Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2142/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı maraqlı şəxs qismində Maraqlı şəxs2 cəlb edilməklə “miras qəbul edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı maraqlı şəxs qismində Maraqlı şəxs2 cəlb edilməklə “miras qəbul edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın- Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, 49 saylı evin, 1 saylı mənzilin 1/6 hissəsində mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1 xx.xx.2014-cü ildə vəfat etmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, 49 saylı evin, 1 saylı mənzili 7/12 hissədə qardaşı Maraqlı şəxs2 paylı mülkiyyətində, 3/12 hissədə Ərizəçi paylı mülkiyyətində, X1nın adına olan 1/6 hissədə isə açıq qalmışdır. O, hüquqi savadsızlığından mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına müraciət etməmiş, yalnız xx.xx.2022-ci ildə Bakı şəhəri 15 saylı Notariat Ofisinə ərizə vermişdir. Notariat ofisinin xx.xx.2022-ci il tarixli arayışı ilə bundan imtina olunaraq məhkəməyə müraciət etməyi bildirilrmişdir. O, faktiki olaraq miras əmlakı idarə etmiş, atasına və anasına özü baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O həmçinin bildirdi ki, mübahisəli əmlak əvvəl atasının adına olmuş, atası rəhmətə getdikdən sonra anasının adına keçmişdir. Onlar 3 uşaq olmuşlar. Anası 2014-cü ildə rəhmətə getmiş, ondan sonra həmin yerdə qardaşı Aruz qalırdı, qardaşı Süleymanov Ariz 2020-ci ildə rəhmətə getmişdir. Hal-hazırda qardaşı Maraqlı şəxs2 həmin evdə yaşayır. O, hazırda anasının açıq qalan ona düşən payını istəyir. Qardaşı Mübariz özü istəsə öz payını götürər. Mirası qəbul üçün notariat orqanına müraciət etmiş, notarus ona müddətin keçdiyini demişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizəni qəbul etmədiyini, anasının payının bacısına keçməsinə razı olmadığını bildirdi və ərizənin təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzildə fakyiki yaşayır və orada qeydiyyatdadır. Onun başqa yaşayacaq yeri yoxdur. Şəfaqət bacısı orada yaşamır, o, subay vaxtı orada qalmışdır. Ərizəçinin Xalqlar Dostluğunda evi var və orada qalır. Bacısının oğlanlarının da evləri var. Əvvəllər anası həmin mənildə yaşayırdı, ona o və onun yoldaşı baxırdı. Anası Şəfaqətə zəng edirdi ki, gəlsin, ancaq bacısı gəlmirdi. Həmin evin həyətini rəhmətlik qardaşı satmış, həmin vaxt o, bacısına Aruzun həyəti satdığını, gəlməsini demiş, o da qarışmadığını bildirmişdir. Ərizəçinin oğlu gəlib ona evi satmağı və pulu yarı-yarıya bölməyi təklif etmişdir. Əgər, əlinə pul düşsə, bankdan 5000-10000 manat pul götürüb nə vaxtsa hörmət edər ki, evdən əl çəksinlər. Lakin, hazırda onun imakanı yoxdur, ərizəçiyə pul versin. O işləmir, pensiya belə almır, ikinci dəfə ailə qurmuş, hazırda kəbinli yoldaşı işləyir. Onu və ailəni saxlayır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri 15 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, X5 tərəfindən xx.xx.2019-cu il tarixdə notarial qaydada miras qəbulu ərizəsindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 qalmış miras əmlakı qəbul etdiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi oğlu X3r və o, miras əmlakın 1/3 hissəsindən ½ hissədə irs almalıdır. Miras əmlak Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, 49 saylı evin, 1 saylı mənzilindən ibarətdir. Daha sonra X5 vəfat etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, 49 saylı evin, 1 saylı mənzilinin 7/12 hissəsi Maraqlı şəxs2, 3/12 hissəsində isə Ərizəçi payı müəyyən edilmiş, X4 adına olan 1/6 hissə isə açıq qalmışdır. Vərəsəlik işi açıldıqdan qaunvericiliklə müəyyən olunmuş müddət ərzində iddiaçı mirası qəbul etməsi ilə bağlı müraciət etməmişdir. Bakı şəhəri 15 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubu ilə vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: 10-cu bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Məhkəmə qeyd edir ki, Ərizəçi X1ndan qalmış miras əmlakı faktiki qəbul etdiyini bildirsə də, miras əmlaka faktiki sahibliyinin və ya həmin əmlak faktiki idarə etməsinin konkret olaraq nə də ifadə olunması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, maraqlı şəxs qismində Maraqlı şəxs2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mübahisləli mənzildə ərizəçi uzun müddətdir ki, yaşamır və subay ikən burada yaşamışdır. Hazırda özü həmin əmlakda yaşayır və ora faktiki sahiblik edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı maraqlı şəxs qismində Maraqlı şəxs2 cəlb edilməklə “xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın- Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, 49 saylı evin, 1 saylı mənzilin 1/6 hissəsində mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı maraqlı şəxs qismində Maraqlı şəxs2 cəlb edilməklə “xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın- Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, 49 saylı evin, 1 saylı mənzilin 1/6 hissəsində mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2142/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2142/2022
04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver