Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2305/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X7 xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş, sonuncu yaşayış yeri onun faktiki yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi olmuşdur. Məlumat üçün qeyd edir ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi qardaşı X6 mülkiyyətində olmuşdur. Qardaşı xx.xx.2015-ci ildə mülkiyyətində olan və yaşadığı məlum yaşayış sahəsindən bacısının yaşadığı və pasport qeydiyyatında olduğu ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə qonaq getmişdir. İlk günlər onlar X6 harada olması ilə maraqlanmamış və hesab edirmişlər ki, o, bacısıgildə yaşayır. Təxminən 10-15 gündən sonra o, qardaşının bacısıgildə olması ilə maraqlananda məlum olmuşdur ki, o heç bacısıgildə olmamışdır. O, qardaşının harada olacağını güman etdiyi hər yeri axtarmışdır və ondan heç bir məlumat əldə edə bilməmiş və buna görə də, onun axtarılması üçün ərazi üzrə hüquq-mühafizə orqanına müraciət etmişdir. Yuxarıda qeyd edilmiş faktları təsdiq etmək üçün qonşulardan X3 və X4 hazırki mülki işin məhkəmə baxışında şahid qismində dindirilməsini xahiş edir. Bildirir ki, qardaşı X7 indiyə kimi ölmüş elan edilməmiş və bu fakt müvafiq yerli icra hakimiyyəti orqanlarında qeydə alınmamışdır. Hazırda vərəsəliklə bağlı münasibətlərin tənzimlənməsi və s. mülki hüquqların realizə edilməsi üçün X6 ölüm faktının qeyd edilməsi zəruridir. Buna görə də, qardaşı X6 ölümü barədə müvafiq şəhadətnamənin təqdim edilməsi üçün Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin həmin şöbə qeyri-rəsmi surətdə xahişini təmin etməmişdir. Qardaşı X6 doğumu haqqında şəhadətnamənin təqdim edilməsi üçün Xətai rayon qeydiyyat şöbəsinə müraciət etmişdir və həmin şöbə ona yalnız qardaşının doğumu barədə qeydin surətini təqdim etmişdir. Məlumat üçün bildirir ki, Suraxanı rayon MKTB-nin 103 saylı MKİS-nin təqdim etdiyi 70 saylı xx.xx.2022-ci il tarixli arayışı ilə qardaşı X6 2015-ci ilə kimi ünvan 1 ünvanda yaşaması faktı təsdiqlənir. Bakı şəhəri Suraxanı RPİ-nin 096-1261o- 1222 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən, xx.xx.1958-ci il təvəllüdlü X6 itkin düşməsi ilə əlaqədar həmin idarədə xx.xx.2015-ci il tarixli 10915/15 saylı axtarış işinin açılması və hal-hazırki tarixə qədər əməliyyat-axtarış tədbirinin heç bir nəticə verməməsi faktı tsdiqlənir. Qeyd edilənlərə əsasən xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş qardaşı X6 31 avqust 2015-ci il tarixdə ölmüş elan edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizənin dəlillərinə uyğun, eyni məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, 2015-ci ilin avqustun 31-də polisə müraciət etmişdir. Qardaşı dənizə 1 ay xəbərsiz gedirdi. Onu sonuncu dəfə Hövsan qəsəbəsində parkda görmüşlər. Qardaşının ölmüş elan edilməsi ona Hövsandakı evə qeydiyyata düşmək üçün lazımdır, həmin ev qardaşının adınadır. Qardaşı "malyar" kimi işləmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Onlar ailədə beş uşaq olmuşlar. O, X10i sonuncu dəfə 2015-ci il tarixində görmüşdür. Qardaşı "malyar" kimi işləyirdi. Qardaşı həddindən artıq spirtli içki içirdi. Qardaşı işləmək üçün gedir və bir neçə müddət gəlmirdi. O, evə gəlmədiyi üçün polisə müraciət etmişlər və polis qardaşının barəsində axtarış elan etmişdir. Qardaşının ailəsi yoxdur. Polis onlara qardaşının tapılmadığını bildirmişdir. Qardaşım ölkədən çıxıb getməmişdir. O, tapılmır. Hövsanda yerləşən evləri qardaşının adınadır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İ-ИЕ № 690597 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 oktyabr 1958-ci il tarixdə doğulmuşdur. X14, anası Şəkərxanova Səriyatdır; - AZ-İİİ № 349717 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə doğulmuşdur. X14, anası Şəkərxanova Səriyatdır; - 103 saylı MKİS-in Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 70 saylı arayışından görünür ki, X7 D/02 saylı xx.xx.2022-ci il tarixli qonşuların aktına əsasən Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 8, mənzil 29 ünvanında 2015-ci il tarixinə kimi yaşamışdır; - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 096-1261O-1222 saylı arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X7 2015-ci ildə itkin düşməsi ilə əlaqədar, Suraxanı RPİ-də xx.xx.2015-ci il tarixində 10915/15 nömrəli axtarış işi açılmışdır. K.Şəkərxanovun tapılması istiqamətində Suraxanı RPİ-nin bütün şəxsi heyyəti təlimatlandırılmış, müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır və hal-hazırda bu istiqamətdə tədbirlər davam etdirilir; - 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 6 ünvanında qeydiyyatdadır; - Azərbaycan Respubliksaının Dövlət X11 Nəzarətinin xx.xx.2022-ci il tarixli 33/3895 saylı məlumatından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X6 dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 19 oktyabr 1958-ci il tarixdə anadan olmuş qardaşı X7 Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 8, mənzil 29 ünvanında yaşamış, sonuncu dəfə 2015-ci il evdən çıxaraq bir daha geri qayıtmamışdır. Həmin faktla bağlı Bakı şəhəri Suraxanı RPİ-də 10915/15 nömrəli axtarış işi açılmışdır. Hal-hazıradək X6 axtarışları müsbət nəticə verməmişdir. X1rdaşı onun ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən hesab edir ki, Ərizəçi qardaşı X6 ölməsi faktı məhkəmədə tədqiq edilmiş yuxarıda istinad edilən sənədlərlə öz təsdiqini tapır. Məhkəmə hazırkı baxılan məsələ tədqiq edilmiş həmin sənədləri mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, bu sənədlər qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. 2015-ci il tarixdə itkin düşdükdən sonra X5 hər hansı bir məlumat olmamış, onun axtarışları müsbət nəticə verməmişdir. İtkin düşdükdən sonra X6 ölməsini güman etməyə kifayət qədər əsas verir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə ərizənin əsaslı olması tam təsdiq edilir, habelə işin faktiki hallar ilə müəyyən olunur ki, ərizəçinin itkin düşmüş X6 ölməsi faktını təsdiq edən müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün yaşadığı yerin məhkəməsinə müraciət etmişdir, bu hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəçiyə, vərəsəliklə bağlı münasibətlərin tənzimlənməsi və digər sənədləşmə işlərinin aparılması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, Ərizəçi qardaşı X7 ölmüş elan edilməli, ölmüş elan edilmə haqqında qətnamənin qanuni qüvvəyə mindiyi gün X6 ölüm günü sayılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə X6 ölüm haqqında akt qeydinin tərtib edilərək bu barədə şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 oktyabr 1958-ci il tarixdə anadan olmuş X7 ölmüş elan edilsin, onun ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün sayılsın. Hazırkı qətnamə X6 ölüm haqqında akt qeydinin tərtib edilərək bu barədə şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2305/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2305/2022
26.10.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver