Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-21/2020 04.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X4, X6 və X7 qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyn edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X4, X6 və X7 qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyn edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində cavabdehlərlə onun arasında istifadə qaydalarının müəyyən edilməsi, cavabdehlər Cavabdeh və X8 tərəfindən otağa qoyulmuş çarpayı və yataq dəstinin otaqdan çıxarılması və 20.8 kv.m sahəsi olan otağın onun istifadəsinə, iki otağın cavabdehlərin istifadəsinə verilməsinə və digər köməkçi sahələrin ümumi istifadəyə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə azyaşlı uşaqla birlikdə Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11/4 saylı mənzilinə köçürülməyi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2012-ci il tarixli qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilməmiş, Nizami rayon Məhkəməsinin 16.07.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır . AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 ivıın 2013-cü il tarixli qərarı ilə apellyasiya məhkəməsinin 12.12.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nizami rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-1255 saylı, 16 iyuİ 2012-ci il tarixli icra sənədinə əsasən o, azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11/4 saylı mənzilinə köçürülmüş və bu barədə 12 avqust 2013-cü il tarixdə Nizami rayon İcra Şöbəsinin icra məmuru tərəfindən akt tərtib edilmişdir. Nizami rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qərardadı ilə Nizami rayon İcra şöbəsinin təqdimatı təmin edilmiş və 16 iyul 2012-ci ıl tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. O, mənzilə köçürüldükdən sonra cavabdehlər Cavabdeh və Bahar Zeynalova öz yataq dəstlərini onun azyaşlı uşaqla birlikdə yaşadığı otağa yerləşdirərək bu otaqda yaşamağa başlamışlar . Bu hal işgəncəyə mənəvi əzablara bərabər tutulmaldıır və o, bu şəxslər tərəfindən məişət zorakılığına məruz qalmış, hüquqları kobud şəkildə pozulmuşdur. Əks cinsdən olan şəxslərin bir otaqda yaşaması milli mentalitetimizə də uyğun deyildir. Bu azyaşlı uşağın normal yaşamasına, tərbiyəsinə pis təsir göstərir. Bu şəxslər elektrik xəttini kəsir, rahat yaşamalarına imkan vermirlər və məqsədli şəkildə onu məişət zorakılığına məruz qoymaqla yaşayış yerindən məhrum etməyə çalışırlar. Onların açıq-saçıq geyimləri və davranışları azyaşlı qız uşağının normal yaşamasına, tərbiyəsinə pis təsir göstərir. Bununla bağlı olaraq Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 13 aprel 2017-ci il tarixdə 30 gün müddətinə mühafizə orden verilmişdir və Cavabdeh, X4 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığına yol verməmələri barədə xəbərdarlıq olunması nəzərdə tutulmuşdur. Qərar verilərkən onaizah olundu ki, məişət zorakılığının əlamətlərinin aradan qaldırılması üçün onun yaşadığı otaqdan onların krovatının çıxarılması təmin ediləcəkdir. Fərdi yaşayış evi əvvəllər iki otaqdan ibarət olmuşdur və o, həmin fərdi yaşayış evinə gəlin köçdükdən sonra atasının köməyi ilə cavabdehlər əlavə bir otaq və mətbəx tikmişlər və o, həmin vaxt 20,8 kvm. sahəsi olan otaqda yaşamış və faktiki olaraq istifadə etmişdir. Cavabdehlər isə digər otaqlarda yaşamışlar. Hətta cavabdeh B.Zeynalova həmin vaxt bildirmişdir ki, Keşlə qəsəbəsində evləri var, tam düzəltdikdən sonra köçüb ora gedəcəklər və bu evi ona verərlər. Cavabdeh Sabirin ləhcəsi ilə desək, “ayə bə nə biz burda yaşaya bilərik kmi biz burdan çıxacağıq”. Yaşayış sahəsindən istifadə qaydaları barədə cavabdehlər mütəmadi olaraq onunla mübahisə yaradır və otaqda azyaşlı uşaqla birlikdə yaşamasına maneçilik törədirlər. Bu yaşayış sahəsi faktiki olaraq üç otaqdan ibarətdir, həmçinin hər bir şəraiti vardır. Cavabdeh X9 faktiki olaraq bu fərdi yaşayış evində yaşamır. Yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi üçün şərait vardır. Belə ki, yaşadığı otaqların yerləşdiyi hissəyə uyğun olaraq istifadə edilməsi mümkündür və yaşayış sahəsinin qurluşu buna imkan verir. Yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməməsi səbəbindən onun hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. Ona görə də istifadə qaydaları dəyişdirilərək müəyyən edilməlidir və onun əvvəllər və hal-hazırda da istifadə etdiyi otaq onun istifadəsinə verilməlidir və cavabdehlərin zor tətbiq edərək yataq otağına yerləşdirdikləri çarpayı və yataq dəsti otaqdan çıxarılmalıdır. Bu fərdi yaşayış evi dövlət reyestrindən qeydiyyatdan keçməsə də köhnə tikilidir, yaşaış sahəsi kimi mövcuddur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun həmin mənzilə olan istifadə hüququna 13 000 manat kompensasiya verməklə xitam verilmişdir. Lakin o, bu məbləğlə razı deyil. Həmin məbləğ icra qrumunun depozit hesabina köçürülsə də onlar tərəfindən qəbul edilməmişdir. Həmin evdə onun əşyaları var, lakin cavabdehlər ona, həmin əşyaları götürməyə icazə vermir. Cehiz əşyaları barədə Bakı şəhəri Nizami rayon Məhkəməsində cavabdehlərə qarşı iddialarına ayrıca icraatda baxılır. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 iddianı qəbul etməyib, izahat verərək göstərdi ki, Ali Məhkəmənin qərarı ilə iddiaçının həmin mənzilə olan istifadə hüququna 13 000 manat kompensasiya ödənilməklə xitam verilmişdir. Onlar da həmin məbləği iddiaçıya ödənilməsi üçün icra qrumunun depozit hesabına ödəmişlər. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh, X9 və X10 məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(102)- 5689/2019 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(007)-3578/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı qızma 5000 manat məbləğində kompensasiya verilməklə, İddiaçı azyaşlı uşağı, 2009-cu il təvəllüdlü X11 ilə birlikdə Cavabdeh sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə əldə etdiyi köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və İddiaçı məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 29 noyabr 2017-ci il tarixli, 2(103)-11097/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(007)-3578/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 19 aprel 2018-ci il tarixli, 2(102)- 2552/2018 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 23 iyul 2018-ci il tarixli, 2(103)-7412/2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi (kompensasiya məbləği hissəsində) dəyişdirilərək kompensasiya məbləği 6000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli, 2(102)-7963/2018 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilmiş, Cavabdeh tərəfindən İddiaçı 13000 manat məbləğində kompensasiya verilməklə İddiaçı azyaşlı uşağı 2009-cü il təvəllüdlü X11 ilə birlikdə Cavabdeh sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və İddiaçı məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(102)-5689/2019 nömrəli qərarına əsasən, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3695/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 6ÜŞ-3649/19 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3695/2019 16.04.2019cu il tarixli qətnaməsi Azərbaycan Respublikası MPM-nin 419.4-cü maddəsinə əsasən 08.08.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh, X4, X6 və X7 qarşı “ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə qaydalarının müəyyn edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Mahkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının ünvan 1 ünvanda yerləşən mənzilə köçürülmək hüququna, yəni yaranmış istifadə etmək hüququna xitam verilmişdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilmiş, Cavabdeh tərəfindən İddiaçı 13000 manat məbləğində kompensasiya verilməklə İddiaçı azyaşlı uşağı 2009-cü il təvəllüdlü X11 ilə birlikdə Cavabdeh sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və İddiaçı məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(102)-5689/2019 nömrəli qərarına əsasən, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3695/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 6ÜŞ-3649/19 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)- 5689/2019 saylı 08.08.2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3695/2019 saylı 16.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3695/2019 16.04.2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası MPM-nin 419.4-cü maddəsinə əsasən 08.08.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırda İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülmək, həmin yaşayış sahəsindən istifadə etmək imkanına kompensasiya verilməklə xitam verilmişdir. Nəticə etibarilə, hazırda İddiaçı mübahisəli mənzildən yaranmış istifadə etmək hüququ mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə yaranmış istifadə hüququ artıq mövcud olmadığından, həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı tələbi də əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh, X4, X6 və X7 qarşı “ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində cavabdehlərlə onun arasında istifadə qaydalarının müəyyən edilməsi, cavabdehlər Cavabdeh və X8 tərəfindən otağa qoyulmuş çarpayı və yataq dəstinin otaqdan çıxarılması və 20.8 kv.m sahəsi olan otağın onun istifadəsinə, iki otağın cavabdehlərin istifadəsinə verilməsinə və digər köməkçi sahələrin ümumi istifadəyə verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X4, X6 və X7 qarşı “ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində cavabdehlərlə onun arasında istifadə qaydalarının müəyyən edilməsi, cavabdehlər Cavabdeh və X8 tərəfindən otağa qoyulmuş çarpayı və yataq dəstinin otaqdan çıxarılması və 20.8 kv.m sahəsi olan otağın onun istifadəsinə, iki otağın cavabdehlərin istifadəsinə verilməsinə və digər köməkçi sahələrin ümumi istifadəyə verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-21/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-21/2020
04.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver