Məhkəmə qərarları › İş №2(007)-2074/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2074/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2074/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Abasova Aygün Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə X6 ilə ailə qurmuşdur. Əmlakını Bakı şəhərində olmayan zamanlarda idarə etməsi üçün qaynatası Cavabdeh1 məsləhəti ilə ona Naxçıvan şəhər 2 nömrəli notariusda 10 illik müddətə etibarnamə verib. Seyidova Natəvanla 5 ilə yaxın nikah münasibətlərində olmaqlarına baxmayaraq davamlı şəkildə ailələrində gərginlik olurdu. Xüsusilə 2017-ci il ərzində ailədaxili münaqişələr, sözsöhbətlər artmağa başladı. Buna görə də 2017-ci ilin iyul ayında Seyidova Natəvanla aralarında olan nikah münasibətlərinə xitam verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Bu hadisədən sonra öyrəndi ki, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, mənzil 16-da bir ailə yaşayır. Təxmin etdi ki, həmin ev həyat yoldaşının ailəsi tərəfindən kirayə verilib. Buna görə yuxarıda qeyd olunan ünvana gedib mənzilində yaşayan insanlarla danışan zaman onlar iddiaçıya bildirdilər ki, bu mənzili onlar alıblar. Cavabdeh1 22 aprel 2017-ci il tarixində İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, mənzil 16-nı onun razılığını almadan öz anası Cavabdeh2 bağışlamışdır. Daha sonra Cavabdeh2 tərəfindən yuxarıda qeyd olunan həmin mənzil X2. Cavabdeh1 həmin mənzili anasına bağışlamaqla onun qızı ilə iddiaçı arasında olan ailə daxili münaqişələrin acığını çıxmış, daha sonra İddiaçı boşanmaq barədə fikrinin qəti olduğunu görüb mənzili başqa bir şəxsə satmışdır. Buna görə də, 2018-ci ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, 50 saylı Notariat Kontoru və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunaraq, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A, mənzil 16 barəsində iddiaçının adından İsmayıl Qasımov ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinin, İbrahim Mirzə oğlu Cavabdeh2 ilə Rasim Məmmədov arasında bağlanmış 23 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin mənzillə bağlı Qasımovaya, eləcə də R.Məmmədova verilən çıxarışın etibarsız hesab olunması və əmlak üzərində olan mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunması məhkəmədən xahiş olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-977/2018 saylı, 31 may 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(103)- 10771/2018 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq iddiası təmin olunmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli, 2(103)-3411/2019 saylı qərarı ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A saylı evin 16 saylı mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin mülkiyyət hüququna dair qeydin bərpa edilməsi hissəsində ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Buna əsas kimi isə cavabdeh X5 vicdanlı alıcı olması göstərilmişdir. Apellyasiya instansiya Məhkəməsinin qətnaməsi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A saylı evin 16 saylı mənzili barəsində olan bağışlama müqaviləsinin etibarsız hesab olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)-10283/2019 saylı qətnaməsi ilə iddia alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə mülkiyyət huququna dair qeydin bərpa edilməsi hissəsində rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-3411/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)-10283/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, mənzil 16 barəsində iddiaçının adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2017-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunmuşdur və onun əsasında verilmiş ******* saylı, 27 aprel 2017-ci il tarixli çıxarış ləğv edilmişdir. Belə olan halda, Cavabdeh1 tapşırıq müqaviləsini vicdanla icra etmədiyi üçün, yəni İddiaçı icazəsi olmadan mənzili anası Cavabdeh2 bağışladığı üçün, iddiaçıya ziyan vurmuşdur. Buna görə də, vurulmuş ziyanın əvəzi olaraq mənzilin dəyəri cavabdehlər tərəfindən ona ödənilməlidir. Həmçinin, Cavabdeh1 hüquqi əsas olmadan mənzili Cavabdeh2 22 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən verdiyi üçün əsassız varlanmış sayılır. Buna görə də, cavabdehlər tərəfindən 22 aprel 2017-ci il tarixindən hesablanmaqla kirayə haqqı məbləğinin əvəzi kompensasiya qismində iddiaçıya ödənilməlidir. "xxxx" MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə hesabatı ilə 03 fevral 2021-ci il tarixli, 065/ks/21 saylı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin bazar dəyəri 54000 manat, mənzilin aylıq kirayə haqqı isə 350 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin əvəzi olaraq 54000 manat və 22 aprel 2017-ci il tarixindən aylıq 350 manat hesablanmaqla kirayə haqqı məbləğinin, 30 manat dövlət rüsumunun və hüquqi xidmətlə bağlı vəkilə ödənilən 300 manatın, cəmi 70780 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, Ali Məhkəmənin qərarına əsasən bağışlama müqaviləsi etibarsız hesab edilmiş və onun əsasında verilmiş ******* saylı, 27 aprel 2017-ci il tarixli çıxarış ləğv edilmişdir. İddia qalan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Alqısatqı müqaviləsinin və R.Məmmədovun adına rəsmiləşdirilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin əmlakın üzərində mülkiyyət hüququnun tanınması hissəsində rədd olunub. Tərəflər nikaha 05.10.2012-ci ildə daxil olublar. Etibarnamə 30.04.2012-ci ildə, 10 il müddətinə verilib. İddiaçı mənzilin satılması barədə təxminən 2017-ci ildə xəbər tutub. "xxxx" tərəfindən qiymətəndirilmiş və mənzilin bazar dəyəri 54000 manat müəyyən olunmuşur. Mənzilin kirayə haqqı 350 manat məbləğində müəyyən olunmuşdur. Hazırda həmin mənzil R.Məmmədovun mülkiyyətindədir. Cavabdehlər tərəfindən müştərək qaydada dəymiş ziyanın ödənilməsini tələb edir və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh2 onun anasıdır. Həsəni çoxdan tanıyır. İbrahimin qızı ilə ailə qurmamışdan öncə, Həsən onun anasından borc olaraq 30000 ABŞ dolları götürüb və əvəzində etibarnamə verib. Qızı ilə nikaha daxil olduqda münasibətləri yaxşı idi. Sonralar Həsəni “Qaraca” firmasına işə düzəldib. Bir müddət orada işləyib, sonralar isə qumara qurşandı və ailəsinə baxmırdı, yoldaşına qarşı zor tətbiq edirdi. Anası Zərifə xanım bu vəziyyəti görüb, 30000 dolları Həsəndən tələb etdi. Həsən pulu qaytarmadı. Belə olan halda, o, mənzili anasına bağışlayıb. Pul anasının olduğu üçün Zərifə xanım evi satıb ona aid olan pulu götürüb. Bütün bu işlərdə vasitəçi özü olmuşdur, yəni anasına xahiş edib ki, pulu Həsənə versin. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan ƏN-İ seriyalı 203539 nömrəli etibarnamədən görünür ki, İddiaçı etibarnamə üzrə əmlakının idarə edilməsini və s. səlahiyyətlərini Cavabdeh1 30.04.2022-ci il tarixədək etibar etmişdir. İş materiallarında olan 4Ə-250 nömrəli reystrdə qeydə alınmış 22.04.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, İddiaçı əvəzinə etibarnamə üzrə Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzili (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzili) Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilində X6, İddiaçı, X11 qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ seriyalı 688173 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 arasında nikah Naxçıvan Şəhər Nikah Evində 05.10.2012-ci il tarixdə 430 nömrəsi ilə qeyd edilmişdir. Qasımova Natəvan “Seyidova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında isə Cavabdeh2 qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-977/2018 saylı, 31 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, 50 saylı Notariat Kontoruna və ƏMDK yanında DƏDRX-nın Bakı Şəhəri Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və həmin əmlakın üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(103)-10771/2018 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-977/2018 saylı, 31 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küç., 45 A saylı evin 16 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 365, M 6, m 1) dair İddiaçı ilə Cavabdeh2 arasında 22.04.2017-ci il tarixli Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış və 4 Ə-250 sayla reyestrdə təsdiq edilmiş bağışlama müqaviləsi (onun əsasında verilmiş ******* saylı, 27.04.2017-ci il tarixli çıxarış ləğv edilməklə) və cavabdehlər Cavabdeh2 ilə X9 arasında 23 avqust 2017-ci il tarixdə Bakı şəhəri 50, saylı Notariat Kontorunda bağlanmış və 4 Ə-640 sayla reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsi (onun əsasında verilmiş 25.08.2017-ci il tarixli çıxarış ləğv ediməklə) etibarsız hesab edilməsi, İddiaçı həmin mənzillə bağlı mülkiyyət hüququna dair qeyd bərpa edilməsi, mənzilə görə X9 tərəfindən ödənilmiş 30 000 (otuz min) Cavabdeh2 onun xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli, 2(103)-3411/2019 saylı qərarı ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A saylı evin 16 saylı mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin mülkiyyət hüququna dair qeydin bərpa edilməsi hissəsində ləğv edilməsi, işin yenidən apelyasiya baxışına qaytarılması, qətnamənin Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45 A saylı evin 16 saylı mənzilinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)-10283/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehlər Cavabdeh2 ilə R.Məmmədov arasında bağlanmış 23.08.2017-ci il tarixli “Alqı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi və İddiaçı mənzilə mülkiyyət hüququna dair qeydin bərpa edilməsi barədə tələbin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı iddiası apellyasiya baxışının predmeti olan hissədə, yəni “cavabdehlər Cavabdeh2 ilə R.Məmmədov arasında bağlanmış 23.08.2017-ci il tarixli “Alqı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi və İddiaçı mənzilə mülkiyyət hüququna dair qeydin bərpa edilməsi barədə” hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-3411/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)-10283/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küç., 45 A saylı evin 16 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 365, M 6, m 1) İddiaçı adına 31.01.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Bu barədə əmlakın dövlət reyestrində 2599 nömrəli reyestr kitabının 242150 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli 093 YD nömrəli “X14 Mərkəzinin” hesabatında görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar və likvid dəyəri müəyyən edilmişdir. Beləliklə də, aparılmış hesablamalar nəticəsində Baki şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin birinci sual üzrə bazar və likvid dəyəri və ikinci sual birinci hissəsinə görə 2017-ci ilin aprel ayından bu günə kimi olan icarə haqqının müəyyən edilməsi aşağıdakılar kimi müəyyən olunmuşdur. Bazar dəyəri 55850 (əlli beş min səkkiz yüz əlli) manat, likvid dəyəri 52000 (əlli iki min) manat, mənzilin aylıq icarə haqqı (əşyalı) 300 manat, aylıq icarə haqqı (əşyasız) isə 250 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin qiymətləndirici qarşısında qoyulmuş ikinci sual üzrə metodik təhlil və əmlak bazarında icarə haqqlarının dinamikasının göstəricilərindən bələ nəticəyə gəlmək olar ki, 2017-ci il ilin aprel ayından bu günə kimi olan dövr üzrə qiymətləndirmə obyektinin yerləşdiyi əraziyə görə icarə haqqlarının dəyərinə təsir edən (makro iqtisadi, infilasiya, pandemiya və s.) əmillərin məcmusu olaraq hal-hazırdakı dövrlə eynidir. İş materiallarında olan 06.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 26.11.2020-ci il tarixli 68899 nömrəli qəbzdən görünür ki, İddiaçı “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına hüquqi xidmət üçün 300 manat ödəniş etmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş 03 fevral 2021-ci il tarixli, 065/ks/21 saylı qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45 A, 16 saylı mənzilin bazar dəyəri 54000 (əlli dörd min) manat, mənzilin aylıq kirayə haqqı isə 350 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, borclunun Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin əvəzi olaraq 54000 (əlli dörd min) manat və 22 aprel 2017-ci il tarixindən hesablanmaqla aylıq 350 manat (16.450 (on altı min dörd yüz əlli) manat)), cəmi 70 450 (yetmiş min dörd yüz əlli) manat məbləğində borcun olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı olan cəmi 70 450 (yetmiş min dörd yüz əlli) manat məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi xahiş edilmişdir. Əgər həmin müddətdə qeyd olunan məbləğ ödənilməsə, məhkəməyə müraciət olunacaq və bu zaman məhkəməyə müraciət ilə bağlı ödənilən rüsumlar və hüquqi xidmətə görə ödənilən məbləğ borcludan tələb olunacaqdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 03 fevral 2021-ci il tarixli, 065/ks/21 saylı qiymətləndirmə hesabatından da göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45 A, 16 saylı mənzilin bazar dəyəri 54000 (əlli dörd min) manat, mənzilin bir aylıq kirayə dəyəri (əşyalı) 300-350 manat, bir aylıq kirayə dəyəri (əşyasız) isə 250-280 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının İddiaçı şıkayətinə dair 21 aprel 2021-ci il tarixli Qərardadından görünür ki, H. Seyidovun şıkayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməsi, mübahisəli mənzillə bağlı H. Seyidovun dəymiş zərərin əvəzini tələb etmək hüququnun ərizəçiyə izah olunması və Qərarın surətinin 7 gün müddətində ərizəçiyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X8 arasında nikah Naxçıvan Şəhər Nikah Evində 05.10.2012-ci il tarixdə 430 nömrəsi ilə qeyd edilmişdir. ƏN-İ seriyalı 203539 nömrəli etibarnaməyə əsasən İddiaçı etibarnamə üzrə əmlakının idarə edilməsini və s. səlahiyyətlərini Cavabdeh1 30.04.2022-ci il tarixədək etibar etmişdir. 22.04.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən də göründüyü kimi İddiaçı əvəzinə etibarnamə üzrə Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzili (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzili) Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 isə mənzili X3. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küç., 45 A saylı evin 16 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 365, M 6, m 1) dair İddiaçı ilə Cavabdeh2 arasında 22.04.2017-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış və 4 Ə-250 sayla reyestrdə təsdiq edilmiş bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Cavabdeh1 mənzili anası Cavabdeh2 bağışlamaqla sonuncu da Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzili X4 İddiaçı maddi ziyan vurmuşlar. Belə ki, Cavabdeh1 məhkəmə araşdırması zamanı verdiyi izahatında İddiaçı cavabden Cavabdeh2 30000 manat borcu olduğuna görə mübahisəli mənzili iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında anasına bağışlamasını anasının isə mənzili şəxsən notariat orqanına gedərək satmasını, əldə olunmuş vəsait hesabına yeni mənzil aldığını və həmin mənzildə qızı ilə nəvəsinin yaşadığını bildirmişdır. Qəbul olunmuş məhkəmə qətnamələrində qeyd olunmuş izahatlardan da görünür ki, “mübahisəli mənzili anasına bağışlayan zaman iddiaçıya zəng etmədiyini, mənzilin bağışlanması ilə bağlı iddiaçıdan hər hansı razılıq almadığını, mübahisəli mənzilə dair təkrar çıxarış-dublikat alan zaman iddiaçı ilə əlaqəsinin artıq kəsildiyini, buna görə də dublikatın alınması ilə bağlı iddiaçıya məlumat vermədiyini mübahisəli mənzilin satışından əldə olunmuş vəsaitlə yeni mənzil alındığını və həmin mənzildə qızı ilə nəvəsinin yaşadığını” bildirmişdir. Beləliklə Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzili məqsədyönlü şəkildə iddiaçının məlumatı olmadan, etibarnamənin verilməsindən 5 il sonra münasibətlərinin gərgin olduğu vaxtda anasına bağışlaması, sonuncunun da mübahisəli mənzili satması və mənzili sataraq əldə olunmuş pula Cavabdeh1 yeni mənzil alması təsdiq olunur. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzilin iddiaçının adından cavabdeh tərəfindən digər cavabdeh olan anasına bağışlanması barədə iddiaçının nəinki razılığı, ümumiyyətlə məlumatı belə olmamışdır. Həmin bağışlama müqaviləsi iddiaçının cavabdehə başqa məqsədlər üçün verdiyi etibarnamə əsasında iddiaçının iradəsinin ziddinə cavabdeh tərəfindən bağlanmışdır. Beləliklə məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək, Cavabdeh1 Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən İddiaçı mülkiyyətində olan mənzili anasına bağışlaması və anasının da mənzili satması nəticəsində əldə etdiyi vəsaiti İddiaçı və anası Cavabdeh2 əsassız varlanması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının İddiaçı şıkayətinə dair 21 aprel 2021-ci il tarixli Qərardadında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A saylı mənzilinə dair İddiaçı ilə Cavabdeh2 arasında 22 aprel 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış və 4 Ə-250 sayla reyestrdə təsdiq edilmiş bağışlama müqaviləsi məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir. Bununla əlaqədar olaraq, Konstitusiya Məhkəməsinin Palatası İddiaçı bu hissədə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun ona izah edilməsini qeyd etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən tərtib olunmuş 03 fevral 2021-ci il tarixli, 065/ks/21 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45 A, 16 saylı mənzilin bazar dəyəri 54000 (əlli dörd min) manat, mənzilin bir aylıq kirayə dəyəri (əşyalı) 300-350 manat, bir aylıq kirayə dəyəri (əşyasız) isə 250-280 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə tərəfindən təyin olunmuş və “X14 Mərkəzi”nə həvalə edilmiş qiymətləndirmə ekspertizasının 05 avqust 2021-ci il tarixli 093 YD nömrəli hesabatından görünür ki, mənzilin bazar dəyəri 55850 (əlli beş min səkkiz yüz əlli) manat, likvid dəyəri 52000 (əlli iki min) manat, mənzilin aylıq icarə haqqı (əşyalı) 300 manat, aylıq icarə haqqı (əşyasız) isə 250 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin qiymətləndirici qarşısında qoyulmuş ikinci suala cavab olaraq 2017ci il ilin aprel ayından bu günə kimi olan dövr üzrə qiymətləndirmə obyektinin yerləşdiyi əraziyə görə icarə haqqlarının dəyərinə təsir edən (makro iqtisadi, infilasiya, pandemiya və s.) əmillərin məcmusu olaraq hal-hazırdakı dövrlə eyni olmasını qeyd etmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin əvəzi olaraq 54000 manat və 22 aprel 2017-ci il tarixindən aylıq 350 manat hesablanmaqla kirayə haqqı məbləğinin, 30 manat dövlət rüsumunun və hüquqi xidmətlə bağlı vəkilə ödənilən 300 manatın, cəmi 70780 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin mənzilin əvəzi olaraq tələb olunan pul vəsaitinə münasibətdə məhkəmə, iddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin hesabatında mənzilin bazar dəyəri 54000 manat müəyyən edilmişdir, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş “X14 Mərkəzi”nə həvalə edilmiş qiymətləndirmə ekspertizasının hesabatından mənzilin bazar dəyəri 55850 manat müəyyən edilmişdir. Məhkəmə qiymətləndirmə hesabatlarına sübut kimi qiymət verərək hesab edir ki, iddia tələbinin mənzilin əvəzi olaraq 54000 manat ödənilməsi hissəsi təmin olunmalıdır. İddia tələbinin kirayə haqqının tələb olunması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirməyi zəruri hesab edir: İş materiallarına əlavə olunmuş qərarlardan və məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçının daimi yaşayış yeri Naxçıvan MR-da olmuşdur. İddiaçının kirayə haqqını tələb etməkdə məqsədi bununla izah olunur ki, iddiaçı 22 aprel 2017-ci il tarixdən mənzili kirayə verməklə qazanc əldə etmiş olardı. Lakin cavabdehin qanunsuz hərəkəti nəticəsində həmin mənzildən kirayə haqqını almaqdan məhrum olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 mənzilin əşyalı ya əşyasız olması sualına cavab olaraq bildirmişdir ki, mənzil əşyalı idi. Bu səbəbdən məhkəmə kirayə haqqını əldən çıxmış fayda kimi qiymət verməyi zəruri hesab edir və “X14 Mərkəzi”nin qiymətləndirmə hesabatına əsasən kirayə haqqının aylıq 300 manatdan ödənilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş 26.11.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına hüqiqi xidmət üçün 300 manat ödəniş etmişdir bu səbəbdən iddia tələbinin hüquqi xidmətlə bağlı vəkilə ödənilmiş 300 manat vəsaitin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi labüddür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə maddi hüquq normalarına, Konstitusiya Məhkəməsi Palatasının Qərarında qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçıya maddi ziyan vurmaqla əsassız varlanmış cavabdehlər mənzilin bazar dəyərini, 22 aprel 2017-ci il tarixdən 47 aylıq əldən çıxmış fayda hesab olunan kirayə haqqını, hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi vəsaiti və məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumunu iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş 06.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin əvəzi olaraq 54000 manat və 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 manat olmaqla, cəmi 14100 manat kirayə haqqı məbləği, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və hüquqi xidmətlə bağlı vəkilə ödənilən 300 manat, cəmi 68430 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin dəyərinin əvəzi olaraq 54000 manat və 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 manat olmaqla, cəmi 14100 manat kirayə haqqı məbləği, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və hüquqi xidmətlə bağlı vəkilə ödənilən 300 manat, cəmi 68430 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar