Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2009/2024 16.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 prosessual hüquqi varisi X9 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər X11 və X5 qarşı “yeni tikilidə mənzil verilməklə və yeni mənzil verilənədək aylıq kirayə haqqı ödənilməklə söküləcək mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh1, X5, X10, Cavabdeh2 və X1rşı “yeni tikilidə mənzil verilməklə və yeni mənzil verilənədək aylıq kirayə haqqı ödənilməklə söküləcək mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus olan ünvan 1vanında yerləşən 6 saylı mənzilinin əvəzinə ünvan 1vanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; cavabdeh X5 məxsus olan ünvan 1vanında yerləşən 10 saylı mənzilinin əvəzinə ünvan 1vanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; cavabdeh X10 məxsus olan ünvan 1vanında yerləşən 19 saylı mənzilinin əvəzinə ünvan 1vanında kooperativ tərəfindən inşa eddən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; Cavabdeh2 məxsus olan ünvan 1vanında 24 saylı mənzilinin əvəzinə ünvan 1vanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; cavabdeh X2 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 52,8 kv.metr 6 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtımızın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyriyaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi İddiaçı MTK-ya həvalə edilmişdir. Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsi ünvanında yerləşən evlər köhnə və istifadəyə yararsızdır, evlərin istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, həmin evlərdə yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin evlərdə istifadə olunan komunikasiya xətləri də təmirə yararsızdılar, o, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” Rəydən görünür ki, “binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulun tökülməsi, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələmələr, yaranmış, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmış, dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdır.texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir”. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; mənzil fondunu yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Bu və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Cavabdehlər ilə dəfələrlə danışıqlar aparılmış, evlərinin qəzalı vəziyyətdə olması halı nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin cavabdehlər əmlaklarını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində İddiaçı MTK ilə mənzillərini təhvil vermiş mülkiyyətçilər arasında bağlanmış müqavilənin şərtləri ondan asılı olmayan səbəblərdən kooperativ tərəfindən icra edilməsinə cavabdehlər tərəfindən məhdudiyyətlər yaradılır. Qeyd olunan ünvanda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MTK arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda cavabdehlər yararsız vəziyyətdə olan əmlakından istifadə etmir, faydalanmır, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MTK-nın vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MTK köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Bundan başqa, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdehlərin mülkiyyətdə olan mənzillərinin əvəzinə İddiaçı MTK həmin ünvanda insa edəcək binada mülkiyyətlərində olan mənzillərinin ümumi sahəsindən 20 kvadrat metr sahəsi artıq olan təmirli yeni mənzil verir, mənzilindən köçən şəxslərə digər yaşayış yeri ilə təmin etmək üçün "xxxx" MTK hər ay mülkiyyətçilərə kirayə haqqı ödəyəcəkdir. Sərəncamın icra edilməsi üçün həmin ünvanda yerləşən cavabdehlərin mülkiyyətində olan mənzillər də sökülməli, cavabdehlər mənzildən müvəqqəti çıxarılmalıdır. Bundan başqa, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə Mülki-prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2024cü il tarixli ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia tələbi ilə bağlı icraatda olan iş üzrə cavabdehlər X3 və X12 ilə razılıq əldə edildiyinə görə onlara qarşı heç bir tələbləri yoxdur, həmin şəxsləri cavabdehlər sırasından çıxarırlar. X5 qarşı tələb irəli sürmək zərurəti aradan qalxmışdır. Ona görə onu da cavabdehlər sırasından çıxardırlar. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələbi dəqiqləşdirirlər və aşağıdakı tələbi irəli sürürlər: Cavabdeh1 məxsus olan ünvan 1vanında yerləşən 6 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 1vanında kooperativ tərəfindən inşa edilən 4 saylı çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 2 A 21 saylı ümumi sahəsi 78 kv.metr təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; Cavabdeh2 məxsus olan ünvan 1vanında 24 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 1vanında kooperativ tərəfindən inşa edilən 4 saylı çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 2 C 10 saylı ümumi sahəsi 65 kv.metr təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, əlavə olaraq izahatında göstərdi ki, iddia tələbində hər hansı vətəndaşın hüquqlarının pozulmasından söhbət getmir. Burada əsas məqsəd qəzalı binaların yenidən bərpa edilməsidir. MTK-ya dövlət tərəfindən yüksək nəzarət var. Yəni, bu işi MTK-ya məhz dövlət tapşırıb. Dövlət orqanı tərəfindən rəy verilib ki, bu binalar qəzalı vəziyyətdədir. Həmin evlərdə insanlar yaşayır və həmin binalar qəzalı vəziyyətdə olduğundan, bu binalar sökülüb yeniləri tikilməlidir. Cavabdeh Xalid müəllim 50 kv.m evi üçün 300.000 manat pul istəyir, belə olan halda eyni ilə başqa 50 kv.m evi olan vətəndaşlar da həmin məbləği tələb edəcəklər. MTK 100 nəfər şəxsə 300.000 manat pul verməsi real ola bilməz. Çünki bu, cəmi 30.000.000 manat pul edir. Onlar cavabdehə 78 kv.m ev və 600 manat kirayə haqqı təklif edirlər. Beş nəfər cavabdehdən üç nəfəri ilə artıq razılıq əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 prosessual hüquqi varisi X15 iddia tələbini qəbul etməyib, izahatında göstərdi ki, iddiaçı tərəfindən onunla bir-iki dəfə söhbət aparılmışdır. İddiaçı qeyd etmişdir ki, onunla danışılıb və razılıq əldə edilməyib. Lakin iddiaçı onunla hansı tərzdə danışılmasını qeyd etməmişdir. Onun fikrincə, komissiya təşkil edilməklə, blokun girişinə baxış keçirilməlidir və müəyyən edilməlidir ki, insanların həyatı necə təhlükə altındadır. İddiaçı tərəf camaatı köçürmədən söküntü işləri aparmış və bunu etməklə insanların hüquqlarını pozmuşlar. Konstitusiyada insanların mülkiyyət hüququ təsbit edilmiş və bu hüququn dövlət tərəfindən qorunduğu qeyd edilmişdir. Onun mülkiyyətinə iddiaçı tərəfindən qiymət qoyulmuşdur. Lakin, o, öz evini 300.000 manat dəyərində qiymətləndirir. Onun mənzili 50 kv.m olsa da, artırmalar mövcud olmuşdur. Onların həmin mənzildə mərkəzi istilik sistemləri olmuş və o, binada ümumi xərclər üçün ildə cəmi 18 manat pul vermişdir. Yeni tikilmiş binada isə yeni istilik sistemi, lift və digər xərclər olacaq, bu isə onu ziyana salacaqdır. Onun fikrincə, iddiaçı elə hərəkət edir ki, sanki onlar mülkiyyətçidirlər. Onun rahatlığı əlindən alınır. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X7 məhkəmə iclasına gəlməmişdir, işdə olan telefonoqramdan isə görünür ki, cavabdeh X8 iddia tələbində qeyd olunan mənzilin ona məxsus olduğunu, lakin məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı MTK-nın iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Elektron məhkəmə” informasiya sistemindən sorğulanmış məlumatdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh1 (Hüquq sahibinin identifikatoru: 1********) tam payda xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. - AZ-İİ seriyalı, 374537 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 616 nömrə ilə qeyd aparılmışdır. - АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1966-cı ildə doğulmuşdur. X19, anası Cavabdeh1dır. - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi İddiaçı MTK-ya həvalə edilmişdir. - xx.xx.2024-cü il tarixli, 14467 nömrəli qəbzdən görünür ki, İddiaçı MTK-nın nümayəndəsi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtımızın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyriyaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi İddiaçı MTK-ya həvalə edilmişdir. İddiaçı MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamına əsasən binanın bəzi mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə razılığa gələ bilməmişlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi ifadəsindən göründüyü kimi, iddiaçı cavabdeh X11 onun ünvan 1vanında yerləşən 6 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 1vanında kooperativ tərəfindən inşa edilən 4 saylı çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 2 A 21 saylı ümumi sahəsi 78 kv.metr təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, digər Cavabdeh2 məxsus olan ünvan 1vanında 24 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 1vanında kooperativ tərəfindən inşa edilən 4 saylı çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 2 C 10 saylı ümumi sahəsi 65 kv.metr təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi xahiş etməklə faktiki olaraq cavabdehlərin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçı cavabdehlərin mənzillərini satın almaq deyil, sadəcə həmin mənzillərin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 39 saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehlərə müvafiq yeni, tam təmirli mənzil vermək niyyətindədir. Buradan da müəyyən olunur ki, cavabdehlərin ünvan 1vanda yerləşən mənzilə olan hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzillərə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdehlər ünvan 1vanda yerləşən mənzillərinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). X6 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmusdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X16 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə onu da nəzərə alır ki, cavabdehlərin istifadəsində olan mənzillərin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 39 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbi təmin edilməli, cavabdeh X15 tərəfindən ünvan 1vanda yerləşən köhnə yaşayış binasındakı 50.20 kv.m sahəsi olan 6 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, ünvan 1vanında yerləşən 6 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 1vanında kooperativ tərəfindən inşa edilən 4 saylı çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 2 A 21 saylı ümumi sahəsi 78 kv.metr təmirli yeni mənzil X9 mülkiyyətinə verilməli, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə X11 hər ay 600 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 1vanda yerləşən 6 saylı mənzildən çıxarılmalı, cavabdeh X7 tərəfindən ünvan 1vanda yerləşən köhnə yaşayış binasındakı 24 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, cavabdeh X5 məxsus olan ünvan 1vanında yerləşən 24 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 1vanında kooperativ tərəfindən inşa edilən 4 saylı çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 2 C 10 saylı ümumi sahəsi 65 kv.metr təmirli yeni mənzil onun mülkiyyətinə verilməli, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə X5 hər ay 600 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 1vanda yerləşən 24 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbi təmin edilsin. Cavabdeh1 prosessual hüquqi varisi X15 tərəfindən ünvan 1vanda yerləşən köhnə yaşayış binasındakı 50.20 kv.m sahəsi olan 6 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. ünvan 1vanında yerləşən 6 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 1vanında kooperativ tərəfindən inşa edilən 4 saylı çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 2 A 21 saylı ümumi sahəsi 78 kv.metr təmirli yeni mənzil X9 mülkiyyətinə verilsin. Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə X11 hər ay 600 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 1vanda yerləşən 6 saylı mənzildən çıxarılsın. Cavabdeh X7 tərəfindən ünvan 1vanda yerləşən köhnə yaşayış binasındakı 24 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Cavabdeh X5 məxsus olan ünvan 1vanında yerləşən 24 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 1vanında kooperativ tərəfindən inşa edilən 4 saylı çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 2 C 10 saylı ümumi sahəsi 65 kv.metr təmirli yeni mənzil onun mülkiyyətinə verilsin. Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə X5 na hər ay 600 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 1vanda yerləşən 24 saylı mənzildən çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2009/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2009/2024
16.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver