Məhkəmə qərarları › İş №2(007)-2262/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2262/2022

02.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2262/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı Ərizəçi Nadiq qızının iştirakı ilə Ərizəçi Nadiq qızının Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxarq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nadiq qızının Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. 02 avqust 2022-ci il tarixdə ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Nadiq qızının Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar