Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-24/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firuddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, X1 nümayəndəsi, özü də cavabdeh olan Nümayəndə2 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Nümayəndə2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və X2 qarşı kompensasiya verilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, X2 və Nümayəndə2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması,mənzilin boşaldılması və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iki dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 44 nömrəli,12 sentyabr 2003-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 50 nömrəli evin yaşayış sahəsi 62.1 kv.m 4 otaqdan ibarət 5 nömrəli mənzilə dair onunla kirayə müqaviləsi bağlanmışdır. 05 noyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sözügedən mənzilə dair 01070545 nömrəli çıxarış verilmişdir.Həmin mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlərdən iddiaçının nəvələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 hal-hazırda qeyd edilən mənzildə yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının icrası üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”.Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması, yaxud belə hüququn saxlanılması məqsədini daşımır. Əksinə, cavadehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 artıq uzun müddətdir ki, yaşadıqları yeni ünvan üzrə qeydiyyata alınmalı idilər.Lakin onlar, qeyd olunanlara baxmayaraq iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaqdadılar. Bu isə mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır.Digər cavabdelər (Nümayəndə2, Cavabdeh5 və Cavabdeh6 Mirsovqul qızı) iddiaçının mülkiyyətində olan mənzildə yaşayırlar. Cavabdehlər mütamadi olaraq qəsdən münaqişə yaradaraq, təhqiredici ifadələrdən istifadə edərək, onun mübahisəli mənzildən rahat və sərbəst yaşamağına mane olurlar. Bundan başqa Nümayəndə2 iddiaçıya bədən xəsarəti yetirdiyinə görə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 1(007)-297/2017 nömrəli, 02 avqust 2017-ci il tarixli hökmü ilə Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmuşdur.Cavabdehlərin nümayəndəsi həm də özü cavabdeh olan Nümayəndə2 iddianı qəbul etməkdən imtina edərək, onun başqa yaşayış yerinin olmadığını və kompensasiya şəklində təklif olunan məbləğin yeni mənzil almaq üçün kifayət etməyəcəyinə istinad etmişdir. “Azərbaycan Respublikası Mülki məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149-2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia arizəsinsə kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki-Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiya məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübütlar əsasında müəyyən edilir. Eyni zamada bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilərkən mülkiyyətçinin müəyyən edilən məbləğin ödənilməsinə dair razılığı nəzərə alınmalıdır. Belə razılıq alınmadan kompensasiya təyin edilməklə iddianın təmin edilməsi yolverilməzdir.Məhkəmə araşdırması Zamanı sözügedən mənzilin likvid dəyəri müəyyən edilərək və iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği mövcud sübütlar baxımından qiymətləndirilərək, cavabdehlərə kompensasiya şəklində təklif olunan məbləğin ən azı 4 il müddətində (aylıq kirayə haqqı 400-500 manat olmaqla) həmin ərazidə mənzil kirayəsini ödəmək üçün yetərli olduğu müəyyən edilmişdir.Qeyd olunanlara əsasən Nümayəndə2, Cavabdeh5, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 25.000 manat kompensasiya verilməklə onların Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 0.1215 ha torpaq sahəsində yerləşən 50 nömrəli ,5 mərtəbəli binanın 1-ci girişində 4-cü mərtəbəsində 83.1 kvm.ümumi,62.1 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı,5 nömrəli mənzilindən istifadə hüquqlarna xitam verilməsi və onların əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi,əlavə olaraq bildirdi ki, məhkəmə araşdırması zamanı izahatı vermişdir. Bir daha qeyd edir ki, hal-hazırda həmin mənzilin likvid dəyəri 84.200 manat təşkil edir, orta aylıq kirayə haqqı isə 400-450 manat təşkil edir. Göründüyü kimi, qanunvericiliyin tələbinə uyğun olaraq qarşı tərəfə 3 il müddətində yox dörd il müddətində həmin ərazidə olan mənzillərin kirayə haqqını təklif edirlər.Bundan əlavə cavabdehlərin çoxu həmin mənzildə yaşamırlar, ailə həyatı quraraq mənzili tərk ediblər. Odur ki, qeyd olunanları nəzər alıb, xahiş edir ki iddia tələbinin təmin olunması barədə əqətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, vəkilimin verdiyi izahatı müdafiə edir. Cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir.O, öz mənzilində yaşaya bilmir.Onu döyüblər.İddianı o özü vermişdir.Necə yəni iddiadan xəbərsizdir, özü iddia vermişdir məhkəməyə.Cavabdehlər onu döyəndə fikirləşməliydilər ki, kimin evimdə yaşayırlar. Cavabdehlərin nümayəndəsi, özü də cavabdeh olan Nümayəndə2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,ona təklif olunan 25000 manata mənzil ala bilməz. Mənzilin hərrac yolu ilə ya da ki, başqa yollarla satılmasına və həmin puldan ona başqa mənzil alınması üçün razılıq verə bilər. Lakin o, qeyd olunan təklifi qəbul etmir. Onun yaşamağa başqa evi yoxdur, digər ailə üzvlərinin də yaşamağa başqa evləri yoxdur. İddiaçının isə başqa mənzili vardır,o, həmin mənzildə yaşayır.İddiaçı istəyir qəlib bu mənzildə yaşasın,onun etirazı yoxdur. Cavabdehlərin vəkili Vəkil da iddianı qəbul etmədi və Nümayəndə2 nın verdiyi izahatın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan: Nizami rayon MKTB-nin 88 saylı MKİS-dən verilmiş 405 saylı,xx.xx.2017-ci il tarixli arayışdan görünür ki,iddiaçı və bütün cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 12 sentyabr 2003-cü il tarixli sərəncamından görünür ki,vətəndaş Məmmədova X9 Rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadığı Naxçıvanski küçəsindəki 50 saylı evin 5 saylı mənzilinin onun adına keçirilməsini xahiş etmişdir.Həmin mənzilin kirayəçisi 15 noyabr 1971-ci il tarixli 119386 nömrəli orderə əsasən X6r.O,ölümü ilə əlaqədar bu ünvandan pasport qeydiyyatından çıxarılmışdır.Hal-hazırda onun həyat yoldaşı İddiaçı aşağıda göstərilən ailə tərkibi ilə həmin mənzildə yaşayır:İddiaçı-özü,Nümayəndə2-gəlini,X4oğlu,X8-oğlu, Cavabdeh2-nəvəsi, Cavabdeh3-nəvəsi, Cavabdeh4-nəvəsi, Cavabdeh5nəvəsi, Cavabdeh7-nəvəsi, Cavabdeh6-nəvəsi. Qeyd olunan sərəncamla ərizə təmin olunmuş,mənzilə dair kirayə müqaviləsinin İddiaçı Rza qızı ilə bağlanması qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən verilmiş MH seriyalı,0179545 saylı Çıxarışdan görünür ki, İddiaçı Rza qızının Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 0.1215 ha torpaq sahəsində yerləşən 50 nömrəli ,5 mərtəbəli binanın 1-ci girişində 4-cü mərtəbəsində 83.1 kvm.ümumi,62.1 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı,5 nömrəli mənzilinə tam mülkiyyət tam hüququ ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixində qeydiyyatdan keçmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-291/2017 saylı iş üzrə qəbul etdiyi 02 avqust 2017-ci il tarixli hökmündən görünür ki,Nümayəndə2 23 aprel 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 5 nömrəli mənzildə qayınanası İddiaçı döyərək na xəsarat yetirmişdir.Törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-466/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə İddiaçı cavabdehlər Nümayəndə2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 50 nömrəli evin 5 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 mübahisəli mənzilə dair istifadə hüquqlarına kompensasiya verilmədən itirilmiş hesab olunması, cavabdehlər Nümayəndə2,Cavabdeh5 və Cavabdeh6 mübahisəli mənzilə dair istifadə hüququnun əvəzinə 23.000 manat məbləğində kompensasiya ödənilməsi yolu ilə həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29103)-7804/2020 saylı iş üzrə qəbul etdiyi 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3988/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29103)-7804/2020 saylı iş üzrə qəbul etdiyi 19 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş baxılması üçün həmin məhkəməyə qaytaırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9422/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiadan imtinası qəbul olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-466/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29103)-7804/2020 saylı iş üzrə qəbul etdiyi 19 noyabr 2020-ci il tarixli qətnaməsini ləğv edərkən ona istinad etmişdir ki, məhkəmə iddianı rədd edərkən kompensasiya məbləği ilə cavabdehlərin razılaşmamasını əsas götürsə də təklif olunan kompensasiyanın ağlabatan məbləğinin real olaraq hansı məbləğdə olmasını araşdırmamışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyi ilə mənzilin bazar dəyəri 93.500,likvid dəyəri isə 84.200 manat təşkil edir. Həmin ərazidə 1 aylıq kirayə haqqının dəyəri isə təqribən 400-450 manat müəyyən olunmuşdur. Belə olan halda 1 illik kirayə haqqı təqribən 5400 manat təşkil edir. 25000 manat kompensasiya ilə 4 ildən çox eyni ərazidə eyni şəraitdə kirayədə qalmaq mümkündür.Qeyd olunanları nəzərə alaraq məhkəmə iddiaçı tərəfindən cavabdehlərə təklif olunan kompensasiya məbləğini ağlabatan məbləğ hesab edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarının da həmin mübahisənin həll edilməsi zamanı hüquqi əsaslanma kimi rəhbər tutmuşdur. Qeyd olunan qərarda deyilir ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən: “Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıddır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə aılnmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 20 nömrəli evin yaşayış sahəsi 62.1 kv.m 4 otaqdan ibarət 5 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 05 noyabr 2008-ci il tarixdə 01070545 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdehlərin bir hissəsi həmin mənzildən köçüb getsələr də qeydiyyatdan çıxmamışlar. Digərləri isə orada yaşamağa davam edirlər. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, X2 və Nümayəndə2 25000 manat kompensasiya ödənilməklə onların İddiaçı mülkiyyətində olan iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 50 nömrəli evin 5 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməli,cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, X2 və Nümayəndə2 25000 manat kompensasiya ödənilməklə onların İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 50 nömrəli evin 5 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, X3 və Nümayəndə2 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 50 nömrəli evin 5 nömrəli mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-24/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-24/2023
22.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver