Məhkəmə qərarları › İş №2(007)-2381/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2381/2022

10.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2381/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələbini onunla əsaslandırdı ki, Ərizəçi xx.xx.1959-cu ildə doğulub. O, 1978-ci ildən 1982-ci ilə qədər D.Bünyadzadə adına Azərbaycan Xalqı Təsərrüfatı İnstitutunda ali təhsil alıb.Bundan başqa ərizəçi xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı Marqarin zavodunda,xx.xx.1982-ci ildən xx.xx.1995-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Kommersiya Sığoria şirkətində əmək fəaliyyəti ilə məşğul olub. Ərizəçi Vəkilov Soltan İsa oğlu ilə xx.xx.1983-cü ilədə nikaha daxil olub və nikahdan sonra ərizəçiyə Vəkilova soyadı verilib Nikahda olduqları dövrdə ərizəçi Vəkilov Soltan İsa oğlu ilə yanaşı öz qaynatası olan Vəkilov İsa Amo oğlu ilə birlikdə yaşayıb. Ərizəçinin qaynatası Vəkilov İsa Ami oğlu 1925-ci il təvəllüdlü olmaqla xx.xx.2012-ci ildə Bakı şəhərində ölüb.Ərizəçi əmək fəaliyyətini bitirdiyi tarixdən etibarən yəni xx.xx.1995-ci ildən xx.xx.2012-ci ilə qədər öz qaynatası olan Vəkilov İsa Ami oğluna qulluq edib. Hazırda ərizəçinin yaşa görə pensiya hüququ yarandığından o ərizə ilə maraqlı şəxsə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edib.Lakin həmin müraciətə baxan maraqlı şəxs xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla imtina edib. İmtinanın səbəbi kimi şəxsin ümumilikdə sığorta stajının 25 ildən az olması yəni 17 il 01 ay təşkil etməsi göstərilib. Adlçəkilən məktubla ərizəçiyə tövsiyə edilib ki, 1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək ahıl yaşda olan qaynatası X3 qulluq etməsinin təsdiq etdirməsi üçün Məhkəmənin qanuni qüvvəyə minmiş qərarını maraqlı şəxsə təqdim etməlidir. Belə ki, Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə ahıllara qulluq edilməsi müddəti daxil edilir.Azərbaycan Respublikası Nazilər Kabinetinin 175 nömrəli 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilən “Əmək pensiyalarım təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası” təsdiq edilib.Həmin Qaydaların 1.1.8-ci yarımbəndinin 3-cü abzasına əsasən qulluqolunan vəfat edibsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən Sığorta stajı əsas götürülür.Yuxarıda sadaladıqları faktlardan göründüyü kimi iddiaçının 17 il 01 ay sığorta stajının olması ona məxsus olan diplom və əmək kitabçası ilə öz təsdiqini tapır.Lakin ərizəçinin 1995-ci ildən xx.xx.2012-ci il tarixədək ahıl yaşda olan qaynatasına qulluq etməsini təsdiq edən sənədlərin əldə edilməsi hazırda mümkün deyildir. Buna görə də, Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən qulluq olunan şəxs vəfat edibsə, həmin dövrün sığorta stajına daxil edilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkündür. Odur ki, ərizəçi hazırda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd olunanlara əsasən Ərizəçi xx.xx.1995-ci ildən xx.xx.2012-ci ilədək qaynatası Vəkilov İsa Amo oğluna qulluq etməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Muafıə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi izahat verərək göstərdi ki,Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qaynatası mərhum Vəkilov İsa Ami oğlununa xx.xx.1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək qulluq edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir.Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları nın 3.9-ci bəndinə görə, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına hakimiyyəti orqanlarının, yaxud şöbənin (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri) və ya İdarənin (Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsi) nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.Eyni zamanda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci maddəsində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir.Qərarın 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir, 1.6-ci bəndinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır, 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.Həmin qərarın 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər qeyd edilib.Məhkəmə qaydasında şəxslərin qohumluq münasibətlərinin, şəxsin öhdədə olması faktının, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə, ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması, sərəncam vermək, bədbəxt hadisə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin, atalığın etiraf olunması faktının müəyyən edilməsi kimi işlərə baxılır.Odur ki, qeyd olunanları nəzərə alıb tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Muafıə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından Ərizəçi Dəmiq qızına ünvanlanmış 03 iyun 2022-ci il tarixli məktubun məzmunundan görünür ki,onun qaynatası Vəkilov İsa Amo oğluna xx.xx.1995-ci ildən xx.xx.2012-ci ilədək qulluq etmə müddətinin sosial sığorta stajına əlavə olunması barədə ərizəsi təmin olunmamış, bununla əlaqədar məhkəməyə müraciət etmək ərizəçiyə tövsiyyə olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Nikah haqqında şəhadətnamədən görünür Vəkilov İsa Əmo oğlu ilə X1 25 mart 1950-ci ildə rəsmi nikah bağlamışlar.Nikah bağlanarkən Miskareva Əminə Vəkilova soyadını qəbul etmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, Vəkilov Soltan İsa oğlu ilə X2 xx.xx.1983-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlanarkən Zeynalova Ərizəçi soyadını qəbul etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki,Vəkilov İsa Amo oğlu xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o, İradə xanımla qonşuluqda yaşayır. O, həmişə görmüşdür ki, İradə xanım öz qayınatası İsaya qulluq edir. Demək olar ki, İsa 2012-ci ilin fevral ayının 12 kimi yaşadığı dövrdə ona İradə xanım qulluq edib. İsanın arvadı İsadan əvvəl rəhmətə gedib.İradə xanım İsanın arvadından çox İsaya qulluq edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki,o,“Gülçülük” adlanan ərazidə yaşayır. O, bilir ki, İsa əmisinə həmişə İradə qulluq edib. İradə Maştağa qəsəbəsində yaşayır.Yaxın 2-3 ilə qədər İradə orada yaşayır.İndi İradəgil şəhərdə yaşayırlar. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki,“məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir” Ona görə də məhkəmə hesab edir ki,ərizə təmin olunmamalıdır. Ərizə təmin olunmadığından ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin olunmasın. Öödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar