Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2054/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçılarının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “müqavilə üzrə yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağın qərarlarının və mənzil üçün pay haqqının ödənildiyini təsdiq edən maliyyə arayışının verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “müqavilə üzrə yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağın qərarlarının və mənzil üçün pay haqqının ödənildiyini təsdiq edən maliyyə arayışının verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh MMC ("xxxx" Mənzil Tikinti Koperativinin hüquqi varisi) Nizamnamə əsasında fəaliyyət göstərən direktor X1 şəxsində “Payçı” İddiaçı1 arasında 10 fevral 2014-cü il tarixli 72/1 saylı və digər payçı İddiaçı2 arasında 30 aprel 2013- cü il tarixli Müqavilə 67 nömrəli müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cəmiyyət Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 128,1 m2 olan mənzil 107 və 83 saylı olan yaşayış sahəsini “Payçıya” satmağı, Payçılar isə mənzil üçün razılaşdırılmış pay haqqını ödəməyi öhdəsinə götürmüşlər. Tərəflər arasında bağlanmış müqavilədən və maliyyə arayışından da görünür ki, Payçı İddiaçı1 və “Payçı” İddiaçı2 tərəfindən mənzil almaq üçün müqavilədə razılaşdırılmış tam pay haqqı ödənilmişdir. Bununla da iddiaçı tərəf “Payçı” İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,1 m2 olan 107 saylı və İddiaçı2 isə 83 saylı yaşayış sahəsi olan mənzil üzərində istifadə və sahiblik hüququ əldə etmişlər. Göstərilənlərə əsasən “Payçı” İddiaçı1 istifadə və sahibliyində olan mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarını, İddiaçı2 isə yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarını və mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının verilməsi barədə müraciət etmişdir. Cavabdeh X3 yaşayış binasında kommunal xərclərin ödənilmədiyini əsas gətirərək mənzilin üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olan sənədləri verməkdən imtina etmişdir. Bununla bağlı olaraq cavabdeh tərə İlə görüşmüş və Pretenziya məktubları təqdim olunmuşdur. Lakin cavabdeh Mehdi Əsədov pretenziya məktubunu alsa da, imza etməkdən imtina edərək poçtla göndərilməsini söyləmişdir. Bundan sonra “Pretenziya” məktubu xx.xx.2022-ci il tarixdə poçta vasitəsi ilə cavabdehə göndərilsə də, məktubu almaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, qeyd olunan sənədlərin cavabdeh tərəfindən verilməməsinin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən, 10 fevral 2014-cü il tarixli 72/1 nömrəli müqavilə üzrə yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarının İddiaçı1 və 30 aprel 2013-cü il tarixli 67 nömrəli müqavilə üzrə yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarını və mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının verilməsini Cavabdeh MMC ("xxxx" Mənzil Tikinti Koperativinin hüquqi varisi) Nizamnamə əsasında fəaliyyət göstərən direktor X2 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılarının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 10 fevral 2014-cü il tarixli 72/1 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,1 m2 olan 107 saylı yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarının İddiaçı1 və 30 aprel 2013-cü il tarixli 67 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,1 m olan 83 saylı yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarını və mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının İddiaçı2 verilməsini cavabdeh MİDİYA-999” MMC (“Nicaf’Mənzil Tikinti Koperativinin hüquqi varisi) Nizamnamə əsasında fəaliyyət göstərən direktor X2 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılarının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. 07 iyul 2022-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahat verərək bildirdi ki, iddiaçıların kommunal borcları ayrı-ayrılıqda 3000 manatdır. Belə ki, kommunal borcu bir müddət ödənilmiş, sonrdan isə ödəniş edilməmişdir. Bununla bağlı iddiaçılara müqavilə bağlamaq təklif edilmiş, lakin onlar razı olmamışlar. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılarının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 30 aprel 2013-cü il tarixli 67 saylı müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 128,1 m2 olan 83 saylı mənzili İddiaçı2 satmışdır. Mənzilin dəyəri 87108 manat təşkil edir. Müqavilənin ödəmələr bölməsindəki qeydlərlə müəyyən edilir ki, 87108 manat tam ödənilmişdir. Mənzilə görə hər hansı bir (sayğac pulları istisna olmaqla) borc mövcud deyil. - 10 fevral 2014-il tarixli 72/1 saylı müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 128,1 m2 olan 107 saylı mənzili İddiaçı1 satmışdır. Mənzilin dəyəri 108885 manat təşkil edir. Müqavilənin ödəmələr bölməsindəki qeydlərlə müəyyən edilir ki, 108885 manat ödəniş edilmişdir. - Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 10 saylı arayışdan görünür ki, İddiaçı1 Cavabdeh MMC-nin ("xxxx" MTK-nın hüquqi varisi) Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov küçəsi, 32 A ünvanda yerləşən İ girişli 16 mərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 128,1 m2 olan 107 saylı mənzilin dəyəri tam ödənilmişdir, həmin mənzilə görə cəmiyyətə borcu yoxdur. - Vəkil tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, MİDİYA-999” MMC (“Nicaf” Mənzil Tikinti Koperativinin hüquqi varisi) Nizamnamə əsasında fəaliyyət göstərən direktor X1 şəxsində digər tərəfdən “Payçı” İddiaçı2 arasında 30 aprel 2013-cü il tarixli 67 saylı müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Cəmiyyət” Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən İ girişli 16 mərtəbəli yaşayış binasında 13 mərtəbə, mənzil 83 saylı, ümumi sahəsi 128,1 m2 olan yaşayış sahəsini “Payçıya” satmağı, Payçı isə mənzil üçün razılaşdırılmış pay haqqını ödəməyi öhdəsinə götürmüşlər. Tərəflər arasında bağlanmış müqavilədən də görünür ki, mənzil almaq üçün müqavilədə razılaşdırılmış tam pay haqqı “Payçı” İddiaçı2 tərəfindən ödənilmişdir. Bununla da “Payçı” İddiaçı2 ünvan 1 ünvanında yerləşən İ girişli 16 mərtəbəli yaşayış binasında 13 mərtəbə, mənzil 83 saylı, ümumi sahəsi 128,1 m2 olan mənzildə yaşayış sahəsinə istifadə və sahiblik hüququ əldə etmişdir. Göstərilənlərə əsasən cəmiyyətdən qeyd olunan ünvanda yerləşən “Payçı” İddiaçı2 istifadə və sahibliyində olan mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarını və mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışını verməli xahiş edilmişdir, əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət olunacaq və əlavə çəkilmiş məhkəmə xərcləri cəmiyyətdən alınacaqdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı2 ilə Cavabdeh MMC oğlu arasında bağlanılmış 30 aprel 2013-cü il tarixli 67 saylı müqaviləyə əsasən cəmiyyət ünvan 2 ünvanında inşa edilmiş sahəsi 128,1 m2 olan 83 saylı mənzilini 87108 manat ödəmək şərti ilə İddiaçı2 satmışdır. Həmçinin digər İddiaçı1 ilə cavabdeh arasında bağlanılmış 10 fevral 2014-il tarixli 72/1 saylı müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 128,1 m2 olan 107 saylı mənzilini 108885 manat ödəmək şərti ilə İddiaçı1 satmışdır. Hazırda hər iki müqavilə üzrə mənzilin dəyərləri iddaçılar tərəfindən ödənilmişdir. Cəmiyyət tərəfindən İddiaçı1 heç bir borcunun olmamasına dair arayış da verilmişdir. Lakin iddiaçılar tərəfindən cəmiyyətə müraciət edilməsinə baxmayaraq mənzillər üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün zəruri sənədlər təqdim edilməmişdir. Hazırda iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, 10 fevral 2014-cü il tarixli 72/1 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,1 m2 olan 107 saylı yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarının İddiaçı1 və 30 aprel 2013-cü il tarixli 67 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,1 m olan 83 saylı yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarını və mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının İddiaçı2 verilməsini cavabdeh MİDİYA-999” MMC (“Nicaf’Mənzil Tikinti Koperativinin hüquqi varisi) Nizamnamə əsasında fəaliyyət göstərən direktor X2 həvalə edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və sаир сянядляри) verməyə borcludur. 576-cı maddəsinə əsasən əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər.Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Müəyyən edildiyi kimi iddiaçılar ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 128,1 m2 olan 85 və 107 saylı mənzillərinin əvəzi tam şəkildə ödənilməklə əldə etmişlər, lakin cəmiyyətə müraciət edilməsinə baxmayaraq sonuncu tərəfindən 10 fevral 2014-cü il tarixli 72/1 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,1 m2 olan 107 saylı yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarının İddiaçı1 və 30 aprel 2013-cü il tarixli 67 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,1 m olan 83 saylı yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarını və mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının İddiaçı2 verilməmişdir. Hazırda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin sənədlərin iddiaçılara verilməsinə heç bir maneə mövcud deyildir və bu vəzifənin yerinə yetirilməsi cavabdehə həvalə edilməlidir. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçıların iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçılar tərəfindən kommunal ödənişlərin edilməməsini və bu səbəbdən iddia tələbində göstərilmiş sənədlərin verilməsindən imtina olunduğu göstərsə də, məhkəmə hesab edir ki, kommunal ödənişlərin verilməməsi yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarlarının və mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının verilməsindən imtina edilməsi üçün əsas deyil və tərəflər arasında mübahisə olduğu təqdirdə cəmiyyət məhkəmə qaydasında kommunal ödənişlərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, 10 fevral 2014-cü il tarixli 72/1 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,1 m2 olan 107 saylı yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarının İddiaçı1 və 30 aprel 2013-cü il tarixli 67 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,1 m2 olan 83 saylı yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarının və mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının İddiaçı2 verilməsi vəzifəsi Cavabdeh MMC-yə ("xxxx" Mənzil Tikinti Koperativinin hüquqi varisi) həvalə həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10 fevral 2014-cü il tarixli 72/1 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,1 m2 olan 107 saylı yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarının İddiaçı1 və 30 aprel 2013-cü il tarixli 67 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,1 m2 olan 83 saylı yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağının qərarının və mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının İddiaçı2 verilməsi vəzifəsi Cavabdeh MMC-yə ("xxxx" Mənzil Tikinti Koperativinin hüquqi varisi) həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2054/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2054/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver