Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2390/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, onunla Gürcüstan Respublikasının vətəndaşı X4 birgə yaşayış dövründə 09 yanvar 2018-ci il tarixdə Bakı şəhərində ev şəraitində oğlan uşağı doğması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasmda Ərizəçi, ana qrafasında X4 qeyd edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Gürcüstan Respublikasının vətəndaşı X14 ilə qeyri rəsmi ər-arvad kimi birgə yaşamağa başlamış və birgə yaşadıqları müddətdə 09 yanvar 2018-ci il tarixdə ev şəraitində X5 adlandırdıqları bir övladları anadan olmuşdur. Övladları ev şəraitində anadan olmuş, uşağın anası Gürcüstan Respublikasının vətəndaşı X14 bir neçə ay uşağa baxsa da, 2018-ci ilin dekabr ayında Azərbaycan Respublikasının hüdudlarını tərk edərək getmiş və həmin vaxtdan uşağın taleyi ilə maraqlanmamışdır. Azyaşlı övladına hal-hazırkı vaxtadək doğum haqqında ala bilməmişdir. Uşağın ev şəraitində doğulmasına səbəb maddi imkansızlıq ucbatından olmuşdur. Uşağı doğulduğu vaxtdan Poliklinikada tibbi qeydiyyatdadır və hal-hazırda sağsalamatdır. Uşağına doğum haqqında şəhadətnamə almaq üçün Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsindən ona yazılı formada uşağın tibb müəsissəsindən kənarda doğulduğuna görə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğum bildirilmişdir. Bundan başqa, Gürcüstan Respublikasının vətəndaşı X7 09 yanvar 2018-ci il tarixdə ev şəraitində dünyaya gətirdiyi X5 adlandırdıqları uşağın atası o, olduğundan, hal-hazırda özü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyindən, atalığın müəyyən edilməsi barədə qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmək imkanı yoxdur. X3 ilə aralarında rəsmi nikah olmadığından, atalığın müəyyən edilməsi yalnız atalıq faktı məhkəmə qaydasında müəyyən edildiyi halda mümkündür. Qeyd olunanları nəzərə alaraq, onunla Gürcüstan Respublikasının vətəndaşı X7 birgə yaşayış dövründə 09 yanvar 2018-ci il tarixdə Bakı şəhərində ev şəraitində oğlan uşağı doğması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikasının vətəndaşı X4 09 yanvar 2018-ci il tarixdə Bakı şəhərində, ev şəraitində X12 doğması faktının müəyyən edilməsi, X8 doğum haqqında şəhadətnaməsinin ata qrafasında Ərizəçi, ana qrafasında X4 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında videokonfrans vasitəsi ilə iştirak etmiş Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X16 onun uşağıdır. Uşağın anası X6r. X2 Respublikasının vətəndaşıdır və xx.xx.1986-cı ildə anadan olmuşdur. Uşaq ev şəraitində, tibb müəssisəsindən kənarda doğulmuşdur. Uşağın bir yaşı olardı kı, anası ondan imtina etdi. X13 harada olması ona məlum deyil. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsаslıdır və təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Xocasən Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 54 saylı arayışından görünür ki, xx.xx.2018-ci ildə evdə doğulmuş X16 BBSİ-nin Binəqədi rayonu X17 qeydiyyatdadır və hazl-hazırda sağlamdır; - Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/7-1215/2023 saylı məktubundan görünür ki, məhkum Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü övladının doğumunun qeydə alınması ilə bağlı ərizəsinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” - nın doğumun qeydə alınması bölməsinin 2.5.4-cü bəndinə əsasən, doğumun qeydə alınması üçün, tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Məhkum Ərizəçi göstərilən sənədi təqdim edə bilmədiyinə görə, bu Qaydanın 2.6-cı bəndinə müvafiq olaraq, doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenum qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Plenum qərarının 4.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. “Vətəndаşlıq Vəziyyəti Аktlаrının Dövlət Qеydiyyаtı Qаydаsı”nın təqdiq edilməsi haqqında Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin xx.xx.2003-cü il tаriхli 145 sаylı Qərаrının: 2.2-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. 2.5.4. və 2.6-cı bəndlərinin tələbinə görə, dоğumun qеydə аlınmаsı üçün digər sənədlərlə və yа uşаq tibb müəssisəsindən kənаrdа dоğulduqdа, dоğuşа kömək göstərmiş və yа dоğuşdаn sоnrа vаlidеynlərin mürаciət еtdiyi həkimin vеrdiyi sənəd təqdim еdilməli və qаydаlаrın 2.5-ci bəndində nəzərdə tutulаn əsаslаr оlmаdıqdа uşаğın dоğumu fаktı məhkəmə qаydаsındа müəyyən еdilməlidir. Məhkəmə zamanı ərizəçinin izahatı və eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də ərizəçinin oğlu X16 09 yanvar 2018-ci ildə Bakı şəhərində ev şəraitində doğulmuşdur. Ərizəçinin oğlu ev şəraitində doğulduğundan hazırda ərizəçi övladına məxsus doğum şəhadətnaməsini məhkəmədən kənar başqa yolla əldə edə bilmir. Məhkəməyə verilmiş məlumata əsasən uşağın anası Gürcüstan Respublikasının vətandaşı olan X6r. Məhkəmə tərəfindən onun qeydiyyat ünvanı, ölkə ərazisində olub-olmamasının müəyyən edilməsi məqsədi ilə müvafiq sorğular verilsə də, onun barəsində məlumat əldə edilməsi mümkün olmamışdır. Bu səbəbdən ərizəçinin dedikləri məhkəmə sübut kimi qəbul edilmişdir. Uşаq еv şərаitində dоğulduğundаn və vаlidеyn tərəfindən sənədlərin аlınmаsı üçün zəruri tibbi sənədlər аlınmаdığındаn, həmçinin bununlа bаğlı qеydiyyаt оrqаnınа lаzımi sənədlər təqdim еdilmədiyindən оnun dоğulmаsı qеydə аlınmаmış, doğum haqqında şəhadətnamə verilməsindən Nizami rayon Qeydiyyat Şöbəsi imtina etmişdir. Beləliklə, məhkəmə, ərizəçi X10 ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, X8 Bakı şəhərində anadan olması, onun doğum tarixi 09 yanvar 2018-ci il, doğulduğu yer Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X16”, ata adı qrafasında “Ərizəçi”, ana adı qrafasında isə “X9” kimi qeyd olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 09 yanvar 2018-ci il tаriхdə Bаkı şəhərində tibb müəssisəsindən kənаrdа X9 tərəfindən dоğulmаsı fаktı müəyyən еdilsin. Qətnаmə Maraqlı şəxsnə tərəfindən vətəndаşlıq vəziyyəti аktlаrının qеydiyyаtı kitаbındа dоğumun qеydə аlınmаsı və dоğum hаqqındа şəhаdətnаmə vеrilməsi üçün əsаsdır. X1 doğum tarixi 09 yanvar 2018-ci il, doğulduğu yer Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X16”, ata adı qrafasında “Ərizəçi”, ana adı qrafasında isə “X9” kimi qeyd olunsun. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnаmədən оnun işdə iştirаk еdən şəхslərə rəsmi qаydаdа vеrildiyi gündən 1 (bir) аy müddətində Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnаmədən şikаyət vеrilməmişdirsə, qəbul еdildiyi gündən 1 (bir) аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2390/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2390/2023
26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver