Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2402/2025 27.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: (“doğum akt qeydinin bərpa edilməsi”) X15 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “doğum akt qeydinin bərpa edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Ərizəçinin tələbi: Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X2 vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi, adı: X4, doğum tarixi: xx.xx.1963-cü il, doğum yeri: Ermənistan SSR, İcevan rayonu, Vurğun kəndi, ata adı qrafasında-X8, ana adı qrafasında X5 yazılması və bu barədə X2 adına yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə tələbin dəqiqləşirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 doğulduğu tarixdə kəndin adının Haqqıxlı olduğunu və bu səbəbdən doğum yeri olaraq Ermənistan Respublikası, İcevan rayonu, Haqqıxlı kəndi olaraq qeyd edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 28 mart 1986-cı il tarixdə X4 ilə rəsmi qaydada nikaha daxil olmuşdur. X4 xx.xx.2024-cü ildə vəfat etmişdir. Bu barədə Bakı şəhəri, Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 aprel 2025-ci il tarixdə AZ-İİ saylı 460343 nömrəli “ölüm haqqında şəhadətnamə” verilmişdir. X2 “doğum haqqında şəhadətnaməsi” məlum hadisələrlə əlaqədar doğulduğu İcevan rayonunun Vurğun kəndində qalmışdır. Həmin sənədin olmaması uşaqlar üçün və vərəsəliklə əlaqədar müəyyən problemlər yaradır. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin onlar imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Hal-hazırda vərəsəliyi qəbul edilməsi üçün akt qeydinin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş materialları: xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Maraqlı şəxs 3-16-5/8-884/15/25 nömrəli xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı,xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” aşağıdakı bəndlərinə əsasən; Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə bağlı X4 vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası ilə bağlı ərizənin təmin edilməsi qeydiyyat şöbəsində mümkün deyil. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. AZE seriyalı 13055535 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, X4 xx.xx.1963-cü ildə Ermənistan Respublikası, İcevan rayonu, Vurğun kəndində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İİ-СЛ seriyalı, 371276 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X4 və xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.1986-cı ildə rəsmi nikaha daxil olmuşdur, nikahdan sonra arvada “Musayeva” soyadı verilmişdir. AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 460343 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, Kəlbəcər rayonunda vəfat etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçiərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadəsində göstərdi ki, X2 qardaşıdır, evin böyüyü o idi. Onlar 6 uşaq olmuşlar və üçü vəfat etmişdir. Analarının adı Bənövşə olmuşdur və X4 həqiqətən 5 yanvar 1963-cü il tarixdə Haqqıxlı kəndində doğulmuşdur. İndi həmin kəndə Vurğun kəndi də deyirlər Məhkəmə iclasında şahid kimi dindirilmiş X10 ifadəsində göstərdi ki, Alməmməd onun qaynı idi. Doğum yerləri Haqqıxlı kəndidir, lakin indi kəndin adı Vurğun olduğu üçün şəxsiyyət vəsiqələrində elə qeyd edilmişdir. X2 anasının adı Bənövşə, atasının adı Kamal idi. O, 5 yanvar 1963-cü ildə doğulmuşdur və yaşca kiçikdir. Onlar 1988-ci ildə köçmüşdürlər, mərhumun ailəsi 2 bacı 4 qardaş olmuşlar. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır; 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyənedilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, X4 xx.xx.1963-cü il tarixdə İcevan rayonu, Haqqıxlı (Vurğun) kəndində doğulmuşdur, xx.xx.2024-cü il tarixdə, Kəlbəcər rayonunda vəfat etmişdir. Hal-hazırda həmin kəndin adı Vurğun kəndidir. O, Azərbaycan Respublikasının vətəndaşıdır. Ərizəçi doğum haqqında şəhadətnaməni itirmişdir. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, X2 doğulduğu və onun doğumun qeydə alındığı Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti nəticəsində ölkələr arasında faktiki müharibə vəziyyəti mövcud olmuşdur, azərbaycanlılar kütləvi olaraq 1988-ci ildə Ermənistanda yaşadıqları ərazilərdən məcburi qovulmuşlar, ona görə ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyrimümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.1963-cü il tarixdə Ermənistan respublikası, İcevan rayonu, Haqqıxlı (Vurğun) kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli, X2 təvəllüdü xx.xx.1963-cü il, doğulduğu yer Ermənistan Respublikası, İcevan rayonu, Haqqıxlı (Vurğun) kəndi, atası X8, anası X5, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq X2 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, İcevan rayonu, Haqqıxlı (Vurğun) kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. X2 təvəllüdü xx.xx.1963-cü il, doğulduğu yer Ermənistan Respublikası, İcevan rayonu, Haqqıxlı (Vurğun) kəndi, atası X8, anası X3, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq X2 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2402/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2402/2025
27.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver