Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2293/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X3 qarşı istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 aprel 2021-ci il tarixli Bakı şəhəri 52 saylı notariat ofisində X4 ilə aralarında Bakı şəhəri,Nizami rayonu, Qara Qarayev prospekti,ev 89 ünvanında yerləşən ümumi sahəsi 51.8 kv.m olan 66 saylı mənzilin,tərəfindən alınmasına dair AN-1 №0933809 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri, Nizami rayonu,Qara Qarayev prospekti,ev 89 ünvanında yerləşən ümumi sahəsi 51.8 kv.m olan 66 saylı mənzil AR ƏMDK yanında DƏDRX Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışla onun xüsusi mülkiyyətindədir.Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri,Nizami rayonu,Qara Qarayev prospekti,ev 89 ünvanında yerləşən ümumi sahəsi 51.8 kv.m olan 66 saylı mənzilin keçmiş mülkiyyətçisinin qohumudur.Sözügedən mənzilin keçmiş mülkiyyətçisi X4 ilə aralarında bağlanmış AN-1 №0933809 saylı alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən,satıcılar 08.05.2021-ci il tarixədək onun xüsusi mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürsə də,keçmiş mülkiyyətçi X4 tərəfindən pasport qeydiyyatına salınmış hazırki iş üzrə Cavabdeh Azərbaycan Respublikası ərazisində olmadığı üçün onun xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 51.8 kv.m olan 66 saylı mənzildən pasport qeydiyyatından çıxması yalnız məhkəmə yolu ilə mümkündür.Cavabdehlə halhazırda əlaqaləri yoxdur, uzun müddətdir göstərilən ünvanda yaşamamasına baxmayaraq, hələ də ona məxsus olan mənzildə pasport qeydiyyatından çıxmamışdır.Hazırki iş üzrə Cavabdeh onun xüsusi müllkiyyətində olan mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, cavabdehin formal olaraq onun mənzilində qeydiyyatda olması bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozur və o, cavabdehin yerinə əlavə kommunal xərcləri ödəməli olur. Qeyd olunanları nəzərə alaraq cavabdeh X2 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 51.8 kv.m olan 66 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Teymur qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 23.04.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,satıcı X4 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 23.9 kv.m, yardımçı sahəsi 27.9 kv.m ola 1 otaqlı mənzilin tam mülkiyyəti üzrə ona məxsus hissəsindən 51.8 kv.m olan 1 otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir.Satıcı daşınmaz əmlakı 59.500 manata alıcıya satmış,alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan Elektron Notariat Avtomatlaşdırılmış X1 görünür ki, Cavabdeh və X4 ünvan 7 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu,Qara Qarayev prospekti ev 89, 66 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 23.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və manesiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri,Nizami rayonu,Qara Qarayev prospektində yerləşən 89 saylı evin 66 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2293/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2293/2021
23.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver