Məhkəmə qərarları › İş №2(007)-2311/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2311/2021

09.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2311/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə əlavə etdiyi 37 №li “Order”də yazılmış Məmmədəli sözünün “Doğum haqqında şəhadətnamə”yə uyğun olaraq “Məhəmmədəli” kimi oxunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 22.12.1989-cu il tarixli 14/519 №li qərarına əsasən “Ləhic” bağları sahəsində ona ayrılmış torpaq sahəsi (0,12 ha) haqqında verilmiş 28.08.1990-cı il tarixli 37 №li “Order”-də onun adını “Məmmədəli” kimi qeyd etmişlər. Bu səbəbdən də DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində sənədlərini icraata (çıxarış almaq üçün) qəbul etməkdən imtina etmişlər və məhkəməyə müraciət edərək “Order”də yazılmış “Məmmədəli” sözünün “Məhəmmədəli” kimi oxunması haqqında “qərar” qəbul edilməsini ondan tələb etmişlər. Məsələnin həlli ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Dövlət arxivindən “Asan Xidmət” vasitəsilə alınmış “çıxarışa” əsasən “Ləhic 133 №li Bağ Tikinti Kooperativi” üzvlərinin siyahısında 35cı (üzv) şəxs odur. Ancaq siyahını Azərbaycan dilində tərtib edən şəxsin diqqətsizliyi və ya dili mükəmməl bilməməzliyi səbəbindən onun adı Məmmədəli kimi qeyd edilmişdir. Müvafiq qaydada 37№li Orderdə də adı Məmmədəli olaraq qeydə alınmışdır. Bildirmək istəyir ki, o, həmin dövrdə keçmiş ittifaqın Qaz Sənayesi Nazirliyinin tabeliyində olan “Xəzərdənizneftqaz” X13 (VPO “Kaspomefteqazprom”) Böyük Mühəndis (starşiy injiner) vəzifəsində çalışmış və bütün qeydləri 137 saylı mənzil kommunal istismar sahəsində (MKİS) saxlanılır, Qara-Çuxur qəsəbəsi, Razin küçəsi 24 ünvanında yerləşən binanın (ailəvi-yataqxana) şəxsi qeydiyyat (domovaya) kitabında da öz təsdiqini tapır. 137 saylı MKİS-də saxlanılan şəxsi qeydiyyat kitabında da bütün yazılar rus dilindədir (kitabda onun və ailə üzvlərinin qeydiyatda olduqları səhifənin surətini ərizəsinə əlavə edir). Xüsusi olaraq qeyd etmək istəyir ki, 1990-cı illərə qədər Bakıda bütün dövlət təşkil adlarında, əsasən də mərkəzi idarəetmə aparatlarında sənədlər və yazışmalar rus dilində aparılırmış. Kiril əlifbasında olmayan Azərbaycan hərflərinin (h,ə,ö,ü) daşıyıcıları olan insan və yer adlarının rus dilinə və əksinə çevrilməsində hərfi (orfoqrafik) xətalara yol verilmişdir. O cümlədən onun adının rus dilində yazılışının (Maqomedali) azərbaycan dilinə çevrilişində yanlışlığa yol verilmiş və adını Məhəmmədəli əvəzinə Məmmədəli kimi qeydə almışlar. Onun “Doğum haqqında şəhadətnamə”nin əsasında Nəsimi rayon X24 tərəfindən 1973-cü ildə verilmiş pasportunda da rus dilində yazılmış X18 oqlu, Azərbaycan dilində X2 qeyd olunmuşdur (həmin pasportun surətində ərizəsinə əlavə edir). “Əmək kitabçası”nda da eyni şəkildə müvafiq qeydlər mövcuddur və s. Məhkəmə iclasında Ərizəçi iddia müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 05.07.2021-ci il tarixli 018-9522-1221 saylı məktubundan görünür ki, xx.xx.1951-ci il təvsllüdlü Ərizəçi Cəbrayıl Rayon X24 tərəfindən 18.04.1973-cü i tarixdə verilmiş XXVİİİ-LS seriyalı 520348 nömrəli keçmiş pasportun əsasında 11.09.1997-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən AZ-374898 nömrəli köhnə nümunəli şəxsiyyəti təsdiq edən 9 saylı formada arayışla (Forma-9) sənədləşdirilmiş və həmin sənəd əsasında 29.05.2002-ci il tarixdə AZE-00****** nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Həmin sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Həmin şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Cəbrayıl rayonunun Hovuslu kəndində doğulmuşdur. - 137 saylı MKİS-in 02.07.2021-ci il tarixli 29 saylı məlumatından görünür ki, xidməti ərazilərində yerləşən Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı bina yataqxana olduğuna görə şəxsi hesab kitabı yoxdur. Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 24, mənzil 140 ünvanının ev uçotu vərəqəsindən görünür ki, Ərizəçi ailə tərkibinə həyat yoldaşı Məmmədova Fazilə, qızı Məmmədova Cəmilə, oğlu Məmmədov Vüqar daxildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məlumatından görünür ki, Ərizəçi 25.01.1980-cı ildə Xəzər rayon qeydiyyat şöbəsində 07.04.1945-ci il təvəllüdlü X17 ilə nikaha daxil olmuş nəmin nikahdan 04.07.1981-ci ildə Cəmilə Məmmədova, 03.12.1982-ci ildə isə Vüqar Məmmədov doğulmuşdur. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft və X10 03.03.1998-ci il tarixli 24-K nömrəli əmrindən görünür ki, X1 baş energetik şöbəsinin rəisinin müavini, Bakı şəhəri, Nizami rayon 24-cü Polis Bölməsinin 9 №-li formada 374898 №-li 1997-ci il 11 sentaybr tarixli arayışına əsasən X7- Ərizəçi hesab edilməsi əmr edilmişdir. - 13 aprel 1965-ci il tаriхdə vеrilmiş AЗ № ******* saylı doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1951-ci il tаriхdə Cəbrayıl rayonunun Hovuslu kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1951-ci il tarixdə 04 № ilə qeyd edilmişdir. X4, anası X12r. - Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 22.12.1989-cu il tarixli 14/519 №li qərarından görünür ki, “Ləhic” bağları sahəsində X9 torpaq sahəsi ayrılmışdır. - Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 28.08.1990-cu il tarixli 37 saylı Orderindən görünür ki, X9 Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 22.12.1989-cu il tarixli 14/519 №li qərarına əsasən “Ləhic” bağları sahəsində olan sahəsi 0,12 hektar olan 845A saylı bağ ayrılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, o, Ərizəçi xx.xx.1951-ci il tarixdə Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olmuşdur. 13 aprel 1965-ci il tаriхdə vеrilmiş və doğum haqqında akt qeydləri kitabında 04 № ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədən də görünür ki, onun X4, anası X16 olmuşdur. Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 22.12.1989-cu il tarixli 14/519 №li qərarında və 28.08.1990-cu il tarixli 37 saylı Orderində 133 saylı BTK-nın üzvü olan Ərizəçi adı X3 göstərilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində sənədlərini icraata (çıxarış almaq üçün) qəbul etməkdən imtina etmişlər və məhkəməyə müraciət edərək “Order”də yazılmış “Məmmədəli” sözünün “Məhəmmədəli” kimi oxunması haqqında “qərar” qəbul edilməsini ondan tələb etmişlər. Məsələnin həlli ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Dövlət arxivindən “Asan Xidmət” vasitəsilə alınmış “çıxarışa” əsasən “Ləhic 133 №li Bağ Tikinti Kooperativi” üzvlərinin siyahısında 35-cı (üzv) şəxs odur. Ancaq siyahını Azərbaycan dilində tərtib edən şəxsin diqqətsizliyi səbəbindən onun adı Məmmədəli kimi qeyd edilmişdir. Müvafiq qaydada 37№li Orderdə də adı Məmmədəli olaraq qeydə alınmışdır. O, həmin dövrdə keçmiş ittifaqın Qaz Sənayesi Nazirliyinin tabeliyində olan “Xəzərdənizneftqaz” X13 (VPO “Kaspomefteqazprom”) Böyük Mühəndis (starşiy injiner) vəzifəsində çalışmışdır. 1990-cı illərə qədər Bakıda bütün dövlət təşkil atlarında, əsasən də mərkəzi idarəetmə aparatlarında sənədlər və yazışmalar rus dilində aparılırmış. Kiril əlifbasında olmayan Azərbaycan hərflərinin (h,ə,ö,ü) daşıyıcıları olan insan və yer adlarının rus dilinə və əksinə çevrilməsində hərfi (orfoqrafik) xətalara yol verilmişdir. O cümlədən onun adının rus dilində yazılışının (Maqomedali) azərbaycan dilinə çevrilişində yanlışlığa yol verilmiş və adını Məhəmmədəli əvəzinə Məmmədəli kimi qeydə almışlar. Onun “Doğum haqqında şəhadətnamə”nin əsasında Nəsimi rayon X24 tərəfindən 1973-cü ildə verilmiş pasportunda da rus dilində yazılmış X18 oqlu, Azərbaycan dilində X2 qeyd olunmuşdur (həmin pasportun surətində ərizəsinə əlavə edir). “Əmək kitabçası”nda da eyni şəkildə müvafiq qeydlər mövcuddur və s. Qeyd edilən hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluqların olması ərizəçiyə evə dair çıxarışın alınmasında maneəçilik törədir. Qeyd edilən halı da təsdiq edən sənədlərin başqa cür alınması da mümkün deyil. Buna görədə ərizəçi yol verilmiş səhvin aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 133 saylı BTK-nın üzvü olan Ərizəçi bağ sahəsinin ayrılmasına dair Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 22.12.1989-cu il tarixli 14/519 №-li qərarında və 28.08.1990-cu il tarixli 37 saylı Orderində vətəndaş “X11” hissəsində “Ərizəçi” sözlərinin əvəzinə səhvən “X11” sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, “Ləhic” bağları sahəsində olan sahəsi 0,12 hektar olan 845A saylı bağ Ərizəçi ayrılmış, lakin Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 22.12.1989-cu il tarixli 14/519 №-li qərarında və 28.08.1990-cu il tarixli 37 saylı Orderində şəxsin adı səhvən düz yazılmamışdır. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin evin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 22.12.1989-cu il tarixli 14/519 №-li qərarında və 28.08.1990-cu il tarixli 37 saylı Orderində qeyd edilmiş “X11” hissəsindəki “X11” sözlərinin “Ərizəçi” sözləri olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 22.12.1989-cu il tarixli 14/519 №-li qərarında və 28.08.1990-cu il tarixli 37 saylı Orderində qeyd edilmiş “X11” hissəsindəki “X11” sözlərinin “Ərizəçi” sözləri olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar