Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2405/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “atalığın etiraf olunması faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “atalığın etiraf olunması faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum yoldaşı X9 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 05 avqust 2004-cü il tarixdə X6 adlı övladları anadan olmuşdur. Həyat yoldaşı 25 iyun 2019-cu il tarixdə rəhmətə getmişdir. Övladının atasının X9 olduğunu təsdiq etmək üçün Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. 05 avqust 2004cü il tarixdə anadan olmuş X3 X4 atası olması barədə atalığın etiraf olunması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri müdafiə edib, eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, mərhum əri Vüqar ilə faktiki ailə münasibətləri 2003-cü ildə yaranmışdır, 2003-cü ildə toyları olsa da, lakin birgə nikahları olmamışdır. Birlikdə yaşadıqları müddətdə 05 avqust 2004-cü il tarixdə Nəzrin adlı qızları doğulmuşdur, atası X9 göstərilməklə uşağa doğum şəhadətnaməsi alınmışdır. Vüqarın ölümünə görə atalıq faktını müəyyən etdirə bilməmişlər. Hansı ki, Vüqar Nəzrinin faktiki doğma atası olmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, o, mərhum X4 atasıdır, gəlini olan ərizəçinin, Ərizəçi qayınatasıdır. 2003-cü ildə özü onların “Həkəri” şadlıq sarayında toylarını keçiribdir. Gəlini Nailə ilə oğlu Vüqar ilə birgə yaşadığı müddətdə 2004-cü ildə Nəzrin adlı nəvəsi doğulmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, o, mərhum X4 qardaşıdır, Ərizəçi isə qardaşının arvadıdır. Qaradaşı ilə ərizəçınin toyları 2003-cü ildə olmuşdur və bir müddət sonra onların övladları Nəzrin doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əhalinin sosial müdafiəsi orqanına təqdim etmək üçün verilmiş 4 nömrəli forma (müvəqqəti) arayışın surətindən görünür ki, 12 may 2005-ci ildə Cəbrayıl rayon VVADQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında X3 doğumu 297-ci nömrə ilə qeydə alınmışdır. Arayışa əsasən valideynləri qrafasında anası Ərizəçi, atası X9 qeyd edilmişdir. Ata haqqında məlumat ananın deməsinə görə yazılmışdır. - 12 may 2005-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 605702 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 avqust 2004-cü il tarixdə doğulmuşdur. Atası, X9, anası Ərizəçidır; - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 05 avqust 2004cü il tarixdə doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx xxxxx 1983-cü il tarixdə Ağdam şəhərində doğulmuşdur, Ağdam şəhəri, Məmmədov küçəsi, ev 62, mənzil 7-də qeydiyyata alınmışdır; - Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən 18 aprel 2003-cü il tarixdə verilən AA 070088 nömrəli “Məcburi köçkün” vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Ağdam şəhərindən məcburi köçkün kimi Bakı şəhəri Nizami rayonunda məskunlaşmışdır; - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət agentliyi Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin-5 may 2021-ci il tarixli 42 nömrəli arayışının surətindən görünür ki, Ərizəçi 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün düşmüş və hazırda Texnika və Texnologiyalar üzrə ünvan 1 ünvanında məskunlaşmışdır; - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən təkrar verilmiş AZ-İİ 045874 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25 iyun iyun 2019-cu il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 iyul 2019-cu il tarixdə 1376 nömrə ilə qeyd edilmişdir; - Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanladığı 05 may 2021-ci il tarixli 05Q-868/15 nömrəli məktubunun məzmunundan görünür ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideyinlərinin birinin, uşağın qəyyumunun, uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatmadıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Eyni zamanda uşağın anası ilə nikaha daxil olmayan, lakın özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Məhkəmə iclasında müəyyən olundu ki, 25 iyun 2019-cu il tarixdə ölmüş X1 Nailə Zahid qızı ilə faktiki ailə münasibətində olmaqla yaşamışlar, onların birgə yaşadıqları müddətdə, 05 avqust 2004-cü il tarixdə Nəzrin adlı qızları doğulmuşdur. X4 Ərizəçi ilə nikahları rəsmi olaraq qeyd edilmədiyindən və X4 həmin uşaq üzərində atalığı müəyyən olunmadığından uşağın adına doğum haqqında şəhadətnaməsinin verilməsi zamanı atanın soyadı ananın soyadı ilə, Quliyeva qeyd edilməklə, X2 yazılmışdır. X4 05 avqust 2004-cü il tarixdə doğulmuş Nəzrin adlı uşağın atası olması faktı məhkəmə iclasında müəyyən edilərək tədqiq edilən iş materialları ilə tam olaraq öz əksini tapdı, həmin fakt mübahisələndirilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar; 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hazırkı halda müəyyən edildi ki, 05 avqust 2004-cü il təvəllüdlü Nəzrin adlı uşağın anası Ərizəçi ilə nikaha daxil olmayan, lakin özünü həmin uşağın atası hesab edən X9 öldüyündən, atalığın müəyyən edilməsi üçün ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, X4 Ərizəçi 05 avqust 2004-cü il təvəllüdlü X3 atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bununla bağlı hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 Ərizəçi 05 avqust 2004-cü il təvəllüdlü X3 atası olması faktı müəyyən edilsin. Hazırkı qətnamə qeyd edilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2405/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2405/2021
17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver