Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2134/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələrinin İdarətemə Birliyi “Elmi X4 İnstitutu” X17rşı işdən çıxarılma əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələrinin İdarətemə Birliyi “Elmi X4 İnstitutu” X17rşı işdən çıxarılma əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o,cavabdeh “Elimi- Tədqiqat X3” xx.xx.2019-cu il taixli, 766 №-li əmrinə əsasən “Elmi X4 İnstitutunda” Ağciyər vərəm cərrahiyə şöbəsinə həkim,ümumi cərrah vəzifəsinə götürülmüşdür.Azərbaycan Respublikası İcbari X26 X15 Ərazi Bölmələrini İdarəetmə X19 Şəxs “X2 İnstitutunun” X16 xx.xx.2022-ci il tarixli, 127 К №-li intizam tənbehinə cəlb edilmə barədə əmrinə əsasən “X2 İnstitutu” PHŞ-in ağciyər vərəm cərrahiyə şöbəsinin həkim,ümumi cərrahı olaraq ona şöbədaxili nizam-intizam qaydalarına riayət etmədiyi, şöbənin əməkdaşlarına və xəstələrə qarşı qeyri-etik davranış nümayiş etdirdiyi, bununla da şöbədə normal iş ahəngini qəsdən pozduğu üçün, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin, “a” yarımbəndinə əsasən töhmət verilib.Azərbaycan Respublikası İcbari X27 X15 Ərazi Bölmələrini İdarəetmə X19 Şəxs X2 X14 Şəxsin xx.xx.2022-ci il tarixli, 323 К №-li “Vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilməsi” barədə əmrinə əsasən “X2 İnstitutunun” Ağciyər vərəm cərrahiyə şöbəsində stasionar müalicədə olan xəstə Faiq Məmmədovun həyat yoldaşı Gülçin Məmmədova tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixli şikayət ərizəsi daxil olub, ərizədə G.Məmmədova həyat yoldaşı müalicə həkimi olan onun iş otağıma gələrək xəstənin analizlərinin nəticələrini soruşmaq üçün müraciət etdyini, lakin onun həmin şəxsləri iş otağından qovduğunu bildirmiş, ərizəçinin baldızının “Niyaz” adlı kürəkəni buna etiraz edəndə, mən onları nəlayiq söyüşlərlə təhqir etmişəm, eyni zamanda müdriyyətin, dövlətimizin və polis işçilərinin ünvanına da, təhqiramiz ifadələr işlətmişəm, onun kürəkənin sinəsindən itələyərək qapını çırpmışam və bu zaman onun kürəkəni “Niyaz” adlı şəxsin əl barmağı qapının arasında qalaraq sınmış, onlar da DİN-nin “102” qaynar xəttinə zəng etmişlər.Sonradan məlum olub ki, barmağın zədələnmiş hissəsi amputasiya olunub. Hadisə ilə bağlı şöbə əməkdaşları tərəfindən akt tərtib edilib və onun xəstə Faiq Məmmədovun qohumlarını nəlayiq söyüşlərlə təhqir etməyi və onlarla əlbəyaxa olması qeyd edilib. Baş vermiş hadisə xx.xx.2022-ci il tarixində X8 iclasında mürakirə edilib və onun həkimlik peşəsinə və etika qaydalarına sığmayan nəlayiq hərəkətləri pislənilib və onunla bağlanılan əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilib. “X2 İnstitutunun’’ ağciyər vərəm cərrahiyə şöbəsinin həkim-ümumi cərrahı yəni o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən barəsində verilən intizam tənbehindən nəticə çıxarmayaraq, 6 ay ərzində təkrarən əmək funksiyasını kobud şəkildə pozduğu üçün həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilib.Hesab edir ki, onun işdən çıxarılmağı tam qanunsuz və əsasızdır.Belə ki, işdən çıxarılmasına səbəb olan əsaslardan biri müalicə altında olan xəstə Faiq Məmmədovun həyat yoldaşının qohumu olan X5 xx.xx.2022-ci il tarixində, saat 10:30 radələrində X3 həkimi yəni, onun tərəfindən sol əlinin 5-ci barmağının həkim otağının qapısının arasında qoymaqla xəsarət yetirməsi barədə müraciəti olub.Belə ki, həmin müraciət əsasında iş üzrə toplanılmış materiallar üzrə Bakı Şəhəri Nizami Rayon Prokurorluğunda araşdırılma aparılıb.Bakı şəhəri Nizami Rayon prokurorluğunun 28 aprel 2022-ci il tarixli “cinayət işinin rədd edilməsi barədə” qərarına əsasən şikayətçi X5 ərizə və izahatında göstərdiyi xüsusatlar təsdiqini tapmadığından toplanan 357C-22 material üzrə onun əməlimdə cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilib.Daha sonra o, Azərbaycan Respublikası Mediasiya Şurasının 2020-ci il 23 sentyabr tarixli qərarı ilə təsdiq edilən “Mediasiya prosesinin tədbiqi barədə” xx.xx.2022-ci il tarixli təklifə əsasən məhkəməyə müraciət etməmişdən öncə cavabdehlə aralarında yaranan mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir.Azərbaycan Respublikası İcbari X26 X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X2 İnstitutu” X16 24 may 2022-ci il tarixli, Pİ İŞ/1.1.12- 2-2022-68 saylı Mediasiya prosesinin tədbiqi barədə təklifdən imtina edilməsinə dair məktubuna əsasən təkliflə bağlı “vəzifədən azad etmək və əmək müqaviləsinə xitam verilmə” əmrinin əsasları araşdırılaraq hesab edilib ki, işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi üzrə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuş, əmək münasibətlərindən irəli gələn mübahisələrin alternativ həlli üsullarından biri olan mediasiya prosesinin tədbiqinə dair razılaşma üçün hüquqi cəhətdən araşdırmaya ehtiyacı olan heç bir faktiki hal mövcud olmamışdır.Bakı şəhəri 1 saylı Mediasiya Təşkilatının "‘ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" 07 iyun 2022-ci il tarixli, MSB/1-0371 saylı arayışından da görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmişdir və ilkin mediasiya sessiyasının keçirilməsi ilə nəzərdə tutulan 60 manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba köçürmə yolu ilə ödəmişdir.Vurğulamaq istərdi ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qeyd olunanlar həqiqəti əks etdirməyən faktlara istinad edildiyi üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb.Bu da öz növbəsində ailəyə yeganə qazanc gətirənin özü olduğu üçün digər ailə üzvlərini də çətin maddi duruma salıb.Belə ki, işsiz qalması maddi vəziyyətinin ağırlaşmasına səbəb olub.Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət və özəl qurumlar qarşısında qoyduğu qəti tələblər və işçilərin COVİD-19 pandemiyası dövründə işdən azad olunmasına dair qəti tələbi hər bir işəgötürən tərəfindən yerinə yetirilməlidir.Ölkə prezidenti çıxışlarında hər dəfə xüsusi olaraq qeyd edir ki, işəgötürənlər işçini qanunsuz və əsassız olaraq işdən çıxardıqları halda qanun qarşısında cavab verəcəklər.Aşağıda qeyd edilən hüquq normalarına əsasən hesab edir ki, xx.xx.2022-ci il taixli 323 К №-li əmr ləğv edilməli, onun işə bərpa olunması və məcburi işburaxma günləri üçün əməkhaqqının hesablanaraq ons ödənilməsi barədə qətnamə qəbul edilməlidir.Onun işdən azad olunmasının əsası kimi qeyd edilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç)-bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər.İşəgötürən əmrdə onun işdən azad olunmasının əsası kimi nədənsə əmək vəzifələrinin kobud şəkildə pozulduğu halları özündə əks etdirən Məcəllənin 72-ci maddəsində sadalanan hallara deyil, səhvən Məcəlləsinin 71.2-ci maddəsinə istinad edib. Əslində isə işəgötürən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələblərini kobud şəkildə pozub və bu elə əmrin məzmununda açıq şəkildə görünür. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhz, bu halın özü əmrdə əsaslandırılmayıb. Əmək Məcəlləsinin 71 -ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilən əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.Belə ki, işdən azad olunmamışdan əvvəl şöbənin rəhbərliyi tərəfindən hüquqları pozulmaqla qanunsuz olaraq ona qarşı təzyiq edilib və bütün bunlar onun dövlət orqanlarına müraciətində öz əksini tapıb.Belə olan halda onunla bağlanmış əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsi qanunsuz və əsassızdır.Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanan əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilən qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.xx.xx.2020-ci il tarixli 323 К nömrəli əmr həqiqəti əks etdirmir, yalnız konkret olmayan ümumi xarakterli formal mülahizələr əsasında onunla olan əmək müqaviləsinə xitam verilib.Əmək fəaliyyəti zamanı yol verdiyii kobud səhvlər və hüquq pozuntuları haqqında işəgötürən tərəfindən qəbul edilən əmrdə göstərilən xüsusatlar yuxarıda da qeyd etdiyi kimi öz əksini tapmayıb.Onun fəaliyyəti nəticəsində müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə, yəni onların qanunla müəyyən edilən və mühafizə olunan,şəxsi, əmlak və işgüzar nüfusuna heç bir ziyan dəyməyib. Əmrdə onun tərəfindən kobud səhvin və ya hüquq pozuntusunun nədən ibarət olması, habelə əmək funksiyama daxil olan hansı işi yerinə yetirmədiyi göstərilməli olduğu halda göstərilməyib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda hansı məlumatların göstərilməsi təsbit olunub. Lakin əmrdə işəgötürənin konkret hüquqi ünvanı göstərilməyib və əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi Məcəllənin 70-ci maddəsinin ç) bəndi göstərilsə də 72-ci maddədə göstərilən halların hec birinə istinad edilməyib. Buna görə də onunla bağlanan əmək müqaviləsinin xitam edilməsinə dair xx.xx.2022-ci il tarixli 323 К nömrəli əmr qanunsuz və əsassız olmaqla yanaşı, həm də etibarsız hesab edilməlidir. İddiaçı tərəf olaraq o,hazırkı mərhələdə öz pozulmuş hüquqlarının aradan qaldırılmasının qarşısının alınmasının yeganə üsulu kimi Bakı şəhər Nizami rayon Məhkəməsinin qanunvericiliyin ona verdiyi səlahiyyətindən istifadə edərək ədaləti bərpa edə bilmək imkanına ümid edir və buna görə də yuxarıda şərh olunanları rəhbər tutaraq məhkəmədən xahiş edir ki, Azərbaycan Respublikası İcbari X26 X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X2 X9 Şəxsinin direktorunun xx.xx.2022-ci il taixli, 323 К №-li əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddia tələbinin dəlilləri əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə işgötürənin təşəbbüsü ilə xitam verilməsi üçün kifayət qədər hüquqi əsaslar mövcud olub, onun həkimlik peşəsi üzrə əmək fəaliyyətində və işlədiyi şöbənin əməkdaşları ilə münasibətində çoxsaylı nöqsanlara yol verməsi iş materiallarına əlavə edilən sənədlərlə təsdiqini tapıb.Məlumat üçün bildiri ki, İddiaçı xx.xx.2019-cu il tarixli sənədlə Səhiyyə Nazirliyi tərəfindən ETAXİ-nin Ağciyər vərəmi cərrahiyyəsi şöbəsinə həkim-cərrah vəzifəsinə göndərilib. Uşaq dəri-zöhrəvi ixtisası üzrə 1999-cu ildə internaturanı bitirən iddiaçı 2008-ci ilə qədər lisenziya əsasında dəri-zöhrəvi xidməti ilə məşğul olub. Cərrahiyyə üzrə 6 aylıq ixtisaslaşma kursunu keçdikdən sonra 2009-2018-ci illər ərzində bir neçə özəl klinikalarda həkim-cərrah, hətta həkim-anestezioloqreanimatoloq vəzifələrində işləyib. ETAXİ-də işə qəbul komissiyasının üzvləri ilə ilk söhbət zamanı iddiaçıda nə torakal cərrahiyyədə, nə də ftiziatriyada təcrübəsinin olmaması və əsasən abdominal cərrahiyyədə təcrübəsinin olması müəyyən edilib. Buna görə də iddiaçıya ağciyərdən kənar orqanların vərəmi şöbəsində həkim-cərrah vəzifəsi təklif edilib. Lakin o, bununla razılaşmayıb və Səhiyyə Nazirliyinə şikayət edib. Nazirliyin kadrlar şöbəsinin müdirinin təkidi ilə İddiaçı xx.xx.2019- cu il tarixindən Ağciyər vərəm cərrahiyyəsi şöbəsinə həkim-cərrah vəzifəsinə qəbul edilib ki, burada cərrahi ağırlaşmaları olan vərəmli xəstələrin stasionar müalicəsi aparılır. İddiaçının ftiziatriyadan xüsusi hazırlığının olmamasını nəzərə alınaraq Səhiyyə Nazirliyinə müraciət edilib və xx.xx.2020-ci il tarixindən onun X1 Ftiziatriya kafedrasında ixtisasartırma kursuna getməyinə xüsisi icazə alınıb, lakin COVİD-19 pandemiyasına görə, həmin kurs keçirilməyib və hal-hazıra qədər də iddiaçı ftiziatriya ixtisası üzrə peşə artırma kursu keçməyib.Bunlara baxmayaraq, öz şöbəsində xəstələrin müalicəsinin aparılması ilə kifayətlənməyən iddiaçı ambulatorpoliklinika şəraitində də, ixtisasına uyğun olmayan xəstələrin müayinə və müalicəsinin aparılmasına cəhd edib ki, nəticədə ciddi nöqsanlara yol verib və xəstələrin haqlı narazılığına səbəb olub. Etdiyi qeyri-qanuni hərəkətlərinə görə İnstitut rəhbərliyi ona irad bildirdikdə, o, Azərbaycan Respublikasının Prezidentinə, Dövlət Təhlükəsizlik Xidmətinə və TƏBİB-ə böhtan xarakterli məlumatlar göndərib. Həmin məlumatlara cavab məktubu İcbari Tibbi Sığorta X20nə xx.xx.2020-ci il tarixində göndərilib.X2 İnstitutu 02.20xxxx.2021-ci il tarixlərində COVİD-19 pandemik xəstəxana kimi fəaliyyət göstərdiyinə görə, Ağciyər vərəmi cərrahiyyə şöbəsi 4 №-li Vərəm əleyhinə dispanserə köçürülüb. Orada olduğu zaman iddiaçı ilə bağlı həm işçilər, həm də xəstələr tərəfindən dəfələrlə narazıçılıqlar bildirilib. Hətta 44 günlük Qarabağ Müharibəsi zamanı cəbhə zonasında xəstələrə yardım etmək üçün 14-15 gün ərzində ezam olunan digər həkim-cərrahlarla yanaşı gedən iddiaçını 6 gündən sonra bir daha göndərilməməsi xahişi ilə geri qaytarılıb. Buna baxmayarq, Nizami rayon YAP təşkilatı tərəfindən müharibədə iştirak edən tibb içşiləri təltif ediləndə, İnstitut rəhbərliyi tərəfindən onun da adı siyahıya salınıb.Beləliklə, iddiaçı peşə fəaliyyətindəki səriştəsizliyinə, eyni zamanda İnstitut əməkdaşlarına və xəstələrə qarşı münasibətdə qeyri-etik davranışlarına görə mənfi imicə malik bir şəxs kimi tanınıb.Onu da qeyd etmək lazımdır ki, xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçı sosial şəbəkələrdə və internet saytlarında yayımlanan əsassız məlumatlarla İnstitutun işgüzar nüfuzuna xələl gətirən çıxışlarını davam etdirib, institut haqqında böhtan və təxribat xarakterli yazıları ve videoçəkilişləri yaymaqla məşğul olub, hətta vərəmli xəstələrin konfidensial məlumatlarını ictimailəşdirməklə, həkim sirrini pozub, bununla da qanun pozuntusuna yol verib.Yaranan vəziyyətlə əlaqədar, X2 İnstitutunun bir qrup əməkdaşı iddiaçının qeyri-etik davranışına və İnstituta qarşı törətdiyi təxribat xarakterli əməllərinə etirazını bildirib.Sonuncu dəfə X2 X10 Cərrahiyyə şöbəsində stasionar müalicədə olan xəstə Faiq Məmmədovun həyat yoldaşı Məmmədova Gülçin xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək müalicə həkimi olan iddiaçıdan xəstənin analizlərinin nəticələrini soruşmaq üçün ona müraciət etdiyini bildirib. Bu zaman iddiaçı şikayətçinin Niyaz adlı kürəkənini səbəbsiz olaraq, nalayiq söyüşlərlə təhqir edib, eyni zamanda müdriyyətin, dövlətin və polis işçilərinin ünvanına təhqiramiz ifadələr işlədib. Şikayətçi ərizəsində İddiaçı onun kürəkənini sinəsindən itələyərək qapını çırpdığını və bu zaman Niyazin əl barmağının qapının arasında qalaraq sındığını göstərib. Baş verən hadisə ilə bağlı 102 xidmətinə zəng edilib və hadisə yerinə polis əməkdaşları gəliblər.X11 həkimin etika normalarına zidd olan bu cür hərəkətlərinin qarşısının alınması üçün İnstititun rəhbərliyindən təcili tədbir görülməsini təkidlə tələb edib. Baş verən hadisə ilə bağlı həmçinin, X12 Cərrahiyyə Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində təxminən saat 11:00 radələrində Akt tərtib edilib.Həkim İddiaçı qanuna zidd, hətta cinayət xarakterli əməllərinə qiymət verilməsi üçün X8 xx.xx.2022-ci il tarixli iclası keçirilib. İclasda çıxış edən həkim kollektivi üzvlərinin hər biri iddiaçının bu hərəkətlərini qəti şəkildə pisləyib, həkimlik peşəsinə və eyni zamanda etika qaydalarına sığmayan bu cür nalayiq hərəkətlərinə, eləcə də İnstitutun nüfuzuna xələl gətirən böhtan xarakterli məlumatları mütamadi olaraq internet vasitəsi ilə sosial şəbəkələrdə yaydığına görə, onunla bağlanan əmək müqaviləsinə xitam verilməsini məqsədə müvafiq hesab ediblər. Müzakirələr zamanı qeyd edilib ki,iddiaçı əvvəllər də, dəfələrlə qərəzli şəkildə şöbədə normal iş rejimini pozub, şöbə müdirinə, müalicə həkiminə və ümumilikdə şöbənin tibb personalına, eyni zamanda şöbədə müalicə alan xəstələrə qarşı kobud və təhqiredici hərəkətlər nümayiş etdirib və iş rejimini mütəmadi olaraq, qəsdən pozmağa çalışıb. İddiaçının Ağciyər Vərəm Cərrahiyyə şöbəsində yaratdığı münaqişə, həmçinin şöbə əməkdaşları və xəstələr tərəfindən daxil olan müraciətlərlə bağlı xx.xx.2022-ci il tarixli, 33№-li əmrlə araşdırma komissiyası yaradılıb, araşdırmaların nəticələrinə dair xx.xx.2022-ci il tarixli rəy verilib. Buna görə, İddiaçı şöbə daxili intizam qaydalarını kobud şəkildə pozduğuna, şöbəni əməkdaşlarına və xəstələrə qarşı qeyri-etik davranış nümayiş etdirdiyinə və bununla da, şöbədə normal iş ahəngini qəsdən pozduğuna görə, xx.xx.2022-ci il tarixli 127-k №-li əmrlə töhmət verilib.İddiaçının əvvəllər də, yol verdiyi qanun pozuntularına görə barəsinə tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq, heç bir nəticə çıxarmadığını və yenidən şöbədə Faiq Məmmədova və onun qohumlarına qarşı təhqiredici ifadələr işlətməklə yaranmış münaqişə zəminində xəsarət yetirdiyini, bununla da əmək intizamını kobud şəkildə pozulmasına təkrar olaraq yol verdiyini nəzərə alaraq, onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi barədə məsələyə baxılması üçün İnstitutun Həmkarlar Komitəsinə müraciət edilib.Həmkarlar Komitəsinin xx.xx.2022-ci il tarixli Protokoluna əsasən iddiaçının əmək intizamını kobud şəkildə pozmasına təkrar olaraq yol verdiyini əsas tutaraq Həmkarlar Komitəsi əmək müqaviləsinə xitam verilməsinə etiraz etmədiyini bildirib.X2 X10 Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı İddiaçı əmək müqaviləsinə əvvəllər işəgötürən tərəfindən verilən intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını kobud şəkildə pozduğunu əsas tutaraq əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixli, 323-k №-li əmrlə xitam verilib.Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsinə dair” iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin vəkili Vəkil2 da iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,nümayəndənin verdiyi izahatı müdafiə edir. Əlavə olaraq qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunvericiliyin tələblərinə əsasən tərtib edilib, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilib. Əmrin ləğvi və işə bərpa üçün heç bir hüquqi əsas mövcud deyil. Həmçinin iddia müddəti iddiaçı tərəfindən ötürülüb. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmri əldə edib, xx.xx.2022-ci il tarixədək məhkəməyə müraciət edə bilərdi. 1 ay 8 gün sonra iddiaçı hələ mediasiyanın tətbiq edilməsi barədə təklifi cavabdehə göndərib. Halbuki, məhkəməyə müraciət etmək üçün 1 aylıq müddət Mediasiya haqqında qanunun tələbinə əsasən mediasiyaya dair təklif göndərildikdə dayandırıla bilərdi. Lakin elə mediasiya barədə təklif göndərildikdə artıq iddiaçı bu müddəti ötürmüşdü. İddiaçı bu müddəti ötürməsi ilə bağlı iddia tələbini irəli sürməyə mane olan üzrlü hal barədə heç bir sübut təqdim etməyib. Yuxarıda sadalananlara əsasən iddia tələbi mahiyyəti üzrə əsassız olduğundan, digər tərəfdən prosessual baxımından iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: İşəgötürən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələrinin İdarətemə Birliyi “Elmi X4 İnstitutu” X21 15 fevral 2022-ci il tarixli 127-k saylı əmrinə əsasən həkim İddiaçı şöbədaxili nizam-intizam qaydalarına riayət etmədiyinə,şöbənin əməkdaşlarına və xəstələrə qarşı qeyri-etik davranış nümayiş etdirdiyinə,bununla bağlı şöbədə normal iş ahəngini qəsdən pozduğuna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a”yarımbəndinə əsasən töhmət verilmişdir. İşəgötürən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələrinin İdarətemə Birliyi “Elmi X4 İnstitutu” X21 “vəzifədən azad etmə və əmək müqaviləsinə xitam verilmə barədə” 04 aprel 2022-ci il tarixli,323 saylı əmrinin məzmunundan görünür ki, Elmi Tədqiqat X3 ağciyər və vərəm cərrahiyyə şöbəsində stasionar müalicədə olan xəstə Faiq Məmmədovun həyat yoldaşı Gülçin Məmmədova tərəfindən şöbənin həkimi İddiaçı xx.xx.2022-ci il tarixli şikayət ərizəsi b daxil olmuşdur.Ərizədə G.Məmmədova həyat yoldaşının müalicə həkimi olan İddiaçı iş otağına gələrək xəstənin analizlərinin nəticələrini soruşmaq üçün ona müraciət etdiklərini,lakin onları həkimin otaqdan qovduğunu bildirmişdir.Ərizəçinin baldızının Niyaz adlı kürəkəni buna etiraz edəndə həkim İddiaçı onları nalayiq söyüşlərlə təhqir etmiş,eyni zamanda müdiriyyətin,dövlətin və polis işçilərinin ünvanına təhqiramiz ifadələr işlətmişdir.Şikayətçi qeyd edir ki,həkim İddiaçı kürəkənini sinəsindən itələyərək qapını çırpmış və bu zaman Niyazın əl barmağı qapının arasındaqalaraq sınmışdır,onlar 102 xidmətinə zəng etmişlər.Sonradan məlum olmuşdur ki,barmağın zədələnmiş hissəsi amputasiya olmuşdur” Həmin hadisə ilə əlaqədar İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad olunmaqla 70-ci maddəsinin “ç”bəndinə əsasən(əvvəllər də şöbədaxili nizam-intizam qaydalarına riayət etmədiyini, şöbənin əməkdaşlarına və xəstələrə qarşı qeyri-etik davranış nümayiş etdirdiyini,bununla bağlı şöbədə normal iş ahəngini qəsdən pozduğuna görə,ona xx.xx.2022-ci il tarixli 127-k nömrəli əmrlə töhmət verilməsinə baxmayaraq heç bir nəticə çıxarmadığını və təkrar olaraq şöbədə münaqişə yaratdığını,xəstənin qohumlarınaa qarşı qeyri-etik davranış göstərdiyini əsas tutaraq) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Cinayət işinin başlanmasının rədd olunması barədə Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi X6 xx.xx.2022-ci il tarixli qərarı ilə X5 ərizə və izahatında göstərdiyi xüsusatlar təsdiqini tapmadığından, X7 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 70-Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: 70-ci həmin maddənin “Ç” bəndi- ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 72-Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: 72-ci maddənin “Ə” bəndi-əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada əmək müqaviləsi bağlanmışdır.İddiaçı X13 əmək intizamını pozduğuna görə 15 fevral 2022-ci il tarixdə ona töhmət elan olunmuş,lakin bundan nəticə çıxarmadan və həmin töhmət öz qüvvəsini qanunla müəyyən olunan vaxt ərzində itirmədiyi bir vaxtda,yəni xx.xx.2022-ci il tarixdə yenidən əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bununla əlaqədar müəssisənin 04 aprel 2022-ci il tarixli,323 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə”bəndinə istinad olunmaqla 70-ci maddəsinin “ç”bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı X13 qanunla müəyyən olunan 1 ay ərzində məhkəmədə iddia qaldırmamış,prosessual müddəti açıq-aşkar ötürdükdən sonra,yəni 16 iyun 2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunur ki,iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi,iddiaçının hal-hazırda mübahisələndidiyi əmr xx.xx.2022-ci il tarixdə imzalansa da iddiaçı həmin əmrin ləğvinə dair iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.Məhkəmə hesab edir ki,iddiaçı həm əmrin ləğvi üçün müəyyən olunmuş 1 aylıq iddia müddətini açıq-aşkar ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı X13 öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bundan başqa,iddiaçı qanunla müəyyən olunmuş prosessual müddəti açıq-aşkar ötürməklə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələrinin İdarətemə Birliyi “Elmi X4 İnstitutu” X17rşı işdən çıxarılma əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2134/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2134/2022
08.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver