Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2312/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğvi, işə bərpa, və əmək haqqı” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 və vəkil-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı olan “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı olan “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi Məktəbinin direktonun xx.xx.2025-ci il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq o, İddiaçı 1986-cı ildə S.Hacıbəyov adına Sumqayıt orta ixtisas Musiqi Məktəbini bitirməklə, fortepiano müəllimi, konsertmeyster ixtisasına yiyələnmişdir. 2005-ci ildə Təhsil Nazirliyi Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma institunda musiqi üzrə ixtisasını artırmışdır. Əmək fəaliyyətinə ixtisasısı üzrə xx.xx.1988-ci ildən başlamaqla, müxtəlif Müsiqi məktəblərində müəllimə kimi çalışmışdır. Sonuncu iş yeri R.Hacıyev adına 15 nömrəli onbirillik Musiqi Məktəbi olmuşdur. Belə ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2025- ci il tarixinədək həmin Məktəbdə Fortepiano ixtisası üzrə müəllimə vəzifəsində çalışmışdır. İddia ərizəsinə əlavə etdiyi fəxri fərman, diplom və sertifikatlardan da göründüyü kimi cavabdeh işəgötürən və digər təşkilatlar tərəfindən dəfələrlə yüksək səviyyədə təltif olunmuşdur. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi çoxsaylı diplom və sertifikatlardan da aydın olduğu kimi hazırladığı şagirdlər müxtəlif yüksək beynəlxalq və ölkədaxili tədbirlərdə ölkəni məharətlə təmsil etmişlər, yüksək yer və mükafatlara layiq görülmüşlər. Fəaliyyətində işəgötürən tərəfindən dəfələrlə mükafatlandırılmış, heç vaxt intizam tənbehinə məruz qalmamışdır. Çalışdığı Məktəbin tabe olduğu Mədəniyyət Nazirliyi 2024-cü ilin sonundan etibarən Musiqi məktəblərində müəllimlərin attestasiya olunacağı barədə məlumat yaymışdır. Nazirliyin məsul şəxsi və təmsilçisi olan müşavir Cəsarət Valehov dəfələrlə media vasitəsilə çıxışı zamanı attestasiyanın məqsədinin müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması olmasını, attestasiya nəticəsində heç bir müəllimin işdən azad olunmayacağını bildirmişdir. Həmçinin cavabdeh işəgötürən məktəbin rəhbərliyi dəfələrlə Nazirliyin yuxarıdakı mövqeyini təkrarlayaraq, attestasiyanın yoxlama və qiymətləndirmə ilə bağlı keçiriləcəyini, onun nəticəsində heç bir müəllimin işdən azad olunmayacağını bildirmişdir. O, şahidlərin yanında cavabdeh işəgötürən Məktəbin rəhbərliyinə öz tibbi göstəricilərini, xəstəliklərini, xüsusən də 2-ci dərəcəli ağır şəkər xəstəsi olmağını təsdiq edən diaqnozlarını göstərmiş, xəstəliyinin get-gedə daha da ağırlaşdığını, bu halın attestasiyaya hazırlığına mənfi təsir etdiyini, pianinoda ifa edərkən çətinlik çəkdiyini, attestasiya zamanı bu halın problem yaradacağına və nəticəyə təsir edəcəyindən narahat olduğunu bildirdikdə, ona narahatçılığa əsasın olmaması, xüsusilə də ağır şəkər xəstəsi kimi ona münasibətdə bunun heç bir təsirinin olmayacağını, şablon bir prosedur olmasını bildirmişlər. Belə olan halda o, Mədəniyyət Nazirliyinin və cavabdeh işəgötürən Məktəbin rəhbərliyinin sözlərinə inanaraq, səhhətinin yol verdiyi məhdud imkan daxilində hazırlaşmadan attestasiyada iştirak etmiş, bacardığı qədər suallara cavab vermiş və ifa etmişdir. Attestasiya ilə bağlı isə bildirir ki, Əmək Məcəlləsinə əsasən attestasiyanı işəgötürən təşkil etməli olduğu halda Mədəniyyət Nazirliyi təşkil etmişdir. O, attestasiya komissiyasının verdiyi suallara qənaətbəxş cavab vermişdir. Lakin komissiya tərəfindən pianinoda ifa etməli olduğu bildirildikdə, ağır şəkər xəstəsi olduğunu, xəstəliklə bağlı əvvəlki kimi ifa edə bilmədiyini qeyd etmişdir. Komissiya isə bu halın nəzərə alınacağını bildirmişdir. Bundan bir müddət sonra məlumat əldə etmişdir ki, attestasiya komisiyası onun barəsində tutduğu vəzifəyə (peşəyə) uyğun olmaması haqqında rəy verib. Belə olan halda o, qüvvədə olan Əmək qanunvericiliyinin tələblərini, Mədəniyyət Nazirliyinin və Məktəb rəhbərliyinin mövqeyini (vədlərini) nəzərə alaraq, attestasiya zamanı ifa ilə bağlı səhhəti ilə əlaqədar yol verdiyi xırda səhvlərin üzərində işləməyi və aradan qaldırmağı planlaşdırmışdır. Lakin qısa müddət sonra digər müəllimlərlə yanaşı ona qarşı da münasibətin dəyişməsinin və işdən azad olunacağı barədə fikirlərin şahidi olmuşdur. Bu zaman Nazirlik və işəgötürən tərəfindən aldadıldığından əmin olmuşdur. Məsələni aydınlaşdırmaq üçün işəgötürənə müraciət etdikdə və onun işdən azad edilməsinin qanunsuz olmasını bildirdikdə, ona bildirilmişdir ki, onlar onun peşəkarlığına, nümunəvi müəllim olmağına və şagirdlərinin yüksək nəticələr əldə etməyini şübhə etmirlər və danmırlar. Sadəcə Nazirliyin tabeçiliyində olan Bakı şəhər Mədəniyyət Baş İdarəsi onlardan tələb edir ki, xəstəliyindən asılı olmayaraq attestasiyadan keçə bilməyən bütün müəllimləri işdən azad etsinlər. Həmçinin ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Halbuki Mədəniyyət Nazirliyi rəsmi saytda yerləşdirdiyi xx.xx.2025-ci il tarixli elanda (çıxarış əlavə olunur) qeyd olunmuşdur ki: “492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə, əmək müqavilələrinə xitam verilməyəcək”. Daha sonra Məktəb rəhbərliyi ona əmək müqaviləsinə öz xahişi ilə (öz ərizəsi əsasında) xitam verilməsini təklif etmişdir. O, isə bunla razılaşmamış, bunun qanunsuz və saxtakarlıq olmasını bildirmişdir. Ona görə də hazırda mübahisələndirilən qanunsuz əmri verməklə, onu attestasiya nəticəsinə əsaslanmaqla işdən azad etdilər. Əmək Məcəlləsinin 66-cı maddəsində sadalanan attestasiyadan azad olunan şəxslərin dairəsinə daxil olmadığını nəzərə alsa da belə, 2-ci dərəcəli ağır şəkər və digər ağır xəstəliklərdən əziyyət çəkdiyini, bu halın attestasiya zamanı yüksək səviyyədə ifa etməyə mane olduğunu, məhz xəstəliyimdən qaynaqlanan səbəblərdən çətinlik yaranmasını, yəni xəstəliyi ilə attestasiyadan keçməsi barədə səbəbli əlaqənin mövcudluğunun nəzərə alınmaması son dərəcə absurd haldır. Halbuki onun müəllimlik kariyerasında əldə etdiyi nailiyyətlər, hazırlaşdırdığı şagirdlərin beynəlxalq dərəcədə tanınan və mükafatlandırılan uğurlarının nəzərə alınmaması və heçə sayılması onu dərindən üzmüşdür. Yekunda ona bəlli olmuşdur ki, attestasiya təşkil etməkdə işəgötürənin (o cümlədən Nazirliyin) məqsədi Əmək Məcəlləsininin 65-ci maddəsində göstərilən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq yox, müəllimləri bu bəhanə ilə işdən azad etmək, yer boşaltmaq təşkil edirmiş.
Cavabdehin etirazı:
3. Cavabdeh iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz ərizəsi onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Nazirlər Kabinetinin 2001-ci il 23 may 97 nömrəli qərarı təsdiq edilmişdir. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsində təhsilverənlər qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçirilə bilərlər. 2020-ci il 20 noyabr tarixindən Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə iki il COVİD-19 infeksiyasına görə ölkənin təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldığına görə müəllimlərlə mütəmadi görüşlər və tanışlıq münasibətlərini məsafəli şəkildə qurulmuşdur. İddiaçının ərizəyə əlavə etdiyi fəxri fərman, diplomlar onlayn və kommersiya xarakterli keçirilən müsabiqə təşkilatçıları tərəfindən verilib, cavabdeh - işəgötürən olaraq onun tərəfindən İddiaçı heç bir mükafatlandırma və təltif verilməmişdir. İddia ərizəsində-işin faktiki halları 6 və 7-cı bəndlərdəki qeydə əsasən heç bir müəllimin işdən azad olunmayacağı barədə fikir bildirir. Məlumat üçün bildirir ki, Pedoqoji Şura və şöbə iclaslarında bununla bağlı hər həftə fortepiano və nəzəriyyə ixtisası üzrə müəllimlərlə görüşlərin, yoxlama dərslərin, məlumatlandırma təlimlərinin keçirilməsi ilə bağlı müzakirələr etmişlər, müəllimlər bununla bağlı razılıqlarını bildirmişlər. Müəllimlərə attestasiya proqramlarının siyahısı və attestasiya haqqında xəbərdarlıq bildirişi təqdim olunmuşdur. Fortepiano şöbəsinin müdiri Nəzərova Təranəyə tapşırılmışdır ki, müəllimlərin ifa etdiyi əsərlərin siyahısı tərtib edilsin. Mütəmadi olaraq, hər həftə müəllimlər məktəbin akt zalında -səhnədə attestasiya proqramına daxil olan könüllü olaraq seçdikləri əsərləri müəllimlərin qarşısında ifa edib, məlumatlandırıcı görüşlər, açıq dərslər, diskussiya xarakterli təlimlər təşkil olunmuşdur. İddiaçı heç bir əsər təqdim etməmiş və bu prosesdə iştirakçı olmamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müşaviri Cəsarət Valehov və Bakı şəhər Mədəniyyət Baş idarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq Bakı Şəhər musiqi və incəsənət məktəblərinin müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı məlumatlandırma sesiyyaları keçirilib. Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrin müəllimlərinin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisası, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyyətinin formalaşdırılması məqsədilə 2025- 2026-cı illər ərzində müəllimlərin attestasiyalarının keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Mədəniyyət Nazirliyi, Elmi- Metodiki ixtisasartırma Mərkəzi, attestasiya komissiyasının üzvlərinin iştirakı ilə Suraxanı rayon Heydər Əliyev mərkəzində fortepiano və nəzəriyyə müəllimləri üçün məlumatlandırma xarakterli görüş keçirilib. İşçilərə attestasiyanın keçirilməsinin zəruriliyi, peşəkarlığının artırılmasının vacibliyi, tutduğu vəzifəyə uyğun olmaması təqdirdə işdən azad olunması barədə Mədəniyyət Nazirliyinin məsul şəxsləri, məktəb rəhbərliyi tərəfindən məlumat verilib. Bu görüşdə də müəllim iştirak etməmişdir. xx.xx.2025-ci il tarixində təqdim edib, əgər belə xəstəlikləri var idisə, öncədən Mədəniyyət Nazirliyinə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə, Attestasiya Komissiyasına və ya məktəb rəhbərliyinə tibbi sənədləri təqdim edərək, yazılı müraciət ünvanlaya bilərdi. (Qanunvericiliyə uyğun olaraq bu tibbi göstərişlər onu attestasiya prosesindən azad edirdisə). 9-cu bəndə cavab olaraq bildirir ki, məktəb rəhbərliyi olaraq heç bir müəllimə arxayınçılıq, bu işə məsuliyyətsiz yanaşması, imtahan prosesinin qeyri-ciddi keçirilməsi ilə bağlı vədlər verməmişdir. Əksinə hər bir müəllimə hazırlıq, bilgiləndirmə, təbliğat, savadlarının artırılması prosesində mənəvi dəstəkçi olmağa çalışmışdır. Məktəbin attestasiyadan keçən müəllimləri bunu təsdiqləyə bilər. Qeyd edir ki, 33 müəllim fortepiano və nəzəriyyə ixtisası üzrə attestasiya imtahanlarında iştirak etmiş ,onlardan 15 müəllim 5 səs çoxluğu, 5 müəllim - 4 səs, 6 müəllim -3 səs, 7 müəllim isə göstəriciləri aşağı olduğu üçün tutduğu peşəyə uyğun hesab edilməmişdir. Əgər müəllim təhsil aldığı müddətdə həqiqətən öz zəhməti, biliyi , savadı, təcrübəsi nəticəsində biliklərə yiyələnmiş olsaydı və müəllimin bazası olardısa, bu attestasiya proqramından keçməmək təhlükəsi olmazdı heç bir müəllim üçün. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin Fortepiano ixtisas müəlliməsi Abbasova X2 Akademiyasında keçirilən Attestasiya imtahanında 03 mart 2025-ci il tarixində iştirak etmişdir. Attestasiya komissiyası tərəfindən müəlliməyə verilən sualların cavablarının nəticələrinə görə Komissiya sədri-Hüseynova Könül və üzvlərinin (Dadaşova Vinarə, Manafova Gülnar, Hüseynova Ülviyyə, həmkar -Quliyeva Lalə) yekun qərarına əsasən (4-əleyhinə , həmkar- 1 lehinə ) müəllimə İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Müəllimə komissiyanın qərəzli, ədalətsiz qərar verdiyini önə çəkir. Belə ki, müəllimənin Attestasiya vərəqəsində ona ünvanlanan sualların cavabları bu qaydada əks olunub.
1. Vacib olan attestasiya proqramı üçün ifa edəcəyi əsəri hazırlamamış, müəllimə azad seçim üçün verilən not əsərini gətirməmiş, onun əvəzində fəxri fərman və diplomları təqdim edəcəyi təqdirdə kommissiya üzvləri onların attestasiya imtahanına heç bir aidiyyəti olmadığını qeyd edib.
2. Qammalar Es-dur C-moll çox zəif, tələbə uyğun olmayan şəkildə səhv barmaqlarla ifa edib. 3.D2 neçənci pillədə qurulur və həlli. Cavab verə bilməmişdir.
4. Romantizim ilk nümayəndəsi. Cavab verə bilməmişdir.
5. Şopen nə yenilik gətirib fortepiano yaradıcılığına. Cavab verə bilməmişdir.
6. List hansı etüdləri yazıb. Səhv cavab vermişdir.
7. Qara Qarayev prelüdləri.
8. Qurulan tonallıq sistemini bilməmişdir.
9. Azərbaycanın ilk qadın bəstəkarı. Cavab verə bilməmişdir.
10. Şopen. Skryabin məşhur etüdləri. Cavab verə bilməmişdir.
11. Listin neçə gənclik etüdü var. Cavab verə bilməmişdir. Attestasiya komissiyasının ona qarşı qərəzli, ədalətsiz mövqeyi qeyri-obyektiv münasibət olduğu qənaətinə gəldiyi üçün ona Xoreoqrafiya Akademiyasında təşkil olunan Attestasiya prosseslərinin video nəzarətində olaraq arxivləşdirilməsini nəzərə alaraq müəllimənin video arxiv görüntülərinin açılmasını təklif etmişdir. Özünə güvəni olmadığı üçün bu görüntülərin açılmasını istəməmişdir. Sadə, primitiv, bəsit suallara cavab verə bilməyən, utancverici attestasiya prossesi nəticələri göstərən müəllimə İddiaçı attestasiya Komissiyasının qərarından narazı olaraq onun məqsədli şəkildə qərəzli olaraq attestasiya imtahanından kəsilməsini iddia etdiyi üçün, onun maddə 70 “ç” ilə deyil, öz ərizəsi əsasında işdən getməsini təklif etmiş, (öz ərizəsi ilə işdən getmək nə vaxtdan saxtakarlıq və qanunsuzluq olub?) o isə cavabında onu məhkəməyə verəcəyi üçün məhz belə addım atdığını bildirmişdir. Qeyd etmişdir ki, öz ərizəsi ilə işdən getsə, onları məhkəməyə verə bilməyəcəkdir. Attestasiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il qərarı ilə qanunvericiliyə uyğun olaraq keçirilməsi qeyd olunmuşdur. İcra edici orqan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Bakı Şəhər Mədəniyyət Baş idarəsi DİM və MİQ birgə təşkilatçılığı ilə müəllimlər işə qəbul olunur, məktəb rəhbərliyinin heç bir işçini işə götürmək səlahiyyətindən hətta müəllimin belə məlumatı yoxdur və məqsəd iddiaçının yer boşaltmaq məntiqi yox, məqsəd savadlı kadrlarla müasir təhsil sistemi qurmaqdır və iddiaçının bu yersiz iddiasını məqsədəuyğun hesab etmir.
İş materialları :
5. İddiaçı məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasını surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixində Rauf Hacıyev adına 15 №-li Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimə vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
6. İş materiallarına İddiaçı və onun şagirdlərinə verilmiş müxtəlif diplom və fəxri fərmanlar əlavə edilmişdir.
7. Nizami rayonu 46 saylı ŞP-dan verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1965-ci ildən Xətai rayonu, A.Qurban 25-də yaşayan, xx.xx.2025-ci ildə şəkərli diabet diaqnozu ilə qeydiyyata götürülmüşdür.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan 2690004ABX5E nömrəli xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı E.11.9 Şəkərli diabet tip 2. E66Piylənmə - İ dər diaqnozu qoyulmaqla xx.xx.2025-ci il tarixdə göndəriş verilmişdir.
9. İş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli tövsiyə vərəqəsi əlavə edilmişdir.
10. İş materiallarına İddiaçı məxsus ambulator xəstənin tibbi kartasından çıxarış əlavə edilmişdir.
11. İş materiallarına Bakı şəhəri Təcili və X19 Stansiyası PHŞ-nin 11/423 nömrəli, xx.xx.2025-ci il tarixli, xəbərdarlıq vərəqəsi əlavə edilmişdir.
12. Bakı şəhəri Baş Səhiyyə Mərkəzi PHŞ-nin 46 nömrəli şəhər poliklinikasından verilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işdən azad edilmiş və işə başlanma tarixi 11 aprel 2025-ci il qeyd edilmişdir.
13. İş materiallarına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sosial şəbəkələrdə paylaşılmış attestasiyanın nəticələri və attestasiya aparılacaq ixtisaslara dair məlumat əlavə edilmişdir.
14. “Mediasiya Şurası” Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, MŞB/9/2025-00500 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış”dan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etsə də, Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.
15. Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 34 nömrəli “İddiaçıyla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdən görünür ki, Bakı şəhəri Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 14 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.
16. Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən verilmiş 01 fevral 2025-ci il tarixli, 11 nömrəli “Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin 25 dekabr 2024-cü il tarixli 113 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” əmrdən görünür ki, əmrin 2-ci hissəsində “fortepiano və musiqi nəzəriyyəsi ixtsasları” sözlərindən sonra “və digər bütün ixtisaslar” sözlərinin əlavə edilməsi, “2 (iki)” sözləri çıxarılması, “Komissiyası sözü “Komissiyaları” sözü ilə əvəz edilməsi, əmrin 3-cü hissəsində “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İşçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun olaraq R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri 2025-ci ilin fevral ayının 05-dən iyun ayının 05-dək, digər bütün ixtisaslar üzrə müəllimləri isə həmin ilin aprel ayının 01-dən dekabr ayının 30-dək attestasiyadan keçirilməsi ilə bağlı dəyişikliklər edilmişdir.
17. İş materiallarına əlavə edilmiş attestasiya komissiyasının sədri və üzvləri tərəfindən imzalanan İddiaçı aid “Attestasiya vərəqəsi”ndən görünür ki, İddiaçı əsəri hazırlamamış, not əsərini gətirməmiş, təhlil etməmiş, Qammalar Es-dur C-moll çox zəif, tələbə uyğun olmayan şəkildə səhv barmaqlarla, D2 neçənci pillədə qurulur və həlli tam bilməmiş, Romantizim ilk nümayəndəsi bilməmiş, Şopen nə yenilik gətirib fortepiano yaradıcılığına bilməmiş, List hansı etüdləri, səhv cavab vermiş, Qara Qarayev prelüdləri, Qurulan tonallıq sistemini bilməmiş, Azərbaycanın ilk qadın bəstəkarı bilməmiş, ilk fortepianoçu qadın, Şopen. Skryabin məşhur etüdləri bilməmiş, listin neçə gənclik etüdü var bilməmiş qeydi aparmaqla, attestasiyanın nəticələrinə görə xx.xx.2025-ci il tarixindən komissiyanın qərar ilə tutduğu vəzifəyə uyğun deyil qərarı qəbul edilmişdir. Attestasiya Komissiyası tərəfindən müəlliməyə verilən sualların cavablarının nəticələrinə görə komissiya sədri və üzvlərinin yekdil qərarına əsasən (4 əleyhinə, 1 lehinə)
18. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən İddiaçı ünvanlanmış “Müəllimlərin attestasiyası haqqında” 5 nömrəli xəbərdarlıq məktubu, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir.
19. Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 113 nömrəli “R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” əmrin 3-cü bəndindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İşçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun olaraq 2025-ci ilin fevral ayının 05dən iyun ayının 05-dək attestasiyadan keçirilməlidirlər.
20. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 26 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X14 həqiqətən 26 nömrəli Şəhər Poliklinikasının Qadın Məsləhətxanasında 7-8 həftəlik hamilədir.
21. İş materiallarına X6 aid attestasiya vərəqəsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və əmr, X7 aid attestasiya vərəqəsi, X20 aid attestasiya vərəqəsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və əmr, X10 aid attestasiya vərəqəsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və əmr, X3 aid attestasiya vərəqəsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və əmr, X21 aid attestasiya vərəqəsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və əmr, X15 aid attestasiya vərəqəsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və əmr əlavə edilmişdir.
22. Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli, 1 nömrəli protokoldan görünür ki, Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri X8, X22, X23, X24, X11, X30, X16, X33, X27, X17 tutduqları vəzifəyə uyğun hesab edilməsi, X25, X14 və X18 tutduqları vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır.
23. Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli, 2 nömrəli protokoldan görünür ki, Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri Xuraman Cəlilova, Arzu Abbasova, Elnarə Rzayeva, Ülviyyə Babayeva, Lalə Səfərova, Aytac Əbiyeva, İradə Məmmədova, Təranə Nəzərova, Sevda Süleymanovanın tutduqları vəzifəyə uyğun hesab edilməsi, Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri Əfsanə Lətifova, İlahə Adıgözəlova, Könül Mustafayeva, İddiaçı və Fatma Cəlilovanın tutduqları vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır.
24. Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli, 3 nömrəli protokoldan görünür ki, Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin nəzəriyyə şöbəsinin müəllimləri Nəzakər Abbasova, Aytən Fətullayeva, Mətanət Soltanova, Leyla Allahverdizadə, Esmira Əhmədova, Camalə Osmanovanın tutduqları vəzifələrə uyğun hesab edilməsi qərara alınmışdır.
25. İş materiallarına X12, X13, X1, X4, X5, X9 attestasiya vərəqəsi əlavə edilmişdir.
26. İş materiallarına Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin 2024/2025 tədris ili üçün hesabatı əlavə edilmişdir.
27. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 ki, onlar düşünürlər ki, iddiaçı ümumiyyətlə attestasiya göndərilməməli və imtahana getməli deyildi. İddiaçı ilə birlikdə o, 14-ü sənədləri sənədləri əlbəəl vermişdir. Həmçinin qeyd etmişdir ki, o, video diskin əldə edilməsi, o cümlədən iddiaçının attestasiyadan azad olub-olmaması ilə bağlı sorğu göndərilməsinə qəti razı deyildir. Onlar bildirirlər ki, iddiaçı şəkər xəstəsi olduğu üçün Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən cavabdeh onu işdən azad edə bilməz idi.
29. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onlar attestasiyasının nəticəsini mübahisləndirmirlər. Attestasiyaya sorğu verilməsinə lüzum yoxdur. Attestasiya zamanı iddiaçı ifa ilə bağlı sənədi şəkər xəstəsi olduğuna və əlləri şiş olduğuna görə aparmamışdır. Orada qərəzli münasibətlə yanaşılıb və heç bir hal olmadan bəsit suallara cavab verilməməsi qeyd olunmuşdur. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən şəkər xəstəsi olduğu üçün iddiaçının müqaviləsinə xitam verilməməli idi. Bundan əlavə attestasiyanın nəticəsi mənfi olsa belə, direktor müqaviləyə xitam verməyə bilər. Attestasiyanın nəticəsi müqaviləyə xitam verilməsi üçün məcburi deyildir və direktorun bununla bağlı digər hərəkətləri etməyə səlahiyyəti çatır. Belə ki, attestasiyadan keçməyən şəxsi direktor əlavə ixtisas artırmaya və ya digər təlimlərə cəlb edə bilər. Amma direktor sırf iddiaçı barəsində qərəzlilik edərək müqaviləyə xitam verilməsini seçmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsində də göstərilir ki, şəkərli diabet xəstəsi olan şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilməməlidir. Anası 40 illik müsiqi müəlliməsidir. Onun savadsız olması və bəsit suallara cavab verməməsi məntiqli deyildir. Ali Məhkəmənin hakimi Elşad Şamayev təlim zamanı bildirmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi bir qədər düzgün yazılmamış və ya yazılsa belə müxtəlif mənalar da başa düşülə bilir. Belə ki, orda hamilə qadın və digər bu kimi şəxslər sadalanır ki, onların müqaviləsinə xitam verilə bilməz. Belə olduğu halda halda şəkər xəstəsi olan şəxsin müqaviləsinə də eyni qayda tətbiq edilməli və müqaviləyə xitam verilməməlidir. Direktor qeyd edir ki, nazirliyin əmrini icra edib. Hesab edirlər ki, bu qanunsuz əmrin icra edilməsidir və qanunsuz əmrin icrası isə cinayət məsuliyyətinə səbəb olur. Sənədlər lap gec də təqdim edilibsə, indi xəbəri vardır. Sənəd təqdim edilib və hazırda cavabdeh tərəf iddianı etiraf etsin ki, həqiqətən də qərarı yanlış verib. Bu halı məhkəmə tərəfindən nəzərə alınmaqla anası işə bərpa olunsun. Bildirmişdir ki, o, attestasiyanı mübashiələndirmir, sadəcə cavabdehin nümayəndəsi attestasiyanın nəticəsindən danışdığı üçün o, bildirmişdir ki, inandırıcı deyildir ki, onun anası sadə suallara cavab verə bilməsin. Onların əsas mübahisəsi əmrin ləğv edilməsidir. Direktorun iddiaçıya qarşı qərəzli münasibəti olmuşdur. 40 il işləyən müəlliməyə yox, komissiyanın üzvlərinə inanmışdır. Müzakirələrdən də göründüyü kimi, cavabdeh tərəf şəkər xəstəliyinin olmasını əmri verəndən sonra bilmişdir. Bu halda cavabdeh tərəfə iddianı etiraf etmək düşür. İddiaçı Əmək Məcəlləsinin 79-cu maddəsinin bəndlərindən birinə uyğun gəldiyi üçün attesatsiyanın nəticəsindən asılı olmayaraq işdən azad edilə bilməz.
30. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, musiqi məktəblərində attestasiyaların keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən qərar imzalanmışdır. Bununla bağlı bütün müəllimlər öncədən ətraflı şəkildə məlumatlandırılmışdır. Müəyyən mərkəzlərdə müxtəlif görüşlər keçirilmişdir. Bundan əlavə o, özü şəxsən attestasiyaya qədər müəllimlər ilə mütəmadi olaraq görüşmüş, hər həftə görüşlər keçirib, açıq dərslər təşkil olunub, müəlimlərin birgə işləməsi, təcrübə paylaşması üçün mümkün bütün hərəkətlər edilmişdir. Attestasiya keçirimiş və onların məktəbdən fortepiano şöbəsi üzrə 7 nəfər müəllim attestasiyadan keçməmişdir. Attestasiya çox ədalətli keçirilmişdir. Hətta attestasiya zamanı çox asan suallar verilmiş və o suallara bəzi müəllim tərəfindən cavablar verilə bilməmişdir. Bütün verilən suallar tədris proqramı çərçivəsində verilmişdir, heç bir kənara çıxma olmamışdır. Attestasiya keçirildikdən sonra onlar attestasiyanın nəticəsini almaqla bağlı çağırılmış və bu zaman komissiya tərəfindən onlara müəllimlərlə bağlı məlumatlar vermişlər. Xalq çalğı alətləri, simli alətlər və xor şöbəsinin müəllimləri haqqında çox gözəl sözlər bildirmişlər. Bir neçə müəllimləri attestasiyadan kəsilmiş və bunu öz səhvlərinə görə olduğunu etiraf etmiş və vaxtında yaxşı hazırlaşmadıqlarını bildirmişlər. Çünki onlar bütün müəllimlər üçün hər cür şərait yaratmışdılar ki, attestasiyaya yaxşı hazırlaşsınlar. Hazırda işin itirilməsi çox çətin haldır və eyni zamanda müəllimin sadə suallara cavab verməməsi yaxşı hal deyil və utandırıcıdır. Müəllim öz işini yaxşı bilmirsə və tədris edə bilmirsə, bu onun təqsiri deyil, müəllimlərin öz təqsiridir. Bütün keçirilən proseslər qeydiyyata alınıb və arxivdə mövcuddur, kiminsə şikayəti varsa müraciət edə bilər. Nazirlik onlara attestasiyadan keçməyən şəxsləri işdə saxlamamağa dair göstəriş vermişdir. 7 müəllim kəsilmiş, ona görə 7-də də xitam vermişlər. İddiaçı bülletendə olub deyə onun əmrini gec vermişlər. Şəkərli diabet xəstəliyinin olması attestasiyadan azad olması üçün əsas deyil. Bununla bağlı Mədəniyyət İdarəsinin hüquqşünasından soruşmuş və o xəstəliyin əsas olmadığını bildirmişdir. Onlar iddiaçı xəstəliyə görə deyil də, attestasiyanın nəticəsinə görə işdən azad etmişlər. Komissiyanın 5 üzvü olmuş, o komissiyada iştirak etməmiş və komissiyasının heç bir üzvü ilə də tanışlığı olmamışdır. Komissiyanın qərarı ilə bağlı şikayət və ya şübhə varsa, Mədəniyyət Nazirliyinə yazıb attestasiyanın nəticəsini ala bilər və araşdırılmasını tələb edə bilərlər. İddiaçının şəkər xəstəliyindən əziyyət çəkməsindən məlumatlı olmamışdır. Belə ki, ona yazılı formada heçnə təqdim edilməmişdir. Xəstəliklə bağlı şifahi formada deyil, yazılı formada müraciət olunmalı və onlar da Mədəniyyət İdarəsinə göndərib, nə etməli olduğunu aydınlaşdıra bilərdilər. Çünki onlar Mədəniyyət İdarəsinə tabedirlər və özbaşına heç bir hərəkət edə bilmirlər. Onlara 79-cu maddədə qeyd olunan xüsusi vəziyyətlər və digər hallarla bağlı başqa şəxslər tərəfindən sənədlər təqdim edilmişdir. Onlar bununla bağlı sənədləri idarəyə göndərsələr də, amma iddiaçı tərəfindən onlara xəstəliklə bağlı sənəd təqdim edilməmişdir. Onlara qədər sənəd göndərilibsə, hamısını tabe olduqları idarəyə göndərmişdir. Ayın 1-i iddiaçının bülletəndə olduğundan məlumatlı olmuşdur. Məhz buna görə də digər müəllimlərin əmrini versələrdə, iddiaçının əmrini verməmişlər. Belə ki, Bakı şəhər Mədəniyyət İdarəsi ilə məsləhət eləmiş və ona iddiaçının bülletəndən qayıtdıqdan sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı göstəriş verilmişdir. Ayın 14-ü xəstəlik vərəqəsi verilib. Komissiya Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət İdarəsi tərəfindən yaradılmışdır. Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət İdarəsi azad edilmə ilə bağlı qərar verir və daha sonra onlara bunu bildirirlər.
31. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Onlara sənəd təqdim edilərkən ilk öncə həmin idarənin dəftərxanasına təqdim edilməlidir. Dəftərxanada qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə verilir. Bundan əlavə müəllimin əleyhinə 4 səs olduğu halda onlar tərəfindən əlavə ixtisarartırmaya göndərilməsi ilə bağlı tərbir görülə bilmir. İddiaçıda bir rahatlıq olub, attestasiyadan keçdikdən və nəticələr çıxdıqdan sonra gəlib bildiriblər ki, xəstəlik vardır. Bundan əlavə müəllimlik elə bir peşədir ki, birbaşa öyrətməyə əsaslanır. Şəxs bunu edə bilmirsə, tələbələrin gələcəyi üçün mənfi təsir göstərir. İddiaçı tərəf cavabdehə iddia tələbini qəbul etmək üçün təzyiq göstərir. Attestasiyanın qərarı daha çox müzakirə edildi. Halbuki iddiaçı tərəfin tələbi komissiyanın qərarı ilə bağlı deyildir. Əgər komissiyanın qərarından narazı idilərsə, iddia tələbini başqa formada qoyardılar. İddiaçı tərəf direktorun qərəzli olaraq əmr verdiyini bildirir, amma bununla bağlı heç bir sübut təqdim etməmişdir.
İşin faktiki halı :
32. İddiaçı xx.xx.2006-cı il tarixində Rauf Hacıyev adına 15 №-li Uşaq musiqi məktəbinə Fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə isə AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
33. Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 113 nömrəli əmrə əsasən Azərbaycan respublikası 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiq Məktəbinin forteoiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İşçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2025-ci ilin fevral ayının 05-dən iyun ayının 05-dək attestasiyadan keçirilməsi əmr edilmişdir.
34. Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən verilmiş 01 fevral 2025-ci il tarixli, 11 nömrəli “Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin 25 dekabr 2024-cü il tarixli 113 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” əmrə əsasən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İşçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri 2025-ci ilin fevral ayının 05-dən iyun ayının 05-dək, digər bütün ixtisaslar üzrə müəllimləri isə həmin ilin aprel ayının 01-dən dekabr ayının 30-dək attestasiyadan keçirilməsi əmr edilmişdir.
35. İddiaçı məxsus “Attestasiya vərəqəsi”nə əsasən attestasiyanın nəticələrinə görə iddiaçının 4 əleyhinə və 1 lehinə səs verilmiş və xx.xx.2025-ci il tarixindən komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun olmayana hesab edilmişdir.
36. İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işdən azad edilmiş və işə başlanma tarixi 11 aprel 2025-ci il qeyd edilmişdir.
37. İddiaçı xx.xx.2025-ci il tarixində təcili tibbi yardım briqadası xidmət etmişdir.
38. İddiaçı verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə müayinədə olmuş, həmin tarixdə göndəriş verilmişdir. Sənədin çap olunma tarixi xx.xx.2025, saat 15:36-dır.
Məhkəmə Baxışının Hədləri :
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;
42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :
Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.[108]
2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.
3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.
Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir. Maddə 66. Attestasiya olunmayan işçilər.
Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər
Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi.
1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər
3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.
4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.
6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.
Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; [161] həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; ;[162] məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
43. Avropa İnsan Hüquqları Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il tarixli Qərarı: “Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.”
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”.
Məhkəmənin mövqeyi :
45. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
46. İddiaçı cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı olan “əmrin ləğvi, işə bərpa və əməkhaqqının hesablanaraq ödənilməsi” tələbini cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 34 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozulmaqla, yəni həmin normaya əsasən şəkərli diabet xəstələri ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin qadağan olmasına baxmayaraq işəgötürən tərəfindən onun ağır şəkər xəstəsi olması nəzərə alınmadan verildiyi üçün qanunsuz olması ilə əsaslandırmışdır.
47. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).
48. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz.
49. Hazırki mülki iş üzrə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
50. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilir.
51. Həmin normanın “qeyd” hissəsinə əsasən 70-ci maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
52. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən attestasiya komissiyasının təşkili qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmiş, iddiaçı tərərfindən isə bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.
54. Hazırki mülki iş üzrən cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 113 nörəli əmri ilə “Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” əmr verilmiş və həmin əmr ilə attestasiya komissiyasının yaradılması, attestasiyadan keçməli olan işçilərin dairəsi, komissiyaya verilmiş tapşırıqlar öz həllini tapmışdır.
55. Həmçinin cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən İddiaçı ünvanlanmış “müəllimlərin attestasiyası haqqında” 5 nömrəli “Xəbərdarlıq bildirişi”ndən görünür ki, bildirişdə iddiaçıya komissiyanın yaradılması haqqında sənədlə tanış olmaq hüququ, attestasiyada iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunacağı, tutduğu vəzifəyə uyğunluğu müəyyən edilən zaman son 5 ildə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bunu təsdiq edən sənədləri Attestasiya Komissiyasına təqdim etməsi barədə məlumat verilmiş, həmçinin attestasiya zamanı sualların verilməsi nəzərdə tutulan məsələlərə dair əlavə 1 təqdim edilmişdir.
56. Qeyd edilməlidir ki, həmin bildiriş iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində hər hansı bir qeyd (məsələn, əlavə 1-in təqdim edilməməsi barədə) aparılmadan, imza edilməklə qəbul edilmişdir. Həmin bildirişin cavabdeh tərəfindən iddiaçıya təqdim edilibedilməməsi məsələsi iddiaçı tərəfindən məhkəmə icraatı zamanı mübahisələndirilməmişdir.
57. Müəyyən edilmişdir ki, cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi işçilərinin xx.xx.2025-ci il tarixində keçirilmiş attestasiyasınının nəticələri əsasında 8 müəllim tutduğu vəzifəyə uyğun hesab edilməmiş və onlardan 7-si ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Bir müəllim ilə bağlanılmış əmək müqaviləsinə isə hamilə olduğu, yəni Əmək Məcəlləsinin 79cu maddəsi ilə müəyyən edilmiş hal olduğu üçün xitam verilməmişdir.
58. Məhkəmə iclasında tədqiq edilmiş İddiaçı Attestasiya Vərəqəsindən görünür ki, keçirilmiş attestasiya üzrə səs vermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilən zaman komissiya üzvlərindən 4 nəfər əleyhinə, bir nəfər isə lehinə səs vermişdir. Nəticədə, İddiaçı xx.xx.2025-ci il tarixindən komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun olmamasına dair qərar qəbul edilmişdir.
59. Həmin attestasiya vərəqəsinə əsasən müəyyən edilir ki, iddiaçı həm nəzəri suallara cavab verməmiş, həmçinin əsər hazırlamamışdır. Həmçinin müəyyən edilir ki, iddiaçı 1986-cı ildə fortepiano ixtisasını bitirmiş və ixtisasartırmada iştirak etməmişdir.
60. İlk növbədə qeyd edək ki, cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin keçirilmiş attestasiya nəticəsində həm tutduğu vəzifəyə uyğun hesab edilmiş, həmdə tutduğu vəzifəyə uyğun hesab edilməmiş işçilərinin attestasiya vərəqələri məhkəmə iclasında tədqiq edilmiş və iddiaçıya münasibətdə qərəz müəyyən edilməmişdir.
61. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə qərəzli olmaması həmçinin onunla müəyyən edilir ki, cavabdeh tərəfindən cavabdeh məktəbin attestasiya nəticəsində tutduğu vəzifəyə uyğun hesab edilməyən bütün müəllimləri ilə (79-cu maddə ilə əmək müqaviləsinə xitam verilməsi qadağan edilən bir müəllim istisna olmaqla) bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin iddiaçıya münsibətdə qərəzli mövqeyi o zaman olardı ki, yalnız iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərdi.
62. Həmçinin müəyyən edilmişdir ki, attestasiya vərəqəsi ilə iddiaçı tanış edilmiş və həmin vərəqədə iddiaçının həmin attestasiyanın nəticələrinin düzgün olmaması, yəni verilən sual, onun verdiyi cavabın və s. mübahisələndirməsinə dair hər hansı bir qeyd aparılmamışdır.
63. Məhkəmənin qeyd etmək istədiyi digər məqam isə ondan ibarətdir ki, məhkəmə iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndələrinə əgər keçirilmiş attestasiyanın nəticələri ilə bağlı mübahisə vardırsa, sorğu edib həmin video görüntünü əldə etməyi təklif etsədə, hər iki nümayəndə qəti şəkildə etiraz etmişlər.
64. Məhkəmə qeyd edir ki, İddiaçı keçiriləcək attestasiya barədə məlumatlı olsa da, hazırlaşmaması yazılan iddia ərizəsinə əsasən də müəyyən olunur. Ərizənin əsaslandırılmasından görünür ki, iddiaçı keçiriləcək attestasiyaya hazırlaşmamasını Mədəniyyət Nazirliyi və cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən onun xəstəliyi ilə əlaqədar işdən azad edilməyəcəyinə dair ona söz verilməsi ilə əsaslandırmışdır.
65. Məhkəmə iddiaçının qeyd edilən məzmunda olan yanaşmasına münasibətdə ilk növbədə qeyd edir ki, iddiaçının xəstəliyi onun qeyd etdiyi kimi əsəri icra etməsi zamanı ona maneçilik törədə biləcəyi halda, onun nəzəri suallara hazırlaşmaması onun keçiriləcək attestasiyaya laqeyd münasibətini ifadə edir.
66. Həmçinin iddiaçı tərəfindən onun keçiriləcək attestasiyadan xəstəliyi ilə əlaqədar azad olması, ona belə məzmunda söz verilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. O cümlədən iddiaçı tərəfindən xəstəliyi ilə əlaqədar attestasiyadan azad olunması üçün attestasiya komissiyasına müraciət etməsi işin araşdırılan halları ilə müəyyən edilməmişdir.
67. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən attestasiyanın keçirilməsindən əvvəl cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinə və Attestasiya Komissiyasına xəstəliyi ilə əlaqədar müraciət etməməsi iddiaçı tərəfindən xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim edilən sənədlər ilə də müəyyən edilir. Belə ki, təqdim edilən sənədlərin hamısı attestasiyanın keçirilməsindən sonrakı dövrə aiddir. Əks halda həmin sənədlər də məhkəməyə təqdim edilərdi.
68. Məhkəmə tərəfindən iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndələri və cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru ilə “ağır şəkər xəstəsi olan fortepiano və musiqi nəzəriyyəsi üzrə müəllimlərin attestasiyadan azad olub-olmaması”nı aydınlaşdırmaq üçün sorğu verilməsi məsələsi müzakirə edilmiş, cavabdeh tərəf etiraz etməsə də, iddiaçının vəkil-nümayəndələri qəti şəkilə etirazlarını bildirmişlər.
69. Beləliklə, cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən keçirilmiş attestasiyanın qanunvericiliyin tələbləri pozulmaqla keçirilməsi, Attestasiya Komissiyasının iddiaçıya münasibətdə qərəzi, o cümlədən ağır şəkər xəstəsi olan fortepiano və musiqi nəzəriyyəsi üzrə müəllimlərin attestasiyadan azad olması işin araşdırılan halları ilə müəyyən edilməmiş, iddiaçı tərəfindən də qeyd edilən hallara dair sübut təqdim edilməmişdir.
79. İddiaçı nümayəndələri tərəfindən cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 34 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin qanunsuzluğu ilə bağlı əsas mübahisələndirdikləri məqam həmin əmrin verilməsi zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozulması ilə bağlı olmuşdur.
80. Bildirmişlər ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən şəkərli diabet xəstəsi olan işçilərlə əmək müqaviləsinə xitam verilməsi qadağandır.
81. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinə görə işəgötürən tərəfindən: -hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; -yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; -əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; -işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; -həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; -öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; -məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir.
82. Qeyd edilən normanının məzmunundan göründüyü kimi, həmin normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən həm işçilər, həm də hallar müəyyən edilmişdir.
83. İddiaçı tərəfindən iddia edilən hal, yəni iddiaçının şəkərli diabet xəstəsi olması Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin qadağan edildiyi hallardan deyildir.
84. Həmin normanın məzmunu onu ifadə edir ki, işəgötürən tərəfindən “işçinin şəkərli diabet xəstəsi olması səbəbinə görə” xitam verilməsi yolverilməzdir. Yəni həmin normanın məzmunu onu ifadə etmir ki, şəkərli diabet xəstəsi olan işçilər ilə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi qadağandır. Normada açıq şəkildə ifadə edilmişdir ki, “işçinin şəkərli diabet xəstəsi olması səbəbinə görə” əmək müqaviləsinə xitam verilməsi qadağandır.
85. Məhkəmə onu da qeyd edir ki, qeyd edilən mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında da ifadə edilmişdir.
86. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair” 17 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə gəldikdə isə bu maddə Məcəllənin “Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları” adlanan on birinci fəslində yer almışdır. Məcəllənin bu fəslində işçilərin digər təminatları ilə yanaşı 79-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyən edilmişdir.
87. Məhkəmə qeyd edir ki, əks yanaşma şəkərli diabet xəstəsi olan işçilər tərəfindən sui-istifadə hallarına yol verilməsinə, əmək vəzifələrinin kobud şəkildə pozuntularına yol verən işçilər ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində işəgötürənin hüquqlarının məhdudlaşdırılmasına səbəb olardı.
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair” 06 noyabr 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır.
89. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun ifadə etdiyi mövqeyə əsasən Əmək Məcəlləsinin 79-cu maddəsində müəyyən edilmiş hallar işçinin attestasiyadan keçirilməsinə maneə deyildir.
90. Məhkəmə əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən xx.xx.2025-ci il tarixli, 34 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmr verilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 3.3-cü bəndinin tələblərinin pozulması halına yol verilməmişdir.
91. Həmin bəndə əsasən Attestasiya Komissiyasının tövsiyyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir.
92. Cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbin direktoruna keçirilmiş attestasiyanın nəticələri barədə xx.xx.2025-ci il tarixində rəsmi sənədlər təqdim edilməklə məlumat verilmişdir.
93. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, keçirilmiş attestasiya nəticəsində tutduğu vəzifəyə uyğun hesab edilməyən digər müəllimlər ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə isə xx.xx.2025-ci il tarixində xitam verilmişdir.
94. Cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru ilə nə üçün digər müəllimlər ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə isə xx.xx.2025-ci il tarixində xitam verilməsi məsələsi aydınlaşdırılan zaman o, izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixində xəstəliyi ilə əlaqədar işə çıxmadığından, bülletendə olduğundan onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmişdir.
95. Qeyd edilən hal iddiaçının nümayəndəsi tərəfindən də təsdiq edilmiş, həmçinin işin tədqiq edilən halları ilə də öz təsdqini tapmışdır.
96. Müəyyən edilmişdir ki, əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən iddiaçı xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək xəstəliyi ilə əlaqədar işdən azad edilmışdir.
97. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyə edilmişdir ki, xx.xx.2025-ci il tarixində,xx.xx.2025-ci il tarixində işdə olmamışdır.
98. Belə ki, “Bakı şəhəri Təcili və X19 Stansiyaı” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Sahə həkimi xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə iddiaçıya tibbi yardım briqadası xidmət etmişdir. 99 Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabçada (xəstəlik tarixindən) çıxarışdan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixində müayinədə olmuşdur.
100. Həmçinin iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat zamanı aydın olmuşdur ki, iddiaçı tərəf iddiaçının şəkərli diabet xəstəsi olması ilə bağlı sənədləri xx.xx.2025-ci il tarixində cavabdeh məktəbin direktoruna təqdim etmişlər (yəni müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı xx.xx.2025-ci il tarixində işə çıxmamışdır).
101. Bu onu göstərir ki, iddiaçı işəgötürən tərəfindən işçilər ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olduğundan xx.xx.2025-ci il tarixindən işə çıxmamış, şəkərli diabet xəstəsi olması səbəbindən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin qarşısını almaq üçün müvafiq yoxlamalardan keçməklə xx.xx.2025-ci il tarixində cavabdeh məktəbin direktoruna təqdim etmişdir.
102. Belə olan halda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Qaydalar ilə müəyyən edilmiş 30 təqvim günü müddəti bitən zaman işdən azad edildiyindən həmin vaxtda onunla bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi mümkün olmamışdır.
103. Cavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən isə iddiaçı işə çıxdığı xx.xx.2025-ci il tarixində onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.
104. Odur ki, məhkəmə qeyd edir ki, ccavabdeh Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin tələblərinə riayət edildiyindən, qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən əmrin ləğvi ilə bağlı tələb əsassızdır.
105. Məhkəmə iddia tələbinin işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı hissəsi iddia tələbinin əmrin ləğvi hissəsi ilə bağlı olduğundan və iddia tələbi həmin hissədə əsassız hesab edildiyindən iddia tələbinin həmin hissəsinə qiymət verilməsinə zərurət yoxdur, həmin hissədə də iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri :
106. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
107. Beləliklə, Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin direktorunun xx.xx.2025-ci il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsinə dair iddia tələbi təmin edilməməlidir.
108. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin direktorunun xx.xx.2025-ci il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva