Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2284/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh Əli-X5 iştirakı ilə, İddiaçı Əli-X6 cavabdeh Əli-X7 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əli-X11 cavabdeh Əli-X7 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əli-X11 ilə Əli-X12 19.06.2010-cu ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində öz nikahlarını qeydiyyata almışlar. Nikahdan 1 övladları 14.04.2015-ci il təvəllüdlü X15 oğlu anadan olmuşdur. Hal-hal hazırda iddiaçının iddiası əsasında nikahın ləğv edilməsi ilə bağlı iş Yasamal Rayon Məhkəməsində icraatdadır (iş 2(004)-5142/2020). Həmin səbəbdən Nikah haqqında şəhadətnamənin əsli məhkəməyə təqdim edilmişdir. Tərəflər 26.12.2012-ci il tarixində alqı-satqı və İpoteka müqaviləsi əsasında Bakı şəhəri, Yasamal Rayonu, Həsən bəy Zərdabi prospekti, 92a saylı evin 212 saylı mənzil almışlar. Tərəflər həmin mənzili 17.05.2018-ci il tarixində özgəninkiləşdirərək 19.05.2018-ci ildə “İnteks" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra-Cəmiyyət) yeni mənzil (Alınan mənzil ünvan 1, mənzil 344) almaq üçün ilkin ödəniş olaraq 75000 manat pul köçürdmüşdülər. Daha sonra ödəniş cədvəlinə uyğun olaraq 2400 manat, 2350 manat, 2400 manat, 2400 manat və 2350 manat vəsait köçürmüşdülər (ümumi məbləğ-86900 manat). Bir müddətdən sonra iddiaçı və cavabdeh mənzilin gec təhvil verildiyini görərək, 19 may 2018-ci il tarixli, 299/2018 saylı müqaviləyə xitam verilməsi barədə Cəmiyyət ilə 14.01.2019-cu il tarixində əlavə razılığa gəlmişlər. Razılığa əsasən Satıcı şirkət alıcıya (Əli-X7) mənzil üçüncü şəxsə satıldıqdan sonra 86900 (səksən altı min doqquz yüz) manatı qaytarmaq barədə öhdəlik götürmüşdür.Tərəflər arasında ailə münasibətləri korlandıqdan sonra cavabdeh Əli-X12 Cəmiyyətdən tərəflərə məxsus yuxarıda qeyd edilən razılaşmaya əsasən 85 000 (səksən beş min) manatı təhvil almışdır. Qeyd olunanlara əsasən iddiaçı Əli-X11 ilə cavabdeh Əli-X5 birgə nikah dövründə əldə olunmuş 85 000 (səksən beş min) manat pulun 1/2 payının Əli-X8 məxsus olması və ona ödənilməsi, 1/2 payın Əli-X7 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əli-X12 iddianı qəbul edərək, izahatında bildirdi ki, mübahisələndirilən pul vəsatinin 50000 manat hissəsini ona valideynləri evi alarkən borc vermişlər.Şirkətdən aldığı 85000 manatdan 50000 manatı valideynlərinə qaytarmışdır.Pulun qalanı ondadır. Bölüşdürə bilərlər, yəni 35000 manatın yarısını, 17500 manatı iddiaçıya verə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan AZ-T seriyalı 583923 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əli-X12 ilə Fidan Rafiq qızı arasındakı nikah 19.06.2010-cu il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsində bağlanmış və 680 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra Həmidova Fidan “Əli-Zadə” soyadını qəbul etmişdir. İş materiallarında olan 19.05.2018-ci il tarixli KY-299/2018 saylı müqavilədən görünür ki, Əli-X12 “İnteks" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni mənzil (Alınan mənzil ünvan 1, mənzil 344) almaq üçün ilkin ödəniş olaraq 75000 manat pul köçürmüş, daha sonra ödəniş cədvəlinə uyğun olaraq 2400 manat, 2350 manat, 2400 manat, 2400 manat və 2350 manat vəsait köçürmüşdür (ümumi məbləğ-86900 manat). İş materiallarında olan 14.01.2019-cu il tarixli 19.05.2018-ci il tarixli, 299/2018 nömrəli müqaviləyə xiytam verilməsi haqqında razılaşmadan görünür ki, Əli-X5 11.01.2019-cu il tarixi ərizəsinə əsasən tərəflər arasında bağlanılan ünvan 1 ünvanında inşa edilən “Komfort” yaşayış kompleksinin İİİ blok, 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 125.07 kv.m təşkil edən, 344 saylı mənzil dair müqaviləyə, vaxtından əvvəl 14.01.2019-cu il tarixdən xitam verilmişdir. Alıcının mənzilə görə ödədiyi 86900 manat məbləğində vəsait mənzil İİİ şəxsə satıldıqdan və üçüncü şəsx tərəfindən mənzilə görə tam ödəniş edildikdən sonra 10 iş günü ərzində satıcı tərəfindən alıcıya geri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə müvafiq olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.3. və 36.4-cü maddələrinə görə, mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ərarvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qanunvericiliyin tələbinə görə ər-arvadın birgə ümumi əmlaka mülkiyyət hüququ əmlakın kimin adına və ya əmanətin kim tərəfindən qoyulmasından asılı deyildir. Bu halda əmlakın nikah dövründə alınması faktı ər-arvadın birgə ümumi mülkiyyət hüququnun təkzibedilməz sübutudur.Bundan başqa, istinad olunan Mülki Məcəllənin 225.1.-ci maddəsinin əsas dispozitiv şərtindən göründüyü kimi ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin tədqiq olunan hallarından da görünür ki, tərəflər arasında nikah dövründə qazandıqları əmlaka dair nə nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, nə də nikah dövründə nikah kontraktı bağlanmamış, həmçinin onlar arasında hər hansı bir razılaşma mövcud olmamışdır. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, ünvan 1 ünvanında inşa edilən “Komfort” yaşayış kompleksinin İİİ blok, 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 125.07 kv.m təşkil edən, 344 saylı mənzili iddiaçı ilə cavabdeh birgə nikah dövründə əldə etmişlər.Lakin sonradan müqaviləyə xitam verilmiş,cavabdehdeh “Komfort” yaşayış kompleksindən 85000 manat pulu geri almışdır.Hal hazırda iddiaçı həmin pul vəsaitinin yarısını tələb edir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutlara qiymət verərək, eləcə də cavabdehin iddianı qismən qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Əli-X3 Əli-X6 xeyrinə tərəflərin birgə nikahı dövründə əldə olunmuş 85.000 (səksən beş min) manat pulun 1/2 hissəsi, yəni 42.500 (qırx iki min beş yüz) manat tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Nizami rayonu,Bəkir Çobanzadə küçəsindəki 71 saylı evin 26 saylı mənzilinə istifadə hüqunun olmaması müəyyən edilsin. Cavabdeh övladları-16 fevral 2016-cı il təvəllüdlü X10 və 16 fevral 2016-cı il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri Nizami rayonu,Bəkir Çobanzadə küçəsindəki 71 saylı evin 26 saylı mənzilindən çıxarılsın. Cavabdeh həmin mənzildən istifadə hüququ 30 iyun 2022-ci il tarixədək saxlanılsın və qətnamənin icrası həmin tarixədək dayandırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2284/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2284/2021
24.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver