Məhkəmə qərarları › İş №2(007)-2138/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2138/2024

16.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2138/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə4, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti cəlb edilməklə cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı “töhmət, şiddətli töhmət, əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı “töhmət, şiddətli töhmət, əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ilin fevral ayından sağlamlıq imkanları məhdud uşaqlar üçün Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat məktəbində "texnologiya" fənni üzrə müəllimə vəzifəsində işləyir. Qeyd edir ki, əmək fəaliyyəti ilə bağlı dövrlər ərzində işlədiyi məktəbdə davranış qaydalarının tələblərini pozmayıb, nizam-intizam məsuliyyətinə cəlb edilməyib və rəhbərlik tərəfindən nə yazılı, nə də şifahi töhmət almayıb, lakin 2022-ci ilin dekabr ayında işlədiyi məktəbdə yeni direktor vəzifəsinə Nümayəndə4 təyin olunduqdan sonra, onun işində artıq problemlər yaranmağa başlayıb. Belə ki, ilk növbədə məktəb rəhbərliyi tərəfindən 5 sinfin bağlanmasını əsas gətirilərək, onun dərs saatını 24 saatdan 20 saata kimi azaldıb. Lakin nədənsə dərslərin azalması diaqnostika zamanı onunla eyni diapazonda bal yığmış müəllimlərə təsir göstərməyib. Baş verənlərlə bağlı dəfələrlə rəhbərliklə danışıqlar aparmağa, yaranmış mübahisəni aradan qaldırmağa çalışsa da, heç bir nəticəsi olmayıb. Onun öz əmək haqqlarını tələb etməyi və məktəbdə baş verən qanunsuzluqlara etiraz etməyi məktəbin rəhbərliyini narahat edib. 18 mart 2024-cü il tarixdə direktor Nümayəndə4 ona bildirib ki, guya ki, o, direktor müavinlərinin üstünə hücum edib və buna görə də, onun barəsində akt yazıb həmkarlar üzvləri qarşısında məsələ qaldırıb, ona "şiddətli töhmət" verəcəkdir. Hətta bununla əlaqədar direktor müavini Şahid28 akt hazırlayaraq müəllimə Şahid9 yaxınlaşıb ondan aktı imza etməyi istəyib, lakin Şahid9 aktı imzalamaqdan imtina edib və bildirib ki, "mən mübahisə zamanı, həmin vaxt orada olmamışam və görmədiyim hadisəyə görə imza edə bilmərəm”. Bayramdan sonra isə 26 mart 2023-cü il tarixdə o, işə çıxandan sonra məlum olub ki, guya ki, direktor müavinləri ilə mübahisə etdiyinə görə 14 mart 2023-cü il tarixdə ona qəsdən "töhmət" veriblər. Lakin bu halda sual yaranır: nəyə görə mənə 14 martda verilən cəza ayın 15, 18, 19-da yox, yalnız bayramdan sonra 26 martda elan edilib? Nəyə görə o, direktoru 18 və 19 mart tarixində onu məktəbdə görərkən, ona "töhmət" barədə bir söz deməyib? Bunun səbəbini o, onda görür ki, 20 mart 2024-cii il tarixdə ona axşam saat 18:00 radələrində müəllimə Şahid6 zəng edib və 45 dəqiqəlik söhbət ərzində inandırmaq istəyib ki, o, məktəb direktorunun özbaşına hərəkətləri barədə şikayət edib və hətta aylarla işə gəlməyib dövlətə böyük miqdarda ziyan vurub, onu təhqir etmiş Bahar Kazımovadan üzr istəsin. O, razılıq verməyib öz hüquqlarını müdafiə və tələb etməkdə davam edəcəyini bildirsə də, direktor əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq keçmiş tarixlə ona "töhmət" verib. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, 19 mart 2024-cü ilə kimi barəsində heç bir "töhmət" verilməyib. Daha sonra 27 mart 2024-cü il tarixdə saat 12:47-də direktorun katibəsi ona zəng edərək bildirib ki, məktəbin həmkarlar komitəsinin sədri Ərəstun müəllimə yaxınlaşsın. Onun yanına gəldikdə isə, məlum olub ki, 26 mart 2024-cü il tarixdə direktor Nümayəndə4 ona "şiddətli töhmət" verib. Ondan soruşanda ki, nəyə görə indi məlumat verirlər, o bildirdi ki, özü bu barədə indi xəbər tutub. Yenə sual yaranır: nəyə görə ona 19 martda baş vermiş hadisəyə görə 26 martda verilən cəza həmin tarixdə yox, 27 martda elan edilib? Nəyə görə həmkarlar təşkilatının sədri bu barədə yalnız saat 12:45 radələrində xəbər tutub? Nəyə görə ona "töhmət” yalnız Qərbi Azərbaycan təşkilatının Nizami rayon bölməsinin əməkdaşı Xəqani müəllimlə söhbət zamanı Bahar Kazımova ilə barışmaqdan imtina etdikdən sonra verilib? Cavab aydındır: hər iki halda direktor Nümayəndə4 görüb ki, o, haqları uğrunda mübarizəni davam edəcək və bu səbəbə görə köhnə tarixlə ona cəza verib. Məqsəd isə onu işdən çıxartmaqla digər işçiləri də qorxu içində saxlamaqdan ibarətdir. Belə olduğu halda o, barəmdə əsassız şəkildə verilmiş əmrlərin ləğvi ilə bağlı mediasiyaya müraciət etməli olub. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təklif məktubu göndərildikdən sonra məktəbin direktoru Tariyel Əbkərov tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə əsassız şəkildə və qərəzli şəkildə xitam verilib. Məhkəmənin nəzərinə çatdırır ki, hazırda səbəbsiz yerə işsiz qalıb. Heç bir əsas olmadan qanunsuz olaraq onun işdən azad olmağı onu və ailəsini mövcud həyat səviyyəsinin çətinlikləri ilə üz-üzə qoyur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, işdən azad olunarkən "Əmək müqaviləsinə xitam verilməsi" barədə əmrlə tanış olmayıb və həmin əmrin surəti ona təqdim olunmayıb. Digər tərəfdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab zamanı əmək haqqı düzgün hesablanmayıb. Hesab edir ki, son haqq hesabla bağlı əmək haqqı, eyni zamanda məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqı ona ödənilməlidir. Qeyd edir ki, əmək mübahisənin həlli ilə bağlı mediasiya üçün müraciət edilib. xx.xx.2024-cü il tarixdə mediasiya baş tutub, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/10/2024-00254 saylı arayış verilib. Göründüyü kimi cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməyib. Məlum olduğu kimi cavabceh tərəfdən ona qarşı ədalətsiz mövqe sərgilənərək qərəzli şəkildə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Nümayəndə4 məktəbə direktoru təyin olunduğu gündən kollektiv arasında ayrı-seçkilik və intriqa yaradıb, onu da şəxsi qərəzçilik səbəbindən əsassız işdən çıxarıb, qanunsuzluğa yol verərək əmək hüquqlarını kobud şəkildə pozub. Qeyd edir ki, onun əvvəllərdə etdiyi qanunsuz hərəkətləri barədə sosial şəbəkələrdə kifayət qədər məlumatlar yerləşdirilib. Qanunla işçinin iradəsinin əleyhinə və razılığı olmadan işəgötürən tərəfindən zor işlədilərək, yaxud hər hansı başqa üsulla əmək müqaviləsini xəbərdarlıq etmədən və məlumat vermədən qərəzli şəkildə ləğv etmək qadağandır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli töhmət, xx.xx.2024-cü il tarixli Şiddətli töhmət, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun "texnologiya" fənni üzrə müəllimə vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi məlumatların çoxu yanlış və şər-böhtan xarakterlidir. Azərbaycan Beynəlxalq Universitetini “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə 2004-cü ildə bitirən İddiaçı 06 fevral 2008-ci il tarixində Kar uşaqlar üçün 1 nömrəli internat məktəbində müəllim deyil, tərbiyəçi vəzifəsinə işə qəbul olunub. xx.xx.2011-ci il tarixində isə əmək müəllimi vəzifəsinə təyin olunub. Məktəbin idman müəllimi Bahar Kazımova ilə aralarında baş verən şəxsi münaqişəyə görə, İddiaçı məktəb direktorundan qarşı tərəfin cəzalandırılmasını tələb edib. Qarşı tərəf ümumiyyətlə İddiaçı təhqir etmədiyini bildirib. Buna görə də, məktəb rəhbərliyi ona şərəf və ləyaqətinin təhqir edildiyi halda məhkəməyə müraciət etməsini tövsiyyə edib. Əlavə olaraq Bahar Kazımova məktəbdə etik qaydaları pozduğuna görə xx.xx.2024-cü il tarixli 89 nömrəli əmrə əsasən “Xəbərdarlıq” alıb. Bahar Kazımovanın dərslərdə iştirak etməməyi ilə bağlı iddia yanlışdır, sentyabr ayından bu günə qədər dərslərdə mütəmadi olaraq iştirak edir. Dərs bölgüsü zamanı müəllimin topladığı bal, ixtisası və iş təcrübəsi ilə yanaşı, həmin müəllimin şagirdlərlə işləmə bacarığı, məktəbdaxili qaydalara riayət etməsi də nəzərə alınır. İddiaçı dekabr, yanvar, fevral aylarında əvəzçilik saatı ilə təmin olunub, dərs dediyi fənnə və dərs cədvəlinə uyğun olan halda yenə də əvəzçilik saatının verilməsinin nəzərdə tutulduğu, müəllimin özünə də əvvəlcədən məlumat verilib. Məktəbdə heç bir texnologiya müəllimi İddiaçı qeyd etdiyi kimi 26 saat dərs yükü ilə təmin edilməyib. Texnologiya müəllimlərinin dərs bölgüsü aşağıdakı kimidir (dərs yükü və diaqnostik göstəriciləri): Şahid27 22, 36; X19 24, 25; X15 21, 13; X6 24, 21; X12 24, 37; X16 24, 30; X20 21, 16; X23 24, 26; X13 24, 29; X14 24, 29; X21 24, 22; Şahid29 22, 28; Şahid30 İsaq 20, 31; X7 (Novruzova Şamama) 18, MİQ; İddiaçı 20, 25; X17 22, 21. xx.xx.2024-cü il tarixində İddiaçı müavinlərin iş otağında Nazirlikdən gələn məktuba niyə ondan soruşmadan, məsləhətləşmədən cavab verildiyinə görə səs-küy salaraq daxili nizamintizam qaydalarını pozub. Müavinləri günahlandıraraq hədə-qorxu gəlib. Buna görə də, aktlaşdırılaraq intizam tənbehi “Töhmət” verilib. Şahid9 həmin vaxt müəllimlər otağında olsa da, aktı imza etməkdən imtina edib. xx.xx.2024-cü il tarixində İddiaçı müəllimlər otağına gələrək səs-küy salıb, direktorla mübahisə etməyə başlayıb, nalayiq, xoşagəlməz ifadələr işlədib, hücum xarakterli əl-qol hərəkətləri edib, direktor müavinlərini və direktoru təhqir edib, emosional şəkildə direktora “anam deyir ki, it-itə hücum edər” ifadəsini işlədib. Bu hərəkətləri həmin vaxt müəllimlər otağında olan müəllimlərin ciddi narazılığına səbəb olub və həmin vaxt otaqda olan müəllimlər tərəfindən aktlaşdırılıb. Novruz bayramı tədbirləri ilə əlaqədar olaraq bayramdan sonrakı ilk iş günündə, məktəbdaxili etik-davranış qaydalarını pozduğuna görə İddiaçı xx.xx.2024-cü il tarixli 81 nömrəli əmrlə sonuncu xəbərdarlıqla “Şiddətli Töhmət” verilib, iddiaçının yazdıqlarının əksinə olaraq, ona verilmiş intizam tənbehləri haqqında əmrlərlə həmin günləri onun özü şəxsən tanış olub və imza edib (əlavə olunur). İddiaçı özünün hərəkətlərinə don geyindirmək üçün aidiyyəti dövlət qurumlarına və sosial şəbəkələrə əsassız məlumatlarla müraciət edir. xx.xx.2024-cü il tarixində 6a sinif şagirdi Şahid4 döyərək (bu haqda sənədlər təqdim olunur) sağ qolunu zədələyib (yeri gəlmişkən, uşaqları döymək onun işlədiyi dövrdə əvvəllər də baş verib). xx.xx.2024-cü il tarixində keçirilən pedaqoji şuranın qərarını və məktəbin Həmkarlar Komitəsinin qərarını nəzərə alaraq xx.xx.2024-cü il tarixli 97§ 2 nömrəli əmrlə xx.xx.2024cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Onun əmək haqqı və son haqq-hesabı mühasibatlıq tərəfindən hesablanaraq ödənilib. İşdən azad olunan İddiaçı əmək kitabçasını götürməyib. Əmək kitabçasını götürmək üçün ona rəsmi müraciət olunub (sənədlər əlavə olunur). İddiaçı öz ərizəsində məktəbdə Qərbi Azərbaycanlıların sıxışdırıldığını dəfələrlə qeyd edir və bu barədə bütün təşkilatlara məlumatlar verir. Bu məsələni aydınlaşdırmaq üçün Qərbi Azərbaycan təşkilatının nümayəndəsi həmin bölgədən olan müəllimlərlə görüşüb və bunun yalan məlumat olduğu təsdiqini tapıb. Bundan sonra İddiaçı öz xislətinə uyğun olaraq həmin nümayəndə haqqında şər-böhtan xarakterli məlumatlar yaymağa başlayıb. İddiaçı şəxsi münasibətdə olduğu müəllimlərlə aralarında olan söhbətləri qabardır. Görəsən kiminləsə etdiyi şəxsi söhbətlər onun məktəb tərəfindən hüquqlarının pozulması deməkdirmi? İddiaçı qardaşı polkovnik rütbəli Nümayəndə2 bildikləri qədər hüquqşünasdır. Ancaq o da vəzifəsindən istifadə edərək, məktəbə gəlib, direktorun iş otağında direktora qarşı kobud ifadələr işlədərək hədə-qorxu gəlib. Bu barədə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə müraciət ünvanlanıb. Orada aparılan araşdırmalardan sonra toplanmış materiallar Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilib (məktubun surəti əlavə olunur). Yazılmış iddia ərizəsini də İddiaçı özü yox, məktəbdə baş verən hadisələrə düzgün qiymət verməyən şəxs yazıb. İddia ərizəsində Azərbaycan Konstitusiyasının, Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarının, Əmək Məcəlləsinin maddələrinin, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının, Mülki-Prosessual Məcəlləsinin maddələrinin bəzi müddəaları təsbit olunub. İddia ərizəsini yazan şəxs bu qədər qanunları məhkəməyə xatırlatmaqdansa, İddiaçı onun müəllim vəzifəsini xatırlatsaydı daha yaxşı olardı. Məktəbdaxili nizam-intizam qaydalarını, müəllimlərin etik-davranış qaydalarını İddiaçı öyrətsəydi, yəqin ki, iddiaçı öz müəllim vəzifəsini düzgün başa düşərdi və öz işində bəlkə də məsuliyyətli olardı. İddiaçı şəxsi münasibətdə olduğu müəllimlərlə aralarında olan söhbətləri qabardır. Görəsən kiminləsə etdiyi şəxsi söhbətlər onun məktəb tərəfindən hüquqlarının pozulması deməkdirmi? Guya rəhbərlik əvəzçilik dərslərini öz yaxınlarına yazdıraraq pulları mənimsəyib. Əziyyət çəkib dərs deyərək pul qazanan müəllim yoldaşlarına böhtan atan bir şəxsə nə ad vermək olar? Bu dərs ilində ən çox əvəzçilik saatı ilə dərs deyən müəllimlərdən biri də elə İddiaçı özü olub. İddiaçı əvəzçilik saatından aldığı pulu görəsən özü xərcləyib, yoxsa kiməsə verib? İddiaçı yazdığına görə məktəbdə işləyənlər, müavin və direktorlar hök mən defektoloq olmalıdırlar. Heç bir yerdə belə bir qanun yoxdur. İddiaçı özü məgər defektoloqdur? Bir sözlə, İddiaçı yalan məlumatlar verməklə məşğuldur, nəyə görəsə illərdir bir yerdə çalışdığı müəllim yoldaşlarına böhtan atmaqla məktəbdə normal dərs prosesinə mane olur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Adəm adlı şagirdin əlinin cızıldığı gün əyinində ağ rəngli köynək deyil, qırmızı rəngli poluver idi. Ona deyiblər ki, Ərəstun müəllim onu çağırır, o, yuxarı çıxıb, Nigar xanım orada yox idi. Ona işdən çıxarılmağı ilə bağlı hər hansı sənəd verilməyib, Ərəstun müəllim ona Adəm adlı şagirdin qolunun cızılması ilə bağlı rəyin verildiyini bildirib. Aprelin 17-də onu çağıranda işdən çıxarılmağı barədə ona heç bir məlumat verilməyib. Şiddətli töhmətin verilməsinə əsas olmuş hadisə müəllimlər otağında baş verib. xx.xx.2024-cü ildə bayramla əlaqədar müəllimlər otağa yığışanda o, məllimlər otağında deyildi. O, jurnalı götürməyi başqa müəllimə tapşırıb, o müəllimlər otağına getdikdən sonra yarım saat keçməsinə baxmayaraq jurnalı gətirmədiyinə görə özü müəllimlər otağına jurnal götürmək üçün enib. Nümayəndə4 hamının qanun qarşısında bərabər olduğunu, böyük elin böyük qızı deyib. Onun anası Qərbi Azərbaycanlıdır, o, təhqir olunub, onu təhqir edən müəllim 6 ay əvvəl jurnal yazıb, amma töhmət almayıb, digər müəllim isə jurnal yazmadığına görə töhmət alıb. Mart ayının 18-də Nümayəndə4 mart ayının 14-də nəyə görə müəllimlərin üzərinə hücum etdiyini soruşub, o isə sakit formada sözünü dediyini bildirib. Mart ayının 19-da bu hadisəni evdə anasına danışıb, anası müəllimə elə söz deyilməli olmadığını bildirib. Sonra o, direktora bildirib ki, anası dedi ki, “insan insanın üstünə hücum etməz, it itin üstünə hücum edər”, yəni o, it deyil. Nümayəndə4 qapını bağlayıb. Şahid4 oxuduğu sinifdə dərsi birinci və ikinci saat, yəni 09:00-dan 10:35-ə qədər idi. Şahid4 anası polisə şikayət edib. Şahid4 anası ona bildirib ki, Nümayəndə4 əvvəlcədən polisə şikayət edib, o gedəndə artıq hər şey hazırlanmışdır və o ərizə yazıb. Rəyi kimin aldığını bilmir, amma Şahid16 Şahid4 qolunun cızılmasına görə həkim rəyinin olduğunu bildirib. Şahid4 anası Nümayəndə4 etdiyi hərəkətləri biləndən sonra şikayətçi olmadığını, hətta şagirdlərin dincəlmə otağının olmamasından şikayət etdiyini bildirib. 8A sinfindən müəllimlər dərsə gəlməyib. O, dəfələrlə Firuzə müəllimə Bahar Kazımovanın dərsə gəlmədiyini, şagirdlərin onu narahat etdiyini deyib. Fevral ayının 14-dən mart ayının 1-nə qədər azərbaycan dili və ədəbiyyat müəllimi dərsə gəlməyib, əvəz edən müəllimlər də dərsə girməyiblər. Dərslər toqquşur, şagirdlər də onun sinfinə girirdilər. Afizər müəllim anası ilə deyil, 45 dəqiqə onunla danışıb. Afizər müəllim onun uşaqlara qarşı aqressiv olduğunu bildirsə də, Afizər müəllimin otağı 1-ci mərtəbə orta dəhliz, onun otağı isə 3-cü korpusda yuxarı tərəfdə idi. Onun telefonunda Şahid4 valideynin nömrəsi var idi, ondan şikayət etdiyinə görə Şahid4 valideyninə zəng edib, səhəri gün məktəbin qarşısında valideynlə danışıb. Məktəbin qarşısında görüşməyinin səbəbi məktəbdə görüşmələrinə mane olacaqları olub. Hadisənin baş verdiyi gün saat 09:00-dan 10:35-ə kimi dərsi olub, dərs vaxtı direktor müavini Şahid28 da sinfə daxil olub və çıxıb. Əgər şagirdə nəsə olsaydı, o zaman şikayət edərdi. Şagirdin qolunda qızartı var idi. İkinci dərs saatında o, rus dili müəllimi Aybəniz müəllimə şagirdi təhvil verib və üçüncü, dördüncü saat dərslərini deməyə gedib. Növbəti saatlarda belə, həmin uşağı digər müəlliməyə verdikdə belə, Adəm direktor müavininə şikayət etməyib, halbuki direktor müavini həmin vaxt dəhlizdə idi. Şagird hətta ona əl edərək sağollaşıb. Şagirdin onunla sağollaşmasını sübut etmək üçün kamera görüntülərini tələb ediblər. O, şagirdləri aparıb digər sinifə təhvil verəndə Günay müəllim yenə də dəhlizdə idi. Yəni o, şagirdi zədələyibsə, direktor müavininə şikayət edərdi. Şagird zəif olsa da, rahat danışır, eşitməsi var, şikayət edə bilərdi. Maraqlısı odur ki, şagird tərbiyəçi gələndə şikayət edib, 3,4,5-ci dərs saatlarında şikayət etməyib. İki direktor müavini eyni vaxtda otağa daxil olublar. Onlar heç vaxt eyni vaxtda sinfə daxil olmurlar. O, dırnaq uzatmır, namaz qılan insandın. O, həmin gün Adəmin dəftərində yazıb ki, Adəm bu gün dərsini yazmayıb. Adəm həmişə onun stulunda oturur. O, Adəmi vursaydı, Adəm onun stulunun yanında oturmazdı. Direktor iclasda heç kimə icazə verməyib ki, kimsə onu müdafiə etsin, ancaq özünə tərəf olan müəllimlərə danışmağa icazə verib. Müəllimlərdən kimsə onu müdafiə etmək istəyəndə də protokolu pozduğuna görə əyləşməsini tələb edirdi. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bacısı işdən direktorun qərəzli münasibəti nəticəsində çıxarılıb. Belə ki, əvvəlcə bacının 24 (iyirmi dörd) saat dərs yükü var idi. Lakin 2024-cü ilin yanvar ayında direktor guya ki, bir neçə sinifin bağlanmasını bəhanə gətirərək, bacının dərs yükünü 20 (iyirmi) saata azaldıb. Eyni zamanda diaqnostikada az bal yığmış, texnikum və kollec bitirmiş bəzi müəllimlər isə ondan artıq dərs yükü alıblar. Bununla əlaqədar bacısı Ombudsmana müraciət edib, həmin məktub Təhsil Nazirliyinə, oradan isə məktəbə göndərilib. Lakin məktəbdən yanlış cavab verilib. xx.xx.2024-cü il tarixli məktubda yazılıb ki, 272 saat dərs yükü 18 müəllim arasında bölünüb. Lakin 272 saatı 18-ə böləndə 15 saat alınır. Bu isə düz deyil, baxmayaraq ki bacısı ali təhsilli müəllimdir, 20 saat dərsi var, digər müəllimlərdə 22-24 saat, Vüsalə Zamanovada isə hətta 26 saat dərs yükü vardı. Bundan sonra bacısı ikinci məktubu yazıb və ona cavab olaraq göndərilmiş 03 may 2024-cü il tarixli məktubda yazılıb ki, 358 saat dərs yükü 16 müəllim arasında bölünüb. Lakin bu halda böləndə 22 saat alınır, bu isə yenə həqiqəti əks etdirmir. 14 mart 2024-cü ildə bacısı birinci məktubun cavabına aydınlıq gətirmək üçün direktor müavinləri Nümayəndə1 və Şahid28 yanına gedib ki, haqqını tələb etsin, amma nəticədə ona “töhmət” verilib. Onu da bildirmək istəyir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən cəza verilməmişdən əvvəl izahat alınmalıdır. İşçi izahat vermədiyi halda isə bu barədə akt hazırlanmalıdır. Eyni qaydada yuxarıda qeyd olunan maddənin tələbinə 19 mart 2024-cü il tarixdə baş vermiş hadisəyə görə bacısına 27 mart 2024-cü il tarixdə “şiddətli töhmət” verilərkən də riayət olunmayıb. “Töhmət” xx.xx.2024-cü il tarixdə verilib, amma xx.xx.2024-cü il tarixdə elan olunub. Hansı səbəbə görə cəza verildiyi tarixdə və ya 19 mart 2024-cü il tarixdə elan edilməyib. 18 mart 2024-cü il tarixli və 27 mart 2024-cü il tarixli protokolların nömrəsi eynidir, yəni 3 nömrəli protokollardır. 27 mart 2024-cü il tarixli protokolun nömrəsi 4, 5 və ya 6 olmalıdır. Bu fakt isə ona dəlalət edir ki, cəza 18 mart 2024-cü il tarixdə yox, ondan xeyli gec verilib. Həm 18 mart 2024-cü il tarixli, həm də 27 mart 2024-cü il tarixli protokollar eyni vaxtda yazılıb və biri yazılandan sonra, onun surəti çıxarılıb və onun əsasında digər protokol yazılıb. Direktorun müavini Nümayəndə1 19 mart 2024-cü il tarixli akta imza çəkib, amma özü orada olmayıb. Pedaqoji şura 17 aprel 2024-cü il tarixdə keçirilib, saytda isə onun 16 aprel 2024-cü il tarixdə keçirildiyi yerləşdirilib. Bu barədə müvafiq sənəd təqdim edilib. Pedaqoji şura, həmkarlar təşkilatının iclası və işdən çıxarılma barədə əmr eyni tarixdə, yəni 17 aprel 2024-cü il tarixdə verilib. Bu necə mümkündür? Pedaqoji şurada 04 nömrəli protokol, həmkarlar təşkilatının iclasında isə 04-1 nömrəli protokol tərtib edilib. Nəyə görə 3 nömrəli və ya 04 nömrəli protokol? 0 rəqəmi nə deməkdir? 0 rəqəmi məxfi, 00 rəqəmləri isə tam məxfi sənədlərə verilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 6 (altı) şərti pozulub. Birincisi, Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə çıxarılan şəxs barədə təqdimat yazılmalıdır. Lakin həmin təqdimat nə məhkəmə materiallarında, nə də bacısının işdən çıxarılması barədə əmrin verilməsi üçün əsas olmuş, sadalanan sənədlərin siyahısında var. İkincisi, həmkarlar təşkilatının iclasında direktorun nümayəndəsi iştirak etməli idi. Lakin həmkarlar ittifaqı komitəsinin idarə heyətinin üzvü, burada şahid qismində çıxış etmiş Şahid7 ifadəsindən də məlum olub ki, orada direktorun heç bir nümayəndəsi olmayıb. Üçüncüsü, həmin iclasa bacısı dəvət olunmalı və ona izah olunmalı idi ki, onun işdən azad olubolmaması məsələsinə baxılır. Lakin bacısı dəvət olunsa da, ona bu məsələ izah olunmayıb, əksinə deyilib ki, “bizə məktub gəlib ki, 08 aprel 2024-cü ildə şagirdi vurduğunuza görə, valideynin şikayət ərizəsi gəlib, həkimin rəyi var, tərbiyəçilərin izahatı var, bununla əlaqədar Sizi çağırmışıq”. Bundan sonra isə bacısı çıxış edib, ona verilən cəzalarla və ona qarşı irəli sürülmüş ittihamlarla razı olmadığını bildirib. Həmin söhbətin səs 14-də audioyazısı mövcuddur və 19 (on doqquz) dəqiqəlik söhbətdə bir dəfə də olsun bacısının işdən çıxarılma məsələsi müzakirə olunmayıb. Dördüncüsü, Şahid7 ifadəsindən məlum olub ki, katib X5 və həkim Şahid10 iclasda iştirak etməyib, lakin onlar protokolu imzalayıblar. Beşincisi, bacının işdən çıxarılması barədə qərar yazılmalı idi. Həmin qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olmalıdır. Lakin həmin qərar nə məhkəmə materiallarında, nə də bacısının işdən çıxarılması barədə əmrin verilməsi üçün əsas olmuş, sadalanan sənədlərin siyahısında var. Altıncısı, bacısına 1 (bir) ay müddətində məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmayıb. Əmək Məcəlləsinin 84-cü maddənin 2 şərti pozulub. Belə ki, “Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu” barədə 84-cü maddədə qeyd edilib ki, “əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda” müvafiq məlumatlar göstərilməlidir. Lakin əmr nəzərdən keçirilərkən, məlum olmuşdur ki, birincisi, işəgötürənin atasının adı göstərilməyib, ikincisi, bacısı 70 “ç” maddəsi ilə işdən çıxarılıb. Lakin həmin maddə onları 72-ci maddəyə də yönəldir. Nəzərə alsalar ki, bacısı 72-ci maddə əsasında işdən azad olunmayıb, deməli, onun barəsində 70 “ç” maddəsi konkret olaraq tətbiq edilib, yəni “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə”. Lakin bacına bu maddəni tətbiq etmək mümkün deyil. Onu da qeyd etmək istəyir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, “bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər”. Əlavə olaraq bildirir ki, məktəbin direktoru İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən cərimə olunub. Belə ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin direktor Nümayəndə4 yalnız 19 aprel 2024-cü il tarixdə bacısının işdən azad edildiyi barədə məktub göndərib ki, o da bacısına 20 aprel 2024-cü il tarixdə çatıb. Bundan başqa, Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək haqqı, qanunda qeyd olunduğu kimi deyil, yəni həmin günü yox, yalnız 02 may 2024-cü il tarixdə bacının hesabına keçirilib. Pul bacısının kartına daxil olduğu zaman isə məlum olub ki, məvacib düzgün hesablanmayıb. Belə ki, 1982,50 manatın əvəzinə bacısı 1751,39 manat pul alıb. Bununla əlaqədar bacısı X10 Xidmətinə müraciət edib və orada məsələ araşdırıldıqdan sonra 3-17-5/2-S-41875/2024 nömrəli 01 iyul 2024-cü il tarixli məktub daxil olub. Məktubda qeyd edilib ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozduğuna görə məktəbin direktoru Nümayəndə4 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. 2024-cü ilin iyul ayının ortalarında direktora Bakı şəhəri Təhsil İdarəsi tərəfindən “şiddətli töhmət”, müavinlərinə isə “töhmət” verilib. Şahid4 qolunda cızıq aşkar edilib. Üzərində pulover olan insanın qolunu cızmaq üçün puloverin qoltuğunu qatlamaq lazım idi. İnanılmazdır ki, bunun üçün bacısı xüsusi belə hərəkət etsin. Bundan başqa, lal uşaqlarda həmrəylik çox güclüdür. Əgər hər hansı müəllim onlardan birini vurursa, digərləri həmin müəllimin üstünə hücum edirlər. 26 iyul 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında direktorun müavini Nümayəndə1 bildirib ki, əgər məktəbdə hər hansı bir hadisə baş verirsə, lal uşaqlar onu beş dəqiqə ərzində yayırlar. Necə ola bilər ki, 08 aprel 2024-cü il tarixdə saat 09:00-dan saat 10:35-ə kimi dərs demiş bacısının bu hərəkəti məktəbdə yalnız iki saat sonra məlum olub? Əgər bacısı Şahid4 vurubsa, nəyə görə Şahid4 sonra müəlliminin telefonuna “smile” göndərib? Onun fikirincə, həmin uşağa yuxarı sinifin şagirdləri tərəfindən təsir göstərilib. Şahid10 hadisənin qış aylarında baş verdiyini bildirir, lakin qış fəslində şagird necə nazik köynək geyinə bilərdi. Şagirdin qolunun cızıldığı gün, yəni aprel ayının 8-də saat 14:30-da Qara Qarayev metrosu tərəfə gəlib, 14:55-də özü Polis Şöbəsinin qaynar xəttinə zəng edərək belə hadisənin olduğunu, araşdırmalarını və ekspertiza təyin edilməsini xahiş edib, saat 15:00-da bacısın iş yerinə gəlib. Lakin araşdırma yalnız 25 aprel 2024-cü il tarixdə aparılıb və Şahid4 valideyni ərizəsini geri götürdüyündən, iş bağlanılıb və bu barədə 14 may 2024-cü il tarixdə polisdən məktub göndərilib. Bundan əlavə, məktəbin direktoru Nümayəndə4 daha əvvəl Masallı Rayon Təhsil Şöbəsinin müdiri olmuş, lakin işində olan nöqsanlara görə oradakı vəzifəsindən azad edilmişdir. Həmçinin, son vaxtlarda məktəbin direktoru Nümayəndə4 və direktor müavininin barəsində töhmət və şiddətli töhmət əmrləri verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin nümayəndəsi (direktoru) Nümayəndə4 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, o, 16 dekabr 2022-ci ildə məktəbə direktor təyin olunub. Məktəbdə ümumilikdə 430 nəfər çalışır. İddiaçı və digər müəllimlərə hörmətlə yanaşıb. Məktəbdə müəllimlər arasında narazılıq əsasən dərs bölgüsünə görə baş verir. İddiaçıya 22 saat dərs verilib. Məktəbdə digər müəllimlər harasa gedəndə əvəzçilik qaydasında İddiaçı dərs saatları da verilib. Ümumiyyətlə o, direktor təyin olunmamışdan əvvəl də məktəbdə müəllimlər arasında dərs bölgüsünə görə narazılıqlar olub. İddiaçı işləyən bir müəllimlə mübahisəsi yaranıb. O, İddiaçı şifahi xəbərdarlıq edib. Ümumiyyətlə, məktəbdə işləyən bir neçə müəllimə etik davranış qaydalarına riayət etmədiklərinə görə intizam tənbehinə cəlb edilib. Bu məktəbdə işlədiyi ilk vaxtlar nahar etmədən axşam saatlarına qədər işləyib. Elə müəllimlər var idi ki, 25 saat dərsi var idi, dioqnostika balına görə 18 dərs saatına azadılıb, məktəbə istədikləri vaxt gedib-gəlirdilər. Məktəbin adı onsuz da Respublikada yaxşı hallanmırdı. Bayram ərəfəsi idi, o, müəllimlər otağında idi, onlar söhbət edirdilər. İddiaçı və dərs saatlarından narazı olan 1-2 müəllim var idi ki, onlar aqressiv danışırdılar. O, İddiaçı etik davranış qaydalarına əməl etməsini bildirib. İddiaçı isə ona “sən etik davranış qaydasından danışırsan” dedi, o isə ona heç nə demədi. İddiaçı otağın qapısından çıxıb, beş saniyə keçmədən yenidən otağa daxil oldu və dedi ki, “anam deyir ki, it itin üstünə hücum edər”. Ümumiyyətlə İddiaçı müəllimlərə və şagirdlərə aqressiv davranır. İddiaçı töhmət və şiddətli töhmət alıb, eşitmə məhdudiyyətli Adəm adlı şagirdi döyməsi işdən çıxarılmasına səbəb olub. O, otağında oturub, Şahid28 ona İddiaçı şagirdi döydüyünü bildirib. Adəm adlı şagird eşitmə məhdudiyyəti olduğuna görə valideyni aqressiv idi. O, şagirdin valideynini sakitləşdirməyə çalışıb, hətta müəllimin yerinə üzr istəyib. O, müəllimə İddiaçı zəng etməsini bildirib, müəllim İddiaçı ilə mobil telefonu vasitəsi ilə əlaqə saxlayaraq şagirdi döydüyünü, İddiaçı şagirdin döyülməsinin onunla əlaqəli olmadığını bildirib. O isə İddiaçı sabah bu məsələnin araşdırılacağını deyib. 2-3 saatdan sonra İddiaçı qardaşı məktəbə gəlib, o, hörmətlə onu qarşılayıb, yer göstərib, əl uzadıb, o isə buna layiq olmadığını bildirib. O, İddiaçı qardaşından işlədiyi müəssisəyə şikayət edib. O, şəxsən şagirddən onu kimin döyməsini soruşub, şagird İddiaçı adını söyləyib. O, hətta bunu ona kiminsə öyrədib-öyrətmədiyini, yalan deyib-demədiyini soruşub, valideyni uşağının yalan danışmadığını bildirib. Həmçinin, şagirdin yaxşı danışmağı bacaran sinif yoldaşları da bunu təsdiq ediblər. Valideyn uşağı döyüldüyünə görə müəllimlə əlaqə saxlayıb və ərizə yazıb. Valideynin polisdə müəllimlə barışması və şikayətini geri götürməsi məktəbə şikayət etməsini məhdudlaşdırmır. Fakt odur ki, İddiaçı şagirdi döyüb. Hadisə baş verən gün Şahid4 əynində ola bilsin ki, köynəyin üstündən poluver olub, amma ağ rəngli köynək geyindiyi yadımda idi. Dərs bölgüsündə müəlimlərin sertifikasiya və diaqnostika imtahanlarında topladığı ballar da nəzərə alınır. Məktəbdə 18, 22 və 24 dərs saatı olan müəlimlər var. Dərs saatlarında 1 və ya 2 saat fərq olması normal haldır. Həmçinin, dərs saatlarının azalmasının səbəbi məktəbdə siniflərin bağlanması olub. İddiaçı əsas fənləri deyil, texnologiya fənnini tədris etdiyindən siniflərin bağlanması onun dərs saatına daha çox təsir edib. İddiaçı barəsində dəfələrlə ona təqdimat yazılıb, o, dəfələrlə onu otağa çağıraraq mübahisə yaratmamasını bildirib, hətta ona əlavə dərs saatları verilməsini müavinlərə tapşırıb. Ümumiyyətlə, məktəbdə kiminsə 21, 23 saat dərsi olanda qəbul etmirdilər. İddiaçı “anam deyir ki, it itin üstünə hücum edər” ifadəsini heç bir səbəb olmadan deyib. Pedoqoji şuraya iclas keçiriləcəyi vaxt barədə məlumat verilib. İddiaçı qardaşının hərəkətləri İddiaçı işdən çıxarılmasına səbəb olmayıb. Hesab edir ki, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət işdən çıxarmaq üçün əsasdır. Adəm adlı şagirdin valideyni dənizdə işlədiyinə görə məhkəməyə gələ bilməyib. Siniflərdə kamera yoxdur, dəhlizdə kamera var. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, İddiaçı bir sıra problemlər yaradıb, hər dəfə ona etik davranış qaydalarını pozduğuna və rəhbərliklə subordinasiya qaydalarına riayət etmədiyinə görə şifahi xəbərdarlıq olunub. İddiaçı hər zaman rəhbərliklə danışanda “Siz” deyil, “Sən” müraciət formasından istifadə edirdi. Direktor müavinləri Günay müəllim və digər müəllimlər məktəbə yeni təyin olunublar. “Sən tərbiyəçisən, səni bura kim təyin edib, cədvəli düzəlt, siz işləyə bilmirsiz” bu kimi formada onlarla danışırdı. Bir dəfə İddiaçı ona az dərs saatı verilməsinin səbəbini soruşub, o, dioqnostik balla yanaşı X4 qaydalarına riayət etməsinin də dərs saatlarına təsir etdiyini bildirib. 10-15 gün İddiaçı onlarla münasibətləri normallaşdırdı. Onlar da seçki ilə əlaqədar işdə olmayan müəllimin dərs saatlarını əvəz etmək üçün İddiaçı veriblər və ona fevral ayının 1-də yeni tarifikasiyada dərs saatlarına yenidən baxılacağını bildiriblər. Daha sonra İddiaçı yenidən şikayətlər etməyə başlayıb və onlar da Ombudsman və digər dövlət orqanlarından gələn həmin şikayətlərə müvafiq cavablar hazırlayırdılar. İddiaçı telefonla səs yazaraq onlara həmin dövlət orqanlarına cavab verilərkən nəyə görə ondan soruşulmadığını bildirib. Həmin vaxt otaqda o, Fatma Mansurova və başqa bir müəllim də var idi. İddiaçı səs tonu qalxdığına, gərgin vəziyyət olduğuna görə ona otağı tərk etməsini bildirib. Bir neçə dəfə olunan şifahi xəbərdarlıqlara riyayət etmədiyinə görə Nümayəndə4 adına təqdimatla müraciət ediblər və İddiaçı töhmət verilib. Tariyel müəllimin otağı ikinci mərtəbədə, onların otaqları isə birinci mərtəbədə yerləşir. Tariyel müəllim bəzən tək, bəzən də digər müavinlə birlikdə ikisini öz otağna çağırır. Könül müəllimin sinfi Tariyel müəllimin otağına gedən dəhlizin əvvəl hissəsində yerləşir. Günorta saat 1-2 radələrində onlar direktorun otağına gedəndə Könül müəllimin otağının qapısı açıq idi, tərbiyəçi Adəmdən qoluna nə olduğunu soruşurdu. O da, sinfə daxil olaraq nə baş verdiyini soruşub, Adəm qolunu göstərərək müəllimin etdiyini deyirdi. Həmin vaxt sinifdə Ülkər müəllim idi. O hətta şagirdən bunu Ülkər müəllimin edibetmədiyini soruşub. O sinif implant sinif olduğuna görə müəllimlər sinifdən çıxmırlar, şagirdlər tərbiyəçi müəllimə sözlərini deyirlər. O, Şahid4 qolunu Ülkər, Günay müəllimin cızdığını soruşduqda, o “toxuyan, Könül müəllimin” etdiyini deyib.Əvvəllər də İddiaçı əli ilə partaya möhkəm vurub, şagird İddiaçı və Şahid8 səsini yazıb. Hətta Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nigar xanım həmin müəllimləri Nazirliyə dəvət edərək xəbərdarlıq edib. Şiddət təkcə fiziki deyil, həm də psixoloji də ola bilər. Mart ayının 19-da müəllimlər otağında o da olub. Şahid4 iki müəllimə deməyib, tərbiyəçi gələndə deyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndələri məhkəmə iclasında iştirak etməyiblər. Məhkəmə işə həmin üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, iddiaçını tanıyır. Tərbiyəçi Nümayəndə1, Şahid4 və həmin sinfin tərbiyəçi müəllimi tibb otağına yaxınlaşıblar. Şagirdin sağ qolunun bazu nahiyəsində sıxılmış yara, cızıq, sivrilmiş xəsarət var idi. Xəsarət sanki əllə sıxılmışdı. Aprel ayının 17-də keçirilən iclasda əvvəlcə iştirak edib, lakin sonradan Respublika Sanepidemstansiyadan həkimlər gəlib, onları qarşılamalı idi, ona görə də iclası tez tərk etməli olub. Onu çağırdılar, o, aşağı düşüb. Amma dəqiq saatı deyə bilməz. Respublika Sanepidemstansiyadan həkimlərin gəlməsinin dəqiq vaxtını bilmir, günün birinci yarısı, təxminən 11:00 radələri olardı. O, həm Şuranın, həm də Həmkarlar Təşkilatının iclasında iştirak edib. O, iclasın əvvəlində və sonunda iştirak edib. Elə olub ki, şagirdlər yıxılıblar, partaya dəyiblər. Sanki qol tutulub sıxılmış, cızılmışdı. Onlar həmin nahiyəni antiseptik vasitə ilə dizenfeksiya ediblər. Şagird həmin gün ağ məktəb köynəyi geyinib. Köynəyin uzunqol və ya qısaqol olduğu dəqiq yadımda deyil. Şagirdi onların otağına gətirəndə köynəyinin qolu yuxarı qatlanıb. Şagird qorxmuş və narahat idi. Rəy həmin gün olmalı idi, nə görübsə, nə ilkin yardım göstəribsə, onu da jurnalda yazıb. Onların müəllimlər və şagirdlər üçün ayrılıqda ambulator jurnalları var. Kimin ilkin tibbi yardıma ehtiyacı olursa, onlar həmin jurnalda qeyd edirlər. Rəyi kimin istədiyini, nə vaxt verdiyi dəqiq yadımda deyil. Şagirdin valideyninin nə vaxt şikayət etdiyi dəqiq yadında deyil, şəxsən ona şikayət etməyib. Rəyi həmin günü tərtib ediblər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, 23 ildir ki, cavabdeh məktəbdə müəllim işləyir. O, iddiaçını tanıyır, bir-birilərini görəndə salamlaşırlar. Onlar səhər 09:00-da məktəbə gəliblər, direktor onların Novruz bayramlarını təbrik edib. İddiaçı danışaraq içəri daxil olub, direktor ondan səbəbini soruşub, İddiaçı ona dərs saatı verilməməsindən şikayətlənib. Sonra İddiaçı jurnalı götürərək söylənə-söylənə otaqdan çıxıb, daha sonra geri qayıdıb və direktora “insan insanın üzərinə hücum etməz, it insanın üzərinə hücum edər” ifadəsini səsləndirib. İddiaçı elə şərait yaradıb ki, o sözlər orada deyilməməli idi, o, şəxsən o sözü qəbul edə bilmir. Direktor məktəbə yeni təyin olunub, məktəbdə 200 müəllim var, hər müəllimin öz xarakteri var, direktor hər müəllimin nazı ilə oyanaya bilməzdi. Bəlkə də direktor İddiaçı dərs saatları verəcəkdi, amma bu hadisədən sonra vəziyyət dəyişib. Həmin vaxt direktor əsirdi, xeyli vaxt özünə gələndən sonra otaqdan çıxıb. İddiaçının həmin gün nə geydiyinizi xatırlamır. Direktor heç kimə otağın qapısını bağlamağı deməyib. O, qapının qarşısında idi, qapı da açıq idi, müəllimlər əllərində jurnal dərsə gedirdilər, direktor dedi ki, dərsə gedən müəllimlər otaqdan çıxsın, çöldən otağa müəllimlər daxil olmasın. Hadisə aktlaşdırıldı və onlar da imza çəkiblər. İddiaçının xarakteri haqqında çox məlumatlı deyil. İddiaçı direktor müəllimləri təbrik edərkən otaqda deyildi. Həmin vaxt otaqda 23-24 müəllim var idi. Fikrimcə o ifadə təhqirdən də pisdir. Ani vəziyyətdə, heç nə olmadan İddiaçı həmin ifadəni sələndirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, 20 ildir ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində işləyir. İddiaçını ciddi və yaxşı müəllim kimi tanıyıb. Böyük tənəffüs idi, müəllimlər otağında idilər, birinci dərsə getməyə hazırlaşırdılar. İddiaçı otağa daxil olub, insident yaşanıb, İddiaçı bir cümlə işlədib, amma onu deməməli idi, müəllimə aid olan cümlə deyildi. İddiaçı dedi ki, “anam deyir ki, insan insana hücum etməz, it itə hücum edər”. Otaqda bir çox müəllim var idi, olanlar akta imza çəkirdi, hamı da şahidi olduğu akta imza çəkdi. İddiaçı həmin cümləni işlətməmişdən əvvəl hər hansı söz-söhbətin olubolmadığını bilmir. O, iştirak edib şahidi olduğu hadisəni deyir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, iddiaçını tanıyır. Hadisə baş verən günü o, jurnal götürməyə gedib, otaqda qarışıqlıq, xaos var idi, qapının qarşısında dayanıb gözləyib, daha sonra jurnalı götürmək üçün otağa daxil olub. Hətta o, hər gün belə hadisələrin olmamasını, hamının belə səs-küydən bezdiyini söyləyib. İddiaçı ilə geniş münasibətdə olmayıb, bir-birilərini görəndə salamlaşırlar, elə də pis müəllim olmayıb. Sadəcə xaosa görə o, özü də, o sözünü deyib. Bundan əvvəl belə hadisələrin olduğunu görməyib. O, qapının qarşısında idi, söhbətin tam əvvəlini eşitməyib. İddiaçı “it itə belə etməz” deyib. Şahid4 çox nadinc və hiperaktiv şagirddir, aparat olduğuna görə digər şagirdlərə nisbətən özünü normal ifadə edir. Onun dərsində şagirdlər bir-birinə xəsarət yetirməyib. Nəzarət olsa, elə şey olmaz. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, o, iddiaçını normal insan və çalışqan müəllim kimi tanıyır. Direktor Nümayəndə4 axrıncı çərşənbə münasibəti ilə onları təbrik etmək üçün yığışıblar. Həmin vaxt belə bir mübahisə olub. İddiaçı “it itə hücum edər” ifadəsini səsləndirib və onlar da həmin ifadəyə görə akta imza çəkiblər. Kollektivin hamısı özü otaqda qalıb. Hadisənin gedişatından akt tərtib olunacağı görünürdü. Onlar otaqda qalıblar. Akt otaqda hazırlandı. Bu ifadə səsləndirilməmişdən əvvəl nə olub-olmadığını bilmir, amma onlar həmin anda səsləndirilən ifadəyə görə akt imza çəkiblər. Hər hansı bir səbəbə görə, özlərini müdafiəyə görə deyil, özləri iradələri ilə akta imza çəkiblər. Akta imza çəkiblər və sonra otaqdan çıxıblar. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, o, iddiaçını yaxşı müəllim kimi tanıyır, iddiaçı bir az aqressivdir. Həmin gün Novruz bayram günləri idi. Direktor gəldi, əhval-ruhiyyəmiz yaxşı idi, hamısı söhbət edirdilər. Birdən İddiaçı ilə 2-3 müəllim gəldilər və bir az kobud danışmağa başladılar. Nümayəndə4 bir az mülayim danışırdı və yola verməyə çalışırdı. Aktlaşma İddiaçı kobud danışmasına görə və “insan insana hücum etməz, it itə hücum edər” ifadəsini səsləndirməyinə görə oldu. Etika olmalıdır, baxmayaraq ki, cavan direktordur, lakin subordinasiya gözlənilməli idi. Həmçinin, orada onun kimi yaşlı müəllimlər də var idi. İddiaçı onlara da hörmət etmədi. Müdirlə belə tonda danışmaq olmaz. İt söhbəti pis səslənirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, iddiaçını son vaxtlara kimi əla müəllim kimi tanıyırdı. Son vaxtlar isə bir az aqressivdir. X1 müraciət etdikdən sonra problemini bilirlər. Ən çox problem dərs saatlarına görə olur. Həmkarlar təşkilatının iclasını öz təşəbbüsləri ilə keçirirlər, əgər işdən çıxarma olasa, direktorun onlara yazılı müraciəti olur. İddiaçı işdən çıxarılması məsələsində də direktorun onlara yazılı müraciəti olub. Müraciətdə “İddiaçı işdən çıxarılmasına münasibət bildirəsiz” yazılmışdır. Həmin yazılı müraciət bir səhifə idi. İddiaçı işdən çıxarılmasına səbəb əmək intizamını pozması idi. İddiaçı nizam-intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılıb. İddiaçı əvvəldən üç dəfə çağırıblar, ona işdən çıxarılması ilə əlaqədar müraciət göndərildiyi və bununla əlaqədar məsələnin müzakirə olunacağı bildirilib. İddiaçı işdən çıxarılması məsələsi deyilib. Həmkarlar təşkilatının iclasında idarə heyətinin üzvləri iştirak ediblər. Həmkarlar təşkilatının İdarə heyətinin üzvlərinə o, Vüsalə Usubova, Məlahət Məmmədəlizadə, Şahid7, Şahid10, qazi Rüfət və Fatma Mansurova daxildir. Vüsalə Usubova onların yanlarında katib kimi iştirak edib, Şahid10 da gəlib. Onların verdikləri qərar o olub ki, rəhbərliyin verdiyi qərar qanunauyğun hesab edilsin. Onlar qərar deyil, protokol hazırlayırlar. Qərar veriləndən sonra onlar İddiaçı görməyiblər. İddiaçı məhkəmə müraciət etməsini deməyiblər. Əvvəl onlara müraciət olunub, sonra Pedoqoji şura keçirilib. Pedoqoji şura və Həmkarlar təşkilatının iclası eyni gündə keçirilib. Rəhbərlik tərəfindən əvvəldən müraciət olunur, sonra Pedoqoji şura keçirilir, onlar 10 gün müddətində bu məsələyə baxmalıdırlar. Həmkarlar təşkilatı qərar qəbul etmək səlahiyyətində deyil, verilən qərarı qanunauyğun hesab edib. Qərarı rəhbər qəbul edir, onlar qərara münasibət bildirirlər. Müəllimlər otağında akt tərtib olunanda orada olmayıb. O, Pedoqoji şuranın iclasında olmayıb, amma Həmkarlar təşkilatının iclasında olub. Həmkarlar təşkilatının iclasında direktorun nümayəndəsi deyil, idarə heyəti iştirak edib. Töhmət veriləndə məktəbin foyesində elan olunur. Töhmətlər, təşəkkürnamələr foyedə olan guşədən asılır və hamı da orada görür. Həmkarlar təşkilatının ən sonuncu iclası aprel ayının 16-sı və ya 17-si olmalıdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, o, 2003-cü ildən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində kimya-biologiya müəllimi işləyir. İddiaçı ilə yaxşı münasibəti var və yaxşı da müəllimdir. İddiaçı ilə eyni implant sinifdə, yəni 6A sinfində dərs deyirlər. 6A sinfində oxuyan şagirdlər özləri danışır və öz fikirlərini ifadə edirlər. Aprel ayının 8-də onun, İddiaçı və Aybəniz müəllimin həmin sinifdə dərsləri var idi. O, 6-cı dərs həmin sinfə girəndə tərbiyəçi Nuranə müəllim də sinifdə idi. O, Adəm adlı şagirdin ağlamağını və Nuranə müəllimin həmin şagirdi qucaqlamağını görüb. O, Adəmi oturtmağa çalışıb, o isə qolunu göstərirdi. O elə düşündü ki, həmin sinifdə oxuyan Nəzrin, Nərmin, ya da Elcan adlı şagirdlər ediblər. Adəm “yox, yox” deyərək ağladı və “əməx, Tönül” bu formada izah etməyə çalışdı. Direktor müavinləri Firuzə müəllim və Günay müəllim sonuncu dərs sinifləri yoxlayırdılar, onların sinfə daxil olublar və Şahid4 ağlamağını görüblər. Hətta Firuzə müəllim Şahid4 bunu onun etdiyini soruşub, onun adını üç dəfə şagirdə təkrar edib və bu ona pis təsir edib. Onun uşaqları da qüsurlu uşaqlar olublar və bu məktəbi bitiriblər. O, heç vaxt bu hərəkəti etməzdi. Bundan sonra şagird üç dəfə təkrar edərək “Ükər yox, Tönül, əməx” ifadəsini səsləndirdi. O, bu hadisəni görüb və bunu da izahatında yazıb. O, məktəbdə çoxdan işləyir. Birinci və ikinci saat Könül müəllimin dərsi, üçüncü saat Aybəniz müəllimin dərsi, digər saatlarda hansı dərslərin olduğunu bilmir, sonuncu, yəni altıncı saat onun dərsi idi. Həmin uşaqlar çox həssas idilər. O, müəllimlər otağında baş verən hadisədə iştirak etməyib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid34 ifadəsində göstərdi ki, o, iddiaçını tanıyır. Müəllimlər otağında bir az mübahisə olub. Müəllimlər otağında mübahisə olanda orada olub. İddiaçı direktora söylədiyi ifadəni eşidib. Yalnız həmin ifadəni eşidib Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, birlikdə işləyiblər, müəllim kimi normal münüasibətləri olub, problemləri olmayıb. Müəllimlər otağında hadisə baş verən günü bayram axşamı, çərşənbə axşamı idi, onlar həmişəki kimi müəllimlər otağında əyləşib jurnal yazırdılar. Nümayəndə4 otağa daxil olaraq, onların bayramlarını təbrik edib. Bu zaman İddiaçı otağa daxil olub, bir müəllimlə problemi var idi. İddiaçı Nümayəndə4 təhqiramiz ifadə, yəni “insan insana hücum etməz, it itə hücum edər” ifadəsini səsləndirib. Onlar özləri də ictimai yerdə, məktəbdə belə qeyrietik ifadə işlətməyin düzgün olmadığını bildiriblər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, onunla normal münasibət var. Müəllimlər otağında hadisə baş verən günü orada olub. Onlar müəllimlər otağında oturublar, direktor da onların yanında idi. Otaqda sözsöhbət olub. İddiaçı otağı tərk edərkən deyib ki, “anam deyir ki, it itə hücum edər”. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid35 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, onunla yaxşı münasibətləri var. Müəllimlər otağında hadisə baş verən günü orada olub, böyük tənəffüs idi. O, İddiaçı “it itə hücum edər” ifadəsini söylədiyini eşidib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5 Sətdar qızı ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, çox yaxın münasibətləri var. Həmin gün çərşənbə axşamı idi, müəllimlər otağında bayrama görə söhbət gedirdi, o, otağa gec gəlib. İddiaçı səsləndirdiyi ifadəni eşidib və şahidi olaraq akta imza çəkib. İddiaçı dedi ki, “insan insana hücum etməz, it itə hücum edər”. Ona görə bu ifadə təhqirdir. Hər bir halda bu ifadə rəhbərə deyilib, rəhbərə qarşı təhqirdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid22 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, normal münasibətləri var. O, çərşənbə axşamında müəllimlər otağında olub. Direktor bayramlarını təbrik edirdi. İddiaçı otağa daxil olub, direktoru təhqir edib. İddiaçı otaqdan çıxıb, sonra otağa geri qayıdaraq direktora deyib ki, “anam deyir ki, direktora deyərsən ki, “it itə hücum edər”. Ona görə bu ifadə təhqirdir, çünki müəllimlər etik davranış qaydalarına riyayət etməlidir. O, əvvəl nə olduğunu bilmir, o, gördüyü hadisəyə, eşitdiyi ifadəyə görə akta imza çəkib. Hər bir ifadənin deyilmə qaydası var və harada deyilməsi nəzərə alınmalıdır. Müəllim direktora elə bir ifadə deməməlidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid23 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, onunla yaxşı münasibətləri olub. Şahid4 oxuduğu sinif implant sinifdir və ağır uşaqlardır. O, həmin implant sinfin rəhbəridir. Həmin sinifdə oxuyan şagirdlər nəzarətsiz qalsalar, bir-birilərinə xəsarət yetirə bilərlər. Ona görə də, həmin sinif daim nəzarətdə olur. Onun sinfində oxuyan şagirdlər X25 tərəfindən əməliyyat olunublar, hamısı eşidir və fikirlərini ifadə edə bilirlər. O, Şahid4 qolu cızılan gün, yəni aprel ayının 8-i evdə idi. Amma bütün müəllimlər onunla “WhatsApp” qrupunda əlaqə saxlayırdılar. Həmin günü tərbiyəçi ona “WhatsApp” qrupunda müəllimin şagirdin qolunu cırdığını yazdı. Onun sinfinində oxuyan şagirdlər heç bir müəllimdən şikayət etməyiblər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid24 ifadəsində göstərdi ki, o, İddiaçı normal, yaxşı müəllim kimi tanıyır, amma son zamanlar etik davranış qaydalarına riyayət etməyib. İddiaçı “Facebook” adlı sosial şəbəkədə əmək haqqı cədvəllərini paylaşıb və onun adı da orada qeyd olunub. “Analoq.az” səhifəsində İddiaçı məqaləsi dərc olunub. İddiaçı şikayətinin içində həmin yazılar var idi. İddiaçı hətta bir dəfə ondan prokurorluğa şikayət edib. O da çərşənbə axşamı müəllimlər otağında olub, İddiaçı otaqda aqressiv danışıb və anasının dediyi ifadəni orada səsləndirib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid25 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, onunla normal münasibətləri var. Müəllimlər otağında İddiaçı tərəfindən etik davranış qaydaları pozulub və akt tərtib olunub. İddiaçı “it itə hücum edər” ifadəsini səsləndirib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid26 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, onunla yaxşı münasibətləri var. Axrıncı çərşənbədə müəllimlər otağına jurnalı qoymağa gedib, otaqda nəsə danışılırdı. İddiaçı son vaxtlar aqressiv olub. Onlar neçə dəfə İddiaçı belə əsəbləşməməsi, aqressiv olmaması barədə məsləhətlər də veriblər. X4ları var, müəllimlər otağında etik davranışlara zidd danışıq olub. Onlar gördüklərini, eşitdiklərini və bildiklərini orada yazıblar. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, onunla normal münasibətləri var. Axrıncı çərşənbə günü müəllimlər otağında direktor onları bayram münasibəti ilə təbrik edirdi. İddiaçı əsəbləşərək, bəzi ifadələr işlədib. Həmin ifadələri səsləndirmək etik qaydalara ziddir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid27 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, onunla birlikdə işləyiblər, heç vaxt problemləri olmayıb. Onlar hələ də İddiaçı işdən çıxmasını istəmirlər. Şahid4 adlı şagirdi tanımır, o, həmin şagiridin sinfinə dərs keçmir. Böyük tənəffüs olanda, o, jurnal götürməyə müəllimlər otağına getib. Direktor müəllimlərin bayramını təbrik edirdi. İddiaçı otaqdan çıxıb, sonra otağa geri qayıdaraq direktora “it itə hücum edər” ifadəsini işlədib. O, bu ifadəni eşidib və ona görə də akta imza çəkib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid28 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, o, məktəbə yeni təyin olunub. İlin əvvəlində İddiaçı onlara qarşı normal davranırdı, ilin sonunda müəllimdə aqressivləşmə müşahidə olunub. İddiaçı aqressivləşməsinin səbəbi əvvəlcə dərs saatı ilə bağlı idi, sonra uşaqlara da şikayət edib. Onlar direktorun otağında olanda İddiaçı qardaşı gəlib. İddiaçı onların işlərinə qarışırdı, onların otaqlarına da hücum edib. Onlar iki müəllim direktorun otağına gedəndə tərbiyəçi ilə şagirdin səsi gəlirdi. Həmin vaxt otağa yaxınlaşıblar və müəllimin şagirdin qoluna xəsarət yetirdiyinin şahidi olublar. İddiaçı ilk əvvəl dərs saatları ilə bağlı problem yaradırdı, onlar hətta ona əvəz dərslər də verirdilər. Daha sonra iddiaçı digər müəllimlər və şagirdlərlə də mübahisə yaratmağa başlayıb. O, bir ildir ki, cavabdeh məktəbdə işləyir, imtahan verərək məktəbdə işə daxil olub. O, müəllimlər otağında olan hadisədə iştirak etməyib. Sinifdə danışan iki şagird müəllimin Adəm adlı şagirdin qoluna xəsarət yetirdiyini təsdiq ediblər. Həmin şagirdin valideyni məktəbə gəlib. Məktəbin həkiminə şagirdin qolunda olan xəsarəti göstərəndə tibb rəy tərtib edib. Şagirdin qolunda xəsarət olanda həkim müdaxiləsinə ehtiyac yarandı. Şagirdin valideyni polisdə ərizə yazıb, amma dəqiq tarixini xatırlamır. Onlar müəllimlə aralarında olan mənfi abu-havanın normallaşdırılmasına çalışsalar da,iddiaçı münasibətləri daha da pisləşdirirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid29 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, onunla normal münasibətləri var. O, Şahid4 oxuduğu sinifə dərs keçmir. O, jurnalı götürməyə müəllimlər otağına gedib, direktor da orada idi, bayramlarını təbrik edirdi, o, otaqdan çıxmayıb. Sonra İddiaçı gəlib, mübahisə baş verib və məlum ifadəni direktora söyləyib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid30 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır, onunla münasibətləri yaxşı deyil, onunla kobud davranır. Aralarında ciddi bir problem olmayıb, İddiaçı bilmədiyi səbəblərə görə özü onunla olan münasibətləri pozub. O da müəllimlər otağında olub, İddiaçı direktoru təhqir edib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid31 ifadəsində göstərdi ki, onun yanvar ayında cavabdeh məktəbdə fəaliyyət göstərməyinin 18 ili olacaq. O, İddiaçı tanıyır, normal münasibətləri var. Müəllimlər otağında olub, direktor müəllimlərin bayramını təbrik edirdi, İddiaçı gələndən sonra münaqişə yaranıb. İddiaçı bir az aqressivdir. İddiaçı əvvəlki rəhbərliklə pis münasibətinin olmasını xatırlamır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid32 ifadəsində göstərdi ki, o, 2002-ci ildən cavabdeh məktəbdə fəaliyyət göstərir. O, İddiaçı tanıyır, onunla normal münasibətləri var, aralarında küsülülük olmayıb. O, mart ayının 19-da müəllimlər otağında olub, direktor bayramlarını təbrik edirdi, sonra orada münaqişə olub, İddiaçı direktora o ifadəni işlədib, direktor ona heç nə deməyib. müəllimlərin bayramını təbrik edirdi, İddiaçı gələndən sonra münaqişə yaranıb. İddiaçı əvvəllər də Bahar müəllim məktəbin direktoru olanda şagirdin valideyni ilə problemləri olub. Onun məktəbdə təhsil alan şagirdlərin valideynləri ilə problemləri olmayıb, digər müəllimlərin də olduğunu eşitməyib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid33 ifadəsində göstərdi ki, o, 2007-ci ildən cavabdeh məktəbdə fəaliyyət göstərir. O, İddiaçı yaxşı müəllim kimi tanıyır, sonuncu çərşənbə olduğuna görə direktor bayramlarını təbrik etmək üçün müəllimlər otağına gəlib. O, gələndə hadisə baş verib, İddiaçı gedirdi, sonra o qayıdaraq gəlib və “it itə hücum çəkər” ifadəsini işlədib. İddiaçı əvvəllər yaxşı idi, son zamanlar aqressiv olub. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır. O, baş verən hadisələrdə iştirak etməyib, lakin eşidib. O, metodikləşmənin sədridir, proqramı da o tərtib edir. İddiaçı həmişə onun yanına gələrək proqramı götürürdü. İddiaçı məsuliyyətli idi, narazılığı yox idi. İddiaçının anası da onunla işləyib. İddiaçının sinifdə və dəhlizdə müəllim və şagidlərlə çox aqressiv davrandığını, müəllimlərlə mübahisə etdiyini görüb və iddiaçıya belə etməməsi barədə məsləhət verib. Daha sonra iddiaçının anasına zəng edib, anasından iddiaçının aqressiv olmasının səbəbini soruşüb. İddiaçı ona direktorun məktəbdən getməli olduğunu, “direktorun burnunu yerə sürtdürəcəyini” bildirib. İddiaçı uşaqları onun otağına gətirəndə uşaqlara qarşı aqressiv davrandığını görüb. Gülnaz müəllim xəstə idi, onun dərs saatını Vüsalə Zamanovaya əvəz kimi veriblər. İddiaçının müəlim və şagidlərlə çox aqressiv davrandığını görüb, bunu eşitməyib. Təxminən həmin mübahisə 2024-cü ilin fevral ayında olardı. İddiaçının direktor barəsində əsəbi olmasının səbəbi dərs saatının 2 saat aşağı olması idi. İddiaçının dərs saatı az olsa da, başqa müəllim xəstə olanda, dərs saatları əvəz edilirdi. Onun dərs saatı 24 saat, iddiaçının isə 22 saat idi. O, məktəbdə yeganə ali təhsilli texnologiya müəllimidir və 41 illik iş stajı var. Digər texnologiya müəllimlərinin də dərs saatı 20-22 saatdır. O, Adəm adlı uşağı görməyib, hadisə baş verən vaxt orada olmayıb. O, iddiaçının qardaşını məktəbdə görməyib. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır. İddiaçı ikinci dəfə töhmət alanda hadisə müəllimlər otağında olub, o, orada olmayıb, lakin aktda 23 nəfərin imzası var, həmin müəllimlər iddiaçının direktoru həqiqətən təhqir etdiyinin şahidi olublar. İlin əvvəlində dərs bölgüsündə iddiaçının dərs saatları azalıb, buna səbəb siniflərin açılmaması olub. İddiaçı iclasa yarım saat sonra gəlib, iddiaçı bir şəxslə danışmaq istədiyini, iclasda iştirak etmək istəmədiyini bildirib. Həmkarlar təşkilatının iclası keçirilib. Həmkarlar təşkilatının iclasının vaxtı barədə bütün məktəbə əvvəlcədən məlumat verilib. Əmr veriləndən sonra Həmkarlar təşkilatı yığılıb həmin şəxsi dinləyir. İclas barədə ona Həmkarlar təşkilatının sədri Ərəstun müəllim məlumat verib. X8 iştirakı yadında deyil, amma protokolda adları qeyd olunan digər müəllimlər iştirak edib. Həmin günü komissiya gəlib, Nigar xanım yuxarı çıxıb. Direktor, direktor müavinləri Həmkarlar təşkilatının iclasında iştirak etməyiblər. İddiaçı iclasda iştirak etmək istəmirdi, çətinliklə gəldi. Şagirdin qolunun cızılması ilə bağlı rəy Həmkarlar Təşkilatında var idi. İddiaçının şagirdi zədələməsi ilə bağlı eşidib, lakin bunun görməyib, çünki həmin vaxt dərsdə olub. Onun dərs saatı 26 saatdır. Onun dərs dediyi fənn elə bir fəndir ki, sinfə əvvəldən, 7-ci sinifdən sona qədər dərs deyir. İddiaçının tədris etdiyi fənn isə siniflərin açılıb-açılmamasından asılıdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır. O, 2020-ci ilin fevral ayında rus bölməsində sinif rəhbəri idi və o, şagirdlərə cavabdeh idi. O, şagirdi dərsini oxumadığına görə, iddiaçı isə şagird kosmetika çəkdiyinə görə danlanıb. Həmin vaxt valdeynlərindən biri uşağına deyib ki, müəllimin səsini yaz. Şagird onun və iddiaçının səsini yazıb. O, valideynə başa salıb ki, valideyn evdə anadır, o, isə məktəbdə anadır, o, şagirdi danlaya da, əzizləyə də bilər. O, valideynə xoşuna gəlməyibsə, üzr istəyə biləcəyini deyib, valideyn tələb edib, o da üzr istəyib. Lakin iddiaçı üzr istəməyib. Valideyn də Təhsil Nazirliyinə şikayət edib. Onlar Təhsil Nazirliyinə çağırılıbar, şiddətli töhmət verilməli idi, lakin pandemiya başladığına görə şiddətli töhmət verilməyib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “Töhmət verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 74 saylı əmrindən çıxarışdan görünür ki, Məktəbin müəllimi İddiaçı 14 mart 2024-cü il tarixində müavinlərin iş otağına gələrək hay-küy salmış, məktəbin daxili nizam-intizam qaydalarım pozmuşdur, İddiaçı şər-böhtan xarakterli ifadərlə məktəb rəhbərliyini günahlandırmışdır. Ona dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq dərs vaxtı öz sinfindən çıxıb başqa siniflərdə oturur. Tərtib edilmiş akta və məktəbin daxili nizam-intizam qaydalarını pozduğuna görə İddiaçı “Töhmət” verilmişdir. Əsas: xx.xx.2024-cü il tarixli akt, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” hissəsi; - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “İntizamn tənbehi verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 81 saylı əmrindən çıxarışdan görünür ki, 19 mart 2024-cü il tarixində müəllimlər otağında məktəbin direktoru müəllimlərlə Novruz bayramı ilə əlaqədar toplantı keçirdiyi zaman məktəbin müəllimləri İddiaçı və X3 otağa daxil olaraq səs-küy salaraq direktorla mübahisə etməyə başlamış, xoşagəlməz və müəllim adına yaraşmayan ifadələr işlətmişlər. Məktəb rəhbərliyinə qarşı qeyri-etik hərəkətlər etdiyi üçün müəllimlər otağında olan müəllimlərlə İddiaçı arasında qarşıdurma yaranmış və müəllimlərin haqlı narazılığına səbəb olmuşdur. Beləliklə, məktəbin müəllimləri İddiaçı və X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin B bəndinin tələblərini kobud şəkildə pozmuşlar. Müəllimlərin iştirakı ilə tərtib edilmiş aktı və verilən təqdimatı nəzərə alaraq, məktəbdaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna və xx.xx.2024-cü il tarixində aldığı töhmətdən nəticə çıxarmadığına görə İddiaçı sonuncu xəbərdarlıqla “Şiddətli töhmət" verilməsi, məktəbdaxili nizam-intizam qaydalarını pozduğuna görə X2 “Xəbərdarlıq” verilməsi əmr edilmişdir. Əsas: Tədris işləri üzrə direktor müavini Nümayəndə1 xx.xx.2024 cü il tarixli təqdimatı, xx.xx.2024-cü il tarixli akt, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi; - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “Əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2024-cü il tarixli 97 saylı əmrindən görünür ki, tədris köməkçi heyət" bölməsində "Müəllim" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 70 "ç" işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2012 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 36 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir; - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “Əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2024-cü il tarixli 97 saylı əmrindən görünür ki, 08 aprel 2024-cü il tarixində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbində dərs saatı bitdikdən sonra şagirdlər tərbiyəçilərə təhvil verilərkən 6A sinif şagirdi Şahid4 ağlayaraq texnologiya müəllimi İddiaçı onu döydüyünü, sağ qolunu zədələdiyini bildirmişdir. Sinif yoldaşları da Adəmin dediklərini təsdiq etmişlər. Məktəbin tibb məntəqəsində şagird müayinə olunmuş və alınmış zədə barədə tibbi rəy verilmişdir. Adəmin valideyni müəllim zorakılığı barədə rəhbərliyə ərizə ilə müraciət etmişdir. Məktəb rəhbərliyi İddiaçı ilə telefon əlaqəsi yaradaraq sabah işə gələrkən şagirdin döyülməsi ilə bağlı vəziyyəti aydınlaşdırmağı nəzərinə çatdırmışdır. Saat 15 radələrində İddiaçı ilə özünü onun qardaşı Vüqar Səmədli kimi təqdim edən hərbi geyimli bir nəfər gələrək direktorun iş otağında “sən burada və təhsildə təsadüfü adamsan” deyərək, təhqiredici ifadələrlə direktoru və yuxarı təşkilatları təhqir etdi, öz hərbi rütbəsindən istifadə edərək direktora hədə-qorxu gəldi. İddiaçı bu hadisələr barədə izahat yazması nəzərinə çatdırılsada, o izahat yazmaqdan imtina etmişdir. 17 aprel 2024-cü il tarixində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbində məktəb pedaqoji şurasının iclası keçirilmişdir. İclasda müzakirə olunan məsələlərdən biri də texnologiya müəllimi İddiaçı 6A sinif şagirdi Şahid4 qarşı zorakılıq tətbiq etməsi məsələsi olmuşdur. Pedaqoji şurada müzakirələrdən sonra İddiaçı işdən azad olunması qərara alınmışdır. xx.xx.2024-cü il tarixində aldığı “Töhmət” və xx.xx.2024cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmadığını, məktəbin daxili nizamintizam qaydalarını pozaraq şagirdə qarşı zorakılıq etdiyini, pedaqoji şuranın iclasının qərarını nəzərə alaraq və məktəbin həmkarlar komitəsinin 17 aprel 2024-cü il tarixli iclasının protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən məktəbin müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 18 aprel 2024-cü il tarixindən ləğv edilməsi və son haqq-hesabının baş mühasib tərəfindən hesablanaraq ödənilməsi əmr edilmişdir. Əsas: Məktəb pedaqoji şurasının xx.xx.2024-cü il tarixli iclasının 04 nömrəli protokolu, xx.xx.2024-cü il traixli akt, məktəbin həmkarlar komitəsi idarə heyətinin xx.xx.2024-cü il tarixli protokolu, müəllim və tərbiyəçilərin izahatları, valideyn ərizəsi, tibbi rəy; - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsi idarə heyəti iclasının xx.xx.2024-cü il tarixli 3 saylı protokolundan görünür ki, sədr Şahid16, katib Vüsalə Usubova, üzvlər Məlahət Məmədəlizadə, Şahid7, Fatma Mansurova, Vüsalə Ususbova, Rüfət Qazi və Şahid10 iştirakı ilə keçirən iclasda məktəbin müəllimi İddiaçı rəhbərlik tərəfindən verilən töhmət qanuna uyğun hesab edilmiş, təklif səsə qoyulmuş və qəbul edilmişdir; - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsi idarə heyəti iclasının xx.xx.2024-cü il tarixli 3 saylı protokolundan görünür ki, sədr Şahid16, katib Vüsalə Usubova, üzvlər Məlahət Məmədəlizadə, Şahid7, Fatma Mansurova, Vüsalə Ususbova, Rüfət Qazi və Şahid10 iştirakı ilə keçirən iclasda məktəbin müəllimi İddiaçı rəhbərlik tərəfindən verilən şiddətli töhmət qanuna uyğun hesab edilmiş, təklif səsə qoyulmuş və qəbul edilmişdir; - Həkim Şahid10 və tibbi bacısı S.Ə.Ramazanova tərəfindən tərtin edilmiş xx.xx.2024-cü il tarixli tibbi rəydən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:40 radələrində 6 a sinfinin şagirdi Şahid4 həyacanlanmış, ağlamış bir vəziyyətdə tərbiyəçi Şahid2 ilə birgə tibb məntəqəsinə gəldilər. Şahid4 şikayətlərini dinlədi. O, Səmdli Könül müəlimə tərəfindən qorxudulub və sağ qolunu sıxaraq vurduğunu dedi. Tibbi baxış zamanı uşağın sağ qolunun said nahiyyəsinin sıxılmasını, dərisinin qızarması və cızılmasını gördü. Tibb bacısı ilə birgə ilkin tibbi yardım göstərərək, şagirdi sakitləşdirməyə çalışıblar; - X9 tərəfindən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il traixdə müəllim İddiaçı övladı Şahid4 qolunu dartaraq qolunda iz buraxıb. Gələcəkdə bir daha təkrarlanarsa tədbir görülməsini xahiş etmişdir; - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Nümayəndə4 tərəfindən məktəbin həmkarlar komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 425 saylı məktubundan görünür ki, 08 aprel 2024-cü il tarixində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbində dərs saatı bitdikdən sonra şagirdlər tərbiyəçilərə təhvil verilərkən 6A sinif şagirdi Şahid4 ağlayaraq texnologiya müəllimi İddiaçı onu döydüyünü, sağ qolunu zədələdiyini bildirmişdir. Sinif yoldaşları da Adəmin dediklərini təsdiq etmişlər. Məktəbin tibb məntəqəsində şagird müayinə olunmuş və alınmış zədə barədə tibbi rəy verilmişdir. Adəmin valideyni müəllim zorakılığı barədə rəhbərliyə ərizə ilə müraciət etmişdir. Məktəb rəhbərliyi İddiaçı ilə telefon əlaqəsi yaradaraq sabah işə gələrkən şagirdin döyülməsi ilə bağlı vəziyyəti aydınlaşdırmağı nəzərinə çatdırmışdır. Saat 15 radələrində İddiaçı ilə özünü onun qardaşı Vüqar Səmədli kimi təqdim edən hərbi geyimli bir nəfər gələrək direktorun iş otağında “sən burada və təhsildə təsadüfü adamsan” deyərək, təhqiredici ifadələrlə direktoru və yuxarı təşkilatları təhqir etdi, öz hərbi rütbəsindən istifadə edərək direktora hədə-qorxu gəldi. İddiaçı bu hadisələr barədə izahat yazması nəzərinə çatdırılsa da, o izahat yazmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixində “Töhmət” və xx.xx.2024cü il tarixində “Şiddətli töhmət” almasına baxmayaraq Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud şəkildə pozmuşdur (Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar, Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələr inin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması). Tərtib edilmiş aktları, izahatları, tibbi rəyi və əvvəllər aldığı “Töhmət” və “Şiddətli töhmət”i nəzərə alaraq məktəbin müəllimi İddiaçı işdə qalıbqalmaması məsələsini məktəbin həmkarlar ittifaqı komitəsinin iclasında müzakirə edilməsi və münasibət bildilməsi xahiş edilmişdir; - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində keçirilən Pedaqoji şura iclasının 04 nömrəli xx.xx.2024-cü il tarixli protokolundan çıxarışdan görünür ki, texnologiya müəllimi İddiaçı işd yol verdiyi nöqsanlara görə aldığı töhməti və şiddətli töhməti, şagirdə qarşı zor tətbiq etməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən işdən azad olunması, onunla bağlanan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi və məsələnin müzakirəsi üçün məktəbin həmkarlar komitəsinə məktub göndərilməsi qərara alınmış, qərar səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir; - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsi idarə heyəti iclasının 04-1 saylı xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, sədr Şahid16, katib Vüsalə Usubova, üzvlər Məlahət Məmədəlizadə, Şahid7, Fatma Mansurova, Vüsalə Ususbova, Rüfət Qazi və Şahid10 iştirakı ilə keçirən iclasda məktəbin müəllimi İddiaçı işdən azad olunmasını yekdilliklə qanuna uyğun hesab etmişlər, təklif səsə qoyulmuş və qəbul edilmişdir; - 25-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli H-2882 saylı məktubundan görünür ki, İddiaçı barəsində daxil olan şikayət xx.xx.2024-cü il tarixdə Elida Həsənova tərəfindən Nizami RPİ-nin 25-ci PŞ-də heç bir şikayət və tələbinin olmaması ilə bağlı yazdığı ərizəsi nəzərə alınaraq müraciəti etibarsız hesab edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2- S-41874/2024 saylı məktubdan görünür ki, araşdırma zamanı təqdim etdiyi izahatda əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyini, xitam verilərkən son haqq-hesabın düzgün ödənilmədiyini bildirmiş və izahatına əmək haqqı bank hesabından çıxarış əlavə edib. Müraciəti ilə əlaqədar Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin ünvanına (AZ1119, Bakı şəhəri, Nizami rayonu, X11 3) tərəflərindən 3-17-5/2-24060/2024 nömrəli xx.xx.2024-cü ii tarixli məktublar göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin rəhbərliyi tərəfindən təqdim edilmiş məktub və sənədlərdən, eyni zamanda tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək ve Məşğulluq” alt sisteminə baxış keçirilərkən onunla Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Xüsusi İnternat Məktəbi arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə məktəbin pedaqoji şurasının xx.xx.2024-cü il tarixli iclas protokolu və Həmkarlar İttifaq Komitəsinin iclas protokoluna əsaslanaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallar: əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi, son haqq-hesabın gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənildiyi məlum olmuşdur. Bu səbəbdən də, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsuı İnternat Məktəbinin direktoru Nümayəndə4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq işçinin işdən çıxarkən on düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməməsi) maddəsinin tələblərin uyğun olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Müraciətində qeyd etdiyi məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməsi hüququ vardır; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı və Laura Səmədovaya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-26-69/2- SA/179/2-4 saylı məktubdan görünür ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin işçiləri tərəfindən ünvanlanmış bir çox müraciətləri nəzərə alaraq, Bakı Şəhəri üzrə Təhsi İdarəsinin müvafiq əmrinə əsasən müəssisədə təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoj və mıetodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilmişdir. Monitorinqin nəticəsi olaraq BŞTİ tərəfindən məktəb rəhbərliyi barəsində müvafiq tədbirlə görülmüşdür. Əlavə olaraq bildirirlər ki, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə görə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsus internat məktəbin direktoru tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bütün fərdi əməl mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Hüquqlarının pozulduğunu hesat edirlərsə, müvafiq qaydada məhkəməyə müraciət edə bilərlər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində texnologiya müəllimi kimi işləmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 74 saylı əmri ilə iddiaçının barəsində “Töhmət verilməsi haqında”, xx.xx.2024-cü il tarixli 81 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” və xx.xx.2024-cü il tarixli 97 saylı əmri ilə “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrlər qəbul edilmişdir. Hazırda isə iddiaçı həmin əmrləri mübahisələndirir. İddiaçı tələbində məhkəmədən cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli töhmət, xx.xx.2024-cü il tarixli Şiddətli töhmət, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun "texnologiya" fənni üzrə müəllimə vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda münasibət bildirilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli töhmət verilməsi haqqında əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin əmrlə məktəbin texnologiya müəllimi İddiaçı 14 mart 2024-cü il tarixində müavinlərin iş otağına gələrək hay-küy salması, məktəbin daxili nizam-intizam qaydalarım pozması, şər-böhtan xarakterli ifadərlə məktəb rəhbərliyini günahlandırması, ona dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq dərs vaxtı öz sinfindən çıxıb başqa siniflərdə oturması, tərtib edilmiş akta və məktəbin daxili nizam-intizam qaydalarını pozduğuna görə “Töhmət” verilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”nın: 2.1.3-cü bəndinə əsasən peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. 2.1.5-ci maddəsinə əsasən mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarından və tərəflərin izahatlarından aydın olur ki, iddiaçı dərs saatının həcmi ilə bağlı yaranmış narazılıqla bağlı aidiyyəti orqanlara müraciət etmiş, məktəbə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş müraciət müvafiq qaydada cavablandırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə müavinlərin iş otağına daxil olaraq daxil olmuş müraciətə ona məlumat verilmədən cavablandırılmasının, dərs bölgüsünün düzgün aparılmamasının səbəbini soruşmuş, bu zaman direktor müavini Nümayəndə1 onun verdiyi sualları cavablandıraraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş müraciətin cavablandırılması üçün iddiaçının iştirakının zəruri olmadığını bildirmişdir. Həmin şəxslər arasında mübahisə yaranmış və Nümayəndə1 iddiaçıdan otağı tərk etməsini xahiş etmişdir. Belə ki, məktəbin direktor müavini Şahid28, tədris işləri üzrə direltor müavini Nümayəndə1, müəllimlər Fatma Mansurova, Şahid15, Şahid9, Ülviyyə Əsgərova, Şahid11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, məktəbin texnologiya müəllimi İddiaçı müavinlərin iş otağına gələrək, məktəbə gələn məktubə niyə ondan soruşmadan, onun özü ilə məsləhətləşmədən cavab verildiyinə görə səs-küy salaraq daxili nizam-intizam qaydalarını pozub. Müxtəlif fənlərdən verdiyi imtahanların (DQ) nəticələrini toplayaraq bir bal kimi göstərmədiyi üçün ayrı-ayrı fənlərdən əvəz olunan dərsləri əvəz etmə üçün hansı müəllimləlrə verildiyini ona məlumat verilmədiyini əsas götürərək direktor müavini Nümayəndə1 günahlandıraraq, hədə-qorxu gəlirdi. Şərböhtan xarakterli ifadələrlər məktəb rəhbərliyini günahlandırırdı. Qeyd edirlər ki, İddiaçı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq dərs vaxtı öz sinfindən çıxıb başqa siniflərdə oturur. X26 istisna olmaqla, onu tərtib edənlər tərəfindən imzalanmışdır. Bundan sonra isə məktəbin direktor müavini Şahid28, tədris işləri üzrə direltor müavini Nümayəndə1 qeyd edilən hadisə ilə bağlı məktəbin direktoruna təqdimatla müraciət etmişlər. Məhkəmə iş materiallarını, məhkəməyə təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsaslıdır. Məhkəmə qeyd edilən hissədə iddia tələbini, digər tələblərə qiymət verərkən onlarla birlikdə yenidən əsaslandıracaqdır. Buna baxmayaraq məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarının tətqiqi zamanı xx.xx.2024-cü il tarixdə müavinlərin iş otağında baş verən hadisə ilə bağlı təfərrüatlı məlumat əldə etmişdir. İddiaçı ilə müavinlərin iş otağında Nümayəndə1 və digər şəxslər arasında mübahisə olduğu, mübahisənin səbəbinin isə ilkin olaraq məktəbə daxil olmuş müraciətin iddiaçının iştirakı olmadan cavabdlandırılması olmuşdur. Mübahisənin gedişi zamanı həm iddiaçı, həm də Nümayəndə1 bir-birilərini hər hansı məhkəmə mübahisəli və ya digər aidiyyəti orqanlarda öz təsdiqini tapmamış müxtəlif hallarla ittiham etmişlər. Məsələn iddiaçı digər müallimlərin dərs saatlarını mübahisələndirməklə yanaşı, məktəb tərəfindən müəllimlərdən qanunsuz pul yığılması barədə, Nümayəndə1 isə iddiaçı tərəfindən jurnalistlərə məktəb barəsində şər-böhtan xarakterli məlumatların çatdırılması barədə ifadələr səsləndirilmişdir. Məhkəmə hesab edir ki, mövcud mübahisəli hal iddiaçıya töhmət verilməklə həll edilməli deyildi. Mübahisələndirilən əmrdə qeyd edilən digər məsələlər bundan ibarətdir ki, iddiaçı dərs vaxtı öz sinfindən çıxıb başqa siniflərdə oturur. Lakin qeyd edilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa qeyd edildiyi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Hazırda isə mübahisələndirlən əmr tərtib edilməmişdən əvvəl iddiaçının izahatının alınması və ya onun izahat verməkdən imtina etməsi barədə müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu səbəblərdən məhkəmə hesab edir ki, hazırkı iddianı “cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli töhmət verilməsi haqqında əmrin ləğv edilməsi” hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli 81 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin əmrə əsasən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrin qəbul edilməsinə direktor müavini Nümayəndə1 təqdimatı, xx.xx.2024-cü il tarixli akt və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsi əsas olmuşdur. Əmrə əsasən 19 mart 2024-cü il tarixində müəllimlər otağında məktəbin direktoru müəllimlərlə Novruz bayramı ilə əlaqədar toplantı keçirdiyi zaman məktəbin müəllimləri İddiaçı və X3 otağa daxil olaraq səs-küy salaraq direktorla mübahisə etməyə başlamış, xoşagəlməz və müəllim adına yaraşmayan ifadələr işlətmişlər. Məktəb rəhbərliyinə qarşı qeyri-etik hərəkətlər etdiyi üçün müəllimlər otağında olan müəllimlərlə İddiaçı arasında qarşıdurma yaranmış və müəllimlərin haqlı narazılığına səbəb olmuşdur. Beləliklə, məktəbin müəllimləri İddiaçı və X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin B bəndinin tələblərini kobud şəkildə pozmuşlar. Müəllimlərin iştirakı ilə tərtib edilmiş aktı və verilən təqdimatı nəzərə alaraq, məktəbdaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna və xx.xx.2024-cü il tarixində aldığı töhmətdən nəticə çıxarmadığına görə onunla bağlı mübahisələndirən əmr verilmişdir. Belə ki, iş materiallarında olan tədris işləri üzrə direktor müavini Nümayəndə1, müəllimlər Şahid29, Şahid18, Şahid32, Valideə Mirzəyeva, Şahid9, Şahid12, Şahid34, Elşən Cəfərova, Şahid14, Şahid19, Şahid25, Qisbəst Əliyeva, Şahid31, Şahid33, Şahid11, Şahid30, Şahid20, Şahid24, Şahid15, Şahid22, Süvda Hüseynova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə müəllimlər otağında məktəbin direktoru müəllimlərlə bayramlaşarkən məktəbin müəllimi İddiaçı və Aybəniz Hacıyeva otağa daxil olaraq səs-küy salaraq direktorlarla mübahisə etməyə başlamış, xoşagəlməz ifadələr işlətmişlər. İddiaçı direktor müavinlərini və direktoru təhqir etmiş, nizam-intizam qaydalarını pozmuş, emosional şəkildə direktora “anam deyir ki, it hücum edər” idadələrini işlətmiş, məktəbdəki pedoqoji mühiti və bayram əhval-ruhiyyəsini pozmuşdur. Məktəb rəhbərliyinə qarşı müəllimə yaraşmayan qeyri-etik hərəkətlər etdiyi üçün həmin vaxt müəlimlərlə İddiaçı arasında yaranmış və müəllimlərin haqlı etirazına ilə üzləşmişdir. Məhkəmə iclasında həmin aktın tərtibində iştirak etmiş şəxsin dindirilməsi təmin edilmiş, onların ifadələri ilə məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə iddiaçı jurnalın götürülməsi üçün müəllimlər otağına daxil olmuş, bu zaman məktəbin direktoru müəllimləri Novruz Bayramı münasibəti ilə təbrik etmişdir. İddaçı ilə direktor arasında söz-söhbət yaranmış, bundan sonra iddiaçı otağı tərk edib, bir müddət sonra isə otağa daxil olaraq, direktora iş üzrə tərəflərin və şahidlərin fərqli şəkildə ifadə etdiyi sözləri səsləndirmişdir. İddiaçı qeyd edir ki, o, direktora deyib ki, anası dedi ki, “insan insanın üstünə hücum etməz, it itin üstünə hücum edər”, yəni o, it deyil. Məktəbin nümayəndələri isə iddiaçı tərəfindən direktora “anam deyir ki, it itə hücüm edər” dediyini qeyd etmişlər. Məhkəmə iclasında iştirak etmiş və xx.xx.2024-cü il tarixdə müəllimlər otağında olan şahidlər isə “insan insanın üzərinə hücum etməz, it insanın üzərinə hücum edər”, “anam deyir ki, insan insana hücum etməz, it itə hücum edər”, “it itə belə etməz”, “it itə hücum edər”, “anam deyir ki, direktora deyərsən ki, “it itə hücum edər”” kimi ifadələr səsləndirmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin b bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Mübahisələndirilən əmrdə göstərilməsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin əmrin tərtib edilməsi üçün əsas səbəb iddiaçının direktora ünvanladığı sözlər olmuşdur. Məhkəmə iclasında dindirilmiş və xx.xx.2023-cü il tarixdə müəllimlər otağında olan şəxslər həmin sözləri təhqir kimi qəbul etmişlər. İddiaçı isə həmin ifadə ilə özünü müdafiə etdiyini, direktora deyib ki, “anası dedi ki, insan insanın üstünə hücum etməz, it itin üstünə hücum edər”. Əlavə olaraq bildirmişdir ki, daha əvvəl direktor ona direktor müavinləri ilə arasında baş vermiş iş saatları ilə bağlı müzakirəyə görə müəllimlərə hücum etməməsini bildirilib və iddiaçının səsləndirdiyi ifadə isə direktorun “hücum” sözünə cavabı olmuşdur. Həmin ifadəsini deməklə, özünün “it” deyil, “insan” olduğunu, “hücum etmək” hərəkətinin insana deyil, itə məxsus davranış olmasını nəzərə çatdırmaq istədiyini bildirmişdir. Göründüyü kimi daha əvvəl iddiaçı ilə məktəbin direktorun arasında dərs saatlarının bölgüsü ilə bağlı müzakirələr olmuş və direktor iddiaçıya “müəllimlərə hücum” etməməsini bildirmişdir. Məhkəmə iclasında sədrlik edənin bununla bağlı verdiyi suallar direktor tərəfindən cavablandırılmamış, belə bir halın baş verməsinə etiraz etməmişdir. İddiaçının müəllimlər otağında digər müəllimlərin iştirakı ilə səsləndirdiyi fikirlər isə özünü müdafiə xarakterli olmuş və öz hərəkətini açıqlamaq niyyətində olmuşdur. Müəllimlər otağında olan və aktı tərtib edən müəllimlər isə iddiaçı ilə direktor arasında olan mübahisənin davamının, yalnız iddiaçının səsləndirdiyi cavabın şahidi olmuşlar. Məhkəmə hesab edir ki, iddiaçı müəllimlər otağında səsləndirdiyi fikirlər ilə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməmiş, müəllim etikasına yaraşmayan hərəkətlərə yol verməklə rəhbərlik və həmkarları ilə davranışında nöqsanlara yol vermişdir. Lakin qeyd edilən hərəkətlərin səbəbi məhkəmə araşdırması zamanı müəyyən edilmiş və iddiaçının səsləndirdiyi fikirlərin qərəzli deyil, özünü müdafiə xarakterli olması aydın olmuşdur. Bu səbəbdən qeyd edilən və əmrdə öz əksini tapan hərəkətlərə görə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi məhkəmə tərəfindən ədalətli hesab edilmir. Belə ki, mübahisələndirilən əmrin tətqiqi zamanı iddiaçı ilə yanaşı Aybəniz Hacıyevanın da otağa daxil olaraq səs-küy salaraq direktorla mübahisə etməyə başladığı, xoşagəlməz və müəllim adına yaraşmayan ifadələr işlətdiyi qeyd edilmiş, sonuncuya xəbərdalıq verilməklə kifayətlənilsə də, iddiaçı barəsində daha sərt tədbir həyata keçirilmişdir. Əmrdə qeyd edilən hallar (iddiaçının kollektivdə digər işçilərlə kobud rəftar etməsi, təhqir etməsi) ilkin olaraq şəxsin barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əsas ola biləcək hallar ola bilməz və bu istiqamətdə işəgötürən tərəfindən digər addımlar atılması daha məqsədəmüfaviqdir. Məhkəmə göstərilənləri, qeyd edilən bir neçə əsasa görə şəxs barəsində intizam tənbehinin tətbiq edilməsinin yolverilməz olmasını nəzərə alaraq hesab edir ki, əmr əsassızdır və ləğv edilməlidir. Qeyd edilməlidir ki, iddiaçı barəsində xx.xx.2024-ci il tarixdə töhmət verilməsi haqqında əmr verildikdən sonra həmin məsələ məktəbin həmkarlar ittifaqı komitəsinin idarə heyətinin icalasında xx.xx.2024-cü il tarixdə müzakirə olunmuş və həmin tarixli, 3 nömrəli protokol tərtib edilmişdir. Bundan sonra iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi barədə əmr verildikdən sonra, xx.xx.2024-cü il tarixdə həmin məsələ məktəbin həmkarlar ittifaqı komitəsinin idarə heyətinin icalasında müzakirə olunmuş və həmin tarixli 3 nömrəli protokol tərtib edilmişdir. Qeyd edilən protokolların eyni nömrəli tərtib edilməsi qanuna müvafiq olmamaqla yanaşı, həmin protokolların eyni vaxtda tərtib edilməsi ilə bağlı şübhə doğurur. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun "texnologiya" fənni üzrə müəllimə vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli 97 saylı əmri ilə məktəbin texnologiya müəllimi İddiaçı əmək funksiyalarını yerinə yetirmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin qəbul edilməsinə əsaslar Məktəb pedaqoji şurasının xx.xx.2024-cü il tarixli iclasının 04 nömrəli protokolu, xx.xx.2024-cü il traixli akt, məktəbin həmkarlar komitəsi idarə heyətinin xx.xx.2024-cü il tarixli protokolu, müəllim və tərbiyəçilərin izahatları, valideyn ərizəsi, tibbi rəy olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçının “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması” əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin:

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Məhkəməyə xx.xx.2024-cü il tarixli 97 saylı əmrini qəbul edilməsi üçün əsas olmuş sənədlər cavabdeh tərəfindən təqdim edilsə də, qeyd edilən sənədlər arasında cavabdeh tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına ünvanlanmış əsaslandırılmış yazılı təqdimat aşkar edilməmişdir. Mövcud məsələ ilə bağlı məktəbin direktoru tərəfindən xx.xx.2024-cü il tarixdə məktubla məktəbin həmkarlar komitəsinə müraciət edildiyi müəyyən edilsə də, qeyd edən sənəd məktub formasında tərtib edilməklə, qoşma kimi heç bir sənəd təqdim edilmədiyi müəyyən edilir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası barədə məlumatlar göstərilir. Mübahisələndirilən əmrin tərtib edilməsi əsaslarından biri kimi xx.xx.2024-cü il tarixdə iddiaçının 6A sinfinin şagiridi olan Şahid4 zədələməsi olmuşdur. Qeyd edilən hadisə baş verəndən sonra şagirdinin anası məktəbin direktoruna müraicət edərək, gələcəkdə bir daha belə bir hal baş verərsə tədbir görülməsini xahiş etmiş, polis şöbəsinə vermiş olduğu ərizəsi heç bir şikayət və tələbini olmaması əsası ilə etibarsız hesab edilmişdir. Qeyd edilən halla bağlı heç bir araşdırma aparılmamış və Şahid4 qolunda olan izlərin iddiaçının təqsirli hərəkətləri ilə əmələ gəlməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, Şahid4 və onun valideynlərinin məhkəmədə şahid kimi dindirilməsinin təmin edilməsi məqsədi ilə tədbirlər görülsə də, onlar məhkəmə iclasında iştirak etməkdən imtina etmişlər. Məhkəməyə sübut kimi təqdim edilmiş “Whatsapp” proqramı vasitəsi ilə olan yazışmalarında onların iddiaçı ilə münasibətinin yaxşı olduğu müşahidə edilmişdir. Şahid4 qolunun cızılmasına məhz iddiaçının səbəb olması və ümumiyyətlə həmin halla bağlı məhz iddiaçı barəsində şikayətçi olmaları məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Mübahisələndirilən əmrdə qeyd edilən digər hal iddiaçının qardaşının direktora hədəqorxu gəlməsi, təhqiredici ifadələr səsləndirməsi olmuşdur. Məhkəmə hesab edir ki, başqa bir şəxsin əməlinə görə iddiaçının məsuliyyətə cəlb edilməsi və bunun iddiaçının işdən azad edilməsi əsaslarından biri kimi göstərilməsi qanunamüvafiq olmamışdır. Mübahisələndirilən əmrin verilməsi əsaslarından biri kimi iddiaçının barəsində xx.xx.2024-cü il tarixdə töhmət və xx.xx.2024-cü il tarixdə şiddətli töhmət verilməsi haqqında əmrlər olmuşdur. Həmin əmrlər isə məhkəmənin yuxarıda gəlmiş olduğu qənaətinə əsasən ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Hazırkı iş üzrə cavabdeh tərəfindən ardıcılıq və məqsədyönlü şəkildə iddiaçının barəsində xx.xx.2024-cü il tarixli 74 saylı “töhmət verilməsi” haqqında intizam tənbehi, xx.xx.2024-cü il tarixli, 81 saylı “sosnuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” haqqında intizam tənbehi və xx.xx.2024-cü il tarixli 97 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərini qəbul etmişdir. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçının barəsindəki hərəkətlərlə qərəzlilik göstərdiyi qənaətinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-S-41874/2024 saylı məktubdan görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi, iddiaçıya son haqq-hesabın gecikdirilərək xx.xx.2024cü il tarixdə ödənildiyi məlum olmuşdur. Bu səbəbdən də, cavabdeh məktəbinin direktoru Nümayəndə4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq işçinin işdən çıxarkən on düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməməsi) maddəsinin tələblərin uyğun olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Bununla da, cavabdehin iddiaçının barəsində qərəzlilik göstərdiyi öz təsqini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmək müqaviləsi xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmrdə göstərilən bir çox hal öz təqdiqini tapmamış, əmrin verilməsi üçün əsas olmuş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əmrlər məhkəmə tərəfindən ləğv edilmiş, əmrdə müəyyən edilən hallara münasibətdə isə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdehin xx.xx.2024-cü il tarixli 97 saylı əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin işdən çıxarılma ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli, 74 nörməli “töhmət verilməsi haqqında” əmri, xx.xx.2024-cü il tarixli, 81 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” əmri və xx.xx.2024-cü il tarixli, 97 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin texnologiya müəllimi vəzifəsinə bərpa olunmalı, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək İddiaçı əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunduğu kimi, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli, 74 nörməli “töhmət verilməsi haqqında” əmri, xx.xx.2024-cü il tarixli, 81 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” əmri və xx.xx.2024-cü il tarixli, 97 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilsin. İddiaçı əvvəlki iş yerinə - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin texnologiya müəllimi vəzifəsinə bərpa olunsun, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək İddiaçı əmək haqqı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə aid edilsin və cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbindən 50 manat məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar