Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2314/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidməti” X6 və Maraqlı şəxs1nə qarşı “şəxsin ölmüş elan edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidməti” X3rşı “şəxsin ölmüş elan edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü qardaşı X9 xx.xx.1999-cu ildən etibarən ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun xx.xx.1971-ci il təvəllüdlü qardaşı X15 1995ci il tarixində işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. xx.xx.1997-ci ilədək onunla əlaqələri olmuş, Rusiya Federasiyasında işlədiyindən xəbərdar olmuşlar. Lakin 1997-ci ildən sonra xx.xx.1971-ci il təvəllüdlü qardaşı X15 ilə əlaqələri kəsilmiş, ondan xəbərləri olmamışdır. Dəfələrlə yaxın qohumlarının iştirakı ilə Rusiya Federasiyasında onu axtarmağa çalışsalar da tapa bilməmişlər. Ümumiyyətlə, həmin vaxtdan etibarən onun barəsində heç bir məlumat əldə edə bilməmişlər. xx.xx.1971-ci il təvəllüdlü qardaşı X9 məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab olunması üçün tərəfindən Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Belə ki, Nizami Rayon Məhkəməsi tərəfindən qardaşı xx.xx.1971-ci il təvəllüdlü X9 xx.xx.1999-cu il tarixindən itkin düşmüş elan olunmasına dair xx.xx.2022-ci il tarixli, 2(007)-624/2022 saylı qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən də aydın görünür ki, onun qardaşı barəsində artıq uzun müddətdir ki heç bir məlumatı yoxdur. Artıq 26 ildən çoxdur ki, onunla bağlı heç bir məlumat əldə etmədiklərindən qardaşının sağ olması şübhə doğurmur. Bundan başqa, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 1/7 hissəsi xx.xx.1971-ci il təvəllüdlü qardaşı X12 məxsusdur. Sözügedən əmlaka dair vərəsəlik hüququnun həyata keçirilə bilməsi üçün qardaşının ölüm haqqında şəhadətnaməsinə zərurət vardır. Həmçinin, qardaşının vərəsəsi odur. Belə olduğu təqdirdə vərəsəlik işinın açılması üçün o, məhkəmə qaydasında ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, qardaşının xx.xx.1999-cu ildən ölmüş elan edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət keçdiyindən ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən qardaşı xx.xx.1971-ci il təvəllüdlü X9 ölmüş elan olunmasını məqsədəmüvafıq hesab edir. Bundan başqa, qardaşına dair ölüm haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” X6 müraciət etsə də, ərizəsinin təmin edilməsinin mümkün olmaması və bununla bağlı olaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, yuxarıda qeyd olunanları əsas götürərək, qardaşı xx.xx.1971-ci il təvəllüdlü X9 xx.xx.1999-cu ildən etibarən ölmüş elan edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun 2 əmisi, 4 bibisi var. Atası ilə birlikdə ailədə 3 qardaş, 4 bacı olublar. 2 bibisi və 1 əmisi dünyasını dəyişib. Hal-hazırda 2 bacı, 1 qardaş qalıblar. Nənəsi və babası da dünyasını dəyişib. X4 əmisidir, O, 1995-ci ilə qədər orada qalıb işləmişdir. O, 1997-ci ildə yenidən Rusiyaya getmişdir. Əmisinin ailəsi və övladı olmayıb. Əmisi Naxçıvandan gələndə şəhadətnamə üzrə onların torpağına qeydiyyata düşüb. İndi evə çıxarış alanda orada olan şəxslərdən icazə alınmalıdır, hamıdan icazə alınsa da əmisi X15 qalmışdır. Torpağın üstündəki ev atasının adınadır. Sənəddə qeyd edilib ki, 6/7 hissəsi ona, 1/7 hissəsi əmisinə aiddir. Məhkəmə tərəfindən 2000-2001-ci ildən əmisinin öldüyü elan olunsa, ailəsindən, ailəsi yoxdursa bacı-qardaş, ana-atasından razılıq alınmalıdır. Əgər əmisi 1999-cu ildən ölmüş hesab edilsə, onun payı da atasına keçəcəkdir. Əgər 2000-ci illərdən ölmüş elan edilsə, varislərdən imza alınmalı olsa, dünyasını dəyişmiş bibi və əmisinin övladlarından razılıq alınmalıdırlar. İtkin düşən vaxtı hal şahidi kimi 15-20 nəfər gəlmişdi. Əmisinin itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsi üçün ərizə ilə müraciət etmişlər və bununla bağlı qətnamə qəbul edilmişdir. Onlar əmisinin 1999-cu ildən ölmüş hesab edilməsini istəyirlər, çünki məhkəmə qətnaməsi ilə o, 1999-cu ildən itkin düşmüş hesab edilmişdir. Onlar dəfələrlə Rusiyada belə axtarsalar da, onu tapa bilməmişlər. Orada xəstəxanaları, türmələri də axtarmışlar ki, bəlkə orada olar, adı dəyişər, orada saxlanılar. 1998-ci ildən əmisi axtarışa verilib. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X14 şahid qismində ifadə verərək göstərdi ki, Mürsəl Əbilov qardaşıdır. 1995-ci ildə Rusiyadan onlara xəbər göndərdilər ki, qardaşı yoxdur. Ondan sonra heç bir xəbər bilmirlər. Qardaşı Rusiyaya gedəndə də heç bilməmişlər. Evdən gedəndə küsüb getməmişdi. Onlar da Rusiyada Tümen vilayətində olmuşdur. Qardaşı orada mağaza işi ilə məşğul idi. Nə onlarla, nə də qardaşları ilə problemi yox idi. Mürsəl mübahisəli adam olmayıb, ailədə heç kəs ilə mübahisəsi olmayıb. Mürsəlin polisdə adı, barəsində məhkumluğu olmamış, adını da dəyişməmişdir. Rusiyaya əvvəl də gedib gəlirdi. Qardaşı Rusiyada itkin düşmüşdür. Qardaşı subay olmuşdur. Onlar istəyərlər ki, qardaşları sağ qayıtsın. O torpaq ilə bağlı məsələyə etiraz etmir, bacısının da etirazı yoxdur, heç vaxt da etiraz etməz. Məhkəmə iclasında X16 şahid qismində ifadə verərək göstərdi ki, Firuddin və Mürsəl əmisidir, Firdovsi əmisi oğludur. Onun 16 yaşı var idi, əmisini xatırlayır. Torpaq sahəsi ilə bağlı məsələyə etirazı yoxdur. Onun ad gününü RF-nın Tümen vilayətində qeyd etmişlər. Onlar bir yerdə olmuş, sonra əmisi buraya qayıtmışdır. Əmisi Tümen vilayətində qardaşının, yəni onun atasının yanında mağazada işləyirdi, subay idi. Onu axtarışa verdilər, çox axtardılar nəticə əldə edə bilmədilər. Bu qədər müddət ərzində insan necə sağ qala bilər. Rusiya prokurorluğuna, bütün polis orqanlarına müraciət etmişlər. Xoşqədəm Hidayətqızının TV proqramına da müraciət etmişlər. O, əmisini 2 il axtarmış, ancaq əmisi tapılmamışdır. Onun anası şəxsən gedib proqramda iştirak edirdi. Onlar istəyirlər ki, əmisi tapılsın. O vaxt Tümen qorxulu, kriminal şəhər olmuşdur. Atası da o vaxt onları Tümendən çıxarıb Azərbaycana göndərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidməti” X8 xx.xx.2026-cı il tarixdə məhkəməyə məktub ünvanlayaraq iş yükünün çoxluğunu nəzərə alıb işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, X15 onun qardaşıdır. 1997-ci ilin mayın 8-dən itkin düşmüşdür. Özü də ay yarımdan artıq qardaşını Rusiya Federasiyasında, Tümen vilayətində axtarmış, hər orqana ərizə ilə müraciət etmişdir. Tümen vilayətində qardaşının itkin düşməsi ilə bağlı ərizə də vermişlər. 2 ay özü də orada qalmış, qardaşını axtarmış, səhvi orada olmuşdur ki, qardaşının ölümünə dair sənəd almamışdır. Baxmayaraq ki, o sənədi almaq onun üçün çətin olmuşdur. Qardaşının doğum haqqında şəhadətnaməsində də, orada məktəbdə aldığı sənəddə də adı Əbilov Mürsəl kimi qeyd edilib. Mürsəl onların babasının adı olub. Qardaşı Mürsəlin ailəsi, övladı olmayıb. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - АЗБ seriyalı, 042511 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1971-ci il tarixində Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində doğulmuşdur. X5, anası X7r. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 6/7 hissəsi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə Nümayəndə adına qeydiyyata alınmış, 1/7 hissəsi isə X9 adına boş qalmışdır. - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı, 026076 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsindəki 4c saylı fərdi yaşayış evi Nümayəndə adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-624/2022 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək X5, anası X10 olan xx.xx.1971-ci il tarixdə Naxçıvan MR-da doğulmuş X9 1999-cu ilin yanvar ayının 1-dən xəbərsiz itkin düşmüş hesab olunması qət edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidməti” X8 tərəfindən Ərizəçi nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında X9 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-52/2-25642/25 saylı məktubundan görünür ki, X15 barəsində Nizami Rayon Polis İdarəsinin arxivində heç bir məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X9 müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X20 İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1971-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş X15 03.01,1984-cü ildən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, V/bağ 4/43 ö/t ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Sorğuda qeyd olunan xx.xx.1971-ci il təvəllüdlü X9 anket məlumatlarına uyğun gələn aşağıdakı məlumatlar mövcuddur: xx.xx.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuş X18 xx.xx.2002-ci il tarixdən Rusiya Federasiyası DİN-in Tümen vilayətinin Tümen şəhəri üzrə Daxili İşlər İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə dövlətlərarası axtarışa elan olunmuş və hazırda axtarışdadır. Əlavə olaraq X9 cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/2-141855/2025 saylı məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X17 ilə X10 olan xx.xx.1971-ci il təvəllüdlü Mürsəl Əbilovun doğumunun Şərur rayonunun Püsyan icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. Həmçinin informasiya sistemində X11 doğumu və X9 adının, soyadının və ata adının dəyişdirilməsi haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1971-ci il təvəllüdlü X9 1995-2001-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanları xaricindədir. Bununla yanaşı, xx.xx.1971-ci il təvəllüdlü X9 xx.xx.2002-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-in Şərur Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X1 yaşayış yerinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu göndərilmişdir. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il 18/2-21195 nömrəli cavabında xx.xx.1971-ci il təvəllüdlü X9 xx.xx.1984-cü il tarixdən Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, “V” 4/43 ö/t ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu bildirilmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X9 barəsində rayon (şəhər) prokurorluqlarında cinayət işi istintaq olunmamış, material üzrə araşdırma aparılmamışdır. - Rusiya Federasiyasının Tümen Vilayəti üzrə Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, xx/xx-3719 saylı məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X9 barəsində heç bir məlumat aşkar olunmamışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Maddə 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Maddə 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 9.5-ci bəndində qeyd edilmişdir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmə qeyd edir ki, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsini X15 barəsində artıq 26 ildən çoxdur ki, heç bir məlumat əldə edilmədiyini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-624/2022 saylı qətnaməsi ilə X9 1999cu ilin yanvar ayının 1-dən xəbərsiz itkin düşmüş hesab olunmasının qət edilməsi ilə əsaslandırmışdır. Həmçinin müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 1/7 hissəsi xx.xx.1971-ci il təvəllüdlü qardaşı X12 məxsusdur və X9 ölmüş elan edilməsi ərizəçiyə sözügedən əmlaka dair vərəsəlik hüququnun həyata keçirilə bilməsi üçün lazımdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilikdə şəxsin ölmüş elan edilməsinin şərtləri dəqiq müəyyən edilərək göstərilib və şəxs məhkəmə qaydasında o halda ölmüş elan edilə bilər ki, birincisi, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmasın; ikincisi, şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşsün və ondan altı ay ərzində xəbər çıxmasın; üçüncüsü, hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatlarla əlaqədar olaraq xəbərsiz itkin düşmüş olsun və hərbi əməliyyatların qurtardığı gündən azı iki il ondan xəbər çıxmasın. Eyni zamanda qanunun mənasına görə məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq da ölmüş elan edə bilər. Göründüyü kimi, mülki qanunvericilik qeyd olunan hər bir şərtin ödənilməsi üçün konkret müddət müəyyən edib və bu müddət altı aydan başlayaraq beş ilə qədər davam edir. Hazırki mülki iş üzrə müəyyən edilmişdir ki, ailəsi X2 dəfə 1997-ci ildə görmüş, həmin tarixdə Rusiya Federasiyasına getməsi barədə məlumatı olmuş, həmin vaxtdan sonra onun barəsində məlumat əldə edilməmişdir. Buna görə də ərizəçi X9 xəbərsiz itkin düşmüş hesab olunması barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək X9 1999-cu ilin yanvar ayının 1-dən xəbərsiz itkin düşmüş hesab olunması qət edilmişdir. Göründüyü kimi artıq 26 ildən artıq müddətdir ki, onun barəsində məlumat yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-624/2022 saylı qətnaməsində X15 ilə onun qohumları arasında 1998-ci ildən sonra heç bir əlaqə olmaması, məhkəmə araşdırmadı zamanı onun hal-hazırda harada olmasını müəyyən etməyin mümkün olmaması təsdiq edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Məhkəmə X9 01.01.199-cu il tarixdə ölmüş elan edilməsi barədə qeyd edir ki, ərizəçi bu hissədə də haqlıdır. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-624/2022 saylı qətnaməsi ilə X9 1999-cu ilin yanvar ayının 1-dən xəbərsiz itkin düşmüş hesab olunması müəyyən edilmişdir. Mülki Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Buna görə də məhkəmə qeyd edir ki, xx.xx.1999-cu il tarixi X9 ölüm günü sayılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli xx.xx.1971-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində anadan olmuş X15 xx.xx.1999-cu il tarixdə ölmüş elan edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində anadan olmuş X15 xx.xx.1999-cu il tarixdə ölmüş elan edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2314/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2314/2025
06.02.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver