Məhkəmə qərarları › İş №2(007)-203/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-203/2022

28.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-203/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 X3 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcmini artırmışdır. Məhkəmə iclasında iddiaçının İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 137 saylı evin 30 nömrəli mənzilinin mülkiyyətçisidir. Həmin mənzil 3 otaqlı olmaqla, mənzilin ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 45,9 kv.m., yardımçı sahəsi isə 23,1 kv.m-dən ibarətdir.Cavabdeh1 onun oğludur və 1997-ci il tarixdən etibarən mülkiyyətində olan mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh hal-hazırda öz arvadı olan digər cavabdeh Ülkər Nişanzadə və övladları ilə birlikdə sözügedən mənzildə yaşayırlar.İddiaçının cavabdehlərlə birlikdə bir mənzildə yaşaması qeyri-mümkündür və iddiaçının mülkiyyət hüququ pozulur. Bu səbəbdən hesab edir ki, Cavabdeh1 9000 manat kompensasiya verilməklə, onun mənzil üzrə istifadə hüququna xitam verilməlidir, eyni zamanda digər cavabdeh Ülkər Nişanzadə və övladları ilə birlikdə mənzildən çıxarılmalıdırdar. Qeyd olunanları nəzərə alıb,iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı,0156464 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri,Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 137 saylı evin 30 nömrəli mənziliə İddiaçı mülkiyyət hüququ 14.01.2011-ci il tarixdən ********* reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında 07.09.2021-ci il tarixli arayışdan görünür ki, mənzildə mülkiyyətçidən başqa İsmayılova Ülviyyə Vəkil qızı, X7, Zeynallı Vəkil Amin oğlu,X1 Vəkil oğlu qeydiyyatdadırlar cavabdehlər X12 oğlu mənzildə qeydiyyatdadır. X10 Mərkəzi MMC-nin YDQ 189/SU nömrəli,07.01.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri,Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 137 saylı evin 30 nömrəli mənzilinin bazar dəyəri 88500 manat, qiymətləndirmə obyektinin aylıq icarə haqqı isə 360 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 152.5. mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olması 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri,Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 137 saylı evin 30 nömrəli mənziliə İddiaçı mülkiyyət hüququ 14.01.2011-ci il tarixdən ********* reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Cavabdeh1 mülkiyyətçinin oğlu, digər cavabdeh X4 isə gəlinidir. Cavabdeh1 mənzildə qeydiyyatda olsa da X4 qeydiyyatda deyil. Hər ikisi mübahisəli yetkinlik yaşına çatmayan övladları X7,Zeynallı Vəkil Amin oğlu və X11 ilə birlikdə mənzildə yaşayırlar. Mənzilin bazar qiyməti 88500 manat,həmin ərazidə eyni şəraitdə olan yaşayış sahəsinin aylıq icarə haqqı isə 360 manat təşkil edir. Beləliklə cavabdeh X2 qeyd olunan mənzildən istifadə hüüqu yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əsasən mövcud deyil. Cavabdeh1 mülkiyyətçinin oğlu olduğundan Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından onun mənzildən istifadə hüuqu vardır.Lakin həmin hüquqa Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən mülkiyyətçi tərəfindən kompensasiya verilməklə xitam verilə bilər. Hal hazırda iddiaçı Cavabdeh1 9000 manat kompensasiya təklif edir. Məhkəmə mənzilin dəyərinin cəmi 88500 manat olduğunu,mənzildə cavabdehlərdən başqa digər şəxslərin də istifadə hüquqlarının olmasını,təklif olunan kompensasiya məbləği ilə müəyyən müddət ərzində eyni şəraitli mənzildə 2 ildən çox kirayədə yaşamağın mümkün olduğunu və digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki,təklif olunan kompensasiya məbləği ədalətlidir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh1 9000 manat kompensasiya verilməklə, onun mənzildən istifadə hüququna xitam verilməli,cavabdehlər Cavabdeh1 və X4 yetkinlik yaşına çatmayan övladları,X7,Zeynallı Vəkil Amin oğlu və X11 ilə birlikdə və övladları ilə birlikdə Bakı şəhəri,Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 137 saylı evin 30 nömrəli mənzilidən çıxarılmalıdırlar. Ekspertiza tədqiqatının dəyəri olan 400 manat Cavabdeh1 alınaraq X10 Mərkəzi MMC-nin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Mülkiyyətçi İddiaçı tərəfindən 9000 manat kompensasiya verilməklə Cavabdeh1 9000 manat kompensasiya verilməklə, onun Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 137 saylı evin 30 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1 və X4 yetkinlik yaşına çatmayan övladları, X7, Zeynallı Vəkil Amin oğlu və X11 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 137 saylı evin 30 nömrəli mənzilidən çıxarılsınlar. Ekspertiza tədqiqatının dəyəri olan 400 manat Cavabdeh1 alınaraq X10 Mərkəzi MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar