Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2174/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçılar Yusı̇ fova Xatı̇ rə Əbdülhüseyn qızı, Kərı̇ mova Reyhan Əbdülhüseyn qızı, Rəşı̇ dov Yaşar Əbdülhüseyn oğlunun, İddiaçı Rəşı̇ dov Şəmsı̇ Əbdülhüseyn oğlunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar Yusı̇ fova Xatı̇ rə Əbdülhüseyn qızı, Kərı̇ mova Reyhan Əbdülhüseyn qızı, Rəşı̇ dov Yaşar Əbdülhüseyn oğlu və Rəşı̇ dov Şəmsı̇ Əbdülhüseyn oğlunun cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “əmlaka vərəsəlik hüquqlarının tanınması və müddətin bərpası” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Yusı̇ fova Xatı̇ rə Əbdülhüseyn qızı, Kərı̇ mova Reyhan Əbdülhüseyn qızı, Rəşı̇ dov Yaşar Əbdülhüseyn oğlu və Rəşı̇ dov Şəmsı̇ Əbdülhüseyn oğlu cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “əmlaka vərəsəlik hüquqlarının tanınması və müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə iclasında iddiaçılar Yusı̇ fova Xatı̇ rə Əbdülhüseyn qızı, Kərı̇ mova Reyhan Əbdülhüseyn qızı, Rəşı̇ dov Yaşar Əbdülhüseyn oğlu və iddiaçı Rəşı̇ dov Şəmsı̇ Əbdülhüseyn oğlunun nümayəndəsi X2 ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı ərizənin müzakirə olunmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçıların ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçılar Yusı̇ fova Xatı̇ rə Əbdülhüseyn qızı, Kərı̇ mova Reyhan Əbdülhüseyn qızı, Rəşı̇ dov Yaşar Əbdülhüseyn oğlu və Rəşı̇ dov Şəmsı̇ Əbdülhüseyn oğlunun cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “əmlaka vərəsəlik hüquqlarının tanınması və müddətin bərpası” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2174/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2174/2025
30.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver