Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-233/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" ASC cəlb olunmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MTK-ya qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müqavilələrin, maliyyə arayışının, ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mənzilin təhvil verilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X20 qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 MTK-nın vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" ASC cəlb olunmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MTK-ya qarşı “müqavilələrin, maliyyə arayışının, ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin, maliyyə arayışının, ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, maliyyə arayışının verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK (Cavabdeh1 MMC) ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair müqavilənin etibarsız hesab edilməsi; onun əsasında verilmiş Cavabdeh1 MTK (Cavabdeh1 MMC) tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi; onun əsasında verilmiş Cavabdeh1 MTK-nın (Cavabdeh1 MMC) Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair xx.xx.2019-cu il tarixli ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi; Cavabdeh2 ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair verilmiş (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024) çıxarışın ləğv olunması; Cavabdeh1 MTK-nın (Cavabdeh1 MMC) ümumi yığıncağın keçirilərək onu MTK-nın üzvlüyünə qəbul edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyin Cavabdeh1 MTK-nın üzərinə qoyulması; Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh2 alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi, onun Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli təmirli mənzilin təkrarən Cavabdeh1 MTK tərəfindən başqa şəxsə satıldığından, Cavabdeh1 MTK-nın əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarıb prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 MTK (Cavabdeh1 MMC) ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair müqavilənin etibarsız hesab edilməsi; onun əsasında verilmiş Cavabdeh1 MTK (Cavabdeh1 MMC) tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi; onun əsasında verilmiş Cavabdeh1 MTK-nın (Cavabdeh1 MMC) Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokolunun etibarsız hesab edilməsi; Cavabdeh2 ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair verilmiş (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024) çıxarışın ləğv olunması; ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair Bakı şəhəri 21 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-920 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında (xx.xx.2024-cü il tarixli, 4Ə- 920 reyestr nömrəli) Cavabdeh3 adına Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-05301-093093 olan çıxarışın ləğv edilməsi; ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair Bakı şəhəri 29 saylı notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında (xx.xx.2024-cü il tarixli, 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi) Cavabdeh4 adına Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh1 MTK-nın (Cavabdeh1 MMC) ümumi yığıncağın keçirilərək onun MTK-nın üzvlüyinə qəbul edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyin Cavabdeh1 MTK-nın üzərinə qoyulması; Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh4 alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iclası zamanı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20 oktyabr 2015-ci il tarixdə "xxxx" MMC-dən Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzili almışdır. Həmin tarixdə 421 №-li müqavilə və mənzilin dəyərini tam ödədiyi üçün maliyyə arayışı verilmişdir. Mənzil ona naturada təhvil verildikdən sonra 2018-ci ildə tam təmir etdirmişdir, hətta mətbəx mebeli, qarderob, işıq lüstraları, kombi və sair yığdırmışdır. Məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2023-cü ilin və xx.xx.2024-cü il tarixli qəbzlərindən göründüyü kimi bina "xxxx" MMC-yə məxsus idi. 07 avqust 2024-cü il tarixdə oğlu İsmayıl mənzilə gedərək qapını açmaq istəmişdir, lakin görmüşdür ki, qapının kilidi dəyişdirilib və dərhal DİN-nin 102 xidmətinə şikayət vermişdir. Binaya Nəsimi RPİ-nin 20 PB-nin polis əmakdaşları gəldikdən sonra binanın komendantı dəvət olunmuşdur, sonra bir şəxs gələrək həmin mənzili guya təmirli aldığını deyərək müqaviləsini və maliyyə arayışını və sair sənədlərini təqdim etmişdir. Həmin tarixdə ona məlum olmuşdur ki, onun təmirli mənzilini qanunsuz olaraq Cavabdeh1 MTK tərəfindən 03 sentyabr 2019-cu il tarixdə hazırda cavabdeh olan Cavabdeh2 satmışdır. Ümumiyyətlə Cavabdeh1 MTK-nın (Cavabdeh1 MMC) mənzilləri satmaq səlahiyyəti olmadığı halda satışlar etmişdir. Cavabdeh1 MTK əvvəllər Cavabdeh1 MMC kimi fəaliyyət göstərmiş sonradan MTK yaradılmışdır. Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, “Podratçı Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 17264,5 kv.m sahəsində 10 girişli çoxmərtəbəli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirəcək, tikəcək və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir. Göründüyü kimi onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan tam təmirli və mebel avadanlıqları ilə təchiz olunmuş 8 nömrəli mənzil təkrarən 03 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 MTK (Cavabdeh1 MMC) tərəfindən qanunsuz Cavabdeh2 satılmışdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsinin əsaslandırıldığı hallar:
5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK (Cavabdeh1 MMC) ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair müqavilənin etibarsız hesab edilməsi; onun əsasında verilmiş Cavabdeh1 MTK (Cavabdeh1 MMC) tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi; onun əsasında Cavabdeh1 MTK-nın (Cavabdeh1 MMC) Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair xx.xx.2019-cu il tarixli ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi; Cavabdeh2 ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair verilmiş (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024) çıxarışın ləğv olunması; Cavabdeh1 MTK-nın (Cavabdeh1 MMC) ümumi yığıncağın keçirilərək onun MTK-nın üzvlüyünə qəbul edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyin Cavabdeh1 MTK-nın üzərinə qoyulması və Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh2 alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Onların vəsatəti əsasında mübahisəli mənzilin hüquqi vəziyyətinin öyrənilməsi və sənədlərin tələb olunması ilə bağlı dövlət reyestri xidmətinə sorğu verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 27 dekabr 2024-cü il tarixdə məhkəməyə ünvanladığı sənədlərdən görünür ki, məhkəmədə mülki işə baxılan zaman Cavabdeh2 mübahisəli olan Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzili xx.xx.2024-cü il tarixində Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə-920 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına xx.xx.2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-05301-093093 olan çıxarış verilmişdir. Sonradan Cavabdeh3 mübahisəli olan Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzili tez-tələsik xx.xx.2024-cü il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh4 satmışdır. Həmçinin sənədlərdə Cavabdeh1 MTK-nın 03 sentyabr 2019-cu il tarixli 108 №-li protokolundan görünür ki, “Gündəlikdə olan məsələ pay haqqını tam ödəmiş kooperativ üzvlərinə avtodayanacağın özəlləşdirib mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış alınması haqqında olmuşdur. Həmin MTK-nın üzvlərinin ümumi iclası qanunsuz olsa belə, göründüyü kimi mənzilin özlləşdirilməsində söhbət getməyib. Hazırda iddia tələbinin artırılması zərurəti vardır. Belə ki, İddiaçı 20 oktyabr 2015-ci il tarixdə "xxxx" MMC-dən Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzili almışdır. Həmin tarixdə 421 №-li müqavilə və mənzilin dəyərini tam ödədiyi üçün maliyyə arayışı verilmişdir. Mənzil iddiaçıya naturada təhvil verildikdən sonra 2018-ci ildə tam təmir etdirmişdir, hətta mətbəx mebeli, qarderob, işıq lüstraları, kombi və sair yığdırmışdır. Məhkəməyə təqdim etdikləri "xxxx" ASC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərdən göründüyü kimi bina "xxxx" MMC-yə məxsus idi. 07 avqust 2024-cü il tarixdə iddiaçının oğlu İsmayıl Həsənov mənzilə gedərək qapını açmaq istəmişdir, lakin görmüşdür ki, qapının kilidi dəyişdirilib və dərhal DİN-nin 102 xidmətinə şikayət vermişdir. Binaya Nəsimi RPİ-nin 20 PB-nin polis əmakdaşları gəldikdən sonra binanın komendantı dəvət olunmuşdur, sonra Cavabdeh2 gələrək həmin mənzili guya təmirli aldığını deyərək müqaviləsini və maliyyə arayışını və sair sənədlərini təqdim etmişdir. Həmin tarixdə iddiaçıya məlum olmuşdur ki, təmirli mənzili qanunsuz olaraq Cavabdeh1 MTK tərəfindən 03 sentyabr 2019-cu il tarixdə hazırda cavabdeh olan Cavabdeh2 satmışdır. Dövlət reyestri xidmətinin məktubundan məlum olur ki, iddiaçı DİN-nin 102 xidmətinə şikayət etdikdən sonra tez-tələsik həmin mübahisəli mənzili aradan çıxartmaq üçün 7 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə-920 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına xx.xx.2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-05301-093093 olan çıxarış verilmişdir. Sonradan Cavabdeh3 mübahisəli olan mənzili tez tələsik yenə də mənzili aradan çıxartmaq üçün xx.xx.2024-cü il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh4 satmışdır. Baxmayaraq ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(007)-218/2024 saylı qərardadı ilə 2(007)- 2869/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 110A nömrəli evin, 8 saylı mənzilin ( yeni qaydalarla: AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, giriş 152, M4. M 3) özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Göründüyü kimi məhkəmənin qərardadı ilə həbsdə olan mübahisəli olan mənzil 1 ay ərzində 2 dəfə satılmışdır, Cavabdeh2 qısa zamanda mübahisəli olan mənzili Cavabdeh3 satması, daha sonra Cavabdeh3 isə Cavabdeh4 satılması planlı şəkildə atılmış bir addımdır, burada bir məqsəd güdülmüşdür, mənzili guya vicdanlı alıcı qisminə gətirib çıxartmaq məqsəd olmuşdur.
Tərəflərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında xx.xx.2008-ci ildə podrat müqaviləsi bağlanıb. Torpaq Cavabdeh1 MMC-dir. Tikinti isə "xxxx" MMC-nin hesabına aparılıb. Gəlirin 75%-i "xxxx" MMC-yə, 25%-i Cavabdeh1 MMC-yə aid olmalı idi. İddiaçı 2015-ci ildə ev alıb və 2018-ci ildə təmir etdirib. Həmin ev 2019-cu ildə təmirli vəziyyətdə Cavabdeh2 satılıb. Bəylərin deməsinə görə təmirli mənzili Cavabdeh1 MMC-dən almışdır. Ev 2019-cu ildə alınsa da çıxarış 2024-cü ilin iyul ayında alınıb. İddiaçının çıxarışı yoxdur, müqavilə və maliyyə arayışı var. X11 "xxxx" MMC-nin direktoru və şirkətin qanuni təmsilçisidir. Mənzilləri "xxxx" MMC satıb, çünki podrat müqaviləsinə əsasən satışı yalnız "xxxx" MMC həyata keçirə bilərdi. Cavabdeh2 isə mənzili Cavabdeh1 MMC satıb. Qıfılın dəyişməsi müəyyən olunduqdan sonra polisə şikayət edirlər. xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanması rədd olnduqdan dərhal sonra Cavabdeh2 tez-tələsik həmin mübahisəli mənzili aradan çıxartmaq üçün 2 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə-920 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Daha sonra Cavabdeh3 mübahisəli olan mənzili tez-tələsik yenə də mənzili aradan çıxartmaq üçün xx.xx.2024-cü il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində 4Ə- 762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh4 satmışdır. Baxmayaraq ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(007)-218/2024 saylı qərardadı ilə 2(007)-2869/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 110A nömrəli evin, 8 saylı mənzilin (yeni qaydalarla: AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, giriş 152, M4. M 3) özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir və həmin qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Beləliklə, məhkəmənin qərardadı ilə həbsdə olan mübahisəli mənzili qarşı tərəf bilərəkdən qısa müddətdə 2 dəfə satılmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh1 MMC də satış edə bilərdi və mənzili Bəylərə Cavabdeh1 MMC satıb. "xxxx" MMC-nin faktiki rəhbəri Səadətin əri olub Üzeyir müəllim. Mənzilin ilk müqaviləsi formal olaraq iddiaçının oğlu X5 adına olub. Həmin vaxt o, yetkinlik yaşına çatmamış olub. "xxxx" MMC ilə Cavabdeh1 MTK arasında podrat müqaviləsi olmuşdur. Gəlirin 75%-i "xxxx" MMC-yə, 25%-i isə Cavabdeh1 MMC-yə bölünməli idi. "xxxx" MMC Səadət xanımın ərinindir. Ə.Allahverdiyev mənzili arxa tarixlə satıb. Müqaviləni direktor yox Üzeyir müəllimin qohumu satış şöbəsinin müdiri Ə.Allahverdiyev imzalayıb. Mənzilin Səadətə məxsus olması heç vaxt bildirilməyib. Mənzili Bəylər təmir edib.
8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mənzili 14 avqust 2024-cü il tarixdə Cavabdeh2 alıb. xx.xx.2024-cü il tarixdə isə Əfşərana satıb. Mənzili 119000 manata alıb, 139000 manata satıb. Mənzildə yaşamayıblar. Alqı-satqı 21 saylı notariat ofisində olub. Evi alan kimi təklif gəldi o, da mənzili satdı. Çıxarışı "xxxx"a təqdim etmişlər. Çıxarış xx.xx.2024-cü il tarixdə verilib. Bəyləri əmlakçı vasitəsi ilə tapmışdı.
9. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh4 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mənzili Keyvandan xx.xx.2024-cü ildə 139000 manata almışdır. Mənzili "xxxx"ın daxili ipotekası ilə almışdır. Mənzil alınanda təmirli idi. Mənzildə olan xanımlar evi satacağı xanımlardı. Həmin şəxsləri ölkədən getmədən iki gün öncə tapmışdı və evi behləmişdilər. O, ölkədən getdi, qayıtdıqdan sonra "xxxx" vasitəsi ilə həmin mənzilə həbs qoyulduğunu öyrəndi. O, Küveytdə Neft Şirkətində mühəndis vəzifəsində çalışır. Bir ay Bakıda, bir ay Küveytdə olur. O, Nəsimi rayonunda ev axtarırdı. Bina.az saytı vasitəsi ilə mənzili tapmışdı. Elanı əmlakçı yerləşdirmişdi. Təxmini sentyabr ayı idi. Evin mülkiyyətçisini, yəni Keyvan müəllimi tapdılar və bank gəlib qiymətləndirmə keçirdi. Bank qiymətləndirmə keçirdikdən sonra razılıq verdi və krediti əldə etməyə şərait yaratdı. Əlində müəyyən məbləğ vardı, buna görə də mənzil aldı. Sonra gəliri azaldı və bu səbəbdən mənzili satışa çıxartdı.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəkili və nümayəndəsi Nümayəndə bildirmişdir ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh4 mülki iş üzrə iddia tələbinin predmetini təşkil edən mənzilin qanuni mülkiyyətçisidir və bu barədə ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir. Həmçinin mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, o, mənzilin 3-cü sahibidir və aydın olur ki, vicdanlı alıcı olaraq o, həmin mənzili ipoteka yolu ilə alqı-satqı müqaviləsi əsasında almış, ondan əvvəl həmin mənzilin mülkiyyətçisi Cavabdeh3, sonuncudan əvvəl isə hazırkı mülki iş üzrə Cavabdeh2 olmuşdur. Hal-hazırda mübahisəli mənzil mülkiyyətində olsa da, "xxxx" ASC-də ipoteka ilə yüklüdür və mənzilə görə ipoteka saxlayan bank qarşısında 89393,06 manat kredit öhdəliyi vardır. Bununla bağlı "xxxx" ASC Əhmədli Filialının ƏHD-XO 12.2.2025-001 saylı, xx.xx.2025-ci il tarixli məktubu məhkəməyə təqdim edir. Həmin məktubdan və tərəfindən məhkəməyə təqdim edilmiş digər sənədlərdən görünür ki, Cavabdeh4 mübahisə predmeti olan mənzili xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında 49000 manat ilkin ödəniş etməklə 139000 manata ipoteka yolu ilə əldə edərək həmin mənzilə görə "xxxx" ASC tərəfindən ona 90000 kredit məbləği ayrılmışdır. İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunan xx.xx.2019-cu il tarixli mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi tələbinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti buraxılmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, sonradan, yəni xx.xx.2025-ci il tarixdə o, mübahisələndirən mənzili ipoteka saxlayan bankın razılığı ilə özgəninləşdirmək istəyən zaman ona məlum olmuşdur ki, ona məxsus mənzilin üzərinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qadağa qoyulmuşdur. Halbuki, mübahisəli mənzil onun tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixdə əldə edilərkən real vaxt rejimində mənzil ilə bağlı Forma1 arayış alınmış və həmin mənzilin üzərində hər hansı yüklülüyün və qadağanın olmadığı müəyyən edilmişdir. Bu da bir daha onun vicdanlı alıcı olaraq mənzilin keçmişi ilə bağlı məlumatlardan xəbərsiz olduğunu bir daha təsdiq etmiş olur. Buna sübut olaraq etiraz ərizəsinə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli Forma 1 arayışlarını əlavə edib. Mülki işə əlavə edilmiş iddiaçının istinad etdiyi xx.xx.2008-ci il tarixli Podrat müqaviləsinin 1.1 və 1.2-ci bəndləri heç də ona düşünməyə əsas vermir ki, guya "xxxx" MTK-nın Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli mənzil tikinti müqaviləsini bağlama səlahiyyəti olmamışdır. Belə ki, qeyd olunan podrat müqaviləsində sifarişçi olaraq mübahisəli mənzilin yerləşdiyi binada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin 25%-i hazırkı iş üzrə cavabdeh "xxxx" MTK-ya məxsusdur. Lakin həmin müqavilədə sifarişçi və podratçının hər birinin 25% və 75% payları naturada müəyyən edilməmişdir. Bu da onlara cavabdeh tərəf olaraq hesab etməyə əsas verir ki, "xxxx" MTK-nın payçı olduğundan xx.xx.2019-cu il tarixli mənzil tikinti müqaviləsi əsasında mübahisə predmeti olan mənzili xx.xx.2019-cu il tarixdə Cavabdeh2 satmaq hüquq olmuşdur. Həmçinin, iddiaçının iddia ərizəsində mübahisəli mənzilin guya xx.xx.2024-cü il tarixədək onun sahibliyində olması haqqında göstərdiklərini əsassız hesab edir. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsindən də görünür ki, mübahisəli mənzilə iş üzrə Cavabdeh2 hüquqları xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçının guya xx.xx.2024-cü il tarixədək mübahisəli mənzilin sahiblik etməsi və həmin mənzili guya təmir etməsi ağlabatan deyildir və iddiaçı tərəfində bununla bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, mülki işə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən də görünür ki, hazırkı mülki iş üzrə 3 şəxs "xxxx" MMC ilə cavabdeh "xxxx" MTK arasında kommersiya mübahisəsi olmuş və həmin tərəflər arasında ilkin və qarşılıqlı iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamənin təsviri əsaslandırıcı hissəsindən bəlli olur ki, adı çəkilən tərəflər arasında xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli podrat müqaviləsi əsasında 25% və 75% payalar müəyyən edilsə də həmin payların naturada bölgüsü ilə bağlı tərəflər məhkəməyə sübutlar təqdim etmədiklərinə görə onların birbirlərinə qarşı olan tələbləri təmin edilməmişdir. Həmçinin, həmin qətnamədən görünür ki, tərəflər arasında sonradan bağlanmış xx.xx.2008-ci il tarixli podrat müqaviləsi ekspert rəyinə görə qeyri mötəbərdir. İddia ərizəsindən görünür ki, mübahisəli mənzilin satılmasına dair mənzil tikinti müqaviləsi iddiaçı ilə "xxxx" MTK arasında deyil də, "xxxx" MMC arasında bağlanmış, lakin iddiaçı buna baxmayaraq iddia ərizəsində cavabdeh qismində "xxxx" MMC deyil də "xxxx" MTK-nı qoymuşdur. Cavabdeh tərəf olaraq hesab edir, hazırki iş üzrə cavabdeh "xxxx" MTK ilə "xxxx" MMC arasında əvvəllər məhz mübahisəli mənzilin yerləşdiyi binada paylarla bağlı məhkəmə mübahisəsinin olması, hazırki mülki işdə "xxxx" MMC-nin cavabdeh qismində deyil də 3 şəxs qismində işə cəlb edilməsi, "xxxx" MMC ilə iş üzrə İddiaçın "xxxx" MTK-ya qarşı əlbirdirlər, birgə maraqlara xidmət edirlər və nəticə etibarı ilə iddia tələbi əsassız və qondarma iddia tələbidir. Bir daha məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Cavabdeh4 mübahisə predmeti olan mənzilin vicdanlı sahibidir və həmin mənzilin əvvəlki sahibi olan Cavabdeh3 həmin mənzilin qanuni mülkiyyətçisi və sahib olduğunu bilib ondan mənzil almış. Belə olan halda onun mənzil və mülkiyyət hüquqlarının hər hansı formada pozulmasına və ya məhdudlaşdırılmasına yol verilməməlidir. Qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini, məhkəmədən xahiş edir.
11. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 bildirdi ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə imzalar fərqlidir. Mənzili ipotekaya Cavabdeh4 qoyub, hazırda mənzil bankda yüklüdür. Cavabdeh4 bank tərəfindən 90000 manat məbləğində kredit pul verilib. Bankın maraqlarına toxunduğundan iddia tələbinin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, mənzili 2015-ci ildə ailə büdcəsinin vəsaiti hesabına alıblar. Təmirə 2018-ci ildə başladılar. Təmirə 20000-22000 manat məbləğində xərc çəkilib. O, evin təmirinə nəzarət edirdi, çoxdan tanıdığı Tağıyev Bəylər isə təmir etdirirdi. Təmir işlərinin, alınan materialların şəkillərini telefon vasitəsi ilə ona göndərirdi. Mənzili alanda onun 17 yaşı olub. "xxxx" MTKnın direktoru Şahin müəllim olub. Əli Allahverdiyev bibisi oğludur. Şirkətin atasına məxsus olub-olmamasını bilmir. O, həmin zaman təhsili ilə məşğul idi. Ailənin razılığı ilə mənzilə dair müqavilə 2015-ci ildə anası ilə bağlandı. Müqavilə rəsmiləşdikdə o, orada iştirak etmişdir. Evi alandan 3-4 ay sonra müqavilə anası ilə bağlandı. Bəyləri çoxdan tanıyır, uzaqdan qohumdurlar. Sərbəst şəkildə mənzilə ən son təmir başlayanda getmişdir. Həmin binada qohumları qalırdı. Qapının kilidinin dəyişməsini o, deyib. Bu məsələ onlara keçən il bəlli olub. Mənzilin açarı onda olub.
13. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, mənzilin təmirini o, edib. Mənzili sıfırdan təmir elətdirmişdir. Təmir üçün vəsaiti Səadət xanım və Üzeyir bəydən almışdır. Həmin blokda başqa mənzilləri də təmir eləmişdir. Təmirə görə təxmini 20000-22000 manat məbləğində xərc çəkilib. Təmir barədə iddiaçıya və həyat yoldaşına məlumat verirdi. Oğlu İsmayıla isə təmirlə bağlı şəkilləri göndərirdi. İsmayıl təmirin gedişatına nəzarət edirdi. Üzeyir bəyi çoxdan tanıyır, amma münasibətləri sırf işgüzar olub. Binanın kim tərəfindən inşa olunduğunu bilmir. Üzeyir bəylə uzaqdan uzağa qohumdurlar. Üzeyir bəyin bina tikdirib-tikdirməməsi barədə məlumatı yoxdur.Təmirə görə ödənişləri iddiaçı edirdi. Ödəniş nağd şəkildə olub. Təmirdən sonra açarı iddiaçıya vermişdir. Təmirə 2018-ci ildə başlamışlar.
14. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, əvvəl "xxxx" MMC-nin direktoru olmuşdur. Həsənov Zaur MMC-nin təsisçisi olub. Şirkət bina tikintisi ilə məşğul olurdu. Hüseynov Üzeyir isə sahibkar olub. Şirkət "xxxx" MTK-nın sifarişi ilə evlər tikirdi. Əli Allahverdiyev satış şöbəsinin müdiri idi satışla o, məşğul olurdu. Binada 10 blok olub. O, faktiki direktor olmuşdur yəni tikinti işi ilə məşğul olurdu. Binanı təhvil verib, getmişdir. O, mənzillərin kimə satılmasını bilmir. X10rdaşdırlar. "xxxx" MMCnin faktiki sahibi Üzeyir Həsənov olub, onu işə qəbul edən Üzeyir müəllim olub o, onun tapşırıqlarını yerinə yetirirdi. Sənəd üzərində təsisçi Həsənov Zaur gedirdi. Sənədlərdə olan imza onun deyil. Aralarındakı razılaşmaya görə 75%-i "xxxx" MMC-nin, 25%-i "xxxx" MTK-nın olub. Tikililərin bölgüsü isə qeyri-rəsmi olub, heç yerdə yazılmayıb.
15. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-nin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
17. Məhkəmə işə Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-nin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
18. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil İddiaçı satılmışdır. Müqavilə satış şöbəsinin müdiri Allahverdiyev Əli tərəfindən imzalanmışdır.
19. 20 oktyabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilin dəyəri tam ödənilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-232/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən də görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 580/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı "xxxx" MMC-nin və Cavabdeh1 MTK-nın apellyasiya şikayətləri təmin edilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-232/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən də görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmiş, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 manat məbləğdə pulun 31 manat hissəsinin iddiaçıdan, 31 manat hissəsinin isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən sifarişçi cavabdehə məxsus Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 17264,5 kv.m. sahədə 10 girişli çoxmərtəbəli yaşayış binasını podratçı iddiaçı öz vəsaiti hesabına layihələndirilməsini, tikməsini və həmin binaların bütün yaşayış və qeyriyaşayış sahələrinin satışını həyata keçirəcəyini öhdəsinə götürmüş və tikilən bütün yaşayış və qeyri-yaşayış sahələrinin 25%-nin sifarişçinin, 75%-nin isə podratçının mülkiyyətinə verilməsi barədə razılığa gəlinmişdir.
22. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh2 satılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri binanın tikintisi başa çatdıqdan sonra dəyəri müəyyənləşəcəkdir məbləğində müəyyən olunur. (mənzilin ümumi sahəsinin artıb azalmasına uyğun olaraq)
23. 03 sentyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh2 məxsusdur və heç bir borcu yoxdur.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********28- 05301-093093 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 1058-ci məhəllə, ev 110A, mənzil 8, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, giriş 152, M4, m3 mənzili Cavabdeh2 xüsusi mülkiyyətindədir. Mənzil onun adına 12 iyul 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
25. "xxxx" ASC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərindən göründüyü kimi bina "xxxx" MMC-yə məxsusdur.
26. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 28 iyun 2007-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov və A.Salamzadə küçələrinin kəsişməsindəki 1058-ci məhəllədə özəlləşdirilmiş 17264,5 kv.m torpaq sahəsində 10 girişli yaşayış binalarının tikintisinin layihələndirilməsinə Cavabdeh1 MMC-yə icazə verilsin.
27. "xxxx" MMC ilə X8 arasında bağlanmış 25 may 2015-ci il tarixli, 431 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil X1. Müqavilə satış şöbəsinin müdiri Allahverdiyev Əli tərəfindən imzalanmışdır.
28. 25 may 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilin dəyəri tam ödənilmişdir.
29. 12 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış materiala dair cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh2 izahatında bildirmişdir ki, o 2019-cu ildə “Alyans- NN" MTK-nın maliyyə arayışı ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 105 ünvanında yerləşən 110A saylı binanın 1-ci girişinin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli yaşayış mənzilini 80000 manat məbləğində təmirli vəziyyətdə almışdı. 2024-cü ildə o, mənzilə rəsmi qaydada Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsindən çıxarış almışdır. Bundan sonra o, mənzilin təmirini yeniləmək qərarına gəlmişdir. Bunun üçün mənzilin qapısının açarını dəyişmişdir. xx.xx.2024-cü il tarixdə həmin binanın komendantı zəng edərək onun mənzilinə tanımadığı şəxsin yaxınlaşdığını və mənzilin ona aid olmasını bildirmişdi. O, dərhal sənədlərini götürərək ora gəlmiş və sənədlərini həmin şəxsə təqdim etmişdir. Həmin şəxsdə "xxxx" MMC-dən həmin mənzili maliyyə arayışı ilə aldığını bildirmiş və həmin sənədi ona təqdim etmişdi. O, isə həmin şəxsə belə bir şirkəti tanımadığını, 2019-cu ildə “Alyans-NN" MTK-nin maliyyə arayışı ilə aldığını və hal-hazırda mənzilin rəsmi çıxarışının adına olduğunu bildirmişdir.
30. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********28- 05301-093093 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 1058-ci məhəllə, ev 110A, mənzil 8, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, giriş 152, M4, m3 mənzili "xxxx" ASC-də Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmişdir. Mənzil 24 sentyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
31. Cavabdeh3, Cavabdeh4 və Xalq Bank” ASC arasında bağlanmış 18 sentyabr 2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 1058-ci məhəllə, ev 110A, mənzil 8, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, giriş 152, M4, m3 mənzili Cavabdeh4 satılmış və alıcı mənzili "xxxx" ASC-də ipotekaya qoymuşdur.
32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********28- 05301-093093 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 1058-ci məhəllə, ev 110A, mənzil 8, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, giriş 152, M4, m3 mənzili Cavabdeh3 xüsusi mülkiyyətindədir. Mənzil onun adına 03 sentyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
33. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 14 avqust 2024-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 1058ci məhəllə, ev 110A, mənzil 8, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, giriş 152, M4, m3 mənzili Cavabdeh3 satılmışdır.
34. “Alyans-NN" MTK-nın üzvlərinin ümumi yığıncağının 108 nömrəli protokolundan görünür ki, Cavabdeh2 kooperativə üzv qəbul edilmiş və pay haqqı tam ödənilmiş kooperativ üzvlərinə avtodayanacağın özəlləşdirib mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış alınması qeyd olunmuşdur. Daha sonra isə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil tam mülkiyyətinə verilməsi qərara alınmışdır.
35. “Alyans-NN" MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC ünvan 3də 17264.5 kv.m sahəsində 10 girişli çoxmərtəbəli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirəcək, tikəcək və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir. Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla ümumi sahəsinin 25%-i sifarişçinin “Alyans NN" MMC-nin, 75%-i podratçının "xxxx" MMCnin mülkiyyətinə verməklə tərəflər arasında bölünəcəkdir.
36. 03 mart 2025-ci il tarixli yerində müayinə aktından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-233/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmiş Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanında yerləşən 110A saylı binanın 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, qeyd olunan ünvanda X13 və özünü təqdim etməkdən imtina edən bir xanım yaşayır. Baxış zamanı iştirak edən Cavabdeh4 mənzilin mülkiyyətçisi olduğunu qeyd etdi, həmçinin bildirdi ki, X13 və digər xanımla mənzilin alqı-satqısına dair razılığa gəlib və mənzilə dair beh alıb. Faktiki olaraq bu səbəbdən həmin iki xanım qeyd olunan mənzildə yaşayırlar.
37. X17 və Cavabdeh4 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış beh müqaviləsinin surətindən görünür ki, X17 Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 1058-ci məhəllə, ev 110A, mənzil 8, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, giriş 152, M4, m3 mənzili üçün 5000 manat məbləğində beh ödəmişdir.
38. Cavabdeh4 02 sentyabr 2024-cü il tarixdə "xxxx" ASC-yə kredit üçün müraciət etmişdir.
39. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 may 2025-ci il tarixli ərizəsindən görünür ki, “Sizin xx.xx.2025-ci il tarixli, F-022/25 nömrəli "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yeni tikilmiş binada 2015-ci ildə fiziki şəxslərə satılmış mənzilləri kimin tərəfindən icra edilməsi alqı-satqı müqaviləsini və maliyyə arayışlarını kim tərəfindən imza edilməsi barədə məlumat verilməsi barədə sorğunuza baxılmışdır. Bununla bağlı bildirmək istəyirik ki, Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 10 girişli çoxmərtəbəli yaşayış binalarını podrat müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən öz vəsaiti hesabına inşa edilmiş və podrat müqaviləsinin razılaşmasına əsasən bütün mənzillərin və qeyri-yaşayış sahələrinin satışları yalnız "xxxx" MMC tərəfindən həyata keçirmişdir. 2015-ci ildə "xxxx" MMC tərəfindən yeni inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 10 girişli çoxmərtəbəli yaşayış binalarında fiziki şəxslərə mənzillərin satışını, alqı-satqı müqavilələrinin və maliyyə arayışlarının imzalanmasını şirkətin səlahiyyətli nümayəndəsi Əli Allahverdiyev tərəfindən icra edilmişdir. Əlavə olaraq bildiririk ki, mübahisəli olan ünvan 2 binanın 1-ci giriş 3-cü mərtəbəsində olan 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan 8 nömrəli mənzillə bağlı X5 adına verilmiş xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışını, həmçinin sonradan həmin mənzillə bağlı İddiaçı adına verilmiş xx.xx.2015-ci il tarixli müqaviləni və maliyyə arayışını "xxxx" MMC tərəfindən verildiyini, həmin mənzil qeyd olunan şəxslərə şirkət tərəfindən satıldığını təstiq edirik. ünvan 2 binanın 1-ci girişinin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan 8 nömrəli mənzil 25 may 2015-ci il tarixdə X18 ögluna "xxxx" MMC tərəfindən satılmışdır və dəyəri tam ödənildiyindən maliyyə arayışı da verilmişdir. X3 müraciəti əsasında həmin mənzil 20 oktyabr 2015-ci il tarixdə anası İddiaçı adına keçirilmişdir və müvafiq müqavilə və maliyyə arayışı verilmişdir, həmçinin mənzil İddiaçı təhvil verilmişdir. ünvan 2 binanın 1-ci girişinin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan 8 nömrəli mənzil İddiaçı tərəfindən 2018-ci ildə öz vəsaiti hesabına tam təmir edilmişdir.”
İşin faktiki halları:
40. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilini 25 may 2015-ci ildə X2. 20 oktyabr 2015-ci ildə isə mənzilə dair müqavilə X5 anası, İddiaçı ilə bağlanmışdır. Cavabdeh1 MTK 03 sentyabr 2019-cu ildə mənzili Cavabdeh2, Cavabdeh2 14 avqust 2024-cü ildə Cavabdeh3, Cavabdeh3 da həmin mənzili 18 sentyabr 2024-cü ildə Cavabdeh4 satmışdır. Hazırda iddiaçı Cavabdeh1 MTK (Cavabdeh1 MMC) ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair müqavilənin etibarsız hesab edilməsi; onun əsasında verilmiş Cavabdeh1 MTK (Cavabdeh1 MMC) tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi; onun əsasında verilmiş Cavabdeh1 MTK-nın (Cavabdeh1 MMC) Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokolunun etibarsız hesab edilməsi; Cavabdeh2 ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair verilmiş (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024) çıxarışın ləğv olunması; ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair Bakı şəhəri 21 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-920 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında (xx.xx.2024-cü il tarixli, 4Ə-920 reyestr nömrəli) Cavabdeh3 adına Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28- 05301-093093 olan çıxarışın ləğv edilməsi; ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair Bakı şəhəri 29 saylı notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında (xx.xx.2024-cü il tarixli, 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi) Cavabdeh4 adına Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh1 MTK-nın (Cavabdeh1 MMC) ümumi yığıncağın keçirilərək onun MTK-nın üzvlüyinə qəbul edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyin Cavabdeh1 MTK-nın üzərinə qoyulması; Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh4 alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
Tətbiq edilən hüquq:
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 338-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa etibarsızdır. 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
43. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
44. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi:
46. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
47. Məhkəmə iddia tələbinin “Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair müqavilənin etibarsız hesab edilməsi; onun əsasında verilmiş Cavabdeh1 MTK tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi; onun əsasında verilmiş Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokolunun etibarsız hesab edilməsi; Cavabdeh2 ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair verilmiş (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024) çıxarışın ləğv olunması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.
48. Belə ki, “Alyans-NN" MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC ünvan 3də 17264.5 kv.m sahəsində 10 girişli çoxmərtəbəli yaşayış binasını öz vəsaiti hesabına layihələndirəcək, tikəcək və həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir. Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla ümumi sahəsinin 25%-i sifarişçi “Alyans-NN" MMC-nin, 75%-i podratçı "xxxx" MMC-nin mülkiyyətinə verməklə tərəflər arasında bölünəcəkdir.
49. Göründüyü kimi “Alyans-NN" MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirmək yalnız "xxxx" MMCnin səlahiyyətindədir. Cavabdeh1 MTK-nın belə səlahiyyəti yoxdur. Həmin müqaviləsinin 1.2-ci bəndinə əsasən 1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla ümumi sahəsinin 25%-i sifarişçinin “Alyans NN" MMC-nin, 75%-i podratçının "xxxx" MMCnin mülkiyyətinə verməklə tərəflər arasında bölünəcəkdir.
50. Müqavilənin “1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra” hissəsinə münasibətdə məhkəmə bildirir ki, müqavilənin 1.1-ci bəndində açıq-aydın "xxxx" MMC-nin “həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir.” qeyd olunub. Yəni satış etmək hüququ yalnız podratçı "xxxx" MMC-yə verilmişdir. Həmçinin müqavilənin hər hansı bəndində “Alyans- NN" MMC-nin satış etmək hüququ olmasına dair qeyd yoxdur.
51. Lakin buna baxmayaraq Cavabdeh1 MTK iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilini Cavabdeh2 satmış, həmçinin ona borcunun olmamağına dair maliyyə arayışı vermişdir.
52. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə X8 arasında bağlanmış 25 may 2015-ci il tarixli, 431 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil X1. Müqavilə satış şöbəsinin müdiri Allahverdiyev Əli tərəfindən imzalanmışdır. Həmçinin 25 may 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilin dəyəri tam ödənilmişdir.
53. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, mənzili 2015-ci ildə ailə büdcəsinin vəsaiti hesabına alıblar. Həmin vaxt onun 17 yaşı olub. Ailənin razılığı ilə mənzilə dair müqavilə 2015-ci ildə anası ilə bağlandı. Müqavilə rəsmiləşdikdə o, orada iştirak etmişdir. Evi alandan 3-4 ay sonra müqavilə anası ilə bağlanmışdır.
54. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin– valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.
55. X8 mənzilin 2015-ci ildə ailə büdcəsinin vəsaiti hesabına alındığını və ailənin razılığı ilə mənzilə dair müqavilənin 2015-ci ildə anası ilə bağlandığını bildirmişdi. Qanunvericiliyin də tələbindən göründüyü kimi 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar əqd bağlayarkən öz valideynlərinin razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri tərəfindən bəyənildikdə də etibarlıdır. Beləliklə, 17 yaşı tamam olmuş X5 "xxxx" MMC ilə bağladığı 25 may 2015-ci il tarixli, 431 nömrəli müqavilə anası İddiaçı tərəfindən bəyənildiyindən, bir neçə ay sonra mənzilə dair müqavilə onunla bağlanmışdır.
56. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil İddiaçı satılmışdır. Həmçinin 20 oktyabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilin dəyəri tam ödənilmişdir.
57. İş materiallarına əlavə olunmuş Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh2 satılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri binanın tikintisi başa çatdıqdan sonra dəyəri müəyyənləşəcəkdir məbləğində müəyyən olunur. (mənzilin ümumi sahəsinin artıb azalmasına uyğun olaraq). Lakin buna baxmayaraq 03 sentyabr 2019-cu il tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 heç bir borcu olmaması qeyd olunub.
58. Göründüyü kimi müqavilə ilə maliyyə arayışı arasında ziddiyyət mövcuddur. Belə ki, müqavilədə mənziln dəyəri binanın tikintisi başa çatdıqdan sonra müəyyənləşəcəkdir yazılsa da müqavilə ilə eyni tarixdə verilmiş 03 sentyabr 2019-cu il tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 heç bir borcu olmaması qeyd olunub.
59. Bundan başqa 12 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış materiala dair cinayət işinin başlanması rədd edilmişdir. “Cavabdeh2 izahatında bildirmişdir ki, o 2019-cu ildə “Alyans-NN" MTK-nın maliyyə arayışı ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 105 ünvanında yerləşən 110A saylı binanın 1-ci girişinin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli yaşayış mənzilini 80000 manat məbləğində təmirli vəziyyətdə almışdı.”
60. Lakin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin 2.2-ci bəndində “mənzil daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən “Payçı”ya təhvil veriləcəkdir” qeyd olunub.
61. Göründüyü kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə məhkəmədə müəyyən olunmuş hallar arasında ziddiyyətlər var və cavabdehlər bunun əksini sübuta yetirəcək heç bir mötəbər sübut məhkəməyə təqdim etmədilər.
62. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, X8 DİN-nin 102 xidmətinə şikayət etdikdən sonra mübahisəli mənzili 7 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh2 Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə-920 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır.
63. Mülki Məcəllənin normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
64. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
65. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
66. Beləliklə, “Alyans-NN" MTK-nın mənzili satmağa səlahiyyəti olmadığından və yuxarıda qeyd olunan ziddiyyətlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair müqavilə etibarsız hesab edilməlidir.
67. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli müqavilə etibarsız olduğundan onun doğurduğu hüquqi nəticələr də etibarsızdır. Odur ki, müqavilə əsasında Cavabdeh1 MTK tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 verilmiş maliyyə arayışı və xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokolu etibarsız hesab edilməlidir.
68. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokoluna diqqət yetirilsə “gündəlik”də qoyulan məsələ ilə “qarara alındı” hissəsi ziddiyyətlidir .
69. Belə ki, yığıncağın gündəliyində “pay haqqını tam ödəmiş kooperativ üzvlərinə avtodayanacağın özəlləşdirib mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış alınması” olsa da, qərara alındı hissəsində Cavabdeh2 kooperativə üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil tam mülkiyyətinə verilməsi qeyd olunmuşdur.
70. 03 sentyabr 2019-cu il tarixdə bağanmış müqavilə etibarsız hesab edildiyindən Cavabdeh2 verilmiş ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair verilmiş (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024) çıxarış da ləğv olunmalıdır.
71. Məhkəmə iddia tələbinin “ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair Bakı şəhəri 21 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-920 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında (xx.xx.2024-cü il tarixli, 4Ə-920 reyestr nömrəli) Cavabdeh3 adına Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-05301-093093 olan çıxarışın ləğv edilməsi; ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair Bakı şəhəri 29 saylı notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında (xx.xx.2024-cü il tarixli, 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi) Cavabdeh4 adına Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh1 MTK-nın (Cavabdeh1 MMC) ümumi yığıncağın keçirilərək onun MTK-nın üzvlüyinə qəbul edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyin Cavabdeh1 MTK-nın üzərinə qoyulması; Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh4 alınaraq ona təhvil verilməsi” hissələrinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinin həmin hissələrinə dair cavabdehlər Cavabdeh3 və Cavabdeh4 “Alyans-NN" MTK-nın mənzili Cavabdeh2 satmağa səlahiyyəti olmadığını bilmələri barədə kifayət qədər sübutlar təqdim edilməmişdir.
72. Beləliklə, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur.
73. Mülki işin hallarından cavabdehlər Cavabdeh3 və Cavabdeh4 əldə etdikləri mənzili qısa müddətdə özgəninkiləşdirmək istəmələri şübhə doğurur. Belə ki, Cavabdeh3 mübahisəli mənzili 1 ay 4 gündən sonra xx.xx.2024-cü il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh4 satmışdır, Cavabdeh4 02 sentyabr 2024-cü il tarixdə artıq "xxxx" ASC-yə kredit üçün müraciət etmişdir. Halbu ki, Cavabdeh3 mənzilə dair çıxarışı 03 sentyabr 2024-cü il tarixdə almışdır. Cavabdeh4 isə qısa müddətdə "xxxx" ASC-dən, mənzili ipotekaya qoyaraq kreditlə almasına baxmayaraq mənzili satmaq niyyətində olduğunu bildirmiş və X17 ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli beh müqaviləsini məhkəməyə təqdim etmişdir.
74. Lakin qeyd olunanlar mübahisələndirilən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd olması və görünüş üçün bağlanmasını təsdiq etmir və etibarsız hesab olunmasına əsas vermir.
75. Məhkəmə, mübahisəli mənzilin hazırda Cavabdeh4 mülkiyyətində olduğundan və "xxxx" ASC-də yüklü olduğundan iddiaçıya Cavabdeh1 MTK-dan mənzilin dəyərini tələb etmək hüququnun olmasını izah etməyi zəruri hesab edir.
76. Həmçinin məhkəmə iddia tələbinin “Cavabdeh1 MTK-nın ümumi yığıncağı keçirilərək onun MTK-nın üzvlüyünə qəbul edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyin Cavabdeh1 MTK-nın üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 MTK-nın mənzilləri satmaq və maliyyə arayışı vermək hüququ olmadığından onun üzərinə belə öhdəlik qoyula bilməz.
77. Məhkəmə, Cavabdeh4 vəkili və nümayəndəsi Nümayəndə etirazında və çıxışında iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətinin buraxılmasını bildirməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 2024-cü ildə qapının kilidi dəyişdikdən sonra mənzilin digər şəxslərə satılması barədə məlumatı olması müəyyən olundu. Ona görə məhkəmə hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, maraqlı şəxs Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir.
Məhkəmə baxışının hədləri:
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
79. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
80. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair bağlanmış müqavilə etibarsız hesab edilməli, Cavabdeh1 MTK tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 verilmiş maliyyə arayışı etibarsız hesab edilməli, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokolu etibarsız hesab edilməli və Cavabdeh2 ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair verilmiş (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024) çıxarış ləğv olunmalıdır.
81. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair bağlanmış müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 MTK tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 verilmiş maliyyə arayışı etibarsız hesab edilsin. Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokolu etibarsız hesab edilsin. Cavabdeh2 ünvan 3, 110A saylı binanın, 8 nömrəli mənzilə dair verilmiş (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024) çıxarış ləğv olunsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova