Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2314/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Gəray oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdehnə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 06 aprel 2019cu il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun adına 2019-cu ildə Cavabdeh MMC şirkəti açılmışdır. Həmin şirkəti işlədə bilmədiyi üçün hüququ şəxs kimi vergilərə müraciət etmişdir. Şirkət heç vaxt aktiv olmamış və heç bir əməliyyatlar aparılmamışdır. Buna görə də şirkət ləğv olunmuş, lakin savadı olmadığı üçün əmək müqaviləsinə vaxtında xitam verməmişdir. Şirkət fəaliyyət göstərmədiyi üçün əmək müqaviləsinə xitam vermək mümkün deyil. İlkin mediasiya sessiyasında iştirak etmiş və bu barədə məhkəməyə arayış təqdim edir. Elektron informasiya sistemində qeydiyyat aparılmamış, onun hələ də cavabdehin işçisi olduğu göstərilir. O, 2019-cu ilin avqust ayından hazıradək cavabdehin işçisi olmamış, işçi olaraq bu müddət üçün ona haqq ödənilməmişdir. Ona görə işdən azad olunduğu tarixdən etinarən əmək müqaviləsinə xitam verilmiş hesab edilməlidir.
İş materialları :
3. Əmək müqaviləsinin bağlanılması ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh MMC-də mülkiyyətçi/təsisçi vəzifəsində çalışır. Aylıq əmək haqqısı 480 manat təşkil edir. Bildirişin çap olunduğu xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin statusunu “qüvvədədir” kimi qeyd olunmuşdur.
4. Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/1/2024-00255 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh MMCnin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödənilmişdir.
5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi Cavabdeh MMC-nin təsisçisi İddiaçı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh MMC (VÖEN: **********) ləğv edilməsi, Cavabdeh MMC-nin direktoru vəzifəsindən İddiaçı azad edilməsi, İddiaçı təsviyəçi təyin edilməsi və ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin həvalə edilməsi qərara alınmışdır.
6. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Qeydiyyat Şöbəsinin hüquqşünasları Məhəmməd Əsgərov və Yunis Əhmədov tərəfindən Cavabdeh MMC-nin ləğv edilməsi ilə əlaqədar 1 (bir) ədəd möhür tərəflərindən götürülmüşdür (ləğv edilmişdir).
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********07 nömrəli bildirişdən görünür ki, xx.xx.2019 tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC (ləğv prosesindədir) xx.xx.2022-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Gəray oğlu iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh MMC və maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosialı Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər.
10. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;
Məhkəmənin mövqeyi :
13. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək qeyd edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.
14. İddiaçı Cavabdehnə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosialı Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi” dair iddia tələbini cavabdeh kimi işə cəlb etdiyi Cavabdeh MMC-ni 2019-cu ildə təsis etməsi, daha sonra həmin hüquqi şəxsi idarə edə bilmədiyi üçün 2022-ci ildə ləğv etməsi, lakin hüquqi savadı olmadığı üçün hüquqi şəxsi ləğv etməmişdən öncə əmək müqaviləsinə xitam vermədiyi üçün hazırda elektron sistemdə əmək müqaviləsi bildirişinin mövcudluğu ilə əsaslandırmışdır.
15. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilmiş Cavabdeh MMC xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən təsis edilmiş və iddiaçı (təsisçi) xx.xx.2022-ci il tarixdə Cavabdeh MMCnin ləğv edilməsi və İddiaçı (özünün) direktor vəzifəsindən azad edilməsinə dair qərar qəbul etmiş və Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.
16. Mülki qanunvericiliyə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********07 nömrəli bildirişi ilə müəyyən edilir ki, xx.xx.2019 tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC (ləğv prosesindədir) xx.xx.2022-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır.
18. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, İddiaçı tərəfindən özünün təsisçisi olduğu Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilməsinə dair qərar qəbul edilməsinə baxmayaraq barəsində “Əmək və məşğulluq” altsistemində mülkiyyətçi/təsisçi kimi əmək müqaviləsi qüvvədədir.
19. Hazırda isə iddiaçı ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmış Cavabdeh MMC-yə qarşı aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir, həmin Məcəllənin 50-ci maddəsinə əsasən isə tərəf dedikdə iddiaçı və cavabdeh nəzərdə tutulur.
21. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir (MM 44.1 m). Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoyulmuş sayılır (MM 61.12 m).
22. Mülki qanunvericiliyin tələbindən göründüyü kimi hüquqi şəxsin ləğv edilməsi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi ilə hüquqi şəxsin ləğvi başa çatdığı və onun hüquq qabiliyyətinə xitam verilmiş sayıldığından mülki prosesdə onun tərəf qismində iştirakı istisna edilir.
23. Belə ki, onun hüquq qabiliyyətinə xitam verildiyindən, yəni mülki hüquqlara malik olmadığından və mülki vəziflər daşımadığından ona qarşı yönələn iddia tələbinə cavab vermək qabiliyyətinə malik deyildir.
24. İşin müəyyən edilmiş halı isə ondan ibarətdir ki, iddiaçının cavabdeh qismində cəlb etdiyi Cavabdeh MMC ləğv edilərək onun mövcudluğuna xitam verilmişdir.
25. Mülki prosessual qanunvericiliyə əsasən iş üzrə icraata xitam vermənin əsaslarından biri işdə iştirak edən hüquqi şəxsin ləğv olunmasıdır (MPM 261m).
26. Belə olan halda ləğv edilmiş hüquqi şəxsə qarşı qaldırılmış iddia tələbi üzrə mülki işin icraatına xitam verilməlidir.
27. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, mülki işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən özünün təsisçisi olduğu Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilməsinə dair qərar qəbul edilməsinə baxmayaraq barəsində “Əmək və məşğulluq” altsistemində mülkiyyətçi/təsisçi kimi əmək müqaviləsi qüvvədədir və iddiaçı tərəfindən Maraqlı şəxsnə əmək müqaviləsi bildirişinin ləğv edilməsi ilə bağlı müraciət edilməmişdir. Məhkəmə hazırki mübahisənin həlli üçün qeyd edi ki, iddiaçı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosialı Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə) müraciət etməlidir.
Nəticə :
28. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və Mülki prosessual Məcəllənin 261-ci maddəsinin tələblərini (işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa) nəzərə alaraq qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.8, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdehnə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet” vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva