Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1970/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü ildə Qubadlı rayonunun Mərdanlı kəndində doğulub. 1970-1980-ci illərdə Qubadlı rayon Mərdanlı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 01 iyun 1980-ci ildən 31 avqust 1980-ci il tarixinədək olan dövr ərzində Qubadlı rayonu “İnqilab” üzümçülük sovxozunda gözətçi işləyib. Lakin həmin zaman sovxozdan əmək kitabçası ona verilməyib, o özü də, tələb etməyib. 01 sentyabr 1980-ci ildə Qubadlı rayonu 126 nömrəli kənd texniki peşə məktəbinə qəbul olunaraq 26 avqust 1981-ci ilədək əyani təhsil alıb üçüncü dərəcəli traktorist-maşinist peşəsinə yiyələnib. Sonrakı mərhələlərdə hərbi xidmət və müxtəlif müəssisələrdə əmək fəaliyyəti olub. Güzəştli şərtlərlə pensiya təyinatı ilə əlaqədar inzibati orqan Maraqlı şəxs Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsədə, 07 noyabr 2023 tarixli 3-17-1/Ə-F-262640/2023 saylı məktubla imtina cavabı verilib. Yetərincə sosial sığorta stajı topladığını düşünərək 01 iyun 1980-ci ildən 31 avqust 1980-ci il tarixinədək olan dövr ərzində işləməyinə dair arxivdən sənədlərin əldə edilməsinə lüzum görmədən inzibati orqanın imtinasını Bakı İnzibati Məhkəməsində mübahisələndirib. Bununla belə, sovxozda gözətçi işlədiyi dövrün nəzərə alınması sosial hüquqlarının təminatında əhəmiyyəti vardır. Bu məqsədlə orta məktəbi bitirdikdən sonra 01 iyun 1980-ci ildən 31 avqust 1980-ci il tarixinədək olan dövr ərzində Qubadlı rayonu “İnqilab" üzümçülük sovxozunda gözətçi işləməyini təsdiq edən sənədləri əldə etmək üçün Qubadlı rayon Dövlət Arxivinə müraciət etsə də, 13 may 2023-cü ildə verilən arxiv arayışında bildirilib ki, 1993-cü ildə Qubadlı rayonunun keçmiş işğalı ilə əlaqədar 1980-ci illərin sənədləri Qubadı rayon Dövlət Arxivinə, dövlət mühafizəsinə verilməyib. Kolxoz və sovxozların ləğv olunması, Qubadlı rayonunun isə 1993-cü ildə işğala məruz qalması ilə əlaqədar 1980-ci illərin sənədlərinin Dövlət Arxivinə verilməməsi səbəbindən, 01 iyun 1980-ci ildən 31 avqust 1980-ci il tarixinədək olan dövr ərzində Qubadlı rayonu “İnqilab” üzümçülük sovxozunda gözətçi işləməyini təsdiq edən sənədləri əldə etmək imkanlarım tükənmiş olur. Halbuki, həmin illərin sosial sığorta stajı kimi müəyyən olunması, sosial təminat hüquqlarının həyata keçirilməsində olduqca vacib əhəmiyyət kəsb edir. Lakin həmin sovxozda gözətçi işləməyini onunla eyni dövrdə işləmiş X8 və X9 məhkəmə qarşısında şahid ifadələri ilə təsdiq edə bilərlər. Qeyd edilənlərə əsasən 01 iyun 1980-ci ildən 31 avqust 1980-ci il tarixinədək olan dövr ərzində Qubadlı rayonu “İnqilab” üzümçülük sovxozunda gözətçi işləməyindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ərizəçi xx.xx.1963-cü il təvəllüdü Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Mərkəzi Filiala müraciət edib, lakin ümumi iş stajı 25 ildən az 23 il 2 ay 2 gün (xx.xx.2006-cı il tarixədək 7 il 6 ay 2 gün (xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1990xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 8 ay) dövrlər və güzəştli iş stajı 12 il 6 aydan az (4 il 4 ay (xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil etməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtina edilib. Ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Qubadlı rayon “İnqilab” üzümçülük sovxozunda gözətçi işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət edib. Hesab edirlər ki, 2(007)-1970/2024 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edirlər. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilib. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, əgər məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilib. Bildirirlər ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət edərkən, ərizəsində xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Qubadlı rayon “İnqilab” üzümçülük sovxozunda gözətçi işləməsinə dair heç bir sənəd əlavə etməyib və bunun nəticəsində də cavabdeh inzibati orqan tərəfindən araşdırılma aparılması mümkün olmayıb. Cavabdeh orqan tərəfindən mövcud inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-94398/2024 nömrəli etiraza əlavə təqdim edilib, həmin etirazda xüsusilə vurğulanıb ki, T.X6 təqdim etdiyi sənədlərdə qeyd olunan mübahisələndirilən və mübahisələndirilməvən dövrlərə dair məlumatları bütövlükdə hesabladıqda belə onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (ümumi iş stajı 24 il 11 ay 21 gün (xx.xx.1980-xx.xx.1981-ci illər (11 ay 25 gün), xx.xx.1981xx.xx.1981-ci illər (02 ay 09 gün), xx.xx.1981-xx.xx.1983-cü illər (hərbi xidmət dövrü 2 il 01 ay 06 gün), xx.xx.1984-xx.xx.1985-ci illər (10 ay 09 gün), xx.xx.1985-xx.xx.1985-ci illər (05 ay 28 gün), xx.xx.1985-xx.xx.1990-cı illər (4 il 11 ay 26 gün), xx.xx.1990-xx.xx.2006-cı illər (15 il 4 ay 08 gün) tarixləri arasındakı dövlər təşkil edir. Əlavə olaraq bildirirlər ki, Ərizəçi 05 may 2024-cü il tarixli müraciətinə əsasən Qubadlı Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayış verilib. Həmin arayışda heç bir əsas sənəd olmadan və dövrlər göstərilmədən iddiaçının 1980-ci ildə sovxozda işlədiyi qeyd olunub. Həmin arayışın təhlilindən aşağıdakı 2 nəticəyə gəlmək olar: 1. Qubadlı Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayışın əsas sənədi olmadığının onun mötəbərliyinə əsaslı şübhələr vardır; 2. xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayışda Ərizəçi işlədiyi qeyd olunduğuna görə, hər hansı bir faktın müəyyən olunmasından bəhs edilə bilməz. İş materiallarına əlavə edilmiş Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-F- 262640/2023 nömrəli imtina məktubuna əsasən, Ərizəçi güzəştli şərtlərlə pensiya təyinatı üçün ümumi iş stajı ilə yanaşı güzəştli iş stajı da kifayət etmir. Göründüyü kimi hazırkı is üzrə ərizəçinin işləməsi faktı onun hər hansı hüququnun yaranması, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir. Belə olan halda, ərizə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 etirazın dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Qubadlı rayon Dövlət Notariat Arxivi tərəfindən tərtib edilmiş arayışda ərizəçinin 1980-ci ildə İqlilab adına üzümçülük sovxozunda işlədiyi qeyd edilib. Amma əslində arayışda müvafiq məlumatları aşkar edilmədiyi qeyd edilməli idi, fakt o zaman təsdiq edilir ki, müvafiq sənəd əldə edilməsi mümkünsüzdür. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır, Ərizəçi onun iş yoldaşı olmuşdur. O, Qubadlı rayon “İnqilab” üzümçülük sovxozunda ərizəçidən əvvəl işləməyə başlayıb, ərizəçi isə 1980-ci ilin iyun ayından işləməyə başlayıb. Ərizəçi həmin ildə 3 ay işlədikdən sonra texniki-peşə məktəbinə gedib. Ərizəçi sahədə nəzarətçi işləyirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır, Ərizəçi onun iş yoldaşı olmuşdur. O, Qubadlı rayon “İnqilab” üzümçülük sovxozunda 1978-ci ildən işləyib. Ərizəçi məktəbi yeni bitirib, sovxozda işləməyə başladı. Ərizəçi 1980-ci ilin yay aylarında, təxminən 2-3 ay sovxozda işləyib. Ərizəçinin texnikaya marağı var idi, ona məsləhət gördülər ki, peşə məktəbinə getsin. Bundan sonra ərizəçi peşə məktəbinə müraciət edərək, təhsil alıb. Ərizəçi sovxozda sahə qeydiyyatçısı vəzifəsində işləyib. Ərizəçi təxminən may, iyun və iyul aylarında işləyib, amma dəqiq ayları bilmir, yay aylarında idi. Sahədə iş iyun ayından başlayır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE Seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1963-cü il tarixdə Qubadlı rayonunun Mərdanlı kəndində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; - Qubadlı rayon İcra Hakimiyyəti Qubadlı rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 3 saylı arxiv arayışından görünür ki, Bakı şəhəri Nizami rayon (Qubadlı rayonunun Mərdanlı kəndində anadan olmuş) sakini Ərizəçi xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, 1980-ci ildə Qubadlı rayonunun İnqilab adına üzümçülük sovxozunda işləyib. 1993-cü ildə Qubadlı rayonunun keçmiş işğalı ilə əlaqədar 1980-ci illərin sənədləri Qubadlı rayon Dövlət Arxivində dövlət mühafizəsinə təhvil verilməmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 Təyinatı üzrə X3 Tofiq Sahib oğluna ünvanlanmış 19 aprel 2022ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin ərizəçiyə dair xx.xx.2023-cü il tarixli arayışından xx.xx.1990-xx.xx.1990-ci il tarixləri arasında dövr ərzində “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində mühəndis, xx.xx.1990-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində iş icracısı, xx.xx.2003-xx.xx.2005-ci il tarixlər arasındakı dövr ərzində 2 saylı tqS-nə sahə rəisi, xx.xx.2005-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində böyük iş icraçısı peşələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı müəssisənin 1995-ci ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu səbəbdən də, onun güzəştli iş stajı 2 il 6 aydan az (4 il 4 ay (xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövlərlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30gün müddəində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır; - Azərbaycan SSR X14 Təhsil Komitəsinin xx.xx.1981-ci ildə verildiyi 1306 saylı atestatının surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci ildə Azərbaycan SSR Qubadlı rayon 126 nömrəli kənd texniki peşə məktəbində daxil olmuş və xx.xx.1981-ci ildə təhsil müddəti bir il olan həmin məktəbi traktorçu-maşinist peşəsi üzrə bitirmişdir; - Ərizəçi məxsus ИТ № ******* saylı əmək kitabçasından görünür ki, Ərizəçi əmək fəaliyyət xx.xx.1981-ci ildən başlanmışdır; - X4 məxsus AТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1977-ci ildə Tikinti İdarəsində mexaniki işlər üzrə idarədə 4-cü dərəcəli traktorist-maşinist vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1978-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1978-ci ildə həmin tarixli ərizəsinə əsasən “İnqilab” üzümçülük sovxozunda traktor briqadasında traktorist təyin edilmiş, xx.xx.1987-ci ildə “İnqilab” üzümçülük sovxozunda traktorist vəzifəsindən azad edilərək sürücü əyin edilmişdir; - X7 məxsus AТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1979-cu ildə Qubadlı rayon “İnqilab” üzümçülük sovxozunda 7 nömrəli üzümçülük briqadasında fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1981-ci ildə ərizəsinə əsasən sovet ordusu sıralarına növbəti xidmətə görə 7 nömrəli üzümçülük briqasında fəhlə vəzifəsindən azad edilmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və mülki işin materialları ilə müəyyən olundu ki, Ərizəçi xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək Qubadlı rayon “İnqilab” üzümçülük sovxozunda gözətçi vəzifəsində işlədiyini, lakin müvafiq qeydlərin əmək kitabçasında olmadığını əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ona güzəştli şərtlərlə əmək pensiyasının təyinatı ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Maraqlı şəxs tərəfindən onun müraciəti təmin edilməmişdir. Ona görə ərizəçi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə dindirilən şahidlərin ifadələri, tədqiq edilmiş sənədlərlə ərizənin əsaslı olması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini, o cümlədən digər sənədləri mötəbər sübut növü, məlumat kimi qəbul edir və hesab edir ki, bu məlumatlar işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. Ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməsində məqsəd aydındır. Belə ki, ərizəçinin hazırkı iş üzrə hüquqi faktın müəyyən edilməsində məqsədi onun xüsusi şərtlərlə pensiya alınması üçün iş stajının müəyyən edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin qərarın 13.4-cü bəndində göstərilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırda işin hallarından görünür ki, ərizəçidən asılı olmayan səbəblərdən (Qubadlı rayonun işğal edilməsi), onun Qubadlı rayonunda işləməsini təsdiq edən sənədləri əldə etmək mümkün olmamışdır. Qubadlı rayon İcra Hakimiyyəti Qubadlı rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 3 saylı arxiv arayışa əsasən 1993-cü ildə Qubadlı rayonunun keçmiş işğalı ilə əlaqədar 1980-ci illərin sənədləri Qubadlı rayon Dövlət Arxivində dövlət mühafizəsinə təhvil verilməyib. Məhkəməyə təqdim edilmiş ərizəçiyə məxsus əmək kitabçası isə xx.xx.1983-cü il tarixdə doldurulmuş və ərizəçinin əmək fəaliyyəti haqqında qeydlər xx.xx.1981-ci ildən başlamışdır. Buna qədər isə ərizəçinin xx.xx.1980-ci ildə Azərbaycan SSR Qubadlı rayon 126 nömrəli kənd texniki peşə məktəbində daxil olması və xx.xx.1981-ci ildə təhsil müddəti bir il olan həmin məktəbi traktorçu-maşinist peşəsi üzrə bitirməsi iş materialları ilə müəyyən edilir. Məhkəmə iş üzrə şahid ifadələrinə münasibətdə qeyd edir ki, X1 ifadəsi və ona məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1978-ci ildən Qubadlı rayon “İnqilab” üzümçülük sovxozunda işə başlamış və uzun illər orada işləmişdir. X8 ərizəçinin Qubadlı rayon “İnqilab” üzümçülük sovxozundakı fəaliyyətini təsdiq etmişdir. Həmçinin, şahid X5 ifadəsi və ona məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1979-cu ildə Qubadlı rayon “İnqilab” üzümçülük sovxozunda işə başlamış və xx.xx.1981-ci ildə ərizəsinə əsasən sovet ordusu sıralarına növbəti xidmətə görə işdən azad edilmişdir. X10 ərizəçinin Qubadlı rayon “İnqilab” üzümçülük sovxozundakı fəaliyyətini təsdiq etmişdir. Hər iki şahid ərizəçi ilə eyni rayondan, yəni Qubadlı rayonunda doğulmuşlar. Məhkəmə iş üzrə şahid kimi şəxslərin ifadəsinə Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyinə uyğun olaraq sübut növü kimi qiymət verərək qeyd edir ki, hazırda şahidlərin ərizəçi ilə eyni müəssisə birlikdə işləməsini təsdiq edən zəruri sübutlar, yəni əmək kitabçaları məhkəməyə təqdim edilmiş, həmin şahidlər ərizəçinin Qubadlı rayon “İnqilab” üzümçülük sovxozundakı işləməsini təsdiq etmişlər. Məhkəmə qanunverciliyin yuxarıda göstərilən normalarını nəzərə alaraq, həmçinin iş üzrə təqdim edilmiş sübutları tətqiq edərək, hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə onun 01 iyun 1980-ci ildən 31 avqust 1980-ci il tarixinədək Qubadlı rayonu “İnqilab” üzümçülük sovxozunda gözətçi işləməsi faktı təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, Ərizəçi 01 iyun 1980-ci ildən 31 avqust 1980-ci il tarixinədək Qubadlı rayonu “İnqilab” üzümçülük sovxozunda gözətçi işləməsi faktı müəyyən edilməlidir. Qətnamə ərizəçinin işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 01 iyun 1980-ci ildən 31 avqust 1980-ci il tarixinədək Qubadlı rayonu “İnqilab” üzümçülük sovxozunda gözətçi işləməsi faktı müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1970/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1970/2024
11.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver