umudlu kəndi, X3, milliyyəti azərbaycanlı, X4, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq X5 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar