Məhkəmə qərarları › İş №2(007)-2299/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2299/2021

16.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2299/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "mənzildən istifadə hüququnun tanınması" tələbinə dair mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun faktiki mülkiyyətində olan ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul etməklə iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzili 21 aprel 2012-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən ona məxsus olmaqla faktiki onun mülkiyyətindədir. 18 iyun 2013-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları Nizami rayon Qeydiyyat Şöbəsində 18.06.2013-cü il tarixdə 1145 sayla qeyd edilmişdir. Birgə nikahlarından 30 iyun 2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Sabunçu rayon Məhkəməsinin 07.12.2020-ci il tarixli, 2(008)-2940 saylı qətnaməsi ilə 30 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün 12 mart 2020-ci il tarixdən başlayaraq ondan hər ay qazancının və başqa gəlirlərimin dördə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Nikahın pozulması ilə əlaqədar tərəfindən Nərimanov rayon Məhkəməsinə müraciət olunmuşdur. Cavabdehlə nikah münasibətinə daxil olandan sonra cavabdeh onunla iddiaçının faktiki sahibliyində və ya mülkiyyətində olan qeyd olunan mənzildə yaşamış, hal-hazırda da həmin mənzildə yaşayır. Cavabdeh mtilkyyətində olan mənzilin giriş qapısının açarlarını dəyişərək onun mənzilə daxil olmağına müdaxilə etmiş və bu üzdən o, bir neçə aydır ki, faktiki sahibi olduğu mənzildə yaşamağından məhrum olmuşdur. O, bu məsələ ilə əlaqədar bir neçə dəfə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə rəsmi müraciət etmiş, polis bölməsində işin mülki tələb olduğu ona izah olunaraq məhkəmə qaydasında həll olunması bildirilmişdir. İddia tələbi ilə Nərimanov rayon Məhkəməsinə cavabdehə qarşı müraciət etmiş, Nərimanov rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(005)-1838/2021 saylı Qərardadı ilə onun Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qanunun mənasından göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137 A, mənzil 510 faktiki sahiblik hüququ üzrə ona məxsus olsa da, qanunla müəyyən olunmuş qaydada ondan istifadə etmək hüququ Cavabdeh tərəfindən məhdudlaşdırılmış, mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Beləliklə hesab edir ki, pozulmuş hüquqları bərpa olmaqla onun faktiki mülkiyyətində olan ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul olunmalıdır. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun ünvan 2 ünvanında “Pronto" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia əsassız olduğundan, aşağıda göstərdiyi əsaslarla rədd edilərək qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, ilkin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanında “Pronto" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilinə dair 21.04.2012-ci il tarixdə müqavilə bağlanmışdır. Hazırki iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı ilə 18 iyun 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bundan əvvəl isə nişanlı olmuşlar. Nişanlı olduqları dövrdə, yəni 30.05.2013-cü il tarixində o, “AGBANK" ASC-dən 5000 manat kredit götürərək, həmin mənzilin təmir edilməsinə pul çatışmadığı üçün İddiaçı vermişdir. Həmin mənzil təmir edildikdən sonra, 18 iyun 2013-cü ildə evlənib ailə həyatı quraraq, o, həmin mənzilə gəlin köçmüş, hal-hazıradək həmin mənzildə yaşamaqdadır. Birgə nikahlarından 30.06.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Daha sonra isə hazırki iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı ilə aralarında olan münasibətlər pisləşdiyindən onlar ayrılmışlar. Həmçinin, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2940/2020 saylı, 07.12.2020-ci il tarixli qətnaməsinə əsasən 30 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 mart 2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qərar alınmışdır. Bundan əlavə İddiaçı aralarında olan nikahın pozulması üçün Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı aralarında olan nikahın pozulmasında və boşanmaqda məqsədi onu həmin mənzilə dair hüquqlardan məhrum etməkdir. Bildirir ki, o, 18 iyun 2013-cü ildən həmin mənzildə yaşayır. ünvan 3 ünvanda qeydiyyatda olsa da, bu qeydiyyat formal xarakter daşıyır. Belə ki, həmin mənzil onun valideyninə məxsusdur. Onun övladı ilə birlikdə valideynlərinin mənzilində yaşamağı qeyri- mümkündür. Cavabdehlə birgə nikah dövründə o, dəfələrlə birgə yaşadıqları, ünvan 2, 510 saylı mənzilə qeydiyyata düşmək istəsə də, cavabdeh hər zaman müxtəlif bəhanələrlə buna imkan verməmişdir. Hesab edir ki, o, ünvan 2, 510 saylı mənzilə gəlin köçdüyündən, hal-hazıradək azyaşlı övladı ilə həmin məznildə yaşadığından və başqa yaşayış yeri olmadığından onun həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X5 ilkin iddianın dəlillərinə uyğun izahat verərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzilin təmirini nikahdan qabaq etdirmişlər. Qarşı tərəf evin təmirinə 5000 manat pul verdiyini bildirsə də, bu düz məlumat deyil. Qarşı tərəfin evin təmirində iştirakı yoxdur. Ev oğlunun mülkiyyətindədir. Qarşı tərəf evi təmir etdirdiyini bildirirsə, bunu sübut etsinlər. Bir il yarımdır ki, oğlu evinə gedə bilmir. Evinə gedir, lakin qarşı tərəf onu evə buraxmır. Evin açarı dəyişdirilmişdir. Oğlunun bütün əşyaları mənzilində qalmış, lakin o, evdə yaşaya bilmir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianın dəlillərinə uyğun izahat verərək bildirdi ki, evin təmirinə, əşyalarına görə 5000 manat kredit götürüb vermişdir. Həmin krediti də özü ödəmişdir. Dəfələrlə mənzilə qeydiyyata düşmək istəsə də, buna maneə yaratmışlar. İlkin iddiaçıya görə borc pul götürmüşdür. Lakin o, həmin pulu ödəməkdən boyun qaçırdığına görə onu evə qoymamışdır. Hazırda da evdə yaşayır. Əgər istifadə hüququ tanınmasa qarşı tərəf onları evdən çıxardacaqlar. İlkin iddiaçının evə gəlməsinə etiraz etmir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, atasının evi var, lakin o, uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamaq istəyir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 21 aprel 2012-ci il tarixdə bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” Müqavilədən görünür ki, Cəmiyyət Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 2566-cı məhəllə ünvanında cəmiyyət tərəfindən tikilməkdə olan binanın “J” bloku, 510 mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Mənzilin dəyəri binanın tikintisi başa çatdıqdan sonra müəyyənləşdiriləcəkdir. - 30.05.2013-cü il tarixli 107.LN.İ605.300513.00002 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X6 illik 26 faiz ödəmək şərti ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2940/2020 saylı 07.12.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək 30 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 mart 2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1383/2021 saylı 30.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 18 iyun 2013-cü il tarixdə Bakı şəhəri Nizami Rayon qeydiyyat Şöbəsindən 1145 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 30 iyun 2017-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında nikah 18 iyun 2013-cü il tarixdə bağlanmışdır. Tərəflər ailə həyatı qurduqdan sonra hazırda mübahisə predmeti ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzildə yaşamışlar və tərəflərin birgə nikahından 30 iyun 2017-ci il təvəllüdlü X3 övladları həmin mənzildə anadan olmuşdur. Mübahisə predmeti olan mənzil 21.04.2012-ci ildən, yəni nikahdan əvvəl İddiaçı mülkiyyətindədir. Tərəflər faktiki olaraq ayrılmışlar. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun faktiki mülkiyyətində olan ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilinə köçürülməsini xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun ünvan 2 ünvanında “Pronto" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilindən istifadə hüququnun tanınmasını xahiş edir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında 21 aprel 2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətindədir. Hazırda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mənzildən istifadə ilə bağlı məhdudiyyətlər yaradılır. Bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırda mübahisəli əmlak üzərində müstəqil şəkildə mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyindən o, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilə köçürülməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzil İddiaçı mülkiyyətindədir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2013-cü ildən sonra, yəni tərəflər arasında nikah bağlandıqdan və onlar mübahisəli mənzilə köçdükdən sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair" 16.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. Hazırda da ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında qohumluq əlaqələri yoxdur. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ailə üzvü deyil və hazırda da tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında razılıq yoxdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, qarşı tərəf isə onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onların mübahisəli mənzilə istifadə hüququ yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “onun ünvan 2 ünvanında “Pronto" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilindən istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilə köçürülməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "onun ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” giriçin, 510 saylı mənzilindən istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia təmin edilsin. İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilə köçürülsün. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "onun ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” giriçin, 510 saylı mənzilindən istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar