Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1968/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh, X3, X6 və X4 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X3, X6 və X4 qarşı “mənzildən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh, X3, X6 və X4 qarşı “mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və himayəsində olan 3 övladının X1, X5 və X2 Rüstəm Rüstəmov küçəsi ev 58, mənzil 15 ünvanından onun şəxsi evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh, X8, X10 və X9 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 noyabr 2007-ci ildə Şuşa Rayon Məhkəməsinin qərarı ilə (İş № 2-36/07) Cavabdeh ilə bağlanmış nikah pozulmuşdur. Lakin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev-58, mənzil-15 onun şəxsi mülkü olduğuna baxmayaraq, Şuşa rayonunun hələ də erməni işğalında olduğuna görə hakim onların evdən çıxarılmasına dair qərar verməmişdir. Məhkəmə vaxtı cavabdeh heç bir ev və əmlak iddiası qaldırmamışdır və bunun müqabilində yalnız övladlarının onun himayəsində qalmasında israr etmişdir. Məhkəmə də onun istəyinə uyğun olaraq qərar vermişdir. Eyni zamanda hakim bildirmişdir ki, Şuşa alınana qədər onlar bu ünvanda yaşayacaqlar. O isə o vaxtdan B.Nuriyev 81 A, mənzil 106 ünvanında yataqxanada qalmağa davam edir. Halhazırda isə Qarabağ və Şuşa şəhəri qaytarılmışdır. Artıq məcburi köçkünləri də öz rayonlarına qaytarmağa başlamışlar.
4. Cavabdehlər Cavabdeh, X10 və X9 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiklərini və təmin olunmasına etiraz etmədiklərini qeyd etmişlər.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini tam qəbul edir.
7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X10 bildirmişdir ki, iddia tələbini tam qəbul edir.
8. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
10. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
11. 15.05.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
13. Şuşa Rayon Məhkəməsinin 2-36/07 saylı, 23 noyabr 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X7 arasında Bakı şəhəri Səadət sarayında xx.xx.1993-cü il tarixdə (Vİ JQ-381943) bağlanmış 1504 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan xx.xx.1992-ci il tarixdə doğulmuş Hacıyeva Arzu, xx.xx.1993-cü il tarixdə doğulmuş Hacıyeva Aynur, xx.xx.1994-cü il tarixdə doğulmuş Hacıyev Tural, xx.xx.1995-ci il tarixdə doğulmuş Hacıyev Anar, xx.xx.2003-cü il tarixdə doğulmuş Hacıyeva Fidan adlı uşaqları anası Hacıyeva (Əşrəfova) Zöhrə Oktay qızının yanında saxlanılması, X7 əvvəlki soyadı Əşrəfova özünə qaytarılması qət edilmişdir.
14. AZ İ seriyalı 098331 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah Şuşa Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 yanvar 2011-ci il tarixdə 01 nömrəli qeydlə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Əşrəfova” soyadı verilmişdir.
15. MH seriyalı ******* qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.
16. 57 saylı MKİS-dən verilən 352 nömrəli arayışdan görünür ki, Cavabdeh, X10, X8 və X9 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatsız məskunlaşıblar.
İşin faktiki halları:
17. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı və Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı cavabdehlər Cavabdeh, X8, X10 və X9 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalarını xahiş edir. Cavabdehlər iddia tələbini qəbul edir və mənzildən çıxarılmalarına etiraz etmirlər. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
19. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə:
20. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini təsdiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh, X8, X10 və X9 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, X8, X10 və X9 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova