Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2053/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, xx.xx.1965-ci ildə Ermənistan SSR Qafan rayonunun Xələc kəndində anadan olmuşdur və doğumu Ermənistan SSR Qafan rayonu Siznək kənd sovetlivində xx.xx.1965-cı il tarixdə qeyd edilimişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 2779/2021 saylı qətnaməsi ilə doğum akt qeydinin bərpa edilməsi, onun doğumunun Ermənistan SSR Qafan rayonu Siznək kənd sovetlivində xx.xx.1965-cı il tarixdə qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X6, ana qrafasında isə X11 qeyd olunması barədə qətnamə qəbul edilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alıb və həmin qətnamə əsasında Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə doğum haqqında şəhadətnamə verilib, doğum haqqında şəhadətnamədə ata qrafasında X6, ana qrafasında isə X12 qeyd edilib.Atası və anası hər ikisi vəfat edib və bunu təsdiq edən ölüm haqqında şəhadətnamələri vardır. Şəxsiyyətini təsdiq edən digər sənədlər və doğum haqqında şəhadətnamənin əsli vardır. Lakin ona doğum haqqında şəhadətnamə verilərkən atasının soyadı Hacıyev olsa da, sonradan ona məlum olmayan səbəblərdən, soyadını dəyişdirərək X3 qeyd etdirib və atasına məxsus ölüm haqqında şəhadətnamədə soyadı Abbasov kimi qeyd edilib, lakin, ondan başqa bacı və qardaşlarının doğum haqqında şəhadətnaməsində ata qrafasında ata adı X2 qeyd edilib. Atası 27 dekabr 1997ci il tarixdə Bakı şəhərində vəfat edib. 27 dekabr 1997-ci il tarixdə vəfat edən atası X4 qanun üzrə birinci növbəli vərəsəsi kimi atasın miras qalan ünvan 1 ünvanında yerləşən mənzli vərəsəlik qaydasında qəbul edərək, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır və mənzil tam olaraq onun xüsusi mülkiyyətindədir.27 dekabr 1997-ci il tarixdə vəfat edən atam X4 onun atası olması ilə bağlı hər hansı mübahisə yoxdur, lakin onun doğum haqqında şəhadətnaməsində ata qrafasında atası X6 göstərildiyindən, sənədlərin arasında uyğunsuzluq yaranır. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat Şöbəsi məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən, Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuş, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X5 onun atası olması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X4 vərəsəsidir. НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuş X1 ordusu sıralarında xidmət etmişdir. Maraqlı şəxsndən ərizəçiyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,ərizəçiyə hazırkı mübahisə əsasında məhkəməyə müraciət olunması tövsiyyə edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid: izahat verərək göstərdi ki, X9 onun anasıdır. Anasının sənədlərində babasının soyadı Abbasov əvəzinə Hacıyev kimi qeyd olunduğu üçün anası müəyyən sənədləşmə işlərində problemlərlə üzləşib. Onun babasının adı Allahverdidir soyadı isə Abbasovdur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuş, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X8 ərizəçinin atasıdır. Belə ki mərhumun hərbi biletində onun soyadı olduğu kimi göstərilsə də, digər sənədlərdə soyadı Hacıyev kimi yazılmışdır. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə şəxsiyyətini müəyyən edən sənədlərdə və əmlakla bağlı sənədlərdə düzəlişin aparılması üçün üçün zəruridir. Həmin sənədlərin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuş, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X8 ərizəçinin atası olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuş, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X8, xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi atası olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2053/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2053/2022
12.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver