Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2063/2025 25.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 qulluq etdiyinə görə (yeddi il) hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İşdə iştirak edən şəxslər:
2. Məhkəmə iclasında ərizəçi ərizə verərək, mülki işin baxılmamış saxlanılmasını və ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə mülki işin baxılmamış saxlanmasına etiraz etmədi.
Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
6. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi nəzərə alınaraq, sözügedən ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
7. Həmçinin ərizə baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır.
8. İş materiallarına əlavə edilmiş 23790 nömrəli mədaxil ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 23790, əməliyyat İD: 832090041, terminal nömrəsi: ADM114278, büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat 11:11) görünür ki, Ərizəçi hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
9. İş materiallarına əlavə edilmiş 10322 nömrəli mədaxil ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 10322, əməliyyat İD: 882548665, terminal nömrəsi: K0114013, büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat 10:26) görünür ki, Ərizəçi hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 70 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
10. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş 30 manat və 70 manat məbləğində dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır.
11. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Ərizə təmin edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizəsinin verilməsinə görə Ərizəçi tərəfindən ödənilmiş 30 manat ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 23790, əməliyyat İD: 832090041, terminal nömrəsi: ADM114278, büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat 11:11) və 70 manat ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 10322, əməliyyat İD: 882548665, terminal nömrəsi: K0114013, büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat 10:26) dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova