Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2352/2019 15.10.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 13 A nömrəli evin, 31 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh qeydiyyatdan çıxarılmalarına və mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Cavabdeh 07 noyabr 2013-cü il tarixdə, kredit müqaviləsinə əsasən, 21.772,75 manat kredit verilmişdir. Həmin müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə və "xxxx" ASC borcu qaldığına görə, "xxxx" ASC tərəfindən cavabdehə qarşı Şuşa rayon məhkəməsinə müvafiq iddia verilmişdir. Şuşa rayon məhkəməsinin 21 yanvar 2016-cı il tarixli 2 (077)-01/76 saylı qətnaməsi ilə iddiaçı “Rabitəbank ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilərək, 21.772,75 manat məbləğində əsas borcu, 6671.91 manat məbləğində faiz borcu, 3000 manat cərimə borcu olmaqla, cəmi 31444,66 manat borcun və 61 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulması və tələbin ilkin satış qiyməti 35.000 manat müəyyən edilmiş, Cavabdeh mülkiyyət hüqüqu əsasında məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan sonra ən geci 1 ay ərzində ipoteka qoyan Cavabdeh, onun ailə üzvləri və onunla yaşayan digər şəxslərin həmin mənzildən çıxarılması, yaşayış evinin boşaldılması, boşaldılmış vəziyyətdə təhvil verilməsi qət edilmişdir. Həmin məhkəmənin qərarından cavabdehin apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(105)-1291/2016 saylı qətnaməsinə əsasən Cavabdeh şikayəti qismən təmin olunmuş və Şuşa rayyon məhkəməsinin 21 yanvar 2016-cı il tarixli 2 (077)-01/76 saylı qətnaməsi cavabdehdən 3000 manat məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş və cavabdehdən 300 manat cərimə borcunun tutulması qət edilmişdir. İddianın qalan hissəsində qətnamə dəyişdirlməmiş saxlanılmışdır. Eləcə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(105)-1291/2016 saylı qərardadı ilə Şuşa rayon məhkəməsinin 21 yanvar 2016-cı il tarixli 2 (077)-01/76 saylı qətnaməsi üzrə təmin edilmiş tələbin ilkin satış qiyməti 35000 manat müəyyən edilmiş Cavabdeh mülkiyyət hüququ əsasında məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzilə yönildilməsi, həmin mənzilin açıq hərracdan satılması, ən geci 1 ay ərzində Cavabdeh, onun ailə üzvləri və onunla yaşayan digər şəxslərin həmin mənzildən çəxarılması, yaşayış evinin boşaldılması, boşaldılmış vəziyyətdə İddiaçı ASC-nə təhvil verilməsi və ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazisi İdarəsində qeydə alınması, ödənilmiş 31 manat rüsümün cavabdehdən tutulmasıhissəsi ləğv edilmiş və iddia tələbi hissədə baxılmamış saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 07 mart 2017-ci il tarixli, 2(102)-182/2017 saylı qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(105)-1291/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Şuşa rayon məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 8(077)-21/2017 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(105)- 1291/2016 saylı icra sənədinin təmin edilməsi məqsədi ilə borclu Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin üzərinə həbs qoyulmuş, qərardadın icrası Şuşa rayon İcra qrupuna və Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. Məhkəmənin həmin qərardadından Cavabdeh tərəfindən verilmiş şikayəti Şuşa rayon məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli 8(077)-21/2017 saylı qərardadı ilə təmin olunmamış və həmin şikayət mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 8(1050-129/2017 saylı qərardadı ilə Şuşa rayon məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli 8(077)-21/2017 saylı qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.Bundan sonra "xxxx" MMC-nin hərracın yekunları barədə 29 avqust 2018-ci il tarixli, 49/08 saylı Protokoluna əsasən ilkin hərrac qiyməti 55.000 manat məbləğində cavabdeh Cavabdeh məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzil 35062.50 manata satılmışdır. Hərracım yekunları üzrə əmlakın alqı-satqısı barədə 29 avqust 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzil İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmələr tərəfindən çıxarılmış qərarlara, eləcə də, keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdeh İşmayılov Mehman Zakir oğlu həmin mənzildən qeydiyyatdan çıxmağa və onu boşaltmaqdan əsassız olaraq imtina etmişdir. Bu səbəbə görə də, ona qarşı məhkəməyə müvafiq iddia verilmişdir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 13A nömrəli evin, 31 nömrəli mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Həmin ünvanda Cavabdeh hazırda qeydiyyatdadır. Qeyd edilənlərə əsasən müvafiq qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək onun məzmununna uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 03.10.2019-cu il tarixli teleqramla məhkəməyə müraciət edərək 04.10.2019-cu il tarixə təyin olunmuş məhkəmə iclasının səhətində yaranmış problemlə əlaqədar iştirak edə bilməməsinin nəzərə alınaraq təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin xahişi nəzərə alınaraq məhkəmə iclası 15.10.2019-cu il tarixə təxirə salınmışdır. Lakin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şuşa rayon məhkəməsinin 21 yanvar 2016-cı il tarixli 2 (077)-01/16 saylı qətnaməsinin sürətindən görünür ki, iddiaçı “Rabitə Bank ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilərək, 21.772,75 manat məbləğində əsas borcu, 6671,91 manat məbləğində faiz borcu, 3000 manat cərimə borcu olmaqla, cəmi 31444,66 manat borcun və 61 manat məbləğində ödənilmiş dövlət rüsümü pulun Cavabdeh "xxxx" ASC-nin qeyrinə tutulması və tələbin ilkin satış qiyməti 35.000 manat müəyyən edilmiş, Cavabdeh mülkiyyət hüqüqu əsasında məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin açıq hərracdan sonra ən geci 1 ay ərzində ipoteka qoyan Cavabdeh, onun ailə üzvləri və onunla yaşayan digər şəxslərin həmin mənzildən çəxarılması, yaşayış evinin boşaldılması, boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(105)-1291/2016 saylı qətnaməsinə əsasən Cavabdeh şikayəti qismən təmin olunmuş və Şuşa rayon məhkəməsinin 21 yanvar 2016-cı il tarixli 2 (077)-01/16 saylı qətnaməsi cavabdehdən 3000 manat məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş və cavabdehdən 300 manat cərimə borcunun tutulması qət edilmişdir. Qalan hissəsində qətnamə dəyişdirlməmiş saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(105)-1291/2016 saylı qərardadında görünür ki, Şuşa rayon məhkəməsinin 21 yanvar 2016-cı il tarixli 2 (077)-01/76 saylı qətnaməsi üzrə təmin edilmiş tələbin ilkin satış qiyməti 35000 manat müəyyən edilmiş Cavabdeh mülkiyyət hüququ əsasında məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzilə yönildilməsi, həmin mənzilin açıq hərracdan satılması ən geci 1 ay ərzində ipoteka qoyan Cavabdeh, onun ailə üzvləri və onunla yaşayan digər şəxslərin həmin mənzildən çəxarılması, yaşayış evinin boşaldılması, boşaldılmış vəziyyətdə İddiaçı ASC-nə təhvil verilməsi və ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazisi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsümün cavabdehdən tutulmasıhissəsi ləğv edilmiş və iddia tələbi hissədə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 07 mart 2017-ci il tarixli, 2(102)-182/2017 saylı qətnaməsinin sürətində görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(105)- 1291/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şuşa rayon məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 8(077)-21/2017 saylı qərardadının sürətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(105)-1291/2016 saylı icra sənədinin təmin edilməsi məqsədi ilə borclu Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsi ev 13A, mənzil 31 ünvanda yerləşən yaşayış sahəsinin üzərinə həbs qoyulmuş, qərardadın icrası Şuşa rayon İcra qrupuna və Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. İş materiallarında olan Şuşa rayon məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli 8(077)- 21/2017 saylı qərardadının sürətindən görünür ki, Cavabdeh tərəfindən 21 sentyabr 2017ci il tarixli, 8(077)-21/2017 saylı qərardadından verilmiş şikayəti təmin olunmamış və həmin şikayət mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 8(1050-129/2017 saylı qərardadının sürətindən görünür ki, Şuşa rayon məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli 8(077)-21/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin hərracın yekunları barədə 29 avqust 2018-ci il tarixli, 49/08 saylı Protokolunun sürətindən görünür ki, ilkin hərrac qiyməti 55.000 manat məbləğində Cavabdeh məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzil 35062,50 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 29 avqust 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzil "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazisi İdarəsindən verilmiş 17 may 2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlaka dair Çıxarışın sürətində görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsində yerləşən 13A saylı evin, 31 saylı mənzil iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-dən verilmiş 21 may 2013-cü il tarixli, AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh Şuşa şəhərində anadan olaraq, orada qeydiyyatda olmuşdur. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birlinin 10 saylı MKS-dən verilmiş 24 iyul 2018-ci il tarixli, 258 saylı arayışın sürətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsi ev 13A, mənzil 31-də yaşayır. İş materiallarında olan 10 iyun 2019-cu il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 10 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən -mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmiv küçəsindəki 13 A nömrəli evin 31 nömrəli 31.92 kv. m sahəsi olan mənzil 17 may 2019cu il tarixdə iddiaçının adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdeh iddiaçıya məxsus mənzildə yaşamaqla qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 13 A nömrəli evin 31 nömrəli 31.93 kv.metr ümumi sahəsi olan mənzildən istifadə hüquqlarına xitam verilməli və mənzil boşaldılaraq, iddiaçıya təhvil verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki, 13 A nömrəli evin, 31 nömrəli, 31,92 kv.metr ümumi sahəsi olan mənzildən istifadə hüquqlarına xitam verilməsin, cavabdeh tərəfindən həmin mənzildən bütün ev əşyaları çıxarılmaqla, mənzil boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Cavabdeh tərəfindən məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 10 manat vəsait "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət vеrilməmişdirsə, qəbul еdildiyi gündən 1 (bir) аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2352/2019
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2352/2019
15.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver