Məhkəmə qərarları › İş №2(007)-2173/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2173/2025

16.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2173/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Məhərrəmov Hı̇ kmət Hüseyn oğlunun, Cavabdeh "xxxx" QSC-nin vəkili və nümayəndəsi X3, nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edilməklə “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və əlavə iş saatlarına görə pulun, maddi və mənəvi zərərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh QSC-yə qarşı “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və əlavə iş saatlara görə pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinə əlavə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən qanunuyğun olaraq son 3 ilin, yəni 17068 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh QSC-dən 2019-cu ilin avqust ayının 3-də işə usta kimi götürülərək işləmiş və 2020-ci ilin yanvar ayının 23-də rəsmi müqavilə bağlanaraq əmək müqaviləsi rəsmiləşdirilmiş və əmək haqqı kartı verilmişdir. Əmək haqqı kartı verilməsinə baxmayaraq 1200 manat haqqının 634,36 manatını rəsmi olaraq kartına vururdular və qalan əmək haqqı isə şirkət tərəfindən bütün işçilərə əlbəəl verilirdi. Elə hesab edir ki, əmək haqlarının yarı hissəsini şirkətin karta ödəməsində məqsəd vergidən yayınaraq vergi və DSMF ödəməməsidir. Neçə illərdir adını çəkdiyi şirkət bütün işçilərin əmək haqlarını az göstərilməsindən ibarət deyil, bir neçə qayda-qanunlara əməl edilmədən Əmək Məcəlləsinin kobud şəkildə pozaraq işçiləri illərdir artıq işlədib işçilərin əməklərini istismar edirlər, əlavə işlədilən işçiləri aldadaraq artıq saatların pulu ödənilmir bu zərərçəkənlərin biri də odur, onun da 5 ildir şirkətdə çalışmağına baxmayaraq bir usta kimi əməyi istismar edilib. Neçə illərdir ki, Cavabdeh şirkəti onu məzuniyyətsiz işlədir və neçə illərdir artıq saat işlədərək artıq saatların pulu ödənilmir. İşlədiyi müddət ərzində rəhbərlikdən artıq işlədiyi saatların pulunu 5 ildə məzuniyyətin pulunu soruşanda ona bildirdilər ki, özü işdən çıxırsa onda raşot pulu hesablanıb veriləcəkdir. İşindən çıxmazdan öncə iş yerinə işdən çıxacağı barədə əvvəlcədən xəbər etmiş və Əmək Məcəlləsinin Maddə 68 və 69- cu maddələrini rəhbər tutaraq işinə xitam verməklərini və ona neçə illərdir ki, ödənilməyən məzuniyyət pullarını və artıq çalışdığı saatların pulunu istədiyi zaman pulların ödənilməyəcəyini bildirdilər. Elə hesab edir ki, konstitusion hüquqları və Əmək Məcəlləsində olan hüquqları pozulmuşdur. İşdən çıxan zaman ona şirkət tərəfindən 635,75 manat əmək haqqı və 883 manat ödəniş edilib, qalan 565 manat əmək haqqı ödənilməmişdir. İddia ərizəsinə qoşmalarda əlavə etdiyi sənədlərə nəzər saldıqda görünür ki, adı gedən şirkət tək ona qarşı deyil, bütün işçilərə qarşı qanunsuzluq edir. Şirkət tərəfindən onun kobud şəkildə pozulan hüquqlarının qorunması məqsədi ilə və hüquqlarının bərpa edilməsi üçün Azərbaycan Respublikasının Əmək Müfəttişliyinə müraciət etmiş, Əmək Müfəttişliyi tərəfindən araşdırılma zamanı nəticə olaraq ona rəsmi qaydada məktub ünvanlandı. Məktubda qeyd olunub ki, aparılan yoxlamaların dayandırılmasıyla əlaqədar 2015-ci il 20 oktyabr tarixli qərara əsasən qeyd etdiyi halların araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Həmin sənəd əsasında məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Aralarında olan mübahisənin həlli bir daha tapılmamış, o, yenidən Bakı 1 saylı Mediaysiya təşkilatına müraciət etmişdir ki, pozulan hüquqları bərpa olunsun mübahisələri öz həllini tapsın. Mediasiya işi araşdırmış və bir neçə gündən sonra ona bildirmişdir ki şirkət tərəfindən onun şikayətinin həll tapılması məqsədi ilə 2500 manat pulun ödənilməsi təklifi irəli sürülüb. xx.xx.2025-ci il tarixində Mediasiyaya zəng edib deyən Rəşad adlı şəxs Cavabdeh QSC tərəfindən ona təklif edilən 2500 manat pula razı olmamış və ona dəyən ziyan 5 ilin işlədiyi əlavə saatların pulu və 5 il ərzində çıxmadığı məzuniyyətlərin pulu ödənilməmişdir və ödənilmədən boyun qaçırırlar. Məhkəməyə sübut kimi şahidləri də gəlib təsdiq edə bilər ki, neçə illərdir ki artıq əlavə saat işləmiş və neçə illərdir ki, məzuniyyətə çıxmadan işləməyini sübuta yetirəcək hal şahidləri var. O bilir ki, qanunla 3 ilin pulu tələb oluna bilər, elə hesab edir ki, Cavabdeh QSC şirkəti məzuniyyət hüququ və məzuniyyətin əvəzinə kompensasiyanın verilməsi üçün Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissənə 3 mart 2006-cı il tarixli qanuna edilən dəyişikliklər əsasında illərcə məzuniyyətə çıxmayan işçilərə çıxdığı məzuniyyət günlərinə pul kompensasiyası ödənilməlidir. Elə hesab edir ki, 2020-ci il tarixindən 2024-cü il dekabr ayına qədər əlavə saatları və illərdir ki, çıxmadığı məzuniyyətin pulu ona ödənilməlidir. Qanuni qeydiyyata alındığı tarixdən işdən çıxdığı tarixə qədər hesablanılsa məzuniyyət pulu 6000 manat və neçə illərin əlavə saatlarına nəzər salsalar 18000 manat cəmi ümumilikdə (raşot) hesablaşmayla birgə cəmi 25000 manat pul edir. Amma qanuna nəzər son 3 ilin ödənilməmiş məbləği isə 17000 manat pul edir, İddia tələbində cavabdeh tərəfindən ona ödənilməli olacaq son 3 ilin 17000 manat pulun ona ödənilməsinə əsas son 3 ilin il ərzində 21 gün hesablanması (1200 əmək haqqı bölünsün 30.4-də =39.47x 21 günə = 828 manat 1 ilin məzuniyyət pulu vurulsun 3 ilə 2486 manat və 21 günlük şənbə bazar və qeyri iş günləri ilə birlikdə 3 il ərzində cəmi 21 gün 21x2 = 42x50 = 2100 manat) əlavə saatlar günə 2 saat əlavə işləmişdir. Ayda 20 günə vurulsa 40x1.5 = 60 saat aylıq saatı düşür 6.25 qəpik. Əlavə saatın pulu aylıq 375 manat edir, vurulsun 36 aya 1350 manat 2024-cü ilin dekabr ayının əl əmək haqqı 535 manat cəmi birlikdə 18586 manat edir. Şirkət tərəfindən 1518 manat ödənilmişdir. 18586 manat çıxılsa 1518 manat qalıq 17068 manat ona ödəniləcək cəmi məbləğdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə verərək bildirmişdir ki, onun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsinə baxmayaraq qanunvericiliyin tələbinə zidd olaraq əmək kitabçası ona qaytarılmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, əmək hüquqlarını tam şəkildə həyata keçirə bilmir, işə qəbul zamanı çətinliklərlə üzləşir. Cavabdeh QSC tərəfindən əmək kitabçasının ona qaytarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə əlavə barədə ərizə verərək bildirmişdir ki, cavabdeh "xxxx" QSC ilə əmək münasibətləri xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Əmək qanunvericiliyinə görə, işə xitam verilən gün bütün haqq-hesab işçi ilə aparılmalı, işçiyə məzuniyyət, əlavə saat, bayram və qeyri-iş günləri, eləcə də digər ödənişlər tam ödənilməlidir (Əmək Məcəlləsi, maddə 77). Lakin cavabdeh yalnız kart maaşını ödəyib, digər ödənişlər - ümumilikdə 17000 (on yeddi min) manat - verilməmişdir. Bu səbəbdən o, həm maddi çətinliklərlə, həm də mənəvi sarsıntılarla üzləşmişdir. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, pul öhdəliyi vaxtında yerinə yetirilmədikdə borclu gecikdiyi hər gün üçün dəbbə pulu ödəməlidir. 449-cu maddəyə görə dəbbə pulunun minimum məbləği əsas borcun 0,1%-i miqdarında müəyyən edilir. Əsas borc: 17000 manat olduğu üçün gündəlik dəbbə pulunun məbləği: 17 manat (17000 x 0,1%), hesablama müddəti: xx.xx.2025 xx.xx.2025 (254 gün) və ümumi dəbbə pulu: 17x254 = 4318 manat. Beləliklə, cavabdeh tərəfindən ona ödənilməli olan əsas borca əlavə olaraq 4318 manat dəbbə pulu da tutulmalıdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun şərəf və ləyaqəti zədələnmiş, psixoloji gərginlik yaranmış, ailə və sosial münasibətlərinə mənfi təsir göstərmişdir. Mülki Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq ona dəymiş mənəvi ziyanın ödənilməsi tələb olunur. Mənəvi ziyanın məbləğini 10.000 manat olaraq müəyyən edir. Qeyd olunanlara əsasən Cavabdeh QSC-dən onun xeyrinə 17000 manat əsas borcun tutulması, xx.xx.2025-ci il-xx.xx.2025-ci il müddətinə hesablanmış 4318 manat dəbbə pulunun cavabdehdən tutulması, ona dəymiş mənəvi ziyana görə cavabdehdən 10.000 manat məbləğin tutulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş bütün maddi və mənəvi zərərlərin ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə verərək bildirmişdir ki, 30 iyun 2025-ci ildən etibarən iş üzrə 6 iclas keçirilmişdir. Lakin cavabdeh tərəf müxtəlif bəhanələrlə - rəhbərliyin məzuniyyətdə olması, sənədlərin "hazır olmaması", işlə tanış olmamaları və s. - prosesi bilərəkdən uzatmışdır. İşçilərin gündəlik qeydiyyat imza jurnalları (şirkət loqosu ilə, hər gün səhər və axşam rəhbərlik tərəfindən yaradılmış WhatsApp qrupuna göndərilmiş); əmək haqqının həm kartla, həm də nağd ödənildiyini təsdiq edən "xxxx" yazışmaları və səsli mesajlar; Şirkətin baş mühasibi Mirsadiq Seyidov ilə maaşın nağd ödənilməsi barədə yazışmalar; Onun məzuniyyətdə göstərildiyi dövrdə faktiki işdə olmağını təsdiq edən imzalı jurnallar; Cavabdeh tərəfin vəkili məhkəmə iclasında onunla aşağlayıcı formada danışmış, küçə leksikonuna aid ifadələr işlədərək onu "işverən" adlandırmışdır. Bu, prosesi obyektiv müzakirədən yayındırmaq və məhkəmənin istiqamətini dəyişmək məqsədi daşıyır. Cavabdeh şirkətin əməkdaşları - Elman Babaşov və Aydə adlı şəxs – onunla əlaqə saxlayaraq, guya "bizim səndə videomuz var, sənə nə verilirsə götür, prosesi bağla" deyə şantaj və hədə-qorxu ilə çıxış etmişlər. Vergi Xidməti ona məktubla bildirmişdir ki, məhkəmə prosesi izlənilir və qərar əsasında cavabdeh tərəfin əmək haqqını qeyri-rəsmi ödəməsinə görə qanuni tədbirlər görüləcək. Bu, cavabdehin vergidən yayınma faktını təsdiqləyir. Cavabdeh tərəfin bilərəkdən prosesi uzatmasının qarşısının alınmasını; cavabdeh vəkilinin məhkəmə etikası qaydalarını kobud şəkildə pozmasına hüquqi qiymət verilməsini; saxta sənədin (onun adından yazılmış ərizə) sübutlar siyahısından çıxarılmasını və bu fakt üzrə prokurorluğa məlumat verilməsini; cavabdehin nümayəndələrinin (Elman Babaşov və Aidə) ona qarşı şantaj və hədə-qorxusunun araşdırılaraq cinayət işi üçün prokurorluğa göndərilməsini; Vergi orqanlarının mövqeyi nəzərə alınaraq cavabdeh şirkətin əmək haqqını qeyri-rəsmi ödəməsi və vergidən yayınması faktına hüquqi qiymət verilməsini; Əmək hüquqlarının tam bərpa edilməsini və ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə vəsatət verərək bildirmişdir ki, ekspertin rəyinə əsasən, mübahisə predmeti olan ərizələrin məzmunu, mətni, stilistik quruluşu və tarixləri ona- İddiaçı məxsus deyil. Ekspert açıq şəkildə müəyyən edib ki: sənədlərin yazı tərzi, mətndaxili ifadələri, statistik xüsusiyyətləri, şrift uyğunluğu, tarixlərin və məzmunun təqdim olunma forması ona aid deyil və tamamilə başqa şəxsin yazı xüsusiyyətlərini daşıyır. Bu nəticə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329-cu maddəsinə əsasən onu göstərir ki, iradə bəyanatı ona məxsus olmadığından həmin sənədlərin hüquqi qüvvəsi yoxdur. Ekspert yalnız "İddiaçı H." adının yazılışını və imzanı onun yazısı nümunələri ilə uyğun hesab edib. Ekspertin vurğuladığı nəticə ondan ibarətdir ki: sənədlərin yalnız üzərindəki ad və imza ona məxsusdur, amma mətn, tarix və ifadələr onun deyil. Bu o deməkdir ki, onun imzası ona aid olmayan mətnin üzərinə sonradan əlavə edilmiş, digər şəxsin tərtib etdiyi sənədlər onun adı ilə rəsmiləşdirilmişdir. Bu hal artıq CM-nin 320-ci maddəsi- sənədlərin saxtalaşdırılması əlamətlərinə uyğun gəlir. Ekspert rəyinə görə imza ilə məzmun arasında uyğunsuzluq var Hüquqi baxımdan sənəd yalnız o halda etibarlıdır ki, imza mətnə uyğun olsun, mətn imza sahibinin iradəsini ifadə etsin, bütöv şəkildə şəxsin öz hərəkət və iradəsini əks etdirsin. Ekspert rəyinə görə bu sənədlərdə məzmun ona aid deyil, tarixlər, yazı üslubu onun deyil, yalnız imza ona məxsusdur. Deməli sənədlər bütöv şəkildə onun iradə bəyənatımı əks etdirmir və hüquqi dəyərdən düşür. Qarşı tərəfin “imza sənindir, sən yazmısan” iddiası ekspertiza ilə tam çökdürülür. Ekspert rəyi göstərir ki, imzanın ona məxsus olması, sənədin onun tərəfindən tərtib edilməsi demək deyil, əksinə, mətn ona məxsus olmadığı üçün imzanın sənədə sonradan əlavə olunduğu ehtimalı güclüdür. Bu isə sənədin qəsdən saxtalaşdırılması əlamətidir. Bu səbəbdən qarşı tərəfin vəkilinin "imza var, deməli sən yazmısan" arqumenti elmi əsaslarla tam təkzib edilir. Ekspertiza rəyinin nəticələrini nəzərə alaraq mübahisə predmeti olan iki sənədin hüquqi qüvvədən məhrum edilməsi (çünki iradə bəyanatı ona aid deyil və məzmunun müəllifi başqa şəxsdir), sənədlərdə saxtakarlıq əlamətlərinin olduğu barədə ayrıca hüquqi qiymət verilməsi, qarşı tərəfin bu sənədlərə istinad etmə hüququnun məhdudlaşdırılmasını (çünki ekspert rəyinə görə onlar etibarlı sübut hesab oluna bilməz) və vəsatətin təmin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə ərizə verərək bildirmişdir ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisə təkcə əmək hüquqları çərçivəsində deyil, Cavabdeh QSC-nin hərəkətlərində açıq-aşkar cinayət və inzibati hüquq pozuntuları əlamətləri mövcuddur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində aydın və qəti şəkildə göstərilmişdir ki: sənəddə olan imza ona məxsusdur; lakin sənəddəki mətn və doldurulmuş hissələr ona məxsus deyil; sənəd imzalandıqdan sonra doldurulmuş və dəyişdirilmişdir. Bu hal rəsmi sənədin saxtalaşdırılması faktını təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən rəsmi sənədlərin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır və bu faktın prokurorluq tərəfindən ayrıca araşdırılması zəruridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki: təkcə ona deyil, şirkətin bütün işçilərinə əmək haqqının bir hissəsi bank kartı ilə, digər hissəsi isə nağd ("əldən") şəkildə ödənilmişdir. Bu hallar Əmək Məcəlləsinin 154,155 və 173-cü maddələrinin, Vergi Məcəlləsinin, məcburi dövlət sosial sığorta qanunvericiliyinin kobud və sistemli şəkildə pozulmasıdır. Bu, artıq fərdi deyil, kollektiv hüquq pozuntusu olmaqla yanaşı, vergi və sosial sığorta öhdəliklərindən yayınma əlamətləri daşıyır və Cinayət Məcəlləsinin 213-cü maddəsi kontekstində qiymətləndirilməlidir. Qeyd olunan pozuntuların dövlət orqanları tərəfindən də ciddi risk kimi qiymətləndirildiyini məhkəmənin diqqətinə çatdırır. Belə ki, göstərilən faktlarla əlaqədar olaraq vergi orqanları tərəfindən ona rəsmi məktub ünvanlanmış, həmin məktubda Cavabdeh QSC-də əmək haqlarının ödənilməsi forması, gəlir vergisi və məcburi dövlət sosial sığorta ayırmaları, faktiki iş vaxtı ilə rəsmi uçot arasında uyğunsuzluqlar nəzarətə götürülmüş və araşdırma predmetlnə çevrilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.4 və 16.1.5-ci maddələrinə əsasən, vergi orqanları vergi öhdəliklərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək və pozuntular aşkar etdikdə hüquqi tədbirlər görmək səlahiyyətinə malikdir. Bu fakt onu göstərir ki, cavabdehin hərəkətləri təkcə subyektiv iddialara əsaslanmır, dövlətin səlahiyyətli orqanları tərəfindən də obyektiv hüquq pozuntusu əlaməti kimi qiymətləndirilmişdir. O və digər işçilər faktiki olaraq: həftəlik 40 saatdan artıq işlədilmiş, artıq iş vaxtı rəsmiləşdirilməmiş, əlavə əmək haqqı ödənilməmişdir. Bu hallar Əmək Məcəlləsinin 89, 90 və 165-ci maddələrinin pozulmasıdır. Şirkət nümayəndələri Elman Babaşov və Aydə adlı əməkdaş tərəfindən mənə birbaşa olaraq: "Sənin barəndə bizdə video var", "Sənə nə verilirsə götür, şirkətdən çıx get" ifadələri ilə təzyiq və hədə-qorxu tətbiq edilmişdir. Bu hallar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb), CMnin 156-cı maddəsi (şəxsi həyat toxunulmazlığı), Əmək Məəclləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb), CM-nin 156-cı maddəsi (şəxsi həyat toxunulmazlığı), Əmək Məcəlləsinin 12-ci maddəsi əlamətlərini özündə ehtiva edir. Cavabdeh sənəd saxtalaşdırmış, əmək haqqını gizlətmiş. işçiləri qanunsuz işlətmiş, vergi və sosial öhdəliklərdən yayınmış, hədə-qorxu və psixoloji təzyiq tətbiq etmişdir. Bu hallar təsadüfi deyil, sistemlidir və İctimai təhlükəli xarakter daşıyır. Yuxarıda göstərilən faktlar cinayət və inzibati hüquq pozuntusu əlamətləri daşıdığı üçün bu hallara xüsusi hüquqi qiymət verilməsini, iş materiallarının Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini, Cavabdeh QSC-nin hərəkətlərinin hüquqdan sui-istifadə kimi qiymətləndirilməsini, tərəfindən irəli sürülmüş tələblərin təmin olunmasını xahiş etmişdir. İddia tələbinə qarşı etiraz: Cavabdeh "xxxx" QSC-nin vəkili və nümayəndəsi X7 tərəfindən elektron qaydada xx.xx.2026-cı il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilərək mülki iş üzrə əmək qanunverciliyinə əsasən işə götürənə qarşı pul tələbinə dair iddia müddətinin tətbiq edilməsini, eyni zamanda İddiaçı iddiasının qanunusuz və əsassız olmasını nəzərə alıb tam rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır, ancaq onlar günlük olaraq ay, il ərzində 1-2 gün iş buraxır, iş buraxdıqları dövr üzrə məhkəməyə təqdim edilən məzuniyyət ərizəsinə imza atıb, şirkətin nümayəndəsi ilə ofisə göndərirdilər. Ay ərzində 2-3 dəfə boş imza atdırırdılar ki, gələ bilməyəndə maaş kəsilməsin. Ərizə şirkət nümayəndəsi tərəfindən yazılırdı. Onun şirkətdə məzuniyyətə çıxdığı hal o vəziyyətdə olurdu ki, məsələn o, 2019-cu ilin sentyabrın 11-də işdən qalmış, bir gün işləmədiyi üçün imza çəkdirib məzuniyyət kimi yazıblar, onu da məzuniyyətdən yox, əlavə işlədiyi bayram və bazar günündən çıxıblar. 2024-cü ildə hazırki işi ilə bağlı get-gəl etdiyinə görə 3 gün işdən qalmış, onu da qeyri-rəsmi olaraq məzuniyyətdən çıxırdılar. Ona rəsmi məzuniyyət verilməyib. İlin 12 ayı üzrə 3 gün işdən qalmışdırsa, 1 gün ərizə yazdıraraq əlavə iş saatlarından çıxıblar. İddia ərizəsində qeyd etdiyi kimi 2019-cu ilin avqustun 8-dən etibarən cavabdeh şirkətə işə qəbul edilmiş, 2020ci ilin yanvarında rəsmi müqavilə bağlanılıb, həmin günə kimi qeyri-rəsmi işləmişdir. Onun əmək müqaviləsinə xx.xx.2025-ci ildə xx.xx.2025-ci il tarixli işdən azad olması barədə verdiyi ərizəsi əsasında xitam verilmişdir. Onun adını xx.xx.2025-ci il tarixində portaldan çıxarıblar. O, məhsuldar, nümunəvi işçi olmuşdur. O, rəsmi sənəd üzrə usta işləyirdi, son 2-3 il idi ki, qeyri-rəsmi olaraq briqadir olaraq çalışmış və tabeliyində işçilər olmuşdur. O, əvvəl müəssisədə usta kimi işləmiş, mexanikin işlərini görmüş, qazanxana, kondisioner işləri və müəssisənin fəaliyyəti üzrə usta olmuşdur. O, işə həmişə vaxtlı-vaxtında gedibgəlmiş, barəsində töhmət, işində nöqsanı olmamışdır. Bu pulları vaxtilə tələb etmiş, ona işdən çıxan vaxt hesablanıb hamısı veriləcəyi bildirilmişdir. Onlarda əmək haqqının bir hissəsi kart, bir hissəsi isə nağd şəkildə əlbəəl verilirdi. Qarşı tərəf etdiyi ilə həm özlərinə pul güdür, həm də onun sosial pensiya fonduna müdaxilə edir. Əmək haqqını belə vermələrinə səbəb vergidən yayınmaq istəkləri olub, belə ki, bu proses həmişə belə olub, hal-hazırda da həmin müəssisədə işləyən əlaqəsi olan şəxslər də bildirirlər ki, bu proses davam edir. Ona əlbəəl verilən əmək haqqısının bir hissəsini verməyiblər. Belə ki, ona qeyri-rəsmi 1200 manat olan əmək haqqısından 634 manat karta, eyni zamanda 883 manat yüklənilmiş, o da bununla bağlı qarşı tərəfdən soruşanda ona konkret bir şey bildirilməmiş, 883 manatın verilməsini də əsaslandırmamışlar. O, 883 manatı əvvəlki ilin kompensasiyası, 635 manatı da əmək haqqı kimi qəbul edir. İş saatı saat 09:00-dan 17:00-a qədər olduğu halda o, 08:00-dan saat 18:00-a qədər işləmişdir. Şənbə-bazar günlərini çıxdıqdan sonra hər gün 2 saat işlədiyini toplayanda 20 gün edir, 20 günü də hər gün 2 saatın artıq saatlarına vurur. 21 gün onun normal işlədiyi günlərdir, belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına və Əmək Məcəlləsinə uyğun olaraq şənbə və bazar günləri qeyri-iş günləri olduğu üçün əmək haqqı 2 qat hesablanır. Ona görə əmək haqqını iddia tələbində 2 qat hesablamışdır. 50 manat onun günlük əmək haqqısı, bir saatın pulu 6,25 manatdır. İndiyə qədər ödənişləri 1,5-lə hesablanıb. Qanunvericlikdə də qeyd edilib ki, ən azı razılaşma əsasında 1,5 götürülməlidir. 40 saatı 1,5-ə vurmayıb, 40 saatı saxlayıb 6,25 qəpiyi 1,5-ə vurub alınan məbləği yenə 40 saata vurub yenə axırda həmin məbləği almışdır. O, Aidə xanımın bildirdiyi adamlarla ezamiyyətə getməmiş, ancaq Rahim bəylə ezamiyyətə getmişdir. Onların "xxxx" qrupları da olmuşdur. Son haqq-hesab barədə soruşduqda isə onu əlbəəl verəcəklərini bildirsələr də onu da verməmişdirlər. O, hər il qanunvericiliyə uyğun olaraq şöbə müdiri və mühasibatlığa deyirdi ki, məzuniyyət pulu ödənilsin, məzuniyyətindən istifadə etsin, qazancını qazansın. Onlar isə həmin vəsaitin ona işdən çıxdıqdan sonra pul şəkilində ödəniləcəyini bildirirdilər, o da vəziyyətlə əlaqədar razılaşıb işləmişdir. Ona cavabdeh şirkət tərəfindən bir il ilə bağlı məzuniyyət ödənişi olmuş, oradan işdən çıxanda axırda əl maaşı ona verilməmişdir. O, işdən çıxanda hesablamanı soruşanda onu yayındırırdılar, müəssisədən ona bildirildi ki, məzuniyyət 16 gündən hesablanır. O, müəssidə də qanunvericilikdə 16 gün məzuniyyətin hesablanmasına dair əsası göstərmələrini bildirmişdir. Çünki o bilir ki, qanunvericilikdə usta-fəhlə heyəti üçün məzuniyyət müddəti minimum 21 gün nəzərdə tutulur. Məzuniyyət pulu 12 ayın gəliri hesablanaraq 30,4-ə bölünür, ən azı 20 günə vurulur. Bununla ona 14000 manat verilməli idi. Qanunvericilikdə var ki, son 3 il qüvvədə olmalıdır, ona görə son 3 ilin məbləğini tələb etmişdir. Bundan əlavə o, qanunvericilikdə nəzərdə tutulan həftəlik 40 saatdan artıq işləmiş, bayram vaxtları və bazar günləri də əlavə işlərə çağırılmış, şəhərdə başqa obyektlərə, Fizuli rayonuna göndərilmişdir. Cavabdeh tərəfdə də bununla bağlı təsdiqlənmiş sənədlər vardır. Onun iş saatı saat 08:00-dan 18:00-a kimi olub, ona şöbə müdiri və aidiyyəti şəxslər tərəfindən işdən çıxanda bunların hamısının pul şəklində veriləcəyinə dair vədlər verilib. 2024-cü ilin axırıncı ayı “Cop 29” tədbirinə düşdüyü üçün elə olurdu ki, gecə saat 2-ə kimi işləyirdi. O, məktəbə qəbul ediləndə şirkətə yaxınlaşıb ehtiyat məzuniyyətinın yığılması, lazımdırsa ondan istifadə etməsi barədə bildirmişdir. Şirkət ona ehtiyac olmadığını, öz aralarında razılaşaraq dərsdən sonra gəlib işə davam edəcəyini bildirmişdir. Hər gün dərs olmurdu, elə olurdu ki, qeyri-iş günü olduğu üçün dərs olmurdu. O, şirkətlə vaxtilə razılaşmışdır. Cavabdehin indi razılaşmaması ilə bağlı olan hərəkəti qeyri-adekvatdır. O, şirkətə çox can yandırmışdır və bilməzdi ki, bu qədər can yandırmağa və səmimiyyətinə görə bu vəziyyətə gəlib düşə bilər. O, qarşı tərəf tərəfindən verilən bir günlük əmrə də inanmışdır ki, kimə haqsızlıq etsələr də, ona qarşı etməzdilər. Elə olub ki, 2019-cu ilin sentyabr ayında 1 gün, noyabr ayında 2 gün işləməmiş, buna görə də ərizəni inanıb yazmışdır. O, bir dəfə belə olsun polis bölməsinin qapısına getməmişdir. O, yerdə qalan 3 il üzrə məzuniyyətini istəyir, ondan əvvəl olan illəri qanunvericiliklə istəyə bilmir, tədrisdə olduğu vaxtı şirkət onun əvvəlki illərində istifadə etmədiyi məzuniyyəti ilə əvəzləşdirsin. O, nə qədər alacağı var idisə hamısını məzuniyyət ərizəsində qeyd etmişdir. Bundan da belə çıxır ki, onun ərizəsini qəbul etməyiblər. O, işdən çıxanda birinci kadrlar şöbəsinə yaxınlaşmış və etik normalarının hamısını gözləmişdir. Ona verilən pul onu qane etmirdi, onun hesabı ilə ona daha çox verilməli idi. 22 dekabr günü 08:00-dan 18:00-a kimi işlədiklərini, 18:00-22:00, hətta 24:00-a kimi giriş-çıxışı bir dəftərə qeyd edirdilər. Səhər saat 8-dən saat 08:10-a kimi kitabların şəklini çəkib atardılar. Həmin qrupda hamısı qeyd edilirdi. Hamısı məhkəməyə təqdim etdiyi yazışmalarda da mövcuddur. O, özəl şirkətlərə müdaxilə edilməsinə dair Əmək Müfəttişliyinə müraciət etmişdir. Qarşı tərəf hal-hazırda onun yeni iş yerini axtarır. Ona videosunun olduğunu bildirərək hədə-qorxu gəlmiş, lakin həmin videonun nə ilə bağlı olmasını bildirməmiş, o da bununla bağlı prokurorluq orqanlarına yazılı qaydada müraciət etmişdir. Onun nə ilə bağlı videosinun olduğunu demirlər, Aidə xanım da, Elman Babaşov adlı şəxs də ona zəng edirdi, hətta Elman Babaşov zəng edib bildrmişdir ki, ərizəni geri çəkməsə bu ona baha başa gələcəkdir. O da problem olmadığını bildirmişdir, çünki videonun nə olması ona da maraqlıdır. 2015-ci ildə Cənab Prezidentin fərmanı var ki, özəl şirkətlərdə yoxlama dayandırılsın. O, Əmək Müfəttişliyinə müraciət etmişdir. Onunla bağlı şirkətə sənədlərin təqdim edilməsinə dair sorğu göndərdiklərini, sənədlər təqdim ediləndən sonra baxılacağını bildirdilər, şirkət də sənədləri vermədiyi üçün bu məsələyə baxmadılar, ona buna dair sənəd verildi. Daha sonra o, Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya təşkilatı Rəşad adlı vəkil ilə danışmış, o isə bildirmişdir ki, 2500 manat pul təklif edir, əgər ona pul vermək fikirləri yox idisə, bu 2500 manatı ona hansı əsasla təklif edirlər. O da razılaşmamış və bildirmişdir ki, qanuni şəkildə məhkəməyə müraciət edəcəkdir. Çünki ona ödənilməyən məzuniyyət pulunu hesabladıqda məbləğ artıq gəlib çıxır. O, mediasiyada razılaşmadığı üçün prokurorluğa yazılı qaydada müraciət etmiş, prokurorluq da vergi orqanına göndərmiş, prokurorluqdan hələ cavab verilməmişdir. Ona 700 manat maaş göstəriblər. Qeyri-rəsmi maaşı da göstərsinlər. Mübariz Ağayev adlı direktor müavinin qəbulunda olmuş, telefonla da zəng etmiş, çöldə də görüşmüş və o, ondan ona çatmalı olan pulunun verilməsini xahiş etmiş, həmin şəxs kobud danışmamış, onun adından danışmasını, pulunu verəcəklərini bildirmişdir. O, Aidə xanımın otağına getmiş, Vüqar ona demişdir ki, axşam ərizəni geri götürsün, pulu verəcəklər. Aidə xanımın danışdıqları yalandır, o, Aidə xanımı iki dəfə Sarabski layihəsində sahədə görmüş, ora gəlib orada işçilərin hüquqlarını qorumaq əvəzinə şirkətin mənafeyini güdmüşdür. Həmin şirkətin işçilərinin qaldıqları yer, yeməkləri, əmək haqları da pis vəziyyətdədir. Ezamiyyə ilə bağlı bildirir ki, ezamiyyə məsələsi qanuna uyğun hesablanmayıb, o, Şuşada, Fizulidə işləməsi üçün işə götürülməmiş, Bakıda işləyəcəyi üçün işə götürülmüş, hər ezamiyyə gedəndə ən çox getdiyi rayon Ağsu rayonu olub, hər gedəndə də ezamiyyə idarəsinə imza çəkmiş, yemək, yatma, maşın ilə təmin edilib. Əlavə işlərə də çağırılmış, Hacıyev Hacı adlı şəxs bayram və bazar günlərini ümumi olaraq 21 gün qeyd etmişdir, ancaq 21 gün deyil. Onlarda ezamiyyə və iş vaxtından artıq işlərlə bağlı gündəlik dəftərlər var, lakin müəssisənin həmin dəftərlərində möhür yoxdur. Bu dəftərlər ona verilib və onda qalıb. Bu dəftərləri aparmaq səlahiyyəti ona verilmişdir. Hacı Hacızadə adlı yoldaş onlara kitabı təqdim edirdi, götürüb gedir, sahə üzrə gəzdikləri ərazi üzrə adlarını qeyd edirdilər, bu səhər saat 8-də yazılırdı, imzalanırdı, müəssisə, təhlükəsizlik şöbəsi də imzalayırdı. O, səhər saat doqquza 10-15 dəq işləmiş ofisə göndərirdi ki, işçilər gəliblər və onun tabeçiliyində işləyirlər. Axşam saat 18:00-da qrupa göndərirdi, o qrupda işçilər var idi, o, qeyri-qanuni heç bir iş görməmişdir. Bu məhkəmə məsələsindən sonra bu kitablar ləğv edilib, üz tanıma aparatları bütün layihə üzrə qoyulub. Hər gün 2 saat artıq işləmişdir. O, işdən çıxanda Yana adlı xanım var idi, ondan bir dəfə əmək kitabçasını istəmiş, işdə olmadığını, daha sonra Orxan müəllimin olmadığını, o gələndə verəcəklərini bildirmişdir. Keçən dəfə xx.xx.2025-ci il tarixdə rəsmi müraciət edəndən sonra Rəşad bəy bildirmişdir ki, yaxınlaşıb götürsün. Ondan sonra ona 27 avqust 2025-ci il tarixli məktub göndəriblər ki, əmək kitabçasını yaxınlaşıb götürmədiyi üçün aktlaşdırıblar. Belə bir sual olunur ki, məhkəməyə təqdim ediləndən sonra məktub göndərirlər. O, indi dövlət işində işləyir, əmək kitabçasının olmaması məzuniyyətinin hesablanmasına maneə olur. O, əmək kitabçasının götürülməsindən imtina etməmişdir. Məzuniyyəti cavabdeh tərəf ağlına gələn kimi hesablayıb. Aidə xanımın dedikləri yalandır, o, əmək kitabçasını təqdim edə bilmədiyi üçün məzuniyyətinin və stajının hesablanmasında problem yaranıb. Ona əmək kitabçasını götür deyiblər vaxt desinlər gedib götürər. Cavabdehin vəkili-nümayəndəsinin dedikləri fikir yayındırır. Cavabdehin təqdim etdiyi qrafiklər saxtadır. Onu sistemdə məzuniyyətə çıxmış kimi göstərə bilərlər, ancaq o, məzuniyyətə çıxmamışdır. Cavabdeh müəssisədə öz haqqını tələb edən işçi olanda ərizəni yazıb işdən çıxmaları qeyd edilirdi. O, iş buraxan bir işçi olmamış, əlavə saatlarda özü də ehtiyacı olduğu, işə də tələbat olduğu, məsuliyyətin altında qalmamaq üçün işləmişdir. O, 2023-cü ilin yayında müəssisəyə müraciət etmiş, ona bildiriblər ki, Vilayət adlı şəxs yoxdur, sonra gəlsin, sonra da gedəndə ona 90 manat vermişlər. İşə girməzdən əvvəl Vasif adlı şəxslə danışıb getmişdir. Hacı demişdir ki, premya da alacaq, ancaq bir dəfə premya almışdır, onu danmır. Onun müqaviləsində şənbə günləri saat 12:00-a qədər işlədiyini nəzərə alıb, iş vaxtının saat 09:00-dan saat 17:00-dan olduğunu bildiyi üçün həmin müddət ərzində işləyəcəyini bildirmişdir. Cavabdeh tərəf onun onlara olan inamından sui-istifadə edib. O həmçinin qeyd etdi ki, Mövsüm İbrahimli adlı şəxsə təhsil aldığını bildirəndə ona oxumasına şərait yaradılacağını bildirmişdir. Təhsil müddətində mart ayının 1-də onu praktikaya buraxıblar, o, özü direktora yaxınlaşıb demişdir ki, işlədiyi üçün işlədiyi yerdə praktikasını həyata keçirsin. Həm peşə məktəbinin məktubunda, həm də gündəlik dəftərlərdə qeyd edilənlər hər ikisi düzgündür. O, peşə təhsilini X4 Agentliyi nəzdində Sumqayıt şəhərində Peşə təhsili Mərkəzində 2022-ci ilin sentyabr ayında oxumağa başlamış, bir il təhsil almışdır. O, məktəbdə oxuduğu vaxt üçün ərizə təqdim etmiş, dərslərdə də iştirak etmişdir. O, sahədə iştirak etdiyi üçün ona güzəştlər edilirdi, o da müəllimlərdən, tələbə yoldaşlarından proqramı götürmüş, oxuyub hazırlaşıb imtahan vermişdir. O da təhsil alması ilə bağlı müraciət etmiş, ərizə ilə imtahana getməyi barədə ərizə isə verməmişdir. O, iş saatları, imtahan saatları barədə rəhbərliyə məlumat vermişdir. Dərs saat 09:00-dan 16:00-a kimi olmuşdur. Təhsil alması şirkət tərəfindən qarşılıqlı razılaşma əsasında olmuş, qarşılıqlı razılaşma ilə dərslərdə iştirak etmiş, dərslərdən sonra gəlib işinə davam etmişdir, mühəndis və rəhbər heyətinin hamısının bundan xəbəri olmuşdur. Məktəbdən də təhsili ilə bağlı arayış almış, gətirib şirkətə təqdim etmişdir ki, təhsil məzuniyyəti bərpa edilsin, təhsil məzuniyyəti götürüb dərsinə davam etsin. Qarşı tərəf bunun uzun proses olmasını, çox vaxt aparmasını, ona görə öz aralarında razılaşmalarını, təhsilini davam edib dərsdən sonra gəlb işinə davam etməsini bildirmişlər. O, əyani təhsil almışdır. Əlavə saatlar kimi gündüz dərsinə gedib axşam gəlib onun yerinə işləməyi kimi aralaırnda razılıq olmamışdır. Onun təhsil müddəti sentyabrın 15-də başlayıb iyunun 14-də dayanıb. Onların tətilləri, bayram, bazar günlərinin sayı məlumdur, ancaq bunun onun gördüyü iş ilə əlaqəsi yoxdur. O, günortaya qədər işdə olmamış, ancaq əmək haqqısı ödənilmiş, bu hal da müəssisə ilə razışlaşdırılmışdır. O, cavabdeh şirkətdən arayış alıb məktəbə vermiş, məktəb onu stajor vermişdir. Novruz bayramından sonra stajor kimi göndərilmiş, praktika ilə bağlı sahədə olmuş, dərslər keçirilmirdi praktikada olmuşdur. 2024-cü ilin iyunun 30-da dövlət imtahan olub, dövlət imtahanında iştirak etmişdir. Təhsil müəssisəsindən sənəd alana kimi diplomu təqdim etmişdir. 2022-ci ilin noyabr ayında şirkət onu məzuniyyətdə göstərib. Kitablar var ki, bunlar hər şeyi təsdiq edir. Kitablarda şirkətin loqosu var. Bu kitablar şəxsən ona şirkət tərəfindən Hacı Hacıyev adlı şəxs tərəfindən təqdim edilib. Hansı ki, o, indi işdən çıxıb. Tək ona yox, briqadirlərə tək-tək təqdim edilirdi. Onlar da götürüb sahəyə aparırdılar. Haradansa kitabları çap etdirdiyini deyirlər, ancaq bunları elektron formada necə çap etdirsin. Vaxt var idi, kitabların onlara aid olmadığını deyirdilər, sonra o, sübut edəndən sonra kitabları arxivdən oğurladığını deyib onu oğru çıxardılar. Cavabdeh şirkət dövlətə ianə formasında quruculuq işləri aparmır. İşinə görə pulunu alır, bağışlamaq kimi bir iş görmür. Cavabdehin 3 məhkəmə işi var. “Arb” telekanalında da göstərirdilər ki, işçilər cavabdehə etiraz edir. Vəkilin bildirdikləri bir-birini təkzib edir. O, 2022-ci ilin noyabrın 1dən 25-nə kimi işdə olmuş, halbuki qarşı tərəf həmin vaxt məzuniyyətdə olmasını bildirmişdir. Rəşad müəlim şahid Mehmanın soyadını səhv deyir, o Babaşov Mehmandır, Mehmanla onun ümumiyyətlə axırıncı telefon danışığı 2025-ci ilin yanvarın 9-da videogörüntüsünün olmasını bildirməsi ilə bağlı olmuş, həmin vaxtdan o, Mehmanla qarşıqarşıya gəlib danışmamışdır. Şahidlər nə hədə-qorxuya tabe olası, nə də uşaq deyillər. O, şahidlərin siyahısını öyrənəndən sonra şahidlərin kimlər olmasından məlumatlı olmuş, bundan bir az keçəndən sonra onlardan 2 nəfər ona zəng edərək ona and vermişdirlər ki, onların xəbəri yoxdur, onları adını ora xəbərsiz qeyd ediblər, X11 Kəlbəcərdə deyil Bilgəhdədır. Heydərov Qasım ona zəng edib iş ilə əlaqəsi olmadığını, işdən çıxarılsa belə şahid kimi məhkəməyə gəlməyəcəyini bildirmişdir. Şahidlər gəlib düz şəkildə izahatlarını versinlər. Vəkilin ona böhtan atmağı ona yaraşmır. Telefon zənglərini göstərə bilər ki, iş yoldaşları ilə şahid qismində təqdim etməsələr də tez-tez danışır. Onların qrupu var. Onda olan ofis daxili məlumata görə Babaşov Elman şahid kimi ifadə verməyə ciddi şəkildə etiraz edib, Aidə xanımla onun xəbəri olmadan onu şahid qismində yazmalarına, məhkəməyə şahid kimi gəlməyəcəyinə görə ciddi mübahisə aparıb. Yəni bu cür mübahisə aparan şahidlər zəif adamdırlar ki, onun təsiri altına düşüb məhkəməyə gəlməyəcəklər? Elə təsir altına düşəndilərsə şirkət hara desə aparar, onlar da gedərlər. Vəkilin təqdim etdiyi şahidlər xəbərsiz olublar, vəkil instituna layiq addım atıb, xəbəri olmadan şahdləri şahid kimi təqdim ediblər. Hazırda təqdim edilən şahidləri tanıyır, onla işləyiblər, Hüseynağa onun yanında fəhlə olub, Vasif Qocayevi 2024-cü ilin yanvar ayından tanıyır, ondan qabaq onlarda işləyib, Məmmmədov Mehman da o, şirkətdə işlədiyi dövrdə orada işləyib, servisdə dənizdə olub. Mehman Məmmədov onunla 1 il birlikdə, 6 ay da onun tabeçiliyində işləyib. 2021-2022-ci ildən bəri Hüseynağa onların yanında fəhlə işləyib. O, şahid Vasif müəllimi 2024-cü ilin yanvar ayının 4-ü tanımış, taki 2024-cü ilin noyabrın 4-nə kimi “Sarabski Hilton” layihəsində 9-10 ay birlikdə işləmişlər. Yəni onlar birlikdə 2 il işləməmişlər. Sonra Bilgəhə getmiş, heç 1 ay çəkməyib ərizəsini yazıb işdən çıxmışdır. Vasif müəllimin də bildirdiyi kimi hara göndəriblərsə getmiş, şənbə-bazar günləri də işləmişdir. 2024-cü ilin dekabr ayı üçün 535 manat əl pulu almamışdır. Qocayev Vasif mühəndis köməkçisi deyil, kiminsə tapşırığı ilə gəzir, nə sahədən xabəri, anlayışı var, şahid təsir altında gəlib. Vasif müəllimin oğlu yoxdur, 2 qızı var, ailənin başçısı odur. O, şahid olaraq Qoşqarı, Şaiqi çağırardı, onlar təsir altına düşməyən adamlardır. Heydərov Qasım da indi Bilgəhdadır. Qoşqarın şahid kimi nə bildirəcəyini bilmir, amma o adam işinə görə bu şirkətdə olan adamdır, onunla normal dialoq edib sual verib cavab alacaqdı. Cavabdeh tərəf məhkəmə gününə kimi başqa şəxsləri şahid kimi təqdim edib. Vasif müəllimin ifadəsi sübutlar siyahısından çıxarılmalıdır. Şahid dolayı yolla təqdim etdi ki, bəzi hallarda əlbəəl pul verilib. Ancaq videogörüntüdə təqdim etdiyi əsasa görə bəzi hallarda yox, aybaay əldən maaş verilib. Əlavə iş saatlarına görə Məsainin pulunu hələ bura qatmır. Məsainin pulu ayrıdır. Onun 1200 manat maaşı yarısı kartla, yarısı əl ilə verilib. Qrupda kart, əl maaşı, məsai barədə yazışmalar var. Müddətin tətbiqi barədə ərizə nəzərə alınmamalıdır. Qanunverciliyə görə son 3 ilin haqq-hesabını apara bilər. 1 il məktəbdə olduğu müddət çıxılmasın. O, hesablamış, bayram bazar günləri, dərs günlərini bu zaman çıxmış, işdə olduğu günləri hesablamışdır. Yenə hesablayanda şirkət ona borclu çıxır. Prezident seçkisi günü camaata təzyiq ediblər ki, hamı işdə olsun “Hilton layihəsi”ni tələsdirirdilər. Səsverməyə getməyə qoymadılar. “20 yanvar” günü işdə olmuşlar, bir fikir bildirən kimi hədə-qorxu gəlirdilər. Onun da problemi olub, hər gün robot kimi gəlib standart saatda işləməmiş, işi olanda onların arxasınca getmiş, gəlmişdir. Aidə xanım da keçən məhkəmə iclasında təsdiqlədi ki, ezamiyyə pulu Mövsümlü İbrahimin kartına vurulub, İbrahimə illərlə zəng edir, telefona cavab verilmir. O, öz pulu ilə ezamiyyətə getmiş, öz pulu ilə işçiyə yemək alıb, Ağsuda 1-2 günlük ev tutub kirayə qalmışdır. O bu pulları hələ tələb etməmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə razıdır. Peşə məktəbi tərəfindən göndərilən məktubda qeyd edilən müddətə görə şirkətin iddiaçıya borcu yoxdur. İddiaçı 2023-2024-cü ildə X4 Agentliyi nəzdində Sumqayıt şəhərində Peşə təhsili Mərkəzində orta ixtisas təhsili almış, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı ixtisası üzrə tam kursu bitirmişdir. Bu müddət ərzində həm əmək fəaliyyətini davam etdirmiş, həm də əyani təhsil almışdır. İddiaçının təhsil aldığı müddət ilə onun təqdim etdiyi jurnallarda qeyd olunan iş vaxtları üst-üstə düşmür. Şirkət heç iddiaçıya qarşı qarşılıqlı iddia qaldırmayıb. İddiaçının həftənin 5 günü 7-8 saat dərsdə olmasını sonradan öyrənmişlər, ancaq iddiaçı bunu heç vaxt deməmişdir. Şəxs 5 gün 7-8 saat dərsdə olubsa, Bakıdan Sumqayıta ən azından 1 saat yol getməli, 1 saat da yol qayıtmalıdır. İddiaçı mütəmadi olaraq dərsdə iştirak edibsə, deməli onun tərəfindən iş buraxılmışdır. Belə çıxır ki, ya məktub, ya da kitab düzgün deyil. Onlar cavabdeh olaraq heç o kitabları təsdiq etmirlər, çünki həmin kitablarda şirkətin möhürü yoxdur. İddiaçının təqdim etdiyi kitabçalar müəssisədə mövcud deyil. Bu sənədlərin mənbəsini iddiaçı göstərsin. O dəftərlərin iddiaçıya verilməsinə dair əmr mövcuddurmu? Mərkəzi aparat və böyük layihələrdə barmaq izi olub. Şirkətdə giriş-çıxış barmaq izi ilə də olmuşdur. İşçilərin bayram və istirahət günlərində işə çıxması, artıq işləməsi ilə bağlı qanunvericiliyin tələbi pozulmayıb, əmr verilib, əmr əsasında ya ödəniş, ya da əvəz gün verilib. Onlar qarşı tərəfə təklif də etmişdir. İddiaçıya əlbəəl vəsait verməmişlər. İddiaçı məzuniyyətə çıxmadığını bildirsə də bununla bağlı ərizələri və müvafiq əmrlər var. 2024-cü ildə iddiaçı məzuniyyətə çıxmayıb, son haqq hesabda da 2024-cü ilin 41 günü hesablanaraq iddiaçıya verilmişdir. Artıq işlərə cəlb edilməsi ancaq əmrlərlə müəyyən edilə bilər. Onlar şirkətlə də maraqlanmış, iddiaçıya əmək kitabçasını gedib götürməsi deyilməsinə baxmayaraq gedib götürməmiş, buna görə də bunu aktlaşdırmışlar. O, 21 avqust 2025-ci il tarixində olan iclasdan sonra iddiaçıya zəng etmişdir ki, gəlib əmək kitabçasını götürsün. Onların iddiaçının əmək kitabçasını saxlamaqda nə məqsədi ola bilər ki? İddiaçını əyani təhsil almasına görə işdə rəhbərlik onu yola verib. Tərəfə təhsil aldığı vaxt təhsil alması üçün şərait yaradılıb, o dövrdə əlavə olaraq pullar ödənilib. O, şahidlər ilə bağlı bildirdi ki, şahid siyahısını keçən dəfədən vermişlər. Həmin siyahıda olan Babayev Elman xəstədir, digər şəxslər də Kəlbəcərdədir, ora qar yağdığı üçün də gəlmələri qeyri-mümkündür, iddiaçı şahidlərin adlarını məhkəmədən götürüb zəng edib şahidlərə hədə-qorxu gəlmiş, şahidləri təhqir etmiş, onlara təsir etmişdir. Bu onun bildiyi məlumatdır, Onlar da buna görə şirkətdə işləyən digər şahidləri dəvət etmişlər. Necə olur ki, iddiaçı şahidlərin siyahısını öyrənir, şahid də təsadfən onu bu məslə ilə bağlı telefonla yığmışdır. Bu halda məntiq olmalıdır. Hikmət müəllimin Aidə xanımla telefon danışığı olub. Onlar digər şahidlərinin dindirilməsindən imtina edirlar. Təqdim etdikləri sübutları kifayətdir, şahid də, iddiaçı da onların bildirdiklərini, qarşı tərəflə birgə fəliyyət göstərmələrini təsdiq etmişdir. İddiaçı işlədiyi 5 il ərzində hüquqlarının tapdalanmasına dair hansısa orqana yazılı müraciət etməyib. Onların şirkəti işğaldan azad edilmiş ərazilərdə bərpa prosesində yaxından iştirak edir, ən böyük layihələrin icrasında iştirakçıdır. Dövlətin bu sahədə olan fəaiyyətində, quruculuq işlərində yaxından iştirak edir. Hikmətdən başqa bu şirkət barəsində müraciət edən yoxdur. O, özü də neçə illərdir bu şirkətə hüquqi xidmət göstərir. İddiaçının bildirdiyi “Arb” telekanalında olan məsələnin onlara aidiyyəti yoxdur, onu şirkətin podratçısı etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə Qafar qızı iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə razıdır. Onlarda işçilərin giriş-çıxışı, işçilərin iş vaxtının uçotu üz tanıma ilə olur. O, həmin şirkətdə 2 ildir ki, daxili nəzarət üzrə baş mütəxəssis vəzifəsində çalışır. Çalışdığı müddət ərzində məlumdur ki, işə qəbul, işdən azad edilmə, məzuniyyət, əmrlərin verilməsi, tabellər kadrlar şöbəsindən başlayır. O, 2 il işlədiyi müddətdə işçilər siyahısına, tabellərə, əmrlərə nəzarət etmişdir. Hikmət öz xahişi ilə işdən çıxanda ona da yaxınlaşmış, o da ona qanunvericiliyin əsaslarını izah etmişdir. Şirkətdə giriş-çıxış tabellə sonra isə barmaq izi ilə olmuşdur. İşçilərin bayram və istirahət günlərində işə çıxması, artıq işləməsi ilə bağlı qanunvericiliyin tələbi pozulmayıb, əmr verilib, əmr əsasında ya ödəniş, ya da əvəz gün verilib. O, bunların şahidi olmuşdur və istəməz ki, şirkətdə qanunun tələbləri pozulsun, qanunda dəyişikliklərdə olduğu zaman dəyişikliklər tətbiq edilir. Bunun üçün də əmr verilib, ezamiyyə məsələsində isə layihələr olub, usta vəzifəsi elə usta kimi qeyd edilir, onun adında konkret hansı tarixdə, hansı regionda işləyəcəyi qeyd edilmir, işçilər istirahətindən tutmuş paltarla, evlə təmin edilib. O, 32 il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmiş, orada işləyəndə müxtəlif şirkətlərə cərimə yazırdılar. Ancaq ilk dəfə bu şirkətdə belə humanistlik görmüş, işçilərin ailələrində də problemlər yarananda günlərlə icazə vermişlər. Heç kəsin də icazə ilə bağlı qeydiyyatını aparmırlar ki, işçi problemlərini həll etsin. Onun iddiaçı ilə mediasiyadan sonra əlaqəsi olmamış, iddiaçını videosu ilə şantaj etməmişdir. Bu məsələ şər-böhtandır, o, iddiaçıya şər-böhtan atdığına görə iddia qaldıra bilər. İddiaçı ondan əmək məzuniyyəti ilə bağlı yaxınlaşıb soruşanda qanunvericiliyə uyğun olaraq ona düzgün məlumat vermişdir. Onların şirkətində hər şey rəsmidir. Əmək Məcəlləsində də göstərilir ki, işçinin məzuniyyəti hesablananda, əmək haqqı kütləvi surətdə artanda əmsallaşma aparılır, bu əmsallaşma da olub, mən mühasibdən bunun açıqlamasını da istəmişdir ki, işçinin əmək haqqısının əmsallaşmasını aparıbmı? Əmək haqqını karta köçürəndə bütöv yazırlar, hesablamada məzuniyyəti də nəzərə alırlar. Tutaq ki, 7 gün işləyibsə, onun 21 günü məzuniyyətdə olub, hesablamada hamısı qeyd edilib, ümumiləşdirib və cəmləşdirilib əmək haqqı kimi köçürülüb. Təqdim etdikləri ödəniş tapşırığında da ödənişlər qeyd edilib. İddiaçının rəsmi əmək haqqısı 710 manat olmuş. 40 saatı 1.5-ə vurub elə bilirki, 60 saat edir. 1,5 hissə 1 saata düşən əmək haqqının 1.5-i qədər artırılıb. Qanunvericilikdə 1,5 saata düşən əmək haqqının 2 qatı hesablanmalıdır. 2 saat işləyibsə 2 saata düşən əmək haqqının 2 qatını alıb. O, qanunvericiliyin tələblərini əsaslandırıb ödənişi bildirir. Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən həftəsonu, bayram günlərində işçilərin iş həcminin artması ilə bağlı işə cəlb edilməsi ilə işin dayanmaması məqsədindən işçilərə əmrlə də təsdiq edilmiş qaydada əvəz gün olaraq istirahət günü verilir. Qanunvericlikdə qeyd edilir ki, pulla da əvəz etmək olar, əvəz gün də vermək olar. Bütün işçilərin hamısı öncədən öz istəyi ilə 1-2 gün öncədən, hətta elə olurdu ki, bildirmədən işə çıxmırdılar və bildirirdilər ki, hansı vaxt işləyiblər, onlara əvəz gün verilsin. Bu əsasla da əvəz gün verilib. Onlar da bununla bağlı müvafiq sənədləri istəmiş, mühasibatlıqla, kadrlar şöbəsi ilə bunu müzakirə etmiş, təqdim etdikləri sənədə əsasən dediklərini ifadə edir. Hər dəfə ailə, sağlamlıq, təhsil məsələləri ilə bağlı işdən qalma halları olub. İşdən qalma halları ilə bağlı əvəz gün kimi hallar olub. Əmək Məcəlləsinin 241 və 242-ci maddələrində qeyd olunub ki, təsdiqlənmiş məzuniyyət cədvəllərindən istifadə etmək olar. Ona görə də şirkətdə işçilərin sayı çox olduğundan hər işçinin çağırılıb ərizə yazdığı olmayıb, müvafiq qaydada hər bir dekabr ayında məzuniyyət cədvəlinin təsdiq edilməsi ilə bağlı əmr verilib, struktur bölmənin işçilərinə təqdim edilib ki, işçilərinə bildirsinlər ki, hansı gün məzuniyyətə gedəcəklər, onların verdiyi siyahı əsasında həmin işçilərin məzuniyyət hüquqları olur. Qanunvericilikdə də var ki, işdən çıxdığı gün, həmin gün son iş günü də daxil olmaqla ona bütün qalmış əmək haqları və son haqq-hesab ödənilməlidir. 2023-2024-cü illər üzrə iddiaçının 41 gün məzuniyyəti qalmış, o məzuniyyəti də son haqq-hesab zamanı nəzərə almışlar. Yerdə qalan 3 ilin məzuniyyətini iddiaçı işəgötürənin müvafiq rəsmi əmri və məzuniyyət cədvəlinə əsasən istifadə edib. Hesablama bir qayda olaraq əmək haqqı kartına köçürülür, əmək haqqı kimi hesablanır, hesablanma cədvəlini də təqdim etmişlər. Mail ilə cədvəllər struktur bölmənin rəhbərlərinə göndərilir. 2025-ci ildə işdən çıxdığı üçün 2023-2024-cü il üçün məzuniyyət son haqqhesabda nəzərə alınıb. İşçilər öz aralarında ezamiyyə ilə bağlı razılaşıblar. İddiaçının təqdim etdiyi kitablar niyə ondadır? Ayrı-ayrı layihələrdə 2024-cü ildən üztanıma sistemi quraşdırılıb. Tabel oradan rəsmiləşdirilirdi. Bundan əlavə qeyd etdi ki, iddiaçının evinə əmək kitabçasını götürməsinə dair məktub göndərilib, ancaq o gedib əmək kitabçasını götürməyib. İşçinin son iş günü ərzində həm əmrin surəti, son haqq hesab və əmək kitabçası işçiyə təqdim edilir, belə olan halda son haqq-hesab iddiaçının kartına köçürülüb, o, əmrlə tanış olub və bildirib ki, əmək kitabçasını gəlib götürər. Əmək kitabçasının da imzalanması müvafiq qaydada işəgötürən tərəfindən kadrlar şöbəsinin menecerinə səlahiyyət verir. Burada vacib deyil ki, əmək kitabçasını Orxan müəllim imzalasın. İddiaçı uzun müddətdir ki, əmək kitabçası barədə heç nə bildirmirdi. Əmək müqaviləsi sistemdə varsa, işçini başqa işə götürə bilərlər, əmək kitabçasına ehtiyac yoxdur. İşçi işdən çıxarsa məzuniyyət onun stajında nəzərə alınır. Şəxs işə başladığı vaxtdan 6 ay sonra işçinin məzuniyyət hüququ yaranır. Əmək kitabçasının məzuniyyətin hesablanması zamanı heç bir funksiyası yoxdur, çünki kadrlar şöbəsi işçinin əvvəl harada işlədiyini bilir. İşçinin kodunu sistemdə yazdıqları zaman onun harada işlədiyini görə bilərlər. İşçinin stajı, işçinin zərərli işlərdə çalışması kimi hallar əlavə məzuniyyət verilən zaman nəzərə alınır. Məhkəmə iclasında X9 şahid qismində ifadə verərək göstərdi ki, Cavabdeh QSC-nin işçisidir, 2023-cü ilin noyabr ayından orada mühəndis köməkçisi işləyir. O, İddiaçı tanıyır, belə ki, onunla mütəmadi birlikdə işləməsələr də Hikmət işə gedib-gəlmiş, kondisionerlə bağlı işləri olanda onu çağırmış, o da işlərini görmüşdür. O, iddiaçı ilə 2 il birlikdə işləmişdir. O, Cavabdeh QSC-də rəsmi müqavilə ilə maaş kartı üzrə əmək haqqı almışdır. Onlar əlavə olaraq işləməyə qalanda onlara pul verirdilər. Bu şirkətdə, işlədiyi kollektivdə qohumu, dostu heç kimi yoxdur, bu şirkətdə kimdənsə asılacaq, qorxacaq, utanacaq yeri də yoxdur. O, bu yaşdan sonra vəzifəyə gedəsi deyildir. İşlədiyi vaxtdan hazırki vaxta kimi nə özünün nə də tanıdığı şəxslərin pul problemi olmayıb. Mühasibatlıqda belə bir şey var ki, köçürmədən əlavə digər köçürmələr ilə əldə edilən pul, hansı ki əl formasında çatdırıla bilər, onların hesablanmasında karta nəğd ödəniş olmadığı üçün müəyyən 2-5 gün gecikmələr ola bilər, ancaq pulun ödənilməməsi kimi məsələ olmamışdır. O, məzuniyyətə çıxmış, məzuniyyətə çıxmayan şəxslərin olduğu halda bununla bağlı maraqlanmamış, qalan məzuniyyət günləri işdən çıxdığı təqdirdə isə onun ödənişləri edilmişdir. O, kiminsə bununla bağlı narazı getdiyini bilmir, işdən çıxanlardan da bu barədə soruşmamışdir. Ancaq istifadə edilməmiş məzuniyyət pulu verilir. Onları heç kəs həftəsonu işlədə bilməz. Layihənin sonunda təhvil-təslim ərəfəsində elə nüanslar olurdu ki, həftənin şənbə gün saat 10-11-ə kimi əlavə qalırlar, şirkətin daxili iş prinsipi, kollektivlərinin arasında bir-birlərinə olan münasibətlərdən irəli gələn məsələlər var. Bu hal mütəmadi olmurdu, bu əlavə qalmaq daimi deyil, işlədikləri əlavə vaxtın pulları verilmişdir. Onun maaş almaqla bağlı problemi yoxdur, ümiyyətlə ətrafda olan uşaqların, mühəndis heyətindən 9-10 nəfərin maaşla bağlı probleminin olması barədə eşitməmişdir. O, Hikmət ilə həftənin şənbə günü işləmişlər, ancaq hər gün işləmirdilər. 2024-cü ilin yanvar ayının 15-dən “Hilton” layihəsi başlayıb, lakin gecə-gündüz, davamlı məsai olmayıb, gecə saat 10-11-ə kimi olub. Hikmət də işləyib. Şirkətdə belə bir adət var, iş vaxtı başa çatandan sonra işləyən əməkdaş əlavə saat üçün pul almaqdan ötrü fəhləsi, işçisi çalışacaq ki, əlavə saatları olsun. Bu məsaidir, məsai odur ki, sırf saatı olsun və onun yanında gətirib məsai pullarını dəfələrlə veriblər. O, bütün qruplarda vardır. Ola bilər şirkətin verdiyi məbləğ 4 rəqəmliyə çatmır, ancaq həmin vəsait onu qane edir. Aidə xanım həmişə işçilərin nəsə problemi olanda, onu çağıranda gəlmişdir. O, kartla maaş alır, əl ilə maaş almır. Başqa işçilərin əlavə maaş almasını bilmir. İş vaxtı saat 09:00-dan 17:00-a kimidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Məhərrəmov Hı̇ kmət Hüseyn oğlu ilə Cavabdeh QSC arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh QSC ilə xx.xx.2020-ci il tarixdə 6 ay müddətinə əmək müqaviləsi bağlamış, “İVK/SK üzrə usta 1" vəzifəsinə təyin edilmiş, əmək haqqı məbləği 431,28 manat, iş saatı müddəti 09:00-18:00 olaraq müəyyən olunmuşdur. - Sistemə xx.xx.2020-ci il tarixlərdə daxil edilmiş Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh QSC ilə xx.xx.2020-ci il tarixdə 6 ay müddətinə əmək müqaviləsi bağlamış, "məşğulluq təsnifatı üzrə: usta, təmir; əmək müqaviləsi üzrə: İVK/SK üzrə usta 1" vəzifəsinə təyin edilmiş, əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı məbləği 431,28 manat məbləğdən artırılaraq 710,61 manat müəyyən olunmuşdur. - Cavabdeh QSC-nin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli 04/k saylı əmrindən görünür ki, “A-Kond1” bölməsində “İVK/SK üzrə usta 1” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000700 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “a" – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 41 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. - İddiaçı məzuniyyətə çıxması barədə xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən 21 gün, xx.xx.2022-ci il tarixindən 21 gün, xx.xx.2023-cü il tarixindən 21 gün növbəti məzuniyyət verilməsinə sərəncam verilməsi xahiş edilmişdir. - Cavabdeh QSC-nin “əmək məzuniyyəti” haqqında xx.xx.2021-ci il tarixli, 07/K saylı, xx.xx.2022-ci il tarixli, 139/K saylı, xx.xx.2023-cü il tarixli, 03/K saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 2020-ci ilin yanvarın 23-dən 2021-ci ilin yanvar ayının 23-dək olan iş ilinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 21 təqvim günü (xx.xx.2021-ci il tarixdən işə başlasın), 2021-ci ilin yanvarın 23-dən 2022-ci ilin yanvar ayının 23-dək olan iş ilinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 21 təqvim günü (xx.xx.2022ci il tarixdən işə başlasın), 2022-ci ilin yanvarın 23-dən 2023-cü ilin yanvar ayının 23-dək olan iş ilinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 21 təqvim günü (xx.xx.2023-cü il tarixdən işə başlasın) 21 təqvim günü əmək məzuniyyəti verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1890 nömrəli rəyindən görünür ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il tarixli məzuniyyət ərizələrində “İddiaçı H” əlyazmaları, “İmza” qrafasındakı imza, “İmza” qrafasındakı “İddiaçı H” əlyazmaları eyni şəxs, İddiaçı tərəfindən icra olunmuşdur. xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il tarixli məzuniyyət ərizələrində olan tarix və rəqəmlər ilə bağlı olan əl yazmalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, imzaların və əlyazmaların qəsdən dəyişdirilməklə icra olunması faktı müəyyən edilməmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin X2 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ididaçının "xxxx" QSC-də əmək hüquqlarının pozulması barədə 4 saylı Bakı DOST Mərkəzinə ünvanladığı müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Eyni zamanda, 4 saylı Bakı DOST Mərkəzinə təqdim etdiyi izahatında "xxxx" MMC-də artıq iş saatlarına cəlb edildiyini bildirmiş və son haqq-hesabının düzgün hesablanıb ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müraciət ilə əlaqədar "xxxx" QSC-nin ünvanına (AZ1119, Bakı şəh. Nizami ray., Babək Pr., ev 38 A ) 3-17-5/2-3520/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və ididaçıya aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilməmişdir. Həmçinin tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən "A-KOND 1” QSC-nin işəgötürəni arasında onunla xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsaslanmaqla qüvvədən salındığı məlum olmuşdur. Eyni zamanda, 4 saylı Bakı DOST Mərkəzinə təqdim etdiyiniz bank hesabından çıxarışda sizə 1518.81 manat son haqq-hesab ödənildiyi məlum olmuşdur. Müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən son haqq-hesabın düzgün hesablanıb-hesablanmamasına münasibət bildirmək mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. "A-KOND T' QSC tərəfindən X8 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. - Cavabdeh QSC-nin baş mühasib, kadrlar şöbəsinin meneceri, ofis meneceri və digər işçilləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 8 saylı iş vaxtıın uçotu barədə aktdın görünür ki, Cavabdeh QSC-də işçilərin işə gəlib getmələri barədə uçotu üz tanıma cihazı quraşdırılanadək layihələrdə şifahi formada aparılmışdır. Tabellər isə işçilərlə bağlanılan əmək müqavilələrində göstərilən iş vaxtına mütənasib hazırlanmışdır. 2024-cü ildən etibarən isə layihələrdə üz tanıma cihazı quraşdırılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli 3-21-6-1/3-1-T-16/2023 saylı əmrlə X4 Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinə “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı” ixtisasına qəbul edilmişdir. X13 Təhsili ixtisası olduğuna görə təhsil müddəti 10 aydır. İddiaçı təhsil müddətində dərslərdə müntəzəm olaraq iştirak etmiş, nadir hallarda dərs buraxmışdır. Həmin ixtisas üzrə həftəlik dərs yükü 36-40 saat müəyyənləşdirilmişdir (gündəlik 7-8 saat). Dərslər hər həftənin 5 günü (1-5-ci günləri) keçirilmişdir. İddiaçı yekun qiymətləndirilmələrdə iştirak etmiş, qiymətləri 4 (dörd) və 5 (beş) olmuşdur (yalnız 1 fəndən 3 (üç) qiymət almışdır). İddiaçı dövlət buraxılış imtahanını uğurla başa vuraraq “5" (əla) qiymət almış və yuxarıda qeyd olunan ixtisas üzrə xx.xx.2024-cü il tarixli 3-21-6- 1/3-1 -T-8/2024 saylı əmrlə uğurla bitirmişdir. - Cavabdeh QSC tərəfindən İddiaçı ünvanılmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilmiş, işdən çıxdığı gün əmək kitabçasını Kadrlar şöbəsi tərəfindən ona təqdim etdikdə qəbul etməkdən imtina etmişdir. Bu barədə tərəflərindən akt tərtib edilmişdir. Ofisə yaxınlaşıb əmək kitabçasını götürmək xahiş olunmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı 6 ay müddətinə xx.xx.2020-ci il tarixdə Cavabdeh QSC-də "məşğulluq təsnifatı üzrə: usta, təmir; əmək müqaviləsi üzrə: İVK/SK üzrə usta 1" vəzifəsinə təyin edilmiş, əmək haqqı məbləği 431,28 manat müəyyən olunmuşdur. Daha sonra müqavilənin müddəti xx.xx.2020-ci il tarixdən uzadılaraq əmək haqqı məbləği 431,28 manat məbləğdən artırılaraq 710,61 manat müəyyən olunmuşdur. İddiaçı öz ərizələrinə əsasən xx.xx.2021-ci il tarixindən 21 gün, xx.xx.2022-ci il tarixindən 21 gün, xx.xx.2023-cü il tarixindən 21 gün əmək məzuniyyətinə çıxmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçının xahişi əsasında onun Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, əmək haqqı və son haqq-hesab məbləğləri iddiaçının hesabına köçürülümüşdür. İddiaçı tərəfindən əmək məzuniyyətinə çıxması barədə ərizələrdə olan imzalar və mətn yazıları mübahisələndirilsə də məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə imzaların və “İmza” qrafasındakı “İddiaçı H” əlyazmalarının ona məxsus olması, lakin mətndəki yazıların onun tərəfindən yazılmaması müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3 (3-cü hissə). İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 3 (4-1-ci hissə). Əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq (d bəndi); iş vaxtında artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək (e bəndi); qanunvericiliklə müəyyən edilmiş iş vaxtında çalışmaq (g bəndi); qanunvericiliklə müəyyən edilmiş həftələrarası istirahət günlərindən istifadə etmək (h bəndi); əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq (q bəndi) hüququ vardır. Maddə 12. İşəgötürən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifələri daşıyır. Maddə 69 (2-ci hissə). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 102 (1-ci hissə). İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Maddə 102 (1-ci hissə). İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Maddə 114 (1-ci hissə). Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. Maddə 114 (2-ci hissə). İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Maddə 135 (2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 139. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 156 (1-ci hissə). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 165 (1-ci hissə). İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Maddə 165 (2-ci hissə). Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Maddə 165 (3-cü hissə). İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296 (5-ci hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Məhkəmə maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən qeyd edir ki, Cavabdeh QSC hazırkı mübahisəyə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Məhkəmə qeyd edir ki, hazırki tələb əmək haqqı ilə bağlı pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsinə istinad olunmalıdır. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə iddia tələbinin “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və əlavə iş saatlarına görə pulun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının tərəfindən məzuniyyətə çıxılmamasını nəzərə alaraq məzuniyyət pulunun və iş saatından əlavə iş saatlarına görə 3 il üzrə pulun ona ödənilməsi barədə qaldırdığı iddia tələbinə cavabdehin yazılı qaydada verdiyi ərizəsinə əsasən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində qeyd olunan 1 illik iddia müddəti tətbiq edilməli, iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyi üçün bu müddətdən əvvəlki 1 il, xx.xx.2024xx.xx.2025-ci il üzrə olan müddətə mahiyyəti üzrə baxılıb qiymət verilməlidir. İddiaçı iddia tələbini bu hissədə onunla əsaslandırmışdır ki, ona işlədiyi müddət ərzində müqavilədə qeyd olunan məbləğdən əlavə əl maaşı olaraq verilən məbləğ ilə birlikdə ümumilikdə 1200 manat əmək haqqı verilmiş, lakin işdən çıxarkən həmin vəsait son haqq-hesab zamanı nəzərə alınmamış və 565 manat məbləğində əl maaşı ona ödənilməmişdir. Həmçinin o bildirmişdir ki, işlədiyi müddət ərzində rəsmi şəkildə məzuniyyətdən istifadə etməmiş, sadəcə olaraq sənəd üzərində onun məzuniyyətdə olması göstərilmişdir. Həmçinin tərəfindən iş saatlarından əlavə günlər və saatlar işlədiyi, əlavə məsailərə qaldığını, həmin işlədiyi vaxtların pulunun da cavabdeh tərəfindən ödənilmədiyini qeyd etmişdir. İddiaçı hazırki iddia tələbi üzrə onun əlavə əmək haqqı alması, əlavə gün və saatlarda işləməsi barədə məhkəməyə “İşçilərin işə giriş-çıxış saatları, vəzifə öhdəlikləri və təhlükəsizlik təlimatlarının təsdiqi haqqında” cədvəllər və "xxxx" yazışmaları, məhkəmə iclasında isə həmin cədvəllərin əks olunduğu kitablara baxış keçirilməsi üçün təqdim etmişdir. Məhkəmə hesab edir ki, bu sübutlar iş üzrə mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, həm "xxxx" qrupuna atılan, həm də iddia ərizəsinə əlavə edilən cədvəllərin əks olunduğu iddiaçı tərəfindən məhkəmə iclasında təqdim olunmuş və baxış keçirilərək iddiaçıya qaytarılmış kitablar cavabdeh müəssisə tərəfindən müvafiq qaydada tikilərək qaytanlanmamış, səlahiyyətli şəxs tərəfindən imzalanmamış və müəssisənin möhürü ilə müvafiq qaydada təsdiq edilməmişdir. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair xx.xx.2003-cü il tarixli Təlimat”ın 24-cü bəndinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmçinin cədvəllərə baxış keçirilərkən müəyyən olunur ki, onların bəzi hissələrində işçilərin işə giriş saatı göstərildiyi halda, çıxış saatı öz əksini tapmamış, işçilərin iş vaxtından 1-2 saat hətta bəzilərinin isə daha tez işdən çıxmaları əks olunmuş, bu cədvəllərdə müəssisənin bütün işçilər tərəfindən giriş-çıxış saatı göstərilib imzalanmamış, cədvəllər tam şəkildə doldurulmamışdır. Digər tərəfindən iddiaçının əmək müqaviləsi üzrə vəzifəsinin "məşğulluq təsnifatı üzrə: usta, təmir; əmək müqaviləsi üzrə: İVK/SK üzrə usta 1" olduğu halda ona müəssisə tərəfindən işçilərlə bağlı belə bir uçotun aparılmasına dair əlavə səlahiyyət verilməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Məsələ ilə bağlı eyni zamanda qeyd olunmalıdır ki, Cavabdeh QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 8 saylı iş vaxtının uçotu barədə aktdın görünür ki, Cavabdeh QSC-də işçilərin işə gəlib-getmələri barədə uçotu üz tanıma cihazı quraşdırılanadək layihələrdə şifahi formada aparılmışdır.Tabellər isə işçilərlə bağlanılan əmək müqavilələrində göstərilən iş vaxtına mütənasib hazırlanmışdır. 2024-cü ildən etibarən isə layihələrdə üz tanıma cihazı quraşdırılmışdır. Belə olan halda iddiaçının 2024-cü ilə aid təqdim etdiyi qrafiklər öz əhəmiyyətini itirmiş hesab edilməlidir. İddiaçının müəssisənin işçilərin "xxxx" qrupunda olmaları əl maaşının və iş vaxtından əlavə işlərə görə qeyd olunan cədvəllərin müzakirəsinə dair "xxxx" yazışmaları ilə bağlı məhkəmə bildirir ki, həmin qrupun müəssənin vəzifəli şəxsləri tərəfindən yaradılması və idarə olunması, həmin yazışmaların sırf cavabdeh şirkətin işçiləri arasında formalaşması, yazışmalarda göstərilən məlumatların rəsmi və yaxud həqiqəti əks etdirməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə həmçinin iddiaçının iddia tələbinin ona son haqq-hesab zamanı cavabdeh tərəfindən 635,78 manat əmək haqqı ödənildiyi halda 565 manat əl maaşının ona ödənilməməsi hissəsi ilə bağlı bildirir ki, iş materiallarına əlavə olunmuş iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişində onun əmək haqqı məbləği 431,28 manat məbləğdən artırılaraq 710,61 manat müəyyən olunmuş, İddiaçı məxsus hesabdan xx.xx.2020-xx.xx.2025-ci il tarixlərdə olan çıxarış və 2025-ci il yanvar ayı üçün hesablanmış əmək haqqı cədvəli ilə onun hesabına 2024-cü ildən 2025-ci ilin yanvar ayına kimi həmin dövrdə ödənilməli olunan 635,78 manat əmək haqqının və 883,03 manat son haqq-hesabın iddiaçının hesabına köçürüldüyü öz təsdiqini tapmışdır. Cavabdeh QSC-də rəsmi əmək haqqından əlavə haqq verilməməsi məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsi ilə də təsdiq olunmuşdur. Məhkəmə iddiaçının iddia tələbinin məzuniyyətə çıxmayıb işlədiyinə görə məzuniyyət pulunun cavabdehdən tutulub ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1890 nömrəli rəyi ilə İddiaçı tərəfindən imzlanmış, lakin tarix və günlərin fərqli şəxs tərəfindən yazılması müəyyən edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il tarixli məzuniyyət ərizələrinə əsasən İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən 21 gün, xx.xx.2022-ci il tarixindən 21 gün, xx.xx.2023-cü il tarixindən 21 gün növbəti məzuniyyət verilməsinə sərəncam verilməsi xahiş edilmiş və bunun əsasında da ona məzuniyyət verilməsi barədə əmr verilmişdir. İddiaçı ilk öncə həmin ərizələrdəki imzanın onun olmamasını bildirsə də rəy daxil olduqdan sonra ekspert rəyi ilə razı olmasını, imzanın ona məxsus olmasını və ərizənin şirkətin nümayəndəsi tərəfindən yazılmasını qəbul etmiş, onun şirkətdə məzuniyyətə çıxdığı halın işə gəlmədiyi günlər işləmədiyi üçün həmin günləri məzuniyyət kimi göstərmələrini bildirmişdir. Həmçinin onun tərəfindən yazılı qaydada ərizə verilərək məzuniyyət ərizəsində olan yazıların ona məxsus olmaması, sənədin imzalandıqdan sonra doldurulması və dəyişdirilməsi onun saxtalaşdırılması faktını təsdiq etməsini və bu halın da cinayət məsuliyyəti yaratması qeyd edilmişdir. Qeyd edilməlidir ki, həmin ərizədə yazıların başqa şəxs tərəfindən icra olunması, həmin ərizələrin saxta olmasına əsas vermir. Belə ki, məzuniyyət verilərkən məzuniyyət müddəti və tarixi başqa şəxs tərəfindən yazılsa da həmin ərizədə qeyd olunan müddət və tarixlər iddiaçı tərəfindən qəbul edilərək imzalanmış, “İmza” qrafasındakı “İddiaçı H” əlyazmaları eyni şəxs, İddiaçı tərəfindən icra olunmuşdur. Bununla da məhkəmə iddiaçının boş məzuniyyət ərizəsini imzalaması barədə bildirdiklərini ağlabatan hesab etmir. Cavabdeh QSC-nin 2025-ci ilin yanvar ayı son haqq hesab hesablama cədvəlindən görünür ki, iddiaçının son haqq-hesabı hesablanarkən 41 gün məzuniyyət günü nəzərə alınmış və ümumi qazanc 8527,32 manat, orta aylıq 710,61 manat, orta günlük olaraq 23,38 manat qeyd edilərək ümumilikdə 958,39 manat hesablanmışdır. Belə olduğu təqdirdə məzuniyyət ərizələrinin iş üzrə sübut kimi qəbul edilməməsi üçün də heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin iş vaxtından əlavə görülmüş işlərə görə pulun cavabdehdən tutulması hissəsi barədə qeyd edir ki, cavabdeh tərəf bununla bağlı məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, onlarla işçilər arasında formalaşmış qarşılıqlı razılaşmaya görə işçilər işə gəlmədiyi, işləmədiyi iş günləri üçün həftəsonunun hər hansı bir günü onlara istəklərinə uyğun olaraq gəlib işlərini görmələri üçün əvəz gün verilir və onlar həmin gün də gəlib işləyirlər. Bundan əlavə şahid ifadəsi ilə də iş çox olduğu, layihələri çatdırmaq zərurəti olduğu təqdirdə işçilərin həftəsonu və ya iş saatından sonra işlədikləri, lakin bu halın hər dəfə baş verməməsi, əlavə iş saatı və gününə görə isə əlavə haqq aldıqlarını bildirmişdir. Bundan əlavə məhkəmə bildirir ki, iddia müddəti tətbiq edildiyi üçün iddia tələbi üzrə xx.xx.2024-xx.xx.2025-ci il müddətdə iddiaçının iş vaxtından artıq əlavə işləməsinə qiymət verilməlidir. Hansı ki, məhkəmə tərəfindən araşdırma ilə İddiaçı xx.xx.2023-cü il tarixli 3-21-6-1/3-1-T-16/2023 saylı əmrlə Sumqayıt şəhərində yerləşən X4 Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinə “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı” ixtisasına qəbul edilməsi, 10 ay təhsil müddətinin olması, İddiaçı təhsil müddətində dərslərdə müntəzəm olaraq iştirak etməsi, nadir hallarda dərs buraxması, həmin ixtisas üzrə həftəlik dərs yükünün 36-40 saat, gündəlik 7-8 saat, hər həftənin 1-5-ci günləri müəyyənləşdirilməsi, qeyd olunan ixtisas üzrə xx.xx.2024-cü il tarixli 3-21-6-1/3-1-T-8/2024 saylı əmrlə uğurla bitirməsi öz təsdiqini tapmışdır. Halbuki iddiaçı tərəfindən təqdim edilən cədvəldə iddiaçının ixtisas üzrə təhsil aldığı müddətlərdə işdə olması qeyd olunmuşdur. Həmin müddət ərzində iddiaçıya əmək haqqının ödənilməməsi halı da iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə isə qeyd olunan halın, yəni iddiaçının Sumqayıt şəhərində yerləşən təhsil mərkəzində həftənin 5 günü, hər gün 7-8 saat dərs keçirildiyi müddətdə işdə olmasını, eyni zamanda iş vaxtından artıq əlavə saatlarda işləməsini ağlabatan hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2) “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə iddiaçının iddia tələbinin “Cavabdeh QSC-dən onun xeyrinə 17000 manat vəsaitin tutulması, xx.xx.2025-ci il-xx.xx.2025-ci il müddətinə hesablanmış 4318 manat dəbbə pulunun cavabdehdən tutulması, ona dəymiş mənəvi ziyana görə cavabdehdən 10.000 manat məbləğin tutulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş bütün maddi və mənəvi zərərlərin ödənilməsinin təmin edilməsi” hissəsi ilə bağlı bildirir ki, ümumiyyətlə zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Hazırki tələb törəmə tələb olduğundan, iddiaçının əsas iddia tələbi təmin edilmədiyindən, yəni cavabdeh tərəfindən ididdiaçının əmək haqqısının, məzuniyyət pulunun, son haqq-hesabının tam şəkildə vaxtında ödənilməsi müəyyən edildiyindən, bununla da iddiaçının əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması halı müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2025-ci il-xx.xx.2025-ci il müddətinə hesablanmış 4318 manat dəbbə pulunun cavabdehdən tutulması” hissəsi ilə bağlı bildirir ki, iddiaçı ərizəsində Mülki Məcəllənin 449-cu maddəsinə əsaslanaraq dəbbə pulunun minimum məbləği əsas borcun 0,1%-i miqdarında hesablamış, hansı ki, əmək haqqının gecikməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən hesablanmalıdır. Məhkəmə araşdırılması ilə isə cavabdeh şirkət tərəfindən iddiaçıya əmək haqqının vaxtlı-vaxtında ödənilməsi, əmək haqqının ödənilərkən hər hansı gecikmələrin olması müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsi ilə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iddiaçının saxta sənədin (onun adından yazılmış ərizə) sübutlar siyahısından çıxarılmasını və bu fakt üzrə prokurorluğa məlumat verilməsi; cavabdehin nümayəndələrinin (Elman Babaşov və Aidə) ona qarşı şantaj və hədə-qorxusunun araşdırılaraq cinayət işi üçün prokurorluğa göndərilməsi; Vergi orqanlarının mövqeyi nəzərə alınaraq cavabdeh şirkətin əmək haqqını qeyri-rəsmi ödəməsi və vergidən yayınması faktına hüquqi qiymət verilməsi barədə ərizəsi ilə bağlı bildirir ki, qeyd olunan hallar məhkəmə araşdırılması ilə müəyyən edilmədiyindən və iddiaçı tərəfindən sübuta yetrilmədiyidən bu dəlillər əsassız hesab edilməli və ərizə təmin edilməməlidir. Məhkəmə iddiaçının cavabdehin ona əmək kitabçasını təqdim etməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, məhkəmə iclaısnda cavabdehin vəkili-nümayəndəsi onların iddiaçının əmək kitabçasını saxlamaqda heç bir niyyətlərinin olmamasını, 21 avqust 2025ci il tarixində olan iclasdan sonra iddiaçıya gəlib əmək kitabçasını götürməsi barədə zəng etmələrini bildirmiş, həmçinin cavabdeh tərəfindən Cavabdeh QSC-nin İddiaçı ünvanılmış Ofisə yaxınlaşıb əmək kitabçasını götürməsi barədə xx.xx.2025-ci il tarixli məktubu əlavə edilmişdir. Həmin məktubda göstərilmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilmiş, işdən çıxdığı gün əmək kitabçasını Kadrlar şöbəsi tərəfindən ona təqdim etdikdə qəbul etməkdən imtina etmişdir. Bu barədə tərəflərindən akt tərtib edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edilməklə “Cavabdeh QSC-dən ödənilməmiş əmək haqqının, son 3 ilin istifadə olunmamış məzuniyyətinə görə pul kompensasiyasının, əlavə iş saatlarına görə ödənilməmiş əmək haqqının və həmin işlərə görə əlavə hesablanmış məzuniyyət pulunun ümumilikdə 17000 manat vəsaitin, xx.xx.2025-ci ilxx.xx.2025-ci il müddətinə hesablanmış 4318 manat dəbbə pulunun, ona dəymiş mənəvi ziyana görə 10.000 manat məbləğin tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda iddia tələbi rədd edildiyi üçün məhkəmə xərcləri qismində rüsum Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməli, ekspertiza xərci olan 112 manat vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edilməklə “Cavabdeh QSC-dən ödənilməmiş əmək haqqının, son 3 ilin istifadə olunmamış məzuniyyətinə görə pul kompensasiyasının, əlavə iş saatlarına görə ödənilməmiş əmək haqqının və həmin işlərə görə əlavə hesablanmış məzuniyyət pulunun ümumilikdə 17000 manat vəsaitin, xx.xx.2025-ci il-xx.xx.2025-ci il müddətinə hesablanmış 4318 manat dəbbə pulunun, ona dəymiş mənəvi ziyana görə 10.000 manat məbləğin tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri qismində dövlət rüsumu Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 112 manat vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE00000000-**********01, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar