Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1992/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh xx.xx.2019-cu ildə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinin tələblərinə uyğun olaraq 12.500 manat məbləğinə borc pul verib. Verilən borc Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixindək hissə-hissə olmaqla qaytarılmalı idi. Borc verildiyi xx.xx.2019-cu il tarixindən bu günədək, Cavabdeh tərəfindən ona heç bir məbləğ ödənməyib. Dəfələrlə ona zəng etsə də zənglərə cavab verməyib və iş yerinə getsə də cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınıb. Pandemiya şəraiti olduğundan və şəxsi işlərində olan problemlər ucbatından onu daha sonra axtara bilməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə 12.500 manat məbləğinə borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də məhkəməyə gəlməmişdir.Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə,işdə iştirak edən iddiaçını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, işin icraatına xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-159/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə İddiaçı Cavabdeh qarşı 12.500 manat borcun tutulması tələbinə dair iddiası qismən təmin olunmuş, Cavabdeh 3170 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, 2(007)-159/2021 saylı işin tərfləri,iddianın predmet və tələb etmə əsasları hazırda baxılan işlə eyni olduğundan işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair 2(007)-1992/2022 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1992/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1992/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver