Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2121/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni təmin edib, X1, anası X5 olmaqla Ərizəçi xx xxxxxx 1955-ci ildə Ermənistan, Kalinino rayonunda doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1955-ci ildə Ermənistan, Kalinino rayonunda anadan olmuşdur. Valideynləri həmin vaxt doğum haqqında şəhadətnamə almışlar. Erməni aqressivliyi nəticəsində 1988-ci ildə doğma torpaqdan məhrum olaraq ailəlikcə qaçqın düşüblər. Eyni zamanda həmin vaxt Ermənistanda zəlzələ baş vermiş, nəticədə demək olar ki, bütün ev əşyaları və üstəlik bir çox şəxsi sənədlər də kənddə qalmışdır. Onun anası X5, X1dur. O doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin onlar imtina etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərək göstərdi ki, onun 10 yaşı olanda 1955-ci ilin fevral ayında İlməzli kəndi, Kalinino rayonunda anadan olmuşdur. O doğulanda Kalina rayonunun adı Stepanovna olmuşdur. Anası Leyli, atası Muraddır. Atası 1984-cü ildə anası isə 90 yaşında 2008-ci ildə vəfat etmişdir. Onlar 3 bacı və 5 qardaş olmuş, böyük qardaşı bu yaxınlarda rəhmətə getmişdir. Məhkəmə iclasında X8 şahid qismində ifadə verərək göstərdi ki, ərizəçi Mədət onun qardaşıdır. Özü 1952 ci il dekabr ayında Kalinino rayonu İlməzkli kəndində anadan olmuşdur. Ailədə 5 qardaş və 3 bacı olmaql 8 nəfər uşaqdırlar. Böyük qardaşı Yusifov Müsməd, ata və anası dünyasını dəyişmişdir. Onun da doğum haqqında şəhadətnaməsi tapılmır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Ermənistan, Kalinino rayonunda anadan olmuş, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - Maraqlı şəxs Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərizəçi tərəfindən doğum haqqında müvafiq sənədlər təqdim edilə bilmədiyindən doğumun qeyd olunması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - ЗЖ seriyalı 794742 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1945-ci il tarixdə, Ermənistan SSR, Stepanavan rayonunda doğulmuşdur. X1, anası X3r. - 731527 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1937-ci il tarixdə, Ermənistan SSR, Stepanavan rayonunda doğulmuşdur. X1, anası X3r. - İV ЖГ 360237 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X4 11 fevral 1987-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 165 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Ermənistan, Kalinino rayonu İlməzli kəndində anadan olması qeyd edilmişdir. - Azərbaycan SSR X19 Təhsili Komitəsinin 764354 saylı diplomun surətindən görünür ki, Ərizəçi Bakı 28 nömrəli şəhər orta texniki peşə məktəbinə daxil olmuşdur. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Ermənistan, Kalinino rayonu, İlməzli kəndində anadan olmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1ci, 307.2.3-cü, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Ermənistan, Kalinino rayonu, İlməzli kəndində doğulmuşdur. X1, anası isə X5 olmuşdur. Maraqlı şəxsndən onun ərizəsinin icrası imkan xaricində olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş, hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini ala bilmədiyindən, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Ermənistan, Kalinino rayonu, İlməzli kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməli, onun doğum haqqında akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında X11 və ana qrafasında isə X5, milliyyəti isə “azərbaycanlı” kimi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, doğum haqqında yeni şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə ayrıca qərar qəbul edilməsi zərurəti yoxdur, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Ermənistan, Kalinino rayonu, İlməzli kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X11 və ana qrafasında isə X5, milliyyəti isə “azərbaycanlı” kimi yazılsın. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2121/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2121/2025
08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver