Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2152/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili- Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri 17 saylı Notariat Ofisi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1924-cü il təvəllüdlü X14 onun babasıdır. Babası, X10 ilə 20 avqust 1948-ci il tarixdə nikah bağlamış və bu nikahdan onların iki övladı- onun atası- X19 və onun bibisi- Maraqlı şəxs1 doğulmuşlar. O, babası- X14 və nənəsi- X10 ilə birlikdə, babasına məxsus- ünvan 1 ünvanında yaşamışdır. Mərhum babası X14 13 avqust 1991-ci il tarixdə Bakı şəhəri 4 saylı notariat kontorunda “Vəsiyyətnamə” yazaraq, mülkiyyətində olan ünvan 1 ünvanını ona vəsiyyət etmişdir. X14 27 fevral 2000-ci il tarixdə dünyasını dəyişdikdən sonra o, nənəsi ilə birlikdə ona vəsiyyət olunan evdə yaşamışdır. Nənəsi- X10 27 noyabr 2003-cü il tarixdə, atası- X19 isə 14 may 2019-cu il tarixdə dünyasını dəyişmişdir. Babası və nənəsi dünyasını dəyişdikdən sonra o, ona vəsiyyət olunan ünvan 1 ünvanına sahiblik etməyə və əmlakı idarə etməyə başlamışdır. O, hal-hazırda evin kommunal xərclərini ödəyir, təmir və bərpa işləri görür. ünvan 1 ünvanını öz adına sənədləşdirmək üçün 17 saylı Notariat kontoruna getmişdir. Orada bildirilmişdir ki, ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Çünki, o, qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddəti buraxmışdır və müddətin buraxılmasının üzürlü hesab edilməsinə dair və ya vərəsəliyin faktiki qəbulu ilə bağlı heç bir sənəd təqdim etməmişdir. 17 saylı notariat ofisinin notariusu Süleyman Məmmədov “Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” 02 aprel 2021-ci il tarixli qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, onun miras əmlakı qəbul etməyi faktı məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır. Buna görə də, o- Ərizəçi, babası- X11 məxsus- ünvan 1-dən ibarət mirası qəbul etmə faktının müəyyən edilməsi və bu faktın vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 verdiyi izahatında göstərdi ki, Ərizəçi onun qardaşı oğludur və ünvan 1 ünvanında doğulub, böyümüşdür. X14 və X6 rəhmətə gedənədək, İmaməli onlarla birlikdə yaşamışdır. Hazırki ərizənin təmin edilməsinə hər hansısa etirazı yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 17 saylı notariat ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda, məhkəmə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 17 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur, sonuncu ünvan 1 ünvanında doğulub, böyümüşdür. İmaməlinin babası rəhmətə gedəndən sonra o, nənəsi ilə birlikdə yaşamışdır. 2003-cü ildə nənəsi rəhmətə gedəndən sonra isə İmaməli, evlənib anasının yanına köçsə də, tez-tez həmin evə gəlib-gedir. Həmçinin qeyd etmək istəyir ki, sağ olarkən nənəsi və babası həmişə evi İmaməliyə vəsiyyət etdiklərini bildirirdilər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərdi ki, o, ustadır və hal-hazırda ünvan 1 ünvanını təmir edir. Ərizəçi qeyd olunan ünvanda doğulub, böyümüşdür. O, qeyd ünvanda təmir işləri zaman ev sahibi kimi yalnız Ərizəçi tanımışdır, başqa şəxsləri görməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ИЕ seriyalı, 050155 saylı evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X3 20 avqust 1948-ci il tarixdə evlənmişlər, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə, 184-63 nömrə ilə qeyd edilmişdir. Evlənmə qeyd ediləndən sonra ər “Əhmədov”, arvad isə “Əhmədova” soyadını götürmüşdür; - АЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 11 yanvar 1953-cü il tarixdə doğulmuşdur; - Vİ-ЖГ seriyalı, 412473 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə 11 iyun 1979-cu il tarixdə doğum haqqında akt qeydləri kitabında 804 nömrə ilə qeyd edilmişdir. X9, anası X13r; - 13 avqust 1991-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan X14, ölüm gününə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 2 ünvanında yerləşən mülkü nəvəsi Ərizəçi vəsiyyət etmişdir; - AZ-İ seriyalı, 551314 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 27 fevral 2000-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 mart 2000-ci il tarixdə 53 nömrə ilə qeyd edilmişdir; - AZ-İ seriyalı, 060461 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 27 noyabr 2003-cü il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 dekabr 2003-cü il tarixdə 1218 nömrə ilə qeyd edilmişdir; - Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi əvəzi tərəfindən verilmiş 25 noyabr 2005-ci il tarixli, 695 saylı arayışdan görünür ki, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi, ev 32 ünvanının BTİ və MHQİ-i tərəfindən iyun 1964-cü il tarixdə tərtib edilmiş texniki pasportu vardır. Həmin texniki pasporta əsasən X14 tərəfindən Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi, ev 32 ünvanında bir birmərtəbəli daş yaşayış evi, həyətyanı sahədə 2.5 kv/metr ayaqyolu tikmişdir. Birmərtəbəli daş yaşayış evinin birinci mərtəbəsi 22.5 kv/metr yaşayış otağından, 19.3 kv/metr bağlı eyvandan, 4.1 kv/metr dəhlizdən ibarətdir. Həyətin ümumi torpaq sahəsi 507.8 kv/metrdir. Hal-hazırda X14 vəfat etmişdir. (Ölüm haqqında şəhadətnamə AZ № 035365. Akt № 53. Verilmə tarixi 07.03.2000-ci il Sabunçu RİHB-nın Maştağa qəsəbə Nümayəndəliyi tərəfindən). Vətəndaş Ərizəçi hal-hazırda Bakı şəhəri, Q.Qarayev prospekti ev 51/57 mənzil 116-da pasport qeydiyyatındadır; - “X2 məxsus Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi, 32 saylı evin ilkin hüquqi qeydiyyata alınması haqqında” Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin başçısının 28 mart 2006-cı il tarixli, 168 saylı sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər Sovetinin 25 iyun 1976-cı il tarixli, 30/413 saylı “Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında”kı qərara uyğun olaraq, komissiyanın 01 mart 2006-cı il tarixli aktı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 30/756 saylı 28 yanvar 2006-cı il tarixli məktubunda Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi, 32 saylı evin ilkin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxaraq komissiya üzvlər qeyd etmişdir ki, 1958-ci ildə tikilmiş “A” yaşayış evinin 3 saylı tamburu genişləndirilərək 25,9 m2 şüşəbənd olmuşdur. “A” yaşayış evinə bitişik sahəsi - 28,5 m2 zal tikilmişdir. Həyətyanı torpaq sahəsində sahəsi - 12,6 m2 anbar, 8,1 m2 hamam, 17,5 m2 qaraj tikilmişdir. Torpaq sahəsi- 507,8 m2-dir. Evin 1964-cü ilin iyun ayında verilmiş texniki pasportu var. Yuxarıda qeyd olunanları və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 30/756 saylı 28 yanvar 2006-cı il tarixli məktubu nəzərə alınaraq, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində X2 məxsus sahəsi - 70,3 m2 üç yaşayış otağından, sahəsi - 25,9 m2 köməkçi sahədən, həyətyanı torpaq sahəsində sahəsi - 12,6 m2 anbardan, sahəsi - 8,1 m2 hamamdan, sahəsi - 17,5 m2 qarajdan ibarət olan yaşayış evinin 32 saylı ünvanda ilkin hüquqi qeydiyyata alınmaqla, qeydiyyat vəsiqəsi verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır; - AZ-İİ seriyalı, 018247 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 14 may 2019-cu il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 may 2019-cu il tarixdə 1021 nömrə ilə qeyd edilmişdir; - Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu S.Məmmədovun 02 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, Ərizəçi sənədləri təqdim edərək X1 nəvəsi olmasını və onun adına vəsiyyətnamə olmasını bildirmişdir. Ərizəçi qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddəti buraxmışdır və müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair və ya vərəsəliyin faktiki qəbulu ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Ərizəçi miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunvericiliyin tələbinə əsasən müddətin buraxılması izah edilmişdir. Ərizəçi tələbini dəyişməmişdir. Bununla əlaqədar, vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 27 fevral 2000-ci il tarixdə ölmüş X4 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi, 32 saylı ev miras qalmışdır. Mərhumun vəsiyyət üzrə vərəsəsi hazırki Ərizəçi olmuşdur. Ərizəçi 02 aprel 2021-ci il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək, mərhum babasına məxsus miras əmlaka vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür, miras üzrə vərəsəliyi sənədləşdirmək üçün mirasın qəbulu faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə iclasında müəyyən edildi ki, 27 fevral 2000-ci il tarixdə vəfat etmiş X14, hələ sağ ikən, yəni 13 avqust 1991-ci il tarixdə ölüm gününə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 2 ünvanında yerləşən mülkü nəvəsi Ərizəçi vəsiyyət etmiş, bu barədə vəsiyyətnamə tərtib olunaraq təsdiq edilmişdir. Bununla yanaşı, 27 fevral 2000-ci il tarixdə ərizəçinin babası X14 vəfat etdikdən sonra, o, babasının arvadı X10 ilə ona vəsiyyət olunan evdə yaşamışlar və sonuncu, 27 noyabr 2003-cü il tarixdə vəfat etmişdir. X1 qanun üzrə birinci növbədə iki vərəsəsi, mərhumun oğlu, yəni Ərizəçi X9 14 may 2019-cu il tarixdə vəfat etmişdir. X1 qanun üzrə birinci növbədə digər vərəsəsi isə mərhumun qızı hazırki iş üzrə Maraqlı şəxs1dır və o, məhkəmə baxışı zamanı Ərizəçi onun qardaşı oğlu olmasını, ünvan 1 ünvanında doğulub böyüdüyünü, onun valideynləri X14 və X6 rəhmətə gedənədək, ərizəçinin onlarla birlikdə yaşadığını bildirmiş, ərizəçidən qeyd olunan mirasla bağlı hər hansı pay tələb etmədiyini, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X8 27 fevral 2000-ci il tarixdə ölməsi ilə onun adına qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 32 saylı ev onun vəsiyyət üzrə vərəsəsi olan nəvəsi Ərizəçi tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, ərizəçi babası və nənəsi vəfat edənədək onlarla birlikdə həmin ünvanda yaşamış, bundan sonra da o, həmin ünvanda yaşamaqla miras əmlakı faktiki idarə etmişdir. Bu hal şahid ifadələri də nəzərə alınmaqla, işin mübahisəsiz halıdır. Mərhumun digər vərəsəsi olan hazırkı iş üzrə Maraqlı şəxs1 isə, qeyd olunan mirasla bağlı hər hansı pay tələb etməməsi ilə yanaşı, ərizəçinin qeyd olunan miras əmlakı faktiki olaraq qəbul etməklə idarə etməsini etiraf etmişdir. Ərizəçinin mirası faktiki qəbul edərək onu idarə etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır, ona görə məhkəmə belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi babası X4 miras qalmış əmlakı- Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi, 32 saylı evi - qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi babası X4 miras qalmış əmlakı- Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi, 32 saylı evi - qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2152/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2152/2021
09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver