Məhkəmə qərarları › İş №2(007)-2100/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2100/2022

25.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2100/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X11 Mirzəyevin sədrliyi, X3 Qurbanovun katibliyi, İddiaçının vəkili Vəkil, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması tələbinə dair mülki işə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı avtomobilin qaytarılması tələbinə dair idida ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı əsl olmayan cavabdeh X8 əsl Cavabdeh ilə əvəz etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, “Peugeot-407" minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətindədir. Onun mərhum həyat yoldaşı X9 həmin avtomobili təmir etdirmək üçün Mərdəkan qəsəbəsində fəaliyyət göstərən ustaya vermişdi. Həmin ərəfələrdə ağır xəstəlik səbəbindən X9 vəfat etdi. Bu hadisədən uzun müddət sonra iddiaçıya cərimə olunması barədə məlumat gəldi və Səbail Rayon Məhkəməsinin qərarı ilə onun sürücülük hüququ məhdudlaşdırıldı.Bundan sonra iddiaçıya aydın oldu ki, "Peugeot- 407” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində qalmaqla başqa şəxs tərəfindən idarə olunmaqdadır.İddiaçı Dövlət Yol Polisi İdarəsinə müraciət edib, avtomobilin tapılmasında ona kömək edilməsini xahiş etdi. DYP-dən əldə etdiyi sənədlərə əsasən müəyyən etdi ki, həmin avtomobilə dair X4 etibarnamə verilib. İddiaçı notariat ofisinə müraciət edərək, etibarnaməni ləğv etdirdi.İddiaçıya X2 zəng gəldi. O, bildirdi kı, “Peugeot-407" minik markalı. **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili 10000 manata alıb və tələb etdi ki, ona etibarnamə versin. İddiaçı bu tələblə razılaşmayıb ondan avtomobilini qaytarmasını tələb etdi. Bu zaman X8 iddiaçıya bildirdi ki, “əgər avtomobili məndən alsanız mən avtomobili yandıracağam”.İddiaçı şikayət ərizəsi ilə Səbail rayon polis idarəsinin 41-ci PB-nə müraciət etdi. Bömənin təhqiqatçısı polis leytenantı Ənvər Məlikovun xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edildi. Həmin qərarda izahatı alınan X8 öz izhatında “Peugeot-407” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin onda olduğunu etiraf etdi.Onu da məhkəmənin nəzərinə çatdır ki, X8 iddiaçının avtomobilini heç bir sənəd olmadan qanunsuz olaraq öz sahibliyində saxlayır. X5 istifadəsində olan telefon nömrəsinə dəfələrlə zəng vurub ondan avtomobili geri tələb etsə də, bildirmişdir ki, həmin avtomobili alıb və onu qaytarmayacaq. Belə olan halda məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli oldular. Məhkəmə iclası zamanı da, məlum olub ki, avtomobil etibarnamə əsasında Cavabdeh verilib və avtomobil hal-hazırda ondadır. Bundan sonra onlar iddia tələbini dəyişdirib, iddianı Cavabdeh qarşı yönəltdilər. Hesab edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan “Peugeot-407” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili ona qaytarmaqdan imtina etdiyinə görə, həmin avtomobil məhkəmə qaydasında cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı mülkiyyətində olan “Peugeot-407” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq İddiaçı qaytarılması və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmaını xahiş edir. İddiaçının nümayəndəsi X7 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, həqiqətən də etibarnamə əsasında sözü gedən avtomobili almışdır. On ildən çoxdur ki, avtomobil onun istifadəsindədir.Onun yeganə günahı onda olub ki, avtomobili adına saldırmaq üçün yol polisi idarəsində gedən zaman ondan 300 manat pul istədilər və düşündüm ki, 300 manatı verənə kimi avtomobili etibarnamə ilə idarə edər.O,n halal pulu ilə avtomobili almışdır, buna baxmayaraq iddiaçıya 700-800 manat pul da, təklif etmişdir ki, çəkdiyi xərcləri bağlasın. Lakin qarşı tərəf ondan avtomobili geri tələb edir. Xahiş edir ki, iddia təmin olunmasın. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,ilk iddia təmin olunmalıdır. İş materiallarında olan: Mərkəzləşdirilmiş İnformasiya bazasından çıxarılmış məlumatdan görünür ki, “Peugeot-407" minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil 2005-ci ildən İddiaçı mülkiyyətindədir. İşdə olan xx.xx.2012-ci il tarixli etibarnamədən görünr ki, İddiaçı “Peugeot-407" minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmək və onun üzərində sərəncam verməklə əlaqədar Cavabdeh 14 yanvar 2061-ci ilədək səlahiyyətlər vermişdir. “Elektron Notariat”Avtomatlaşdırılmış İnformasya sistemindən əldə edilmiş çıxarışdan görünür ki,həmin etibarnaməyə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin hallarından görünür ki,iddiaçının cavabdehə avtomobillə bağlı etibarnaməyə onun özü tətəfindən xitam verilmişdir.Hal-hazırda avtomobilin Cavabdeh istifadəsində qalması üçün hüquqi əsaslar mövcud deyil. Ona görə də iddia təmin olunmalı, İddiaçı mülkiyyətində olan “Peugeot-407” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilməli və iddianın verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan “Peugeot-407” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilsin. İddianın verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar