Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-22/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin həcminin artırılma ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385341,46 manat əsas, 498449,5 manat faiz, 84219,25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 968010,21 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kv.m ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kv.m ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1990,57 ABŞ dolları faiz, 2960,96 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 4951,53 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kv.m ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan bir ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzillərdən çıxmaları, həmin mənzillərin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan bir ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzillərdən çıxmaları, həmin mənzillərin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən X3 "xxxx" İKB ASC-nin ”13 saylı" filialından illik 20%-lə 24 ay müddətinə 180000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 223087.47 USD Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə ) konvertasiya edilməklə 388841.46 manat təşkil edir, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kv.m ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzili 2018-ci il 19 yanvar tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilnıiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-ci il aprelin 04-dək Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 385341.46 manat əsas, 206126.85 manat faiz, 9838.2 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 601306.51 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Daha sonra iş üzrə iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən uzun müddət keçmiş, cavabdehin faiz və cərimə borcu artmışdır. Ona görə də, cavabdehdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 385341.46 manat əsas, 498449.5 manat faiz, 84219.25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 968010.21 manat məbləğində kredit borcu, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək hesablanmış 1990.57 ABŞ dolları faiz, 2960,96 ABŞ dolları cərimə borcu olmaqla ümumlikdə cəmi 4951,53 ABŞ dolları tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməli, mənzillər açıq hərracdan satılmalı və əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ("xxxx" İKB) ASC-dən 5876,03 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan manat ekvivalenti ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilərək iş üzrə maliyyə- mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021ci il tarixli, 9/7495 saylı Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli, 6-G-2-0-220-12/1 saylı kredit kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixdə Cavabdeh1 tərəfindən ‘‘Nikoil” İKB ASC-nə kredit borcunun (əsas, faiz borcu üzrə) tam ödənildiyi müəyyən edilir, o cümlədən Borcalan tərəfindən 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparılmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASCnin nümayəndəsi X2 ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın rədd edilməsini, ilkin iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, Yelo Bank” ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və 180000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin müddəti xx.xx.2022-ci ildə bitəcək. 2016-cı ildə tərəflər arasında əlavə saziş bağlanmış və dollarla götürülmüş məbləğ dəyişdirilərək manata çevirilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzili xx.xx.2018ci il tarixli ipoteka müqaviləsi ilə yüklu edilmişdir. Həmin evə müqavilə bağlanılarkən 2018ci ildə 400000 manat qiymət qoymuşdurlar. O, təkrar mühasibatlıq ekspertizasının keçirilməsi vəsatəti ilə bağlı onu bildirdi ki, 2012-ci il tarixli kredit müqaviləsi üzrə iki dəfə ekspertiza keçirilmişdir. 1-ci dəfə mühasibatlıq ekspertiza keçirilməsi üçün məhkəməyə vəsatət verilmiş, vəsatət təmin olunmuş, lakin əlavə mühasibatlıq ekspertizası da təyin olunmuş, halbuki təkrar mühasibatlıq ekspertizasının keçirilməsi istənilmişdir. Əlavə ekspertiza olduğundan, təkrar ekspertiza olmadığından eyni ekspert tərəfindən rəy verilmişdir. Buna görə də onlar hesab edirlər ki, ekspert rəyi əsassızdır. Eyni zamanda hesabdan çıxarış məlumatlarında o, qeyd etmişdir ki, 2 bənd üzrə xx.xx.2015-ci il və xx.xx.2021-ci il tarixlərində olan cəmi 2 məbləğ üzrə ekspert tərəfindən əsas və faiz borcuna silinmələr aparılmış və bu da fərqin yaranmasına gətirib çıxarmışdır. Buna görə də təkrar ekspertiza keçirilməli və eyni zamanda onların nümayəndəsi iştirak etməlidir. O, qiymətləndirmə ilə bağlı vəsatət üzrə bildirdi ki, 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2 dəfə qiymətləndirmə vəsatət vermişlər, amma məhkəmə təfindən təmin edilməmişdir. Likvid dəyər olaraq 551 min manat qiymətləndirmə əsasızdır, çünki ipoteka müqaviləsində əmlakın dəyəri 400 min manat göstərilmişdir. əmlakın qiyməti 551000 heç vaxt ola bilməz, çünki ipoteka müqaviləsi devalivasiyadan əvvəl deyil, devalvasiyadan sonra bağlanmış müqavilədir və ondan sonra əmlak bazarında qiymətlərin artması mümükün deyil. Bunun üçün də qiymətləndirmə rəyinin sübut kimi nəzərə alınmamasını və əmlakın ipoteka müqaviləsində olan qiymətlə hərraca çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbini qəbul etmədiyini bildirmiş və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın rədd edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 2015-ci ildə bankdan cəmi 180000 ABŞ dolları keredit götürmüş, bank cavabdehə dolların 2-3 manata qalxacağını bildirmişdir. Buna görə də borcu manata çevirilməsi ilə bağlı əlavə saziş bağlamışlar və nəticədə bank 180.000 ABŞ dolları əsas borc və 80-90 min faiz borcu gələrək dolların manata məzənəsini 1.74 manat hesablayaraq manata çevirmişlər. Bank 385.000 manata əsas borc, 425000 manat faiz borc hesablamışdır. Bank tərəfindən şişirdilmiş ağlasığmayan faizlər qoyulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia tələbi qismən qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. - "xxxx" İKB ASC-nin “13 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012ci il tarixli əsas kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 177000 ABŞ dolları məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin manat və ya avro ekvivalentində 60 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixinədək müddət ərzində borc alana kredit limiti ayrılmışdır. - "xxxx" İKB ASC-nin “13 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 20 faiz dərəcəsi ilə, 36 ay müddətinə 177000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan özünə məxsus olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzili (ipotka predmeti 90.000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. - "xxxx" İKB ASC-nin “13 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 20 faiz dərəcəsi ilə, 24 ay müddətinə 180000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2016-cı il tarixli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişdən görünür ki, müqavilənin 1.8-ci bəndində qeyd edilmiş xx.xx.2017 sözləri xx.xx.2022 sözləri ilə əvəz edilməsi, 1.10-cu bəndində qeyd edilmiş USD sözləri AZN sözləri ilə əvəz edilməsi müəyyən olunmuşdur. - xx.xx.2018-ci il tarixli xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əlavə sazişdən görünür ki, müqavilənin 1.4-cü bəndi kreditin təminatı- Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kv.m ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilin ipotekası formasında dəyişdirilmişdir. - "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20, ev 11, 2 saylı mənzili (ipotka predmeti 40000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20, ev 11, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kv.m ümumi sahədən ibarət 11 nömrəli ev, 2 nömrəli mənzili "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilərək xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, bank tərəfindən bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. - xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə ödənilməli olan əsas borc üzrə 388841,16 manat, faiz borc üzrə 203418,17 manat məbləğində borc müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə ödənilməli olan əsas borc üzrə 388841,16 manat, faiz borc üzrə 203418,17 manat məbləğində borc müəyyən edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20, ev 11, 2 saylı mənzilin hazırkı bazar qiyməti təqribən 580.000,0 manat, likvid dəyəri 551.000,0 manat müəyyən edilmişdir. - “X4 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzil sökülmüş və həmin ərazidə dördmərtəbəli bina inşa edilmişdir. Buna görə də məhkəmə qərardadı icra edilmədən qaytarılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə kredit borcunun (əsas, faiz borcu üzrə) tam ödənildiyi müəyyən edilmiş,o cümlədən borcalan tərəfindən 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparılmışdır. - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 385341,46 manat əsas, 498449,5 manat faiz, 84219,25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 968010,21 manat borcu vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə kredit borcunun (əsas, faiz borcu üzrə) tam ödənildiyi müəyyən edilmiş, o cümlədən borcalan tərəfindən 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparılmış, cədvəl məlumatlarından da göründüyü kimi Bank tərəfindən borcalan tərəfindən aparılmış ödənişlər kredit müqaviləsinin 7-ci (Borc alan tərəfindən ödənilən məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, qalan hissəsi isə kredit məbləğinin ödənilməsinə yönəlir.) bəndinə uyğun silinməmiş, faiz borcu üzrə, hesablanmış faiz borcundan çox silinmişdir. Bununla da xx.xx.2016-ci il tarixədək əsas borc üzrə borc məbləği 5876,03 ABŞ dolları təşkil etmiş, faiz borcu üzrə isə 4562,3 ABŞ dolları artıq ödəniş yaranmışdır. Bu da tərəflər arasında rəsmiləşdirilmiş 19 mart 2012-ci il tarixli 6-G-2- 0-220-12/1 saylı əlavə kredit müqaviləsindən nəzərdə tutulmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana 36 ay müddətinə, illik 20 faiz olmaqla, 177000 ABŞ dolları məbləğində pul ayrılmışdır. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinin təminatı olaraq "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzili (ipotka predmeti 90.000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli rəylərinə əsasən xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə kredit borcunun (əsas, faiz borcu üzrə) tam ödənildiyi,o cümlədən borcalan tərəfindən 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. “X4 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzil sökülmüş və həmin ərazidə dördmərtəbəli bina inşa edilmişdir. Buna görə də məhkəmə qərardadı icra edilmədən qaytarılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən olundu ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana 24 ay müddətinə, illik 20 faiz olmaqla, 180000 ABŞ dolları məbləğində pul ayrılmışdır. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən müqavilənin 1.8-ci bəndində qeyd edilmiş xx.xx.2017 sözləri xx.xx.2022 sözləri ilə əvəz edilməsi, 1.10-cu bəndində qeyd edilmiş USD sözləri AZN sözləri ilə əvəz edilməsi müəyyən edilmiş, xx.xx.2018-ci il tarixli xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əlavə sazişə əsasə müqavilənin 1.4-cü bəndi kreditin təminatı- Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kv.m ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilin ipotekası formasında dəyişdirilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20, ev 11, 2 saylı mənzili (ipotka predmeti 40000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli rəyləri ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə ödənilməli olan əsas borc üzrə 388841,16 manat, faiz borc üzrə 203418,17 manat məbləğində borc müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyi ilə də ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20, ev 11, 2 saylı mənzilin hazırkı bazar qiyməti təqribən 580.000,0 manat, likvid dəyəri 551.000,0 manat müəyyən edilmişdir. Lakin ilkin iddia üzrə Cavabdeh1 müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, ilkin iddia üzrə iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti bitmədiyindən, hazırda davam etdiyindən kredit müqaviləsi üzrə borc qismində xx.xx.2022ci il tarixli maliyyə arayışında müəyyən olunmuş 385341,46 manat əsas borc və 498449,5 manat faiz borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə qeyd edir ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi aparılmış və ipoteka predmetinin hazırkı likvid dəyərinin 551000,0 manat olması müəyyən edilmişdir. Belə olan halda, qiymətləndiricinin gəldiyi nəticə obyektiv, qərəzsiz və hərtərəfli hesab edilərək ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndiricinin hesabat aktında göstərilənlər əsas götürülməlidir. Bununla da, müəyyən olundu ki, Cavabdeh2 ona məxsus mənzili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20, ev 11M, 2 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 551000,0 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməli, hərrac yolu ilə satıldıqdan sonra mənzil ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli rəyləri ilə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə kredit borcunun (əsas, faiz borcu üzrə) tam ödənildiyi, o cümlədən borcalan tərəfindən 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Həmçinin, “X4 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzil sökülmüş və həmin ərazidə dördmərtəbəli bina inşa edilmişdir. Buna görə də məhkəmə qərardadı icra edilmədən qaytarılmışdır. Göründüyü kimi Cavabdeh1 İddiaçı ASC-yə kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirdiyindən, müqavilə üzrə borcunu ödədiyindən, həmçinin ipoteka predmeti olan əmlak artıq söküldüyündən iddia xx.xx.2012ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu və həmin borcun təminatı üzrə ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzilə aid olan hissədə təmin edilməməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, kredit razılaşması üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə Cavabdeh1 qarşılıqlı iddiasına münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli rəyləri ilə də müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunu ödəmiş, eyni zamanda 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də 5876,03 ABŞ dolları məbləğində pulu hüquqi əsas olmadan İddiaçı ASC-nin hesabına keçdiyindən, İddiaçı ASC həmin borc məbləğini ödəməli olduğundan, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 903790,96 manat borcu olduğundan İddiaçı ASC-dən Cavabdeh1 xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 5876,03 ABŞ dolları məbləğində vəsait və qarşılıqlı iddia ilə bağlı ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi tutulmalı, tutulmalı olan vəsait Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 903790,96 manat pul məbləğinə yönəldilərək həmin məbləğdən çıxılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi və əmlakın qiymətləndirilməsi barədə vəsatətə münasibətdə qeyd edir ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə tərəflərin vəsatəti nəzərə alınmaqla 2 dəfə ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli rəylərinə əsasən xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə kredit borcunun (əsas, faiz borcu üzrə) tam ödənildiyi,o cümlədən borcalan tərəfindən 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yenidən ekspertiza təyin edilməsi işin lüzumsuz uzadılmasına, xx.xx.2015-ci il tarixli müqavilənin davam edən müqavilə olduğundan borc məbləğinin artmasına , bu halın da vətəndaşın vəziyyətinin ağırlaşmasına səbəb olduğundan, qarşı tərəfin mənafeyi nəzərə alınmaqla əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertiza rəylərini əsaslı hesab edərək vəsatətlər təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385341,46 manat məbləğində əsas borc, 498449,5 manat məbləğində faiz borcu, 20.000,00 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 903790,96 manat pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kv.metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 551.000,00 manat müəyyən edilməli və həmin mənzil açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməli, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Nurəddin oğlunun mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kv.metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzili boşaldılaraq banka təhvil verilməli, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, İddiaçı ASC-dən Cavabdeh1 xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 5876,03 ABŞ dolları məbləğində vəsait və qarşılıqlı iddia ilə bağlı ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi tutulmalı, tutulmalı olan vəsait Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 903790,96 manat pul məbləğinə yönəldilərək həmin məbləğdən çıxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 250,00 manat vəsait Cavabdeh1, 150,00 manat vəsait isə İddiaçı ASC-dən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, əmlakı qiymətləndirilməsi ilə bağlı 200 manat xərc məbləği Cavabdeh1 tutularaq "Əmlak Ekspertiza Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385341,46 manat məbləğində əsas borc, 498449,5 manat məbləğində faiz borcu, 20.000,00 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 903790,96 manat pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kv.metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 551000,00 manat müəyyən edilsin və həmin mənzil açıq hərracdan satılsın. Əldə olunacaq vəsait hesabına kredit borcu ödənilsin. Satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Nurəddin oğlunun mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kv.metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzili boşaldılaraq banka təhvil verilsin. Cavabdeh1 ilə "xxxx" İKB asc arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı ASC-dən Cavabdeh1 xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 5876,03 ABŞ dolları məbləğində vəsait və qarşılıqlı iddia ilə bağlı ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi tutulsun, tutulmalı olan vəsait Cavabdeh1 xx.xx.2015-cıiil tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 903790,96 manat pul məbləğinə yönəldilərək həmin məbləğdən çıxılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 250,00 manat pul Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150,00 manat pul İddiaçı ASC-dən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Əmlakı qiymətləndirilməsi ilə bağlı 200 manat xərc məbləği Cavabdeh1 tutularaq "Əmlak Ekspertiza Mərkəzi” MMC-yə (VÖEN:**********, H\H AZ30GUNA********************, “Günay Bank" ASC, filial kodu: 505594, VÖEN: **********, SWİFT BİK:GUNAAZ22, müxbir hesab AZ25NABZ********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-22/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-22/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver