Məhkəmə qərarları › İş №2(007)-2177/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2177/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2177/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi Oruz qızının maraqlı şəxslər Maraqlı şəxs3, Nizami rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyi cəlb edilməklə “Bakı şəhərində faktiki yaşamasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Oruz qızının maraqlı şəxslər Maraqlı şəxs3, Nizami rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyi cəlb edilməklə “Bakı şəhərində faktiki yaşamasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun 2005-ci ildən xx.xx.2024-cü il tarixinə rəsmi qeydiyyata alınan günə kimi Bakı şəhərində faktiki yaşaması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İş materialları ilə aydın olur ki, hazırkı ərizənin təmin edilməsi ərizəçiyə mənzil növbəsinə qəbul edilməsi üçün zəruridir. Ərizəçi bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdiyini və onun mürqaciətinin aidiyyəti üzrə Sosial Xidmətlər Agentliyinə ünvanlandığını qeyd etsə də, məhkəməyə etdiyi müraicətin nəticəsi barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, ərizəçi Maraqlı şəxs3 adlı şəxsi maraqlı şəxs kimi ərizəsində göstərsə də, bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və MPM-in 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Oruz qızının maraqlı şəxslər Maraqlı şəxs3, Nizami rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyi cəlb edilməklə “Bakı şəhərində faktiki yaşamasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar