Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2329/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qızının, onun vəkili və nümayəndəsi Vəkil3, İlkin iddia üzrə Cavabdeh3 Georgiyevnanın nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə Cavabdeh4, X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Georgiyevnaya, Cavabdeh4 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılması və sair” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı MTK-ya qarşı "mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, razılaşma əldə edilmədən və müqavilə bağlanılmadan mülkiyyət hüququ əsasında ona məxsus mənzilin və onun yerləşdiyi binanın sökülməsinin qadağan edilməsi” və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı MTK-ya qarşı "söküləcək mənzillərin əvəzinə yeni mənzillərin və qarajların verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Georgiyevnaya və Cavabdeh4 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən sahəsi 56,5 kv.m olan 23 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 20% sahə əlavə edilməklə 79 kv.m sahəsi olan iki otaqlı 2B12 nömrəli təmirsiz mənzilin və həmin 3 nömrəli binanın 12-ci mərtəbəsində 20% sahə əlavə edilməklə 52 kv.m sahəsi olan 2 otaqlı 1А88 nömrəli təmirsiz mənzilin və ünvan 1 ünvanında yerləşən sahəsi 44,8 kv.m olan 24 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, Kbalakişiyev küçəsi və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 20% sahə əlavə edilməklə 94 kv.m sahəsi olan üç otaqlı 3B63 nömrəli təmirli mənzilin və həmin binada 1 ədəd qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni mənzillər ilə təmin edilənədək İddiaçı МТК tərəfindən ona hər ay hər mənzilə görə 500 manat (cəmi 1000 manat) kirayə haqqının ödənilməsi, onun həmin mənzillərdən çıxarılması və mənzillərin sökülməsi; cavabdeh X4 məxsus olan, ünvan 1 ünvanında yerləşən sahəsi 51,6 kv.m olan 28 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 2 nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsində 20% sahə əlavə edilməklə 94 kv.m sahəsi olan üç otaqlı 3C19 nömrəli təmirli mənzilin cavabdeh X3 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun həmin mənzildən çıxarılması və mənzilin sökülməsi, Cavabdeh3 Georgiyevnaya məxsus olan, ünvan 1 ünvanında yerləşən sahəsi 43,9 kv.m olan 17 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 2 nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 8-ci mərtəbəsində 20% sahə əlavə edilməklə 94 kv.m sahəsi olan üç otaqlı 3C51 nömrəli təmirli mənzilin Cavabdeh3 Georgiyevnanın mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı МТK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun həmin mənzildən çıxarılması və mənzilin sökülməsi, Cavabdeh4 məxsus olan, ünvan 1 ünvanında yerləşən sahəsi 41,40 kv.m olan 21 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının B blokunun 5-ci mərtəbəsində 20% sahə əlavə edilməklə 79 kv.m sahəsi olan iki otaqlı 2B28 nömrəli təmirli mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı МТK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun həmin mənzildən çıxarılması və mənzilin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyriyaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi İddiaçı MTK-ya həvalə edilmişdir. Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsi ünvanında yerləşən evlər köhnə və istifadəyə yararsızdır, evlərin istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, həmin evlərdə yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin evlərdə istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdırlar, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” Rəydən görünür ki, “binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulun tökülməsi, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələmələr, yaranmış, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmış, dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdır. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir”. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1) qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2) mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3) qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Bu və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzillərin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Cavabdehlərlə dəfələrlə danışıqlar aparılmış, evlərinin qəzalı vəziyyətdə olması halı nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin cavabdehlər əmlaklarını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində İddiaçı MTK ilə mənzillərini təhvil vermiş mülkiyyətçilər arasında bağlanmış müqavilənin şərtləri ondan asılı olmayan səbəblərdən kooperativ tərəfindən icra edilməsinə cavabdehlər tərəfindən məhdudiyyətlər yaradılır. Qeyd olunan ünvanda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MTK arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Cavabdehlər mənzillərinin sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MTK-nın vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MTK köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Bundan başqa, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçınılmaz olacaqdır. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdehlərin mülkiyyətdə olan mənzillərinin əvəzinə İddiaçı MTK həmin ünvanda inşa edəcək binada mülkiyyətlərində olan mənzillərinin ümumi sahəsindən 20 kvadrat metr sahəsi artıq olan təmirli yeni mənzil verir, mənzilindən köçən şəxslərə digər yaşayış yeri ilə təmin etmək üçün hər ay mülkiyyətçilərə kirayə haqqı ödəyəcəkdir. Sərəncamın icra edilməsi üçün həmin ünvanda yerləşən cavabdehlərin mülkiyyətində olan mənzillər də sökülməli, cavabdehlər oradan müvəqqəti çıxarılmalıdır İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı MTK-ya qarşı "mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, razılaşma əldə edilmədən və müqavilə bağlanılmadan mülkiyyət hüququ əsasında ona məxsus mənzilin və onun yerləşdiyi binanın sökülməsinin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən onun mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, İddiaçınə onun icazəsi və razılığı olmadan, onunla razılaşma əldə etmədən və müqavilə bağlamadan ona mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin 28 saylı mənzilinin və onun yerləşdiyi binanın sökülməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin 28 saylı mənzilinin mülkiyyətçisidir. cavabdeh İddiaçı (bundan sonra - cavabdeh) onun icazəsi və razılığı olmadan, onunla razılaşma əldə etmədən və müqavilə bağlamadan ona mülkiyyət hüququ əsasında məxsus mənzili sökmək niyyətindədir. Cavabdeh artıq onun mənzilinin yerləşdiyi binadakı bəzi mənzilləri sökməyə başlamışdır, bununla da o, onun və onun ailə üzvlərinin rahat yaşamaq hüquqlarını pozur. Cavabdeh tərəfindən onun Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə qorunan hüquqlarını kobudcasına pozulur. Cavabdeh ona mülkiyyət hüququ əsasında məxsus mənzili qəsdən məhv etmək istəyir, bu isə yolverilməzdir. Bütün məsələlər yalnız tərəflərin qarşılıqlı razılığı əsasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etməklə həll oluna bilər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı MTK-ya qarşı "söküləcək mənzillərin əvəzinə yeni mənzillərin və qarajların verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin sahəsi 48 kvadrat metr olan 24 saylı mənzilinin əvəzində 3 otaqlı, sahəsi 94 kvadrat metr olan təmirli mənzil, 1 ədəd avtomobil üçün qaraj və mənzil təhvil verilənədək hər ay üçün 600 manat məbləğində kirayə haqqının verilməsi, İddiaçı tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin sahəsi 56 kvadrat metr olan 23 saylı mənzilinin əvəzində 2 otaqlı, sahəsi 74 kvadrat metr olan təmirli mənzil və 1 ədəd sahəsi 65 kvadrat metr olan 2 otaqlı təmirsiz mənzil, 1 ədəd avtomobil üçün qaraj və mənzil təhvil verilənədək hər ay üçün 600 manat məbləğində kirayə haqqının verilməsi və qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin 23 və 24 saylı mənzillərin mülkiyyətçisidir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun icazə və razılığı olmadan, onunla heç bir razılaşma əldə etmədən və müqavilə bağlamadan, ona mülkiyyət hüququ əsasında məxsus mənzilləri sökmək niyyətindədir. Cavabdeh artıq onun mənzillərinin yerləşdiyi binadakı bəzi mənzilləri sökməyə başlamışdır, bununla da cavabdeh onun və onunla birgə yaşayan digər ailə üzvlərinin rahat və təhlükəsiz yaşamaq hüquqlarını pozur. Cavabdeh tərəfindən onun və onunla birgə yaşayan ailə üzvlərinin ilk növbədə Konstitusion hüquqları başda olmaqla hazırda qüvvədə olan milli qanunvericiliyin, o cümlədən, beynəlxalq qanunvericiliyin tələbləri kobudcasına pozulur. Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının iştirakçısıdır və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınm məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqları təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi zəruri hallarda həm Konvensiyada nəzərdə tutulmuş insan hüquqlarının pozuntusunun, həm də ərizəçi üçün onun zərərli nəticələrinin aradan qaldırılması məqsədilə xüsusi, həmçinin eyni xarakterli pozuntuların gələcəkdə baş verməsinin qarşısının alınması üçün ümumi xarakterli tədbirlərin görülməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları yalnız onun icraatında olan işlərin həllinə deyil, həmçinin geniş mənada Konvensiya normalarının izah edilməsinə, qorunmasına, inkişafına xidmət edir və bu yolla dövlətlərin Konvensiya iştirakçısı kimi daşıdıqları öhdəliklərə riayət olunmasına yardım göstərir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Yuxarı qeyd olunan milli və beynəlxalq hüquq normalarından da göründüyü kimi, bütün məsələlər yalnız tərəflərin qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etməklə həll oluna bilər. Lakin cavabdeh tərəfindən ilkin iddia tələbindən də göründüyü kimi istər mülkiyyətçi olaraq onunla, istərsə də ilkin iddia ərizəsində cavabdeh qoyulmuş digər mülkiyyətçilərlə hər hansı bir razılaşma əldə edilmədən qeyri-müəyyən bir iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində söküntü nəticəsində mülkiyyətçilərə müxtəlif ölçüdə (qeyri-müəyyən) mənzillərin verilməsini bildirsələr də, söküntü nəticəsində mülkiyyətçilərə veriləcək mənzillərin ölçüləri hansı qaydada ölçülüb verilməsi barədə heç bir müddəa qeyd etməmişdir. Keçmiş sovet dövründə inşa edilmiş çox mənzilli binalarda mülkiyyət sənədində yalnız yaşayış sahələrini ölçüləri qeyd edilirdi, mənzilin eyvanı, dəhlizi, sanitar qovşağı və s. mülkiyyət sənədində qeyd olunan kvadrat metrə daxil edilmirdi. Beləliklə də, cavabdeh tərəfindən söküntü nəticəsində bu gün mülkiyyətlərində olan mənzillərin müqabilində təklif etdikləri mənzillərin necə hansı qaydada ölçülüb verilməsi onunla razılaşdırılmamışdır. Beləliklə də, cavabdehin onun mülkiyyətində olan mənzillərin müqabilində hələ dəqiq olmayan ölçülərdə vermək istədiyi mənzillər cavabdehin əsassız varlanmaq məqsədi kimi qiymətləndirilməlidir. İlkin iddia tələbinə etirazlar: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia tələbinə etirazlar və etiraza əlavə verərək bildirmişdir ki, iddiaçının ona qarşı bütün iddia tələbləri qanunsuz və əsassız olduğuna görə tamamilə təmin olunmamalıdır. İddiaçının ona qarşı bütün iddia tələbləri qanunla əsaslandırılmır, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya ziddir. Hər halda bütün məsələlər yalnız tərəflərin qarşılıqlı razılığı əsasında Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə əməl etməklə həll oluna bilər. İddiaçının ona qarşı bütün iddia tələblərinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Həmçinin, İddiaçı ona qarşı hazırki iş üzrə qaldırılan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların yaradılması nəticəsini doğurur. Yuxarıda qeyd olunlara əsasən İddiaçın ona qarşı iddiasının tam təmin olunmamasını xahiş etmişdir. Bundan əlavə etirazda qeyd edilmişdir ki, MPM-nin 112.5-ci maddəsinə uyğun olaraq iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. MPM-nin 112.6cı maddəsinə müvafiq olaraq iddianın qiyməti açıq-aşkar əmlakın bazar qiymətinə uyğun olmadıqda, onun dəyəri məhkəmə tərəfindən müəyyən olunur. MPM-nin 149.2, 149.2.2 və 149.3-cü maddələrinin tələblərinə əsasən iddia ərizəsində o cümlədən cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və iddianın qiyməti göstərilməlidir. MPM-nin 150.1 və 150.1.1-ci maddələrinə əsasən iddia ərizəsinə cavabdehlərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. MPM-nin 152.1, 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: - iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya MPM-nin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; - müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. İddiaçı məhkəməyə kağız formada təqdim edilmiş iddia ərizəsinin məntindən aşağıdakılar görünür: - hər cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və iddianın qiyməti göstərilməmişdir, - iddia ərizəsinə cavabdehlərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilməmişdir. İddiaçı MTK dövlət rüsumu 100 (yüz) manat məbləğində ödəmişdir. Halbuki, dövlət rüsumu onun tətəfindən yuxarıda qeyd olunmuş normalara (MPM-nin 112.1, 112.1.2, 112.2.4, 112.1.9 və 112.1.10-cu maddələri) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4 və ya 8.1.5-ci maddəsinə əsasən daha yüksək məbləğdə ödənilməlidir. MPM-nin 152.1, 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən İddiaçı MTK-nın iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı idi. MPM-nin 170.1-ci və 261.0.1-ci maddələrinə əsasən İddiaçı MTK-nın iddia ərizəsi üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməsi xahiş olunmuşdur. İlkin iddia üzrə Cavabdeh3 Georgiyevna xx.xx.2024-cü il tarixdə ilkin iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, o, binanın sökülməsi barədə iddiaçı "xxxx" MTK tərəfindən rəsmi və yazılı şəkildə məlumatlandırılmamışdır ki, bu da onun məlumat əldə etmə hüquq qaydalarının pozulması deməkdir. (Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsinin 7.0.6, 13, 27.3, 29.2 maddələri). Bundan başqa Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsinin 30-cu maddəsi kobud şəkildə pozularaq, mülkiyyətçilər və digər maraqlı şəxslərlə ictimai müzakirələr aparılmamışdır. İddia ərizəsində istinad edilən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli qərarla ləğv edilmişdir. Cavabdeh3 Georgiyevnaya iddiaçının öz tələblərini əsaslandırdığı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021 -ci il tarixli, 338 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” Rəyi, K.Balakişiyev, 43 ünvanında yerləşən binanın qəzalı vəziyyətdə olması və sökülməsi barədə müvafiq orqanın qərarı və ya digər sənədi təqdim olunmamışdır: Cavabdeh3 Georgiyevnaya İddiaçı MTK tərəfindən müqavilənin nümunəsi təqdim olunmamışdır ki, bu da onun köçürülmə şərtlərini və hüquqlarının müdafiəsini dəyərləndirməyə imkan vermir. Həmçinin tikintinin müddətləri və bu müddətlərin pozulması halında cərimələrin ödənilməsi şərtləri heç bir yerdə göstərilməmişdir. İddiaçı öz ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh3 Georgiyevnanın öz mülkündəki yaşaması ilə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinin tələblərini pozmasına dair heç bir qanuni əsaslı dəlil göstərə bilməmişdir ki, cavabdehin öz qanuni mülkündə yaşaması Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinin tələblərini heç bir şəkildə pozmur. İddiaçı MTK tərəfindən ona qarşı məhkəmə iddiasında irəli sürülən tələblər Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsini pozur: əmlakın toxunulmazlığını və dövlət tərəfindən müdafiəsini təmin edir. Əmlakın dövlət ehtiyacları üçün alınması yalnız əvvəlcədən ədalətli kompensasiya ödənilməsi və məhkəmə qərarı əsasında mümkündür. İddiaçı MTK tərəfindən ona qarşı məhkəmə iddiasında irəli sürülən tələblər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərini pozur. Göstərilən hüquq pozuntularını nəzərə alaraq, məhkəmədən İddiaçı MTK-nın iddia ərizəsinin qanuni əsassız hesab edərək, rədd edilməsini, iddiaçının öz tələblərini əsaslandırdığı bütün müvafiq sənədlərin məhkəməyə və cavabdehə təqdim edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh3 Georgiyevnanın nümayəndəsi yazılı çıxış verərək bildirmişdir ki, "Kursus-Nizami” MTK şirkətinin iddiasına qarşı çıxır. İddiaya qarşı çıxmağının əsas səbəbləri bunlardır. Belə ki, "Kursus-Nizami” MTK şirkəti anası Cavabdeh3 binanın sökülməsi barədə məlumatlandırmamışdır. Məlumatlandırma proseduru Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7.0.6, 13, 27.3, 29.2 maddələrində ətraflı şəkildə təsvir edilmişdir. Həmçinin bu, anasının mülkiyyət hüquqlarını pozur ki, bu hüquqlar Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi ilə qorunur. "Kursus-Nizami” MTK şirkəti söküntü hüququnu təsdiqləyən sənədləri təqdim etməyib. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının rəsmi qərarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 X2 Ekspertiza Baş İdarəsindən müsbət rəy alınmalı olduğu qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən sənədlərdə yalnız Azərdövlətlayihənin vizual müayinə aktı mövcuddur ki, burada onların binanın təhlükəli vəziyyətdə olduğuna dair heç bir ayrıca qeyd yoxdur. Bundan əlavə, onların kvartalda bütün binalar texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Həmçinin Baki şəhər İcra Hakimiyyətinin Başçısının rəsmi qərarında tikinti işlərinə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınmalıdır. Bu sənədlər olmadan "Kursus-Nizami” MTK şirkətinin iddiasının qanuniliyi şübhə altındadır. İddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9 və 152-ci maddələrini pozur. Bu maddələrdə göstərilir ki, mülkiyyət yalnız dövlət ehtiyacları üçün və ultimativ yox, layiqincə kompensasiya ilə alına bilər. Həmçinin anasının 30 iyul 2024-cü il tarixli şikayəti var. Bu şikayətdə göstərilir ki, məhkəmə binanın söküntü işlərini müvəqqəti dayandırmışdır. Lakin "Kursus-Nizami” MTK şirkəti binanın konstruktiv elementlərini pozmuşdur, pəncərə və qapı boşluqlarını çıxarmışdır. Bu, sakinlərin təhlükəsizliyini təhdid edir və binanın yanğın təhlükəsizliyini pozur. Onların fotoları var ki, bunlar binanın dəhşətli vəziyyətini göstərir. Şikayətdə iddiaçıdan binanın bütövlüyünün bərpasını, çıxarılmış pəncərə və qapı boşluqlarının bağlanması tələb edilir. Qeyd olunanlara əsasən, məhkəmədən "Kursus- Nizami” MTK şirkətinin iddiasının əsassız hesab edilərək rədd etməsini, iddiaçıdan binanın konstruktiv elementlərinin bərpasını, yuxarıda qeyd edilən bütün sənədlərin təqdim edilməsini və qanuna uyğun olaraq göstərilən prosedurların yerinə yetirilməsinin tələb edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ilkin iddia tələbini qismən qəbul edir. Mübahisəli binada yerləşən mənzillərinin birində oğlu, birində özü yaşayır. MTK ilə aralarında olan rəsmi qaydada olmasa da şifahi danışıqlar əsasında dördüncü binanın 12-ci mərtəbəsində iki mənzilin təmirsiz, bir mənzilin təmirli olmaqla 3 mənzilin yan-yana verilməsi və iki mənzilə görə 1200 manat kirayə haqqı ödənilməsi ilə bağlı razılaşma əldə etmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ilkin iddia tələbini qismən qəbul edirlər. Gülnarə xanım istəyir ki, mənzillər hamısı eyni blokda və eyni mərtəbədə olsun və ona 2 ədəd təmirli mənzil verilsin. Çünki Gülnarə xanımın mənzillərinin hər ikisi təmirlidir və ev hazır olandan sonra mənzilin birində Gülnarə xanım, digərində isə oğlu yaşayacaqdır. Bununla bağlı Gülnarə xanım ilə MTK arasında olan şifahi danışıqlar əsasında ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan bina da deyil, dördüncü binanın 12-ci mərtəbəsində iki mənzilin təmirsiz, bir mənzilin təmirli olmaqla 3 mənzilin yan-yana verilməsi və iki mənzilə görə 1200 manat kirayə haqqı ödənilməsi ilə bağlı tərəflər aralarında razılaşma əldə edilmişdir. Lakin bununla bağlı rəsmi heç nə yoxdur. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh4 ilkin iddia tələbini qəbul etmədiyini, ilkin iddia üzrə iddiaçının təklifi ilə razı olmadığını, ona mənzilinə görə 220000 manat pul veilməsini istədiyini bildirərək əlavə olaraq qeyd etdi ki, mənzilin çıxarışı onun adına olsa da mənzili sahibi onun atasıdır. O, onsuzda bina söküləndən sonra gedəcəkdir. Atası yaşlı adamdır, bir az xəstədir. Artıq məsələlərə görə hirslənmək istəmir. Valideynləri burada yaşamır, başqa ölkədə yaşayır, amma ölkəyə gələndə burada qalırlar. Diana xanımla onun mənzilinin sahəsi eynidir, ancaq Diana xanıma 94 kv.m sahəsi olan mənzil, ona isə 79 kv.m sahəsi olan mənzil verilir. Mənzilin çıxarışında yazılan sahəyə tualet, balkon daxil deyildir. İlkin iddia üzrə iddiaçı MTK-nın şirkətindən adamlar gəlib onun mənzilini ölçmüş və mənzilin sahəsi 58 kv.m olaraq müəyyən olunmuşdur. Onun mənzili 2 otaqlı mənzildir və 3-cü mərtəbədə yerləşir. Ona MTK tərəfindən məhkəmədən kənar 3 otaqlı 94 kv.m sahəsi olan mənzil və aylıq 400 manat kirayə haqqı təklif edilmiş, o da bu təkliflə razılaşmışdır. Həmin söhbətdə MTK-nın nümayəndəsi Ceyhun müəllim olmamışdır. həmin vaxt hətta Diana xanım da verilən təkliflə razı olmuşdur. Bundan sonra o, kirayə ev axtarmağa başlamış, şirkətin əməkdaşları onun üçün kirayə ev axtardıqlarını bildirdikləri üçün gözləmişdir. İndi isə təkliflə razılaşdığı halda onu məhkəməyə veriblər. Məhkəmə prosesi başlayandan sonra ona bildirilmişdir ki, 3 otaqlı mənzil və 600 manat kirayə haqqı verəcəklər. O da onu niyə məhkəməyə verdiklərini soruşmuş, məhkəmədə cavabdehlər siyahısından çıxarmalarını, sonra bu barədə aralarında danışıq aparmalarını bildirmişdir. Ona MTK-dan hansı mənzili istəyirsə verəcəklərini bildirmişlər. Lakin o, MTK-ya yaxınlaşıb 8-ci, 9-cu, 14-cü mərtəbədən mənzil istədiyini bildirmiş, onlar da həmin mərtəbədə olan məzillərin artıq satıldığını demişdirlər. Əgər dedikləri mənzillər satıılıbsa bunu sübut etsinlər. O, ilkin iddia üzrə iddiaçı tərəflə söhbət etməmiş, müqavilə bağlamamış, lakin onlar tərəfindən artıq haradasa yerləşdirilmişdir. Ona əgər razılıq əsasında 3 otaq verilirsə, tələbdə niyə 2 otaq yazılır? O, "xxxx" MTK-dan 240000 manat pul istəyir, onlar isə çox pul istədiyini bildirir. Halbuki, ona mənzil verilmir, mənzil təmir edilmir, üstəlik kirayə haqqı da istəmir. Belə olan halda ümumi məbləğ elə 240000 manat edir. Onların elə qonşuları var ki, onların mənzilində lepka parket vardır və həmin parketin qiyməti 100000 manatdır. Şirkət ona lepka təmir edəcək? İddiaçı-MTK-nın rəhbəri kimdir? MTK ikiotaqlı mənzil verəndə fikirləşmir ki, vətəndaşlar maşınlarını harada saxlayacaq? qaraj yeri verilməsə necə olacaq? Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh3 Georgiyevnanın nümayəndəsi Nümayəndə etirazın və yazılı çıxışın məzmununa uyğun izahat verərək ilkin iddia tələbini və MTK-nın onlara etdiyi təklifləri qəbul etmədiyini, MTK tərəfindən onlarla əvvəl danışanda başqa şey deyildiyini, ilkin iddia üzrə iddiaçı olan MTK-nın ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etdiyi mənzilin onun mənzilinə dəyməyəcəyini bildirərək əlavə olaraq qeyd etdi ki, mübahisəli binada yerləşən mənzili binanın birinci mərtəbəsində yerləşir və sahəsi 54 kv.m-dir. Bundan başqa onlarda yeraltı podval var və podval ümumi istifadədir. Onu ofisə çağıranda oraya getmiş, onunla MTK danışıq aparmış, lakin ofisə gedəndə orada olan heç kəs başa düşmürdü ki, o kimdir? Nə üçün buraya gəlmişdir? Elnur müəllimin harada olduğunu soruşanda bilmədiklərini deyirdilər. Onların binasından uzaqbaşı sakinlərin 20 faizi çıxmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçının nümayəndəsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsilə ərizə verərək bildirmişdir ki, Diana Aleksandrovna xəstəliklə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. O, 12 sentyabr 2024-cü il tarixdə bir hüquqi şəxs ilə bağlanmış abonent hüquqi yardımın göstərilməsi haqqında 1 oktyabr 2018-ci il tarixli, 2 nömrəli müqaviləyə əsasən həmin şəxsin əvvəlcədən planlaşdırılmamış, əmələ gəlmiş təcili hüquqi işlərinin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhərinin kənarında olacaqdır və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Cavabdeh2 iş üzrə məhkəmə çıxışlarında şəxsən iştirak etmək istəyir. Bununla əlaqədar olaraq, prosesin çəkişmə prinsipinin və Cavabdeh2 prosessual hüquqlarının təmin etməsi məqsədilə Cavabdeh2 öz müdafiəsini hazırlamağa imkan yaradılması və iş üzrə məhkəmə iclasının 11-12 günə təxirə salınması xahiş olunmuşdur. Məhkəmə ərizəyə münasibətdə bildirir ki, mülki iş məhkəmə baxış iclasında olduğundan, iş üzrə məhkəmə baxış iclası bir dəfə Cavabdeh2 və onun vəkili və nümayəndəsinin məhkəmə çıxışlarına hazır olmamaları buna görə təxirə salınması ilə bağlı xahişləri nəzərə alınmaqla təxirə salındığından, Cavabdeh2 vəkili-nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ərizə verilərək əvvəlki iclasda tərəflərindən səsləndirilmiş bütün hüquqi mövqelərin dəyişməz olaraq qaldığı, sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq 09 avqust 2024-cü il tarixə, saat 15.00-a təyin olunmuş hazırlıq iclasında iştirak edə bilməyəcəyi bildirilərək iclasın onun iştirakı olmdan keçirilməsi xahiş edildiyindən, iş üzrə məhkəmə baxış iclasının təxirə salınması işin lüzumsuz uzanmasına və digər tərəfin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaracağından, araşdırılmalı yeni hallar olmadığından mülki işə baxılıb iş üzrə yekun məhkəmə qərarı qəbul edilməlidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, Cavabdeh2 qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 qarşılıqlı iddia tələbini qismən qəbul edirlər. İlkin iddia tələbinə dəqiqləşdirilmə ərizəində bloku yazmağa xüsusi ehtiyac yoxdur. Belə ki, yeni ünvan qaydalarına əsasən hər mənzilin nömrəsi qeyd olunanda yerləşdiyi blokunda hərf nömrəsi qeyd edilir. Gülnarə xanımda təklif edilən mənzillər B və A blokunda yerləşir. Əgər Gülnarə xanımla məhkəmənin hansı qərarı çıxarmasından asılı olmayaraq qarşılıqlı olaraq razılaşılsa Gülnarə xanımın mənzillər ilə bağlı təkliflərini rəhbərliyə çatdırar və bu məsələ həll edilər. Ərizədə kirayə haqqını 500 manat olaraq qeyd ediblər. Eyni zamanda Gülnarə xanımın 2 təmirli mənzil istəməsi ilə bağlı təklifi başa düşüləndir, çünki mənzillərin hər ikisində yaşayış vardır. Gülnarə xanımın kirayə haqqı, təmirli mənzil ilə bağlı təkliflərini rəhbərliyə çatdıracaqlar, bu məsələ həll edilə bilər. Diana xanıma 2 otaqlı mənzilin yerinə 3 otaqlı 94 kv.m sahəsi olan mənzil təklif edilir. Hansı ki, Diana xanımın mənzilinin sahəsi 51 kv.m-dir. Mənzil verilərkən tərəflərindən minimum gözlənilən şərt vətəndaşın öz mənzilinin sahəsindən 20 faiz artıq olmasıdır. Cavabdeh4 verilən mənzilin sahəsi Sergeyin öz mənzilinin sahəsindən iki qat artıqdır. Belə ki, Cavabdeh4 41.kv.m sahəsi olan mənzilin əvəzinə 79 kv.m sahəsi olan 2 otaqlı mənzil və 600 manat kirayə haqqı təlklif edilir. Sergey evinin 58 kv.m sahəsi olduğunu bildirsə də, ona 58 kv.m sahənin 20 faiz artığı sahəsi olan mənzil verilsə belə bu əlavə 12 kv.m sahə edir. Göründüyü kimi vətəndaşlara malik olduqları sahədən az olmayan sahə verilməklə mülkiyyətini əvəzləşdirirlər. Həmçinin, ona "xxxx" MTK tərəfindən Sergeyə 3 otaqlı 94 kv.m sahəsi olan mənzillə razılaşmasına dair məlumat verilməmiş, çünki belə bir hal olmamışdır. Əgər Sergey MTK ilə razılaşsa idi, müqavilə bağlanılardı, məhkəməyə də onu verməzdilər. O, rəhbərlikdən Sergeylə bağlı soruşanda Sergeyin razılaşmadığını, ona hamıya verdikləri qədər kirayə haqqı verəcəklərini bildirdilər. Ona rəhbərlik tərəfindən informasiya verilir və o da bunun əsasında iddia tələbinə dəqiqləşdirmə vermişdir Onlar mənzilin bazar qiymətini vermir, mənzillərin əvəzinə yeni mənzili tikib verirlər. Onlar evin kvadratını 2000 manata tikmir, mənzillərin satışı 2000 manatdır. Onlar hamıya satış qiyməti ilə pul versələr, bu 100 milyon manat pul edər. Həmçinin, təhvil verəcəkləri binanın ümumi həyətində maşınların saxlaması üçün geniş yer kimi qaraj nəzərdə tutulub. Layihədə binanın altında qarajın olması varsa deməli olacaq. Hər mənzil üçün qarajın verilməsi heç yerdə yoxdur. Qarajın qiyməti 30000 manatdır. Başqa vətəndaşlarla müqavilə bağlamış, vətəndaşlar mənzil gözləyir, onlara kirayə haqqı da ödəyirlər. Hər kəs ilə danışıq aparırlar, vətəndaşlar razılaşır, onlarla müqavilə bağlanılır, belə olanda da başqası ilə razılaşdıqları mənzili digər şəxsə necə verə bilərlər. Hər kəsə təklif edilən mənzillər veriləcək, vətəndaşları aldatmaycaqlar. Bundan əlavə qeyd etmişdir ki, sərəncama uyğun olaraq məqsədləri köhnə binaların sökülərək yerində yeni binaların tikilməsidir. Vətəndaşların yaşadıqları binalar dövlət proqramına əsasən sökülməlidir. Məsələn binada yaşayan vətəndaş mənzili sökülən zaman qapısını özü ilə götürür ki, onu yeni mənzilində istifadə etsin. Qapısını, işığını, pəncərəsini, radiator-kombi sistemini mənzil sökülən zaman götürən vətəndaşlar var. Binanın dayanıqlığına xələl gətirən fundamental söküntü işləri gedə bilməz. Bu mümkün deyil. Ən azı orada boşalmamış bir mənzil varsa bina sökülə bilməz. Vətəndaşların söküntü işlərinin dayandırılmasına dair müvəqqəti təminat tədbirinə dair ərizələri təmin edilmiş və söküntü işləri dayandırılmışdır və buna onların etirazları yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2021-ci il tarixli, 338 nömrəli Sərəncamında qeyd edilir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində olan 6 kektar torpaq sahəsi İddiaçı MTK üçün ayrılmışdır. Burada yerləşən yaşayış binalarının ayrı-ayrı mənzillərinin mülkiyyətçiləri ilə razılaşma əsasında həmin yaşayış və qeyri-yaşayış sahələri sökülür və yerində yeni, layihəyə uyğun müasir çoxmərtəbəli yaşayış binaları tikilir. Sərəncamın verilməsi üçün əsas Prezidentin 04 sentyabr 2012-ci il tarixli, 695 nömrəli fərmanı var. Həmin Fərmanda qeyd edilir ki, Bakı şəhərinin Nizami, Suraxanı, Nəsimi, Nərimanov, Pirallahı, Xəzər, Xətai rayonları üzrə qəzalı vəziyyətdə olan binaların sökülməsi, yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bu Fərman qəbul edilmişdir. Məqsəd ondan ibarətdir ki, qəzalı vəziyyətdə olan binaların, istismar müddəti başa çatan binaların sökülərək yerində yenilərinin tikilməsidir. Burada sakinlərdə haqlı olaraq sual yaranır ki, bu ev qəzalı vəziyyətdədirmi? Fərmanın məqsədinə çatmaq üçün Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Təhlükəsizlik üzrə Dövlət Agentliyi ümumi şəkildə hər rayon üzrə ərazilərə baxış keçirmişdir, hansı rayonda ümumi binalarda qəzalı vəziyyət, binanın istismar müddətinin başa çatması müşahidə edilərsə aparılan ekspertizalar zamanı müəyyən edildiyi təqdirdə həmin ərazi xüsusi siyahıya alınır və gələcəkdə inzibati orqan tərəfindən sərəncamın verilməsi üçün baza rolunu oynayır. Bu zaman artıq sərəncam verən icra hakimiyyəti başçısında məlumatlar olur ki, məsələn Nizami rayonunda müəyən ərazidə yerləşən binalarda aşınmalar vardır. Bundan sonra sərəncam verilir, növbəti mərhələdə dəqiqləşdirmək üçün təkrar ekspertizalar və tədqiqatlar aparılır, rəy hazırlanır. Sərəncam hansı MTK-ya verilibsə onun müraciətinə əsasən rəy təqdim edilir. Rəydə aşkar edilən qüsurlar, çatışmazlıqlar qeyd edilir. Hansı ki, burada bütövlükdə aşınmalar deyil, antropogen təsirlər də vardır. İnsanlar dəyişikliklər edirlər, balkonlarını artırırlar və digər dəyişikliklər edirlər. Baxış zamanı müəyyən edilib ki, binaların yükdaşıyan divarlarında aşınmalar var. Hər şey köhnəlir və yenilənməyə məhkumdur. Konstitusiya Məhkəməsinin "xxxx" MTK-nın şikayəti üzrə qəbul edilmiş qərarı vardır. Bu qərar qəzalı vəziyyətdə olan binalara aiddir. Tərəflərindən həmin yaşayış binalarının mənzilləri üzərində vətəndaşlarla şifahi danışıqlar aparılmış, ümumi şəkildə bütün bina sakinlərinə sərəncam barəsində məlumat verilmişdir və hazırda da danışıqlar aparılır və onlara təkliflər edilir. Hətta digər hakimlərin icraatında olan işlər üzrə bəzi vətəndaşlarla məhkəmə prosesinin gedişatı zamanı razılıq əldə edilmişdir. Hazırki iş üzrə Tatyana Babkina ilə razılıq əldə edilməsi ilə əlaqədar o cavabdehlər siyahısından çıxarılmışdır. Hal-hazırda qalan cavabdehlərdən başqa mübahisəli binanın digər sakinləri ilə razılıq əldə edilmişdir. Sakinlərlə notarial qaydada müqavilə bağlayırlar, bu zaman onlara mənzil tikilib təhvil verilənədək kirayə haqqı verirlər. Vətəndaşlara köçmək üçün əlavə 3000-5000 manat kompensasiya təklif edilir. Bəzən olur ki, vətəndaş qeyd edir ki, onun mənzili əvvəl 2 otaqlı olub, daha sonra ailə tərkibinə görə 2 otağı artıraraq 3 otağa çevirmişdir. Həmiş şəxsə tərəflərindən daha geniş 2 otağına qarşılıq olaraq 3 otaq təklif edirlər. Bəzi vətəndaşlar qeyd edir ki, pul istəyirlər. Onlar da oxşar mənzili alıb vermələrini təklif edirlər. Bir vətəndaş nə tikdikləri binanı, nə də kirayə haqqını istəmirdi və evini bazar qiymətinə uyğun MTK-ya satmaq istədiyini bildirmişdir. Şəxslə aralarında bazar qiyməti müəyyən edilmiş və razılaşmışlar. Hər binada 38-40 mənzil mövcuddur. Yeni tikilən binalarda lift olacaqdır. O, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsinin layihənin sürətinin təqdim edilməsi ilə bağlı bildirmişdir ki, əgər istəyirsə vəkil özü layihənin surətini çıxarsın. Sübutlara məhkəmə öz daxili inamına əsasən qiymət verir. Sübutları məhkəmə iclasına gətirmək, eyni zamanda surətini çıxarmaq çətinlik törədirsə məhkəmə onu tərəflərin iştirakı ilə yerində müayinə edə bilər. Prosessual olaraq məhkəməyə gətirilə bilməyən sübutları hakim yerində müayinə etməlidir. Layihənin əslini məhkəməyə təqdim etmişlər, layihə cavabdehlərə elan edilmişdir, yenə də cavabdeh tərəf onunla tanış ola bilər. Təqdim edəcəkləri hər bir sübutun surətini həcmi böyük olduğu üçün çıxara bilmirlər. O, həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 rüsum və prosessual qaydalar ilə bağlı etiraz və etiraza əlavəyə münasibətdə qeyd etmişdir ki, iş materiallarında cavabdehlərin sayına uyğun olaraq iddia ərizələri və sənədlər əlavə edilmişdir. Ərizədə cavabdehlərə yeni mənzil verilməsi, yeni mənzil onlara təhvil verilənədək kirayə haqqının ödənilməsini qeyd etmişlər. Lakin onlar bunu konkret hesablaya bilmirlər. Onlar bildirsələr ki, 3 il ərzində hər ay 500-600 manat kirayə ödəməlidir. Lakin ola bilər ki, binanın tikintisi 3-5 ay gecikə bilər. Onlar 36 ay müddətində vətəndaşlara yeni, təmirli mənzil təqdim etmələrini qeyd etsələr də bu 3-5 ay gecikə bilər. Ona görə də rəhbərliyə mənzil təhvil verilənədək kirayə haqqı verilməsini təklif etmişdir. Burada məqsəd vətəndaşı mənzilsiz qoymamaqdır. Eyni zamanda, çoxmərtəbəli binaların tikilməsi səbəbi ondan ibarətdir ki, Bakı şəhərində ərazi azdır. Burada MTK-nın marağı bir kənara qoyulmalıdır. Dövlət ilk olaraq layihəni təsdiq edir, şəhərin baş planı olur. Baş plan strateji bir sənəddir. Dövlət seysmoloji məsələdən tutmuş əhalinin infrastrukturuna qədər hər bir şeyi hesablayır. Dövlət planı təsdiq etdikdən sonra kimin vəsaiti və imkanı varsa onlara qapıları açır və binaların tikilməsi bildirilir. Hansı binanı söküb tikmək məsələsini dövlət müəyyən edir. Vətəndaş evində oturub bizneslə məşğul olmur, onlar vətəndaşa yeni, təmirli mənzil verdikləri zaman vətəndaşın rahatlığını təmin edirlər. Əgər indi bina sökülmürsə, 20 il sonra bu bina çöküləcəkdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini müdafiə edib, etirazın və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, o, ilkin iddi üzrə iddaçı MTK ilə aralarında razılıq olmamış, 94 kv.m sahəsi olan 3 otaqlı mənzilin verilməsinə razı deyildir. İddiaçı MTK mənzilləri çöldən-çölə, onlar isə içəridən ölçürlər. Ümumiyyətlə mənzilin sahəsinin kvadratının ölçülməsi problemlidir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 etirazın məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, bu məsələ məhkəmədə baxılmalı deyil. Tatyana xanım və digər şəxslər kimi məhkəmədən kənar razılıq əldə edilməli idi, ondan sonra müqavilə bağlaya bilərdilər. İlkin iddia üzrə iddiaçı belə bir iddia qaldırmaq hüququna malik deyildir. Qarşı tərəf məhkəməyə mübahisəli binanın vəziyyətini əks etdirən fotoşəkil təqdim etmişdir. Bu əslində texniki hüquqi sənəd deyildir. Ona görə də onlar layihə ilə bağlı Arxitektura Komitəsinə sorğu göndərmiş və cavab gözləyirlər. İlkin iddia üzrə iddiaçı Mülki Prosessual Məcəllənin normalarına əsasən layihənin surətini cavabdehlərin sayına uyğun olaraq çıxarıb təqdim etməlidir. Layihənin sürət onlara təqdim edilməməsi ilə əlaqədar layihənin əsli ilə tanış olmaq istəmir. MTK-nın layihəsi kommersiya layihəsidir. Bu məsələ məhkəmənin predmeti deyil. Diana xanımın hal-hazırda olan mənzilinin sahəsini düzgün qeyd etməyiblər, Diana xanımda mənzilin sahəsi daha artıqdır. Bundan əlavə vətəndaşların çıxarışlarını MTK özü təqdim etməli idi, bunu sakinlər təqdim etməli deyil. İlkin iddia üzrə iddiaçının vəkili və nümayəndəsi bildirir ki, qeyd edilən cavabdehlərdən başqa digər bina sakinləri ilə razılıq əldə edilmişdir. Lakin bu belə deyildir. İlkin iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Nazirlər Kabinetinin 86 nömrəli qərarına istinad etmiş, lakin bu qərar qüvvədən düşmüşdür. MTK vətəndaşla müqavilə bağlayır, lakin birdən MTK müflis oldu, belə olan halda vətəndaş nə etsin? Notariusa gedən zaman sənəd də yazılır ki, bina texniki cəhətdən işlək vəziyyətdədir. Qəzalı sözü qeyd edilmir. İlkin iddia üzrə iddiaçı tərəf gəlib deyir ki, mənzili almaq istəyirlər. Heç sakinlər evlərini satmaq istəmirlər. İlkin iddia üzrə iddiaçı tərəf elə bir qiymət təklif etməlidirlər ki, vətəndaşlar razılaşsınlar. Harada qeyd edilib ki, 46 nömrəli ev sökülsün? Mülki Məcəllənin müvafiq maddəsinə uyğun olaraq həmin evin altında olan torpaq sahəsi mülkiyyətçilərə məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasına riayət etmək lazımdır, qarşı tərəf Konstitusiya Məhkəməsinin qərarına istinad edir, lakin o qərarda harada yazılıb ki, mülkiyyətçiləri evlərindən qovmaq lazımdır. Mülkiyyətçi ilə razılaşdırılmalıdır, tərəflərin qarşılıqlı razılığı olmalıdır. İşin mübahisəsiz halları: - xx.xx.2022-ci il tarixli, 1704 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, icarəverən Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllə ünvanında yerləşən sahəsi 64600 kv.m olan torpaq sahəsini 49 il müddətinə çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün icarəçi İddiaçı MTK-ya icarəyə vermişdir. Həmin müqavilənin 7.4-cü bəndinə görə icarəçi hər il həmin torpaq sahəsinə görə 146729,86 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəydən görünür ki, ərazidə (Q.Qarayev prospekti, İmaməddin Nəsimi, Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişməsindəki məhəllə) 36a, 38, 42, 44,46, Qara Qarayev prospektinə paralel, 19/48, 15, 35, 54, 56 nömrəli 5 mərtəbəli yaşayış binaları, 39, 41, 43, 45, 47/13 nömrəli 3 mərtəbəli yaşayış binaları, 2 mərtəbəli uşaq bağçası, 2 mərtəbəli qeyri-yaşayış, 1 mərtəbəli qazanxana və kiçik daş tikililər mövcuddur. Tikililər 1960-cı illərdə inşa edilmişdir. Vizual texniki baxış zamanı binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi müşahidə olunmuş, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələnmələr yaranmışdır. Pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdır. Atmosfer sualarının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edilmiş, tikililər əsasən balkonların üstündəvə baş fasadın konstruktiv elementlərinə bağlandığından binalar əlavə yüklənmişdir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 11-13/468 nömrəli İddiaçı MTK-nın xx.xx.2021-ci il tarixli, 1/14 nömrəli müraciətlərini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-07818 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********06 nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2021-ci il tarixli, xx/xx-01239 nömrəli razılıq məktublar nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 56.5 kv.metr olan ünvan 1, mənzil 23 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 44.8 kv.metr olan ünvan 1, mənzil 24 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 51.60 kv.metr olan ünvan 1, mənzil 28 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 214469 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ümumi sahəsi 43,9 kv.metr olan ünvan 1, mənzil 17 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2004-cü il tarixdə Cavabdeh3 Georgiyevnanın adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 41.40 kv.metr olan ünvan 1, mənzil 21 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına qeydə alınmışdır. - İddiaçı MTK tərəfindən tərtib edilmiş bildirişdən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllə ünvanında yerləşən 47/13, 43, 41 və 39 nömrəli binaların istismar müddəti bitdiyinə görə və yaşayışa yararsız vəziyyətdə olduğu üçün, sakinlərin müqavilə əsasında köçürülməsi, binaların söküntüsü nəzərdə tutulmuş və bu məqsədlə 47/13 saylı binanın 1-ci mərtəbəsində, 10 saylı mənzildə yerləşən ofisə yaxınlaşmaları xahiş olunmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, 29.1-ci, 29.4-cü, 43.1-ci, 71-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü, 16.1-ci, 152.1-ci, 152.5-ci, 152.6-cı maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci, 4.2.1, 4.3, 17 maddələrinə əsasən hesab edir ki, ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbi qismən təmin təmin edilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərindən biri bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınmasıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; Maddə 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Maddə 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Maddə 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MTK Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən yeni çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyğun olaraq həyata keçirilir. Bu məqsəd ilə MTK söküləcək binanın əksər sakinləri ilə razılığa gəlsə də, hazırkı iş üzrə ilkin iddia üzrə cavabdehlərlə razılıq əldə olunmadığından məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçının qeyd olunan mənzillərin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında onlara mənzillərinin sahəsinə 20 faizdən artıq əlavə sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 600 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. Bu öhdəliklərin icrasına isə yerli icra hakimiyyət orqanı nəzarət edir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin, yəni səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur. Həmçinin, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanının 3.11.1-ci və 3.11.2-ci bəndlərində qeyd edilmişdir ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. Göründüyü kimi, köhnə binaların sökülüb yerinə yeni binaların tikilməsinə müvafiq icra hakimiyyət orqanları nəzarət edir və buna görə də mübahisəli binanın yerləşdiyi ərazi üzrə Bakı şəhər Nizami Rayon icra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, tikinti işlərini aparan ilkin iddia üzrə İddiaçı MTK tərəfindən edilən həmin təkliflər, onun üzərinə müvafiq sərəncamla qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, ilkin və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, ilkin iddia üzrə iddiaçılara əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Məhkəmə icraatı zamanı Tatyana Babkina ilə razılıq əldə edilməsi ilə əlaqədar o, MTK tərəfindən cavabdehlər sırasından çıxarılmış, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə razılıq əldə edilməsi üçün qarşılıqlı danışıqlar aparılmaqla razılığa gəlinməsi üçün cəhdlər edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəy ilə ünvan 1 ünvanında yerləşən yaşayış evinin texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəf olub texniki vəziyyəti qeyri-qənaətbəxş olan, mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdə olan və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşayan tərəflərin həmin binada yaşamaları gələcəkdə məhz onlar üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə bildirir ki, İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərinə uyğundur, kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə müvafiq sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İlkin iddia üzrə iddiaçı tərəfindən vaxtında bu sərəncamla üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi, yəni köhnə binaların sökülərək yerində yeni binaların tikilməsinin gecikdirilməsi onun əlavə maliyyə itkilərinə məruz qalması ilə nəticələnə və həmin binada yaşayan digər sakinlərin də yeni mənzilə dair gözlənti hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MTK tərəfindən görülən tədbirlərin onların mülkiyyət hüquqlarını pozmasına yönəldildiyini bildirərək mülkiyyətlərinə qanunsuz müdaxilələrin aradan qaldırılmasını tələb etmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı İddiaçı MTK tərəfindən müvafiq sərəncamın icrası ilə bağlı ilkin iddia üzrə cavabdehlərin mülkiyyət hüququnun pozulması hallarına yol verilməmiş, onlara mülkiyyətlərində olan əmlakın müqabilində onlara ədalətli təkliflər edilmişdir. Belə olan halda MTK-nın üzərinə düşən öhdəlikləri icra etməsi və sakinlərə ədalətli mənzil sahələrinə dair təklifləri onların öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Göründüyü kimi mübahisəli mənzillərin əvəzinə 20 faizdən artıq sahəsi olan təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə kirayə haqqı ödənilməklə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi məqsədilə ilkin iddia üzrə cavabdehlərin mülkiyyətlərində mənzillərindən çıxarılması mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi nəzərdə tutulmamalıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı MTK ilkin iddia üzrə cavabdehlərin mülkiyyətində olan mənzillərini satın almaq deyil, sadəcə həmin mənzillərin yerləşdiyi yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə onlara müvafiq yeni, tam təmirli əlavə sahəsi olan mənzil vermək, mənzillər tikilib təhvil verilənədək onlara müvəqqəti yaşamaq üçün yaşayış yerlərinə görə aylıq kirayə haqqı ödəmək niyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə uyğun olaraq bildirir ki, İddiaçı MTK-nın məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər ilə sərəncamını icra edən MTK tərəfindən ilkin iddia üzrə cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, onlara mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Lakin mübahisəli mənzillərin mülkiyyətçiləri olan qarşı tərəflərin kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. İlkin iddia üzrə cavabdehlər İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən ilkin iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Belə ki, onların əksəriyyəti tərəfindən də məhkəmə prosesi zamanı mənzilinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzilin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzilin sahəsində, onlara 20 faizdən də əlavə sahə verilməsinə baxmayaraq daha artıq sahəli mənzil verilməsində, verilən kirayə haqqının məbləğində və yaxud onların mənzillərinin yerinə pul kompensasiyasının verilməsində mübahisələrinin olması bildirilmişdir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 56.5 kv.m olan 23 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 79 kv.m sahəsi olan iki otaqlı 2B12 nömrəli təmirli mənzil və həmin 3 nömrəli çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 52 kv.m sahəsi olan iki otaqlı 1A88 nömrəli təmirsiz mənzil, ünvan 1 ünvanında yerləşən, sahəsi 44,8 kv.m olan 24 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3B63 nömrəli təmirli mənzil və həmin binada 1 ədəd qaraj verilməli, yeni mənzillər ilə təmin edilənədək ona hər ay hər mənzilə görə 600 manat olmaqla, 1200 manat kirayə haqqı ödənilməklə həmin mənzillərdən çıxarılmalı və mənzillər sökülməli, Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 51.6 kv.m olan 28 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 2 nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3C19 nömrəli təmirli mənzil verilməli, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılmalı və mənzil sökülməli, Cavabdeh3 Georgiyevnaya məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 43,9 kv.m olan 17 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 2 nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 8-ci mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3C51 nömrəli təmirli mənzil verilməli, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılmalı və mənzil sökülməli, Cavabdeh4 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 41.4 kv.m olan 21 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının B blokunun 5-ci mərtəbəsində 79 kv.m sahəsi olan iki otaqlı 2B28 nömrəli təmirli mənzil verilməli, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılmalı və mənzil sökülməli, ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı MTKya qarşı “İddiaçı tərəfindən onun mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, İddiaçınə onun icazəsi və razılığı olmadan, onunla razılaşma əldə etmədən və müqavilə bağlamadan ona mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin 28 saylı mənzilinin və onun yerləşdiyi binanın sökülməsinin qadağan edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində ilkin iddi üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən ayrı-ayrılıqda ödənilmiş 100 manat dövlət rüsumu onlara aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 56.5 kv.m olan 23 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 79 kv.m sahəsi olan iki otaqlı 2B12 nömrəli təmirli mənzil və həmin 3 nömrəli çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 52 kv.m sahəsi olan iki otaqlı 1A88 nömrəli təmirsiz mənzil, ünvan 1 ünvanında yerləşən, sahəsi 44,8 kv.m olan 24 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3B63 nömrəli təmirli mənzil və həmin binada 1 ədəd qaraj verilsin, yeni mənzillər ilə təmin edilənədək ona hər ay hər mənzilə görə 600 manat olmaqla, 1200 manat kirayə haqqı ödənilməklə həmin mənzillərdən çıxarılsın və mənzillər sökülsün. Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 51.6 kv.m olan 28 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 2 nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3C19 nömrəli təmirli mənzil verilsin, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılsın və mənzil sökülsün. Cavabdeh3 Georgiyevnaya məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 43,9 kv.m olan 17 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 2 nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 8-ci mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3C51 nömrəli təmirli mənzil verilsin, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılsın və mənzil sökülsün. Cavabdeh4 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 41.4 kv.m olan 21 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının B blokunun 5-ci mərtəbəsində 79 kv.m sahəsi olan iki otaqlı 2B28 nömrəli təmirli mənzil verilsin, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılsın və mənzil sökülsün. İlkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı MTK-ya qarşı “İddiaçı tərəfindən onun mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, İddiaçınə onun icazəsi və razılığı olmadan, onunla razılaşma əldə etmədən və müqavilə bağlamadan ona mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 43 saylı evin 28 saylı mənzilinin və onun yerləşdiyi binanın sökülməsinin qadağan edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri qismində ilkin iddi üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən ayrı-ayrılıqda ödənilmiş 100 manat dövlət rüsumu onlara aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2329/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2329/2024
12.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver