Məhkəmə qərarları › İş №2(007)-2101/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2101/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2101/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1 Bahadur qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1 Bahadur qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 02.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 22463.35 ABŞ dolları əsas, 10129.07 ABŞ dolları faiz borcu, 2510.27 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 35102.69 ABŞ Dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsini, tutmanın Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 4 otaqlı, 79.75 kv.m ümumi, 48.05 kv.m yaşayış sahədən ibarət 37 nömrəli evin 25 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 4 otaqlı, 79.75 kv.m ümumi, 48.05 kv.m yaşayış sahədən ibarət 37 nömrəli evin 25 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsini, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 4 otaqlı, 79.75 kv.m ümumi, 48.05 kv.m yaşayış sahədən ibarət 37 nömrəli evin 25 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan bir ay sonra Cavabdeh4 və digər şəxslərin həmin mənzildən çıxmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh4 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, borc tələbinin tamamilə ödənilməsi və buna görə iddia tələbi üzrə mülki işin icraatına xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə xahişi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1 Bahadur qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardad İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar