Məhkəmə qərarları › İş №2(007)-2332/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2332/2021

06.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2332/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Mirzəyevin sədrliyi, X3 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil 23 fevral 1981-ci il tarixli 195446 nömrəli orderlə ona və ailə üzvləri Bəsti Məmmədova və Samirə Məmmədovaya verilib və hal-hazırda da onların istifadəsindədir. Təxminən 7 il bundan əvvəl sahə müvəkillərinin xahişi ilə yaşamağı yeri olmayan Cavabdeh müvəqqəti olaraq həmin məzildə yaşamağa icazə veriblər. Hazırda mənzilini özəlləşdirmək istədikdə məlum olub ki, Cavabdeh qeyri-qanuni yolla 11.04.2018-ci il tarixdə onun etibarından suiistifadə edərək istifadəsində olan mənzilinə qanunsuz olaraq qeydiyyata düşüb. O, cavabdehdən dəfələrlə mənzilə qeydiyyatdan çıxmağı və mənzili boşaltmağı tələb edib, lakin cavabdeh mənzildən çıxmaqdan imtina edib, onun istifadəsində olan mənzilinə öz mülkiyyəti kimi sahiblik edib,onun mənzildən sərbəst istifadə hüququnu pozub. Ona görə də, 1981-ci ildən onun istifadəsində olan ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilində müvəqqəti yaşamasına icazə verdiyi Cavabdeh mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bakı şəhər X7 İcrayə Komitəsinin 23 fevral 1981-ci il tarixli 195446 nömrəli orderdən görünür ki, Bakı şəhərində mənzil almaq hüququna malik olmuş İddiaçı növbəlik əsasında 2 nəfər ailə üzvü ilə birlikdə yaşamaq üçün ünvan 1 ünvanında yerləşən 13 saylı bir otaqlı mənzil verilib. Qeyd etdiklərindən göründüyü kimi, Cavabdeh qeyd olunan qanunvericilik normalarının tələblərini pozaraq onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilindən iradəsinin ziddinə qanunsuz istifadə etməklə, onun qanunvericiliklə qorunan mənzildən sərbəst istifadə hüququnu pozub və pozmaqda davam edir, ona mənzilindən sərbəst istifadə etməyə, sərəncam verməyə mane olur. Ona görə də, Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirdi ki, dəfələrlə cavabdehdən mənzili tərk etməsini tələb olunsa da, bunun müsbət bir nəticəsi olmayıb. Mənzil order əsasında iddiaçıya məxsusdur. Cavabdehin mənzilə heç bir hüququ yoxdur. İddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında işçtirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Mənzildən çıxarılması üçün ona kompensasiya verilməlidir. Onun başqa yaşayış yeri yoxdur, iddiaçı tərəf onun mənzillə təmin etsin, sonra o mənzildən çıxıb gedər. Bu neçə illər ərzində mənzilin bütün kommunal xərclərini o özü ödəmiş, bu gün iddiaçı eşidib ki, binalar plana düşüb və söküntüdən sonra vətəndaşlar mənzillə təmin olunucaqlar, indi durub gəlib onunla mənzil davası edir. O qanuni əsaslarla qeydiyyata alınmışdır. O uzun illərdir ki, mənzildə yaşayır. Onu mənzillə təmin etsinlər və ya kompensasiya ödəsinlər. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdllü Məmmədov X4 rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 67 saylı MKİS-dən verilmiş 16.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 10.04.2018-ci il tarixdən ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər X7 İcrayə Komitəsinin 23 fevral 1981-ci il tarixli 195446 nömrəli orderindən görünür ki, Bakı şəhərində mənzil almaq hüququna malik olmuş İddiaçı 2 nəfər ailə üzvü ilə birlikdə yaşamaq üçün ünvan 1 ünvanında yerləşən 13 saylı bir otaqlı mənzil verilib. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filailının Q-108 nömrəli 03.03.2020-ci il tarixli arxiv çıxarışında qeyd olunur ki, 13 fevral 1981-ci il tarixli 28 nömrəli protokoldan görünür ki, Bakı şəhərində mənzil almaq hüququna malik olmuş İddiaçı növbəlik əsasında 2 nəfər ailə üzvü ilə birlikdə (Bəsti Məmmədova və Samirə Məmmədova) yaşamaq üçün ünvan 1 ünvanında yerləşən 13 saylı bir otaqlı mənzil verilib. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mübahisənin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X7nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və mütəffiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhər X7 İcrayə Komitəsinin 23 fevral 1981-ci il tarixli 195446 nömrəli orderinə əsasən Bakı şəhərində mənzil almaq hüququna malik olmuş İddiaçı növbəlik əsasında 2 nəfər ailə üzvü ilə birlikdə yaşamaq üçün ünvan 1 ünvanında yerləşən 13 saylı bir otaqlı mənzil verilmişdir. Həmin andan İddiaçı və onun ailə üzvlərinin qeyd olunan mənzilə sahiblik və istifadə hüququ yaranmışdır. İddiaçı Cavabdeh müvəqqəti olaraq həmin mənzildə yaşamağa icazə vermişdir. Halhazırda iddiaçı sahibliyində olan mənzildən cavabdehin çıxarılmasını tələb edir. Cavabdeh mübahisəli mənzildə yaşaması üçün hər-hansı bir hüquqi sənəd mövcud deyil. Cavabdehin mənzildə qeydiyyatda olması ona sahiblik və istifadə hüququ vermir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, 36 saylı evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, 36 saylı evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar