Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2169/2019 17.07.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qıznın sədrliyi, Məhkəmə iclas katibi Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Nəzərova Eliza Cəbi qızına qarşı «pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işin materiallarına baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Nəzərova Eliza Cəbi qızına qarşı “pul tələbinə” dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Qurbanov Arif Əsəd oğlu Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov pr-ti ev 3, mənzil 25 ünvanda yaşayaraq, orada MMC tərəfindən quraşdırılmış “KATV1” xəttinə qanunsuz qoşulmuş və 22.09.2011-ci ildən 22.06.2012-ci il tarixədək (yəni 274 gün) xətindən istifadə edərək, MMC-yə 82 manat 20 qəpik məbləğində ziyan vurmuşdur (274 gün 30 qəpikdən= 82.20 manat). Həmin ziyanın, eləcə də, müqavilə əsasənda ona hüquqi xidmət göstərilməsindən ötrü onun tərəfindən “Ədalət-A” Hüquqi firmasına ödədiyi 150 manat vəsaitin, habelə, məhkəməyə iddia qaldırılmasına görə onun tərəfindən ödədiyi 20 manat dövlət rüsümünün cavabdehdən onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiklərinə baxmayaraq,, onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPMnin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.6.-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə ggəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.7.-cı maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə,işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “AG Telekom” Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdeh Nəzərova Eliza Cəbi qızına qarşı “pul tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2169/2019
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2169/2019
17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver